Ana səhifə »  Müsahibə »  Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır
A+   Yenilə  A-
Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu vardır

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov www.yap.org.az saytına müsahibə verib:
- Əhliman müəllim, 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...
- Müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev olmuşdur. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.
Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin edib. Eyni zamanda, müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
- Yeri gəlmişkən, Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində səhiyyə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sayəsində elm, təhsil və səhiyyə sektorlarında çox mühüm inkişaf göstəriciləri qeydə alınıb. Ulu öndər səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ümummilli lider Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq müstəviyə çıxması istiqamətində məqsədyönlü işlər görürdü. Həmin dövrdə azərbaycanlı gənc alimlərin keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olunmuşdu ki, bu da kadr potensialının formalaşdırılması və inkişafı baxımından böyük əhəmiyyətə malik idi. Müxtəlif ixtisaslar üzrə kadrların Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin, Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən digər iri şəhərlərin ali tibb müəssisələrində təhsil almalarına, ixtisasartırma kurslarına getmələrinə, aspirantura və doktorantura xətti ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək elmi dərəcələrə yiyələnmələrinə geniş imkanlar yaratdı. Həmin kadrlar mütəxəssis kimi respublikamıza qayıdıb fəaliyyətlərini davam etdirirdilər. Bu tədbirlər ardıcıl olaraq həyata keçirilir, respublikamızda uzaqgörənliklə müxtəlif profilli gənc tibbi kadrlar hazırlanır, səhiyyənin elmi və pedaqoji potensialı gücləndirilirdi. Bununla yanaşı, mövcud ali təhsil müəssisələrinin imkanları genişləndirilir, maddi-texniki bazası yaxşılaşdırılır, yeni səhiyyə ocaqları yaradılırdı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddətdə ölkəmizdə yeni uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikintisi geniş vüsət almış, XX əsrin 70-ci illərinin ilk beş ili ərzində 35 belə obyekt tikilib xəstələrin istifadəsinə, tibb personalının ixtiyarına verilmişdi. Tikilib istifadəyə verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb avadanlığı ilə təchiz olunaraq əhaliyə yüksək səviyyədə müvafiq tibbi xidmət göstərməyə başlamışdı.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra da bəhs olunan sahələrin inkişafı istiqamətində məqsədyönlü və ardıcıl işlər davam etdirildi, mühüm inkişaf göstəriciləri qeydə alındı.
- Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər sayəsində elm və səhiyyə sahələrində qazanılan nailiyyətləri necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, elm və səhiyyə sahəsinin inkişafı baxımından yüksək nəticələr əldə olunub. Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılması ilə bu sahədə mühüm islahatlar həyata keçirildi, istər kadr hazırlığı, istər infrastruktur quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olundu, yeni səhiyyə müəssisələri istifadəyə verildi. Eyni zamanda, səhiyyə sahəsində ölkənin tədris müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti üçün əlverişli şərait yarandı. 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Tibb alimlərinə, həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev 1998-ci və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olmuş, Öz dəyərli tövsiyələrini vermişdir. 1998-ci il 28 sentyabr tarixində ATU-da yeni tədris binasının açılışında olan Ümummilli lider Heydər Əliyev 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gələrkən burada 500 yerlik akt zalının açılışında, eləcə də bu ali təhsil müəssisəsinin 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib. Tibb Universitetinə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi, ATU Qaradəniz hövzəsi ətrafı ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının əsası qoyulmuş oldu.
Bütövlükdə, müstəqillik dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində inkişafın əsasını qoydu, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər yeni perspektivlər müəyyənləşdirdi.
- Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarına müvafiq surətdə uğurla davam etdirilir, bütün sahələrdə parlaq inkişaf göstəriciləri qeydə alınır. Hazırda Azərbaycanda səhiyyə sahəsinin inkişafı istiqamətində görülən işlər və həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Tibb elmi və tibb təhsili sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar məhz Ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticəsidir.
Son illər ölkədə yüzlərlə tibb ocağının tikilib istifadəyə verilməsi səhiyyə sahəsində həyata keçirilən uğurlu siyasətin, bu sahəyə yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Təbii ki, belə bir şəraitdə yüksək kadrların da hazırlanması aktual məsələdir. Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr əldə edir. Qeyd edim ki, 2006-cı ildə Prezident İlham Əliyevin göstərişi ilə ATU-nun Onkoloji Klinikasının təşkilinə başlanıldı və bu proses 2007-ci ilin iyun ayında başa çatdırıldı. Dövlətimizin başçısı 2007-ci il sentyabr ayının 11-də ATU-nun terapevtik klinikasının yaradılması və tikintisinə başlanılması haqqında Sərəncam imzaladı, 2007-ci il sentyabr ayının 18-də isə tikintinin təməlqoyma mərasimi keçirildi. 2010-cu il oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illik yubileyi ərəfəsində cənab Prezidentin və xanımı Mehriban Əliyevanın iştirakı ilə ATU-nun Tədris-Terapevtik Klinikasının açılış mərasimi keçirildi. Eyni zamanda, Prezidentin 2008-ci il mart ayının 13-də imzaladığı Sərəncama əsasən ATU-nun Tədris-Cərrahiyyə Klinikasının yaradılmasına və tikintisinə başlanıldı, 2013-cü il sentyabrın 12-də bu klinika istifadəyə verildi.
Bütövlükdə, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. İqtisadiyyatın dinamik inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Bununla yanaşı, ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradılıb. Bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev çıxış edərək elmin inkişafı ilə əlaqədar dəyərli tövsiyələrini verdi. Bu gün dövlət tərəfindən göstərilən qayğı nəticəsində elm sahəsi inkişaf edir. Bu inkişaf elmin bütün sahələrində özünü göstərir. Bu baxımdan, tibb elmində də ciddi nailiyyətlər əldə olunur.
Nəticə etibarilə, Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, bütün istiqamətlərdə əldə edilən inkişaf göstəriciləri elm və səhiyyə sahəsini də əhatə edir.

 
  • Oxunub:  4230  |  
  • Tarix:  12-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib

18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib
17:40
20 Aprel
Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir
17:21
20 Aprel
Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
17:16
20 Aprel
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib
17:01
20 Aprel
Muxtar respublikadakı muzeyləri 116 mindən çox tamaşaçı ziyarət edib
16:54
20 Aprel
Goranboyda infrastruktur və sosial-mədəni obyektlərin tikintisi genişlənib
16:47
20 Aprel
Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub
16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:48
20 Aprel
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
10:45
20 Aprel
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
10:44
20 Aprel
Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
10:42
20 Aprel
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +18
gecə+7 +10