Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın şanlı siyasi tarixinin parlaq səhifələrindən biridir
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın şanlı siyasi tarixinin parlaq səhifələrindən biridir

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, bu günlərdə ölkəmizin bütün guşələrində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Ötən 25 il ərzində partiyamızın fəaliyyəti və onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?
- Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər salmaq üçün bir sıra məqamlara toxunmaq lazımdır.
Məlum olduğu kimi, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz dikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı. YAP-ın yaranması həm də tarixi zərurətin nəticəsi, sosial sifariş - çağırış idi. İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.
Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafında sıx birləşdirdi. Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbələr qazandı, öz fəaliyyətini uğurla davam etdirdi. Partiyamızın 25 illik yubileyi respublikamızın hər bir bölgəsində bayram əhvalında, təntənəli şəkildə qeyd edilir. Bu, xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət və hörmətinin bariz nümunəsidir.
- Partiyamızın dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə qadınlarımız da fəal iştirak edir. YAP Qadınlar Şurası partiyamızın fəaliyyətində xüsusi yer tutur. Qadınlar Şurasının yaradılması və fəaliyyəti ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə verilən önəmdən qaynaqlanır. Bu mənada YAP Qadınlar Şurasının sədri kimi siz qadınların partiya həyatında iştirakı barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd etmək istəyirəm ki, cəmiyyətin ən dinamik və aktiv təbəqələri sırasında yer alan, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadını Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.
Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Azərbaycan qadınının bugünkü fəallığının, cəmiyyət həyatının müxtəlif sahələrində uğurla və ləyaqətlə təmsil olunmasının təmin olunmasında Ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Zənnimcə, Azərbaycanın dövlətçilik tarixində Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmamışdır. Sevindirici haldır ki, həmin siyasət bu gün partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Qadınlar Şurasının fəaliyyətinə gəldikdə isə qeyd edə bilərəm ki, təşkilatımızın fəaliyyətinin əsasında dövlətçiliyimizə xidmət dayanır. YAP Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın sıralarında 700 mindən çox insan birləşib və bu, böyük bir ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. YAP öz ideyalarını həyata keçirərkən qadınlara və gənclərə də istinad edir. Ona görə ki, hər iki qurumun sırası möhtəşəmdir. Onlar yüksək ideoloji əsaslarla formalaşıb, tərkibi çox keyfiyyətlidir. Qadınlar Şurasının İdarə Heyətinin üzvləri sırasında elm xadimləri yer alır. Bundan başqa, təşkilatımızın sıralarında həkimlər, müəllimlər, digər peşə sahiblərindən olan ziyalılar təmsil olunurlar. Buna paralel olaraq hər il çoxsaylı vətənpərvər və ziyalı qadınlarımız mütəmadi olaraq YAP Qadınlar Şurasının sıralarına daxil olurlar.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsində və rolunun artmasında nə dərəcədə rol oynayır?
- Ötən dövr ərzində həyata keçirilən dövlət qadınlar siyasətinin ən mühüm və uğurlu nəticələrindən biri Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Biz bu yüksəlişi uzun illər müdrik və çoxsahəli fəaliyyətin ədalətli nəticəsi kimi dəyərləndiririk. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, Azərbaycan dövlətinin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən tədbirlər, reallaşdırılan unikal layihələr xüsusi əhəmiyyət daşıyır. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də qadın siyasətinin inkişafında tarixi xidmətləri misilsizdir. O, öz ali məramlara söykənən fəaliyyəti ilə Azərbaycan cəmiyyətində novatordur.
Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərləri ilə qürur duyan və özünün şəxsi nümunəsində bu dəyərləri dünyaya layiqincə təqdim edən Mehriban xanım Əliyevanın timsalında biz həmçinin qayğıkeş bir ana obrazını görürük. Mehriban xanım Əliyeva həyatının əlamətdar günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bununla Mehriban xanım Əliyeva sanki belə bir mesaj verir ki, uşaqları, ələlxüsus da valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin mərhəməti sayəsində ana qəlbinin hərarətini, istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar. Bütövlükdə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
- YAP Qadınlar Şurası partiyanın yaradılmasının 25-ci ildönümü ilə bağlı hansı tədbirlər keçirməkdədir?
- YAP Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbirlər planı hazırlayıb və müəyyən olunmuş plana əsasən müxtəlif tədbirlər keçirməkdədir. Ümumxalq partiyası olan YAP-ın sıralarında cəmləşən qadınlar bu tədbirlərdə olduqca fəal iştirak edirlər. Tədbirlərdə partiyamızın ötən 25 ildə keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınır, YAP-ın yaranmasını zəruri edən amillərə və partiyanın fəaliyyətinin başlıca istiqamətlərinə diqqət yetirilir. Bu tədbirlər həm də partiyamıza olan rəğbət və hörməti, inam və etimadı əyani şəkildə əks etdirir. Bütün tədbirlərdə YAP-ın Azərbaycanın inkişafına layiqli töhfələr verməsi, partiyamızın ölkəmizin müstəqillik tarixində misilsiz rol oynaması, Azərbaycanın gələcək siyasi taleyinin məhz Yeni Azərbaycan Partiyası ilə bağlı olması əminliklə vurğulanır. Bütün bunların ölkəmizin gənclərinə örnək, nümunə olduğunu düşünürəm.
- Nurlana xanım, siz həmçinin təcrübəli pedaqoq kimi ömrünüzü gənclərin təlim-tərbiyəsinə, təhsilinə həsr etmisiniz. Bu gün gənclərimiz cəmiyyət həyatının müxtəlif sahələrində aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq miqyasda uğurla təmisl edirlər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu gün hər bir cəmiyyətin ən dinamik qüvvəsi qismində məhz gənclər çıxış edirlər. Buna görə də gənclərin doğru yönləndirilməsi, onların fəaliyyətinə əlverişli şərait yaradılması, gənclərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin formalaşdırılması mühüm zərurət kimi çıxış edir. Digər tərəfdən, gəncliyin inkişafı, onların zərərli təsirlərdən qorunması hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Əlbəttə, burada əsas amil gənclərin düzgün istiqamətləndirilməsi, milli maraqlar və xalqımızın ali dəyərləri əsasında onların mütərəqqi qüvvəyə çevrilməsini təmin etməkdir. Bununla yanaşı, məktəblər və universitetlər yeniyetmə və gənclərin həm düzgün tərbiyə olunmasında, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rola malikdirlər. Xüsusilə, universitetlər gənclərin peşəkar kadr kimi yetişməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də cəmiyyətə, dövlətə faydalı kamil vətəndaş kimi formalaşmasında böyük məsuliyyət daşıyırlar.
Təsadüfi deyil ki, mütərəqqi yola, aydın inkişaf modelinə sahib olan dövlətlər gənclərin potensialından cəmiyyətin və dövlətin tərəqqisi naminə səmərəli şəkildə istifadə edirlər. Azərbaycan da belə ölkələr sırasında yer alır.
Azərbaycanda müasir çağırışlara müvafiq şəkildə mütərəqqi gənclər siyasəti həyata keçirilir. Digər tərəfdən, yeniyetmələrin və gənclərin zərərli təsirlərdən qorunması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlər müxtəlif layihələr çərçivəsində davam etdirilir. Bu gün ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə mühüm layihələr həyata keçirilir və səmərəli nəticələr əldə olunur.
Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir. Biz bunun örnəyini bir çox nümunələrin timsalında göstərə bilərik. Heç uzağa getməyək, aprel döyüşləri zamanı Azərbaycan gəncliyinin nümayəndələri böyük cəsarət və rəşadət nümunəsi ortaya qoydular. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu mənfur qonşularımıza, həmçinin bütün dünyaya bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin sayını istənilən qədər artırmaq olar, amma təkcə bu örnək bütün deyilənləri sübuta yetirir.
Azərbaycan cəmiyyətinin hər bir təbəqəsindən olan insanları öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə həyata keçirilən layihələr və tədbirlər dövlət gənclər siyasətinə mühüm dəstək kimi çıxış edir. YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir. Bütün bunların məntiqi nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan Partiyasına inamla, məhəbbətlə üz tuturlar. Azərbaycanın milli-mənəvi dəyərlərini mənimsəmiş, mütərəqqi baxışlara və zəngin dünyagörüşünə malik dəyərli gənclərimizin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşib.

 
  • Oxunub:  5460  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
17:41
13 İyul
Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq
17:39
13 İyul
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
17:36
13 İyul
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
17:13
13 İyul
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edib
17:10
13 İyul
Qaradağda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
17:08
13 İyul
Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib
17:07
13 İyul
Təhsil naziri: Son 15 ildə Azərbaycanda üç mindən çox yeni məktəb binası tikilib
16:53
13 İyul
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
16:52
13 İyul
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
16:50
13 İyul
Elman Məmmədov: Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir
16:35
13 İyul
Sevinc Fətəliyeva: "Tərəfdaşlıq prioritetləri" sənədi Azərbaycanla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27