Ana səhifə »  Müsahibə »  Dövlət uşaq siyasəti uğurla davam edir
A+   Yenilə  A-
Dövlət uşaq siyasəti uğurla davam edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, bu günlərdə Bakı şəhərində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirildi. Ümumiyyətlə, bu forumların əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarının keçirilməsi hansı zərurətdən yarandı?
- Mən bu sualın cavabını Ümummilli liderimiz Heydər Əliyevin uşaqlar haqqında fikirləri ilə başlamaq istəyirəm. Ümummilli lider Heydər Əliyev deyib: “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz”. Bəli, bu gün onlar uşaqdır, gəncdirlər. Amma bir neçə ildən sonra bu nəsil dövlətimizi idarə edən, onun sağlamlığının, asayişinin, mədəniyyətinin keşiyində dayanan, ölkəmizi daha da inkişaf etdirən savadlı, müasirgörüşlü, rəqabətədayanıqlı mütəxəssislər, həkimlər, müəllimlər, mühəndislər, diplomatlar və digər sahələrin aparıcı şəxsləridir. Bu baxımdan gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır.
Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak edə bilsinlər. Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. 8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə biz fikirləşirdik ki, bu tədbir nə qədər özünü təsdiq edə biləcək, cəmiyyətdə hansı rezonans doğuracaqdır. Amma uşaqlar çox cəsarətlə dünyada sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağırış etdilər. Onlar sübut etdilər ki, əsl dostluq qarşısında bütün baryerlər gücsüzdür. İsti və mehriban insani münasibət nə siyasi, dini, mədəni mənsubiyyətdən, nə də sağlamlıq imkanlarından, sosial vəziyyətdən asılı deyil. Əsas məsələ həqiqi dostluqdur. Bu gün isə bizim artıq IV Forumu keçirməyimiz uşaqlarımızın cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinin, məsələlərə kreativ, müasir yanaşmalarının göstəricisidir. Builki Forumda ölkənin bütün bölgələrini təmsil edən üç yüz səksən uşaq iştirak etmişdir. Forumdan Foruma iştirakçıların sayı artır, digər ölkələrdən bizə qoşulurlar. Bu il Türkiyədən və Bolqarıstandan həm yüksək səviyyəli rəhbər işçilər, həm də gənc nümayəndə heyəti iştirak edir. Bütün bunlar Forumun səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir.
Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarının maraqlı tarixi var. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli, 103 saylı Sərəncamı ilə 2009-cu il “Uşaq İli” elan olunmuşdur. Elə həmin il - “Uşaq İli” çərçivəsində 17-18 dekabr tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilmişdir. Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.
Forumlarda Azərbaycanın bütün şəhər və rayonlarından intellektual səviyyəsi yüksək olan, fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası uşaqlar iştirak edirlər. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün ailələrindən olan, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş uşaqların Forumlarda təmsilçiliyinə xüsusi önəm verilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və NUR Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən 17-18 dekabr 2009-cu il tarixində təşkil edilən I Forum Azərbaycanda “Uşaq İli”nin yekunlarına həsr olunmuşdur. 56 rayon və şəhərdən 250 uşağın iştirak etdiyi Forumda ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təbrik məktubu oxunmuşdur. I Forum zamanı 2009-cu ilin “Uşaq İli” elan olunmasının vacibliyi və əhəmiyyəti vurğulanmış, uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələr, qarşıya çıxan maneələr, mövcud problemlər və zəruri tədbirlər nəzərdən keçirilmişdir. Tədbirin sonunda Forum iştirakçılarının cənab Prezident İlham Əliyevə müraciəti və yekun Bəyannamə qəbul olunmuşdur.
16 noyabr 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT Uşaq Fondunun ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Forum keçirilmişdir. Respublikanın 85 rayon və şəhərindən 350 uşağın iştirak etdiyi Forumda Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Forumda Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva “Uşaqların dostu” seçilmişdilər. Forum çərçivəsində uşaqlar Forumdan irəli gələn və uşaqların üzərinə düşən vəzifələrin həlli, eləcə də Forumdan sonrakı dövrdə uşaqların bir-birləri ilə əlaqələrinin saxlanılması məqsədilə Əlaqələndirmə Şurası yaradılmış, həmçinin Bəyannamə qəbul olunmuşdur. Eyni zamanda, texnologiyanın imkanlarından istifadə edilərək müxtəlif rayonlardan olan uşaqlarla canlı bağlantılar yaradılmış, onlar da prosesə cəlb edilmişdir. Bununla da, daha çox uşağın Forumun işinə cəlb olunması baş tutmuşdur.
17 noyabr 2014-cü il tarixində keçirilən III Forumda Azərbaycanın bütün şəhər və rayonlarından 350-dən çox uşaq iştirak etmişdir. Forum zamanı uşaqlarla hökumət nümayəndələrinin birbaşa dialoqu baş tutmuşdur. İştirakçılar hökumət üzvlərinə onları maraqlandıran sualları verərək cavab almaq imkanı əldə etmiş, öz təklif və fikirlərini irəli sürmüş, fikir mübadiləsi aparmışlar. III Forumun yekununda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və ölkə başçısına Müraciət qəbul edilmişdir.
- Ölkəmizdə keçirilən uşaq forumlarının əsas xüsusiyyəti və fərqləndirici cəhətləri nədən ibarətdir?
- Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti ondan ibarətdir ki, onu bütünlüklə uşaqlar idarə edirlər. Qeyd etmək lazımdır ki, Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılır və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunur. Ümumiyyətlə, uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından uşaq forumları olduqca böyük əhəmiyyətə malikdir. Uşaq forumlarının keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, forumlararası müddətdə keçirilən görüşlər, fikir mübadilələri zamanı uşaqlar müxtəlif sahələrdə öz fikirlərini, təkliflərini bölüşə bilir və dövlət qurumlarının vacib məsələlərin həllində daşıdığı məsuliyyətin nə qədər ağır olduğunu hiss edirlər.
Ölkəmizdə uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Biz müstəqilliyimizi çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə əldə etmişik. Və belə bir çətinliyə baxmayaraq, dövlətimiz üçün insan, o cümlədən uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyev uşaqlara daim qayğı və diqqət göstərirdi. Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli liderin daim diqqətində olmuşdur. Müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu, milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Həmçinin Azərbaycan Hökuməti bu sənəddən beynəlxaq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmışdır. Qeyd edim ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilmiş, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur, 66 uşaq itkin dümüş, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam etmiş və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır.
- Hicran xanım, ötən forumlardan sonra hansı nəticələr əldə edilib?
- Foruma münasibət çox ciddidir. Və dövlət hər bir vətəndaşın, istər uşaq, istərsə də böyük olsun, fikrinə, arzusuna diqqətlə yanaşır. Qısaca olaraq əldə edilən bəzi uğurları sizin nəzərinizə çatdırmaq istərdim. İlk növbədə ölkədə uşaqlar üçün bütün imkan yaradılmışdır. Cənab Prezident İlham Əliyev dəfələrlə Öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Və bu arzu öz real həllini tapır. Son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana, tibb məntəqələri, əllidən çox olimpiya və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bu yüksəliş təkcə iqtisadi, qaz və energetika sahəsində deyil, elm, idman, mədəniyyət, sosial və digər sahələrdə baş vermişdir. İki telekommunikasiya peykimiz orbitə çıxarılıb. Artıq Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilməkdədir. Əlbəttə, bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir.
“Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır”. Cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. Valideyn məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə, o cümlədən “Uşaq hüquqları” haqqında Qanuna dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı olmuşdur. Bu sənəd, eyni zamanda, yuvenal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Biz onları özümüzdən uzaqlaşdırsaq, onlar daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilərlər. Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı hakimlər, vəkillər üçün xüsusi təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olmuşuq. Uşaq hüquqları haqqında Konvensiya üzrə 2015-ci ildə 3506, 2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş tədbirlər keçirilir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Mehriban xanım uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Kimsəsiz, yetim, fiziki sağlamlığında problemi olan uşaqların sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin yaradılması, bu uşaqların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Lakin Mehriban xanımın sözləri ilə desək, “Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz”, buna görə də ailələrimiz çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin, övladların və cəmiyyətin qarşısında hər kəs öz məsuliyyətini dərk etməlidir.
Qeyd edim ki, uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılmışdır. Hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları eyni zamanda, zərərçəkmiş uşaqlarla profilaktik işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir.
- Bəs ölkəmizdə uşaqların sağlam həyat tərzinin təmin olunması üçün nə kimi addımlar atılır?
- Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Komitəmizin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir. Təkcə 2016-cı ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə etmişdir. Eyni zamanda, növbəti il BMT-nin müvafiq Komitəsi qarşısında Uşaq Hüquqları üzrə ölkə hesabatı veriləcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. Biz bir sıra ölkələrin aidiyyəti dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşıq. Qeyd etmək istərdim ki, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir.
- Azərbaycan hökuməti uşaq hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Uşaq Fondu ilə hansı səviyyədə əməkdaşlıq edir?
- Bizim əsas tərəfdaşlarımızdan biri BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını Ümummilli lider Heydər Əliyev yaxından dəstəkləyirdi. O, təşkilatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığa böyük ehtiyac olduğunu vurğulayaraq demişdir ki: “Biz istəyirik ki, BMT-nin Uşaq Fondu ilə Azərbaycanın əməkdaşlığı daha da geniş olsun. Çünki buna böyük ehtiyac vardır”. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri Hökumət tərəfindən daim dəstəklənir. Bu isə həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töfhəsini verir. Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsinin valideyn məsuliyyəti, uşaqların sosial müdafiəsi və təhsilləri ilə bağlı tövsiyələri tərcümə olunaraq, müvafiq dövlət qurumlarına təqdim edilib. Artıq iki ildir ki, ölkəmizdə 22 noyabr uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi üzrə Avropa günü qeyd olunur və “hər beş uşaqdan biri” kampaniyaları keçirilir. 2016-2021-ci illəri əhatə edən Uşaq Strategiyasının hazırlanmasında əlli azərbaycanlı uşağın fikri öyrənilib və çox sevindirici haldır ki, onların təklifi həmin sənəddə öz əksini tapacaq. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi nəzərdə tutulub.
- Hicran xanım, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu nə kimi səciyyəvi xüsusiyyətləri ilə əlamətdardır?
- Ötən forumlarda olduğu kimi, IV Ümumrespublika Uşaq Forumu da gərgin hazırlıq prosesi keçdi. Biz müşahidə etdik ki, bu il daha çox uşağın həvəs göstərərək, forumda iştirak etmək istəyi yarandı. Bu hadisə həm də əvvəlki forumlardakı uşaqların aktivliyinin və bu gün cəmiyyətdə tutduğu mövqeyin təsirindən irəli gəlir. Forumda iştirak etmək istəyən uşaqların seçilmələri məqsədilə bu ilin əvvəlindən regional görüşlər təşkil olunmağa başlanmış və seçim turları keçirilmişdir. Seçilmiş uşaqların Forumda aktivliyini təmin etmək, müzakirəyə çıxarılacaq mövzulara dair onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək məqsədilə il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlər təşkil olunmuşdur. Foruma hazırlıq prosesində uşaqlar üçün ən yadda qalan hadisələrdən biri isə rəsmilərlə birbaşa görüşlərin təşkili olmuşdur. İlk tədbir uşaqların təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Məclisdə vitse-spiker Bahar Muradovanın iştirakı ilə baş tutmuşdur. Təhsil naziri Mikayıl Cabbarovla da görüş təşkil olunmuşdur. Görüşdə nazir Azərbaycanda təhsilin inkişafı, təhsil sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər, gələcək ixtisas seçimləri və digər aidiyyəti mövzularla bağlı uşaqların suallarını cavablandırmışdır. Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə uşaqların görüşü olmuşdur. İKT sektorundakı ən son yeniliklər, yüksək texnologiyalar və ölkəmizin kosmik sənayesi barədə söz açan nazir uşaqları “Azərkosmos”un Peyk İdarəetmə Mərkəzinə dəvət etmişdir. Nazir uşaqların start-uplar, internet resursları, internet təhlükəsizliyi, “Elektron hökumət”, informasiya texnologiyaları və s. barədə suallarını cavablandırmışdır. Növbəti görüş isə gənclər və idman naziri Azad Rəhimovla təşkil olunmuşdur. Nazir gənclər siyasəti sahəsində həyata keçirilən layihələr haqqında, son illərdə ölkəmizin idmanda əldə etdiyi nailiyyətlərindən və sağlam həyat tərzi barədə geniş məlumat verib və uşaqları maraqlandıran sualları cavablandırıb.
Sonda bir daha Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bütün görüşlərin nəticələri müzakirə edilərək, ümumi təkliflər hazırlanıb. Görüşlərdən başqa Foruma hazırlıq məqsədilə Komitə BMT-nin Uşaq Fondu ilə birgə iyul ayında Şamaxı rayonunda Yay məktəbi təşkil etmişdir. Yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən Foruma nümayəndə olaraq seçilmiş uşaqlar iştirak etmişdir. Yay məktəbi zamanı uşaqlara uşaq hüquqları, internet təhlükəsizliyi, uşaqların şəxsiyyət kimi yetişməsində ailə və cəmiyyətin rolu, asudə vaxtın səmərəli təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzularında təlimlər keçirilmiş, qrup işləri, həmçinin uşaqlarla aktiv müzakirələr aparılmışdır.
IV Forum çox səmərəli və gərgin şəraitdə keçdi. Qruplarda bir-birindən aktual məsələlərdən bəhs edən təqdimatlar oldu, ətraflı müzakirələr aparıldı. Qeyd edim ki, uşaqlarla bərabər, dövlət təşkilatlarının məsul şəxsləri, ictimai xadimlər, tanınmış ziyalılar da həvəslə iştirak edirdilər. Uşaqlarımızın bu tədbirdən gözləntilərini və gələcəyə baxışlarını, arzularını bilmək və eşitmək bizim üçün vacibdir, əhəmiyyətlidir. Düşünürəm ki, bu Forumda da irəli sürülən bütün təkliflər reallaşacaq, öz həllini tapacaqdır.
Artıq altmış bir ildir ki, dünyada 20 noyabr - Ümumdünya Uşaqlar Günü bütün dünya ölkələrində bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Uşaqlar aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Nəticədə qazanan da, itirən də cəmiyyət olur. Buna görə də onların normal inkişafını təmin etmək və cəmiyyətə yararlı vətəndaş böyütmək hamımızın borcudur.
Sonda isə sözüm yenə uşaqlaradır: Cəsarətli olun! Hər şey sizin gücünüzdən, biliyinizdən asılıdır. Əsas odur ki, inadla irəli gedəsiniz. Bir olmağınız, mehribançılığınız, dostluğunuz isə ən xoş arzu və niyyətləri həyata keçirməkdə sizə mütləq kömək edəcəkdir.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  24-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

18:00
12 Dekabr
YAP Kəlbəcər rayon təşkilatı “Hərəyə bir ağac əkək» kampaniyasına start verib
17:59
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən daha bir anım tədbiri Polşada təşkil olunub
17:54
12 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
17:53
12 Dekabr
Sədaqət Vəliyeva: Ulu Öndər uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb
17:50
12 Dekabr
Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib
17:47
12 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
17:40
12 Dekabr
Dillər Universitetində Ulu Öndərin xatirəsinə həsr edilən kompozisiya nümayiş olunub
17:39
12 Dekabr
Azərbaycanlı deputatın hesabatı AŞPA-nın komitə iclasında qəbul edilib
17:37
12 Dekabr
İsa Həbbibəyli: Azərbaycançılıq ideologiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:50
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb
16:11
12 Dekabr
Erkan Özoral: Heydər Əliyev türk dünyasının ən böyük liderlərindəndir
16:07
12 Dekabr
Xələf Xələfov: Gələn ilin əvvəllərindən Gürcüstanla delimitasiya üzrə danışıqları davam etdirəcəyik
15:46
12 Dekabr
Aktauda keçirilən anım tədbirində Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb
15:44
12 Dekabr
Bakıda Azərbaycanın, İranın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək
15:34
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad edilib
14:59
12 Dekabr
“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:54
12 Dekabr
Azərbaycan ədəbi-mədəni irsinin qorunması və inkişafında Ulu Öndərin böyük rolu olub
14:43
12 Dekabr
Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib
14:12
12 Dekabr
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
14:08
12 Dekabr
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
12:47
12 Dekabr
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
12:32
12 Dekabr
İstanbulda Ulu Öndərin xatirəsi yad olunub
12:05
12 Dekabr
Şinci Vada: Komatsu şəhəri ilə Xətai rayonu arasında yaranan dostluq əlaqələri xalqlarımıza böyük fayda gətirə bilər
11:45
12 Dekabr
Akif Əlizadə: Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə elmin, təhsilin, AMEA-nın inkişafına böyük diqqət və qayğı göstərib
11:14
12 Dekabr
Dilarə Seyidzadə: Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq
11:09
12 Dekabr
“Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib
11:06
12 Dekabr
Azərbaycan 9 ayda Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub
11:02
12 Dekabr
Minlərlə insan ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana axışır
10:59
12 Dekabr
Səməd Seyidov: Azərbaycanın getdiyi yol ümummilli lider Heydər Əliyevin miras qoyduğu böyük bir fəlsəfədir
10:54
12 Dekabr
Fuad Muradov: Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
10:50
12 Dekabr
Bahar Muradova: Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
10:27
12 Dekabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
10:19
12 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10:16
12 Dekabr
ABŞ-ın paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10:11
12 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 121 dəfə pozub
20:56
11 Dekabr
Azərbaycanın müstəqilliyinin əbədilik qazanmasında Ulu Öndərin böyük xidmətləri var
20:42
11 Dekabr
Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər
20:33
11 Dekabr
Hikmət Babaoğlu: Bu cür əməllərin qarşısı dərhal alınmalıdır
20:12
11 Dekabr
Ər-Riyadda keçirilən anım tədbirində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışılıb
20:00
11 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Almaniyada da yad edilib
18:45
11 Dekabr
Ulu Öndərin vəfatının ildönümü İspaniyada qeyd olunub
18:37
11 Dekabr
Ali Radanın deputatı: Ulu öndər Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır
17:59
11 Dekabr
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
17:50
11 Dekabr
Milli Məclisdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
17:45
11 Dekabr
Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir
17:24
11 Dekabr
YAP Kürdəmir rayon təşkilatı “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib
17:19
11 Dekabr
Nizami Cəfərov: Heydər Əliyev ideyaları Azərbaycanı uğurlu gələcəyə aparan işıqlı yoldur
17:04
11 Dekabr
Leonid Kalaşnikov: Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir
16:56
11 Dekabr
UNEC-in inkişaf strategiyasının əsasını Ulu Öndərin tövsiyələri təşkil edir
16:45
11 Dekabr
Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır
16:40
11 Dekabr
İmişli rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
16:38
11 Dekabr
AZƏRTAC-ın aprel döyüşləri ilə bağlı videoreportajı TRT Beynəlxalq Media Təhsil Proqramı çərçivəsində təqdim edilib
16:21
11 Dekabr
Heydər Əliyevsiz 14 il: Ulu Öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır
16:07
11 Dekabr
Qətərin “The Peninsula” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib
16:04
11 Dekabr
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
16:01
11 Dekabr
Formula-1 yarışlarının Azərbaycan Qran-Prisi mərhələsinə gələn tamaşaçıların sayı 58 faiz artıb
15:57
11 Dekabr
Ulu öndər Heydər Əliyev dünya siyasətinə adını yazdıran müdrik siyasi lider və fenomenal şəxsiyyətdir
15:54
11 Dekabr
Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub
15:53
11 Dekabr
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
15:38
11 Dekabr
Əhliman Əmiraslanov: Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb
14:55
11 Dekabr
Dahi rəhbər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq
14:50
11 Dekabr
Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
14:46
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Hərbi Prokurorluqda anılıb
14:18
11 Dekabr
Türkiyənin “Yeniçağ” qəzetində “Münasibətlər inkişaf etdikcə Heydər Əliyevə daha çox yaxınlaşırıq” sərlövhəli məqalə dərc olunub
14:12
11 Dekabr
Türkiyə Prezidentinin müşaviri: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
13:57
11 Dekabr
Heydər Əliyev: Böyük ömrün anları
13:01
11 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi azərbaycançılıq ideyasına sadiq hər kəsin qəlbində xüsusi yer tutur
12:48
11 Dekabr
Rüfət Məmmədov: "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi müsbət nəticələr verməkdədir
12:29
11 Dekabr
3 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib
12:12
11 Dekabr
“Əl-Cəzirə” qəzeti: Heydər Əliyev Azərbaycanı siyasi və iqtisadi böhrandan xilas edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+5 +9