Ana səhifə »  Müsahibə »  Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən konstitusiyanın nəticəsidir
A+   Yenilə  A-
Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən konstitusiyanın nəticəsidir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Vüsal müəllim, məlum olduğu kimi, 12 noyabr tarixi hər il ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında milli konstitusiyanın rolunu necə dəyərləndirirsiniz?
- Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir. Bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır. Bizim konstitusiyamızın da məqsədlərini aydın şəkildə konstitusiyamızın preambulasında görmək olar. Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edilmişdir. Yəni konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir.
Konstitusiyanın məzmunu, keyfiyyəti, ictimaiyyətin maraqları ilə uzlaşma səviyyəsi ilə dövlətin gücü və davamlı inkişafı arasında birbaşa əlaqə mövcuddur. Azərbaycan dövlətinin də bugünkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində konstitusiyanın rolu çox əhəmiyyətlidir. Bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən konstitusiyanın nəticəsidir. Konstitusiyamız nəinki sivil cəmiyyətin möhkəmlənməsi və inkişafı üçün tam çərçivəni müəyyən edir, həm də onun formalaşmasında hüquqi əsas kimi çıxış edir. Dövlətin hüquqi və demokratik təsisat kimi formalaşması üçün eyni qaydada fəal vətəndaş iştirakçılığı zəruridir. Vətəndaş iştirakçılığı isə məhz konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlar vasitəsilə tanınır və həyata keçirilir. Nəticədə, sivil cəmiyyətin formalaşması prosesi öz başlanğıcını məhz konstitusiyanın müddəalarından götürür.
- Konstitusiyanın dövlətimizin inkişafında olan rolundan danışarkən onun ilkin olaraq hansı şərtlər daxilində hazırlanması və hansı proseslərə məruz qalması qeyd edilməlidir. Bu barədə nə deyə bilərsiniz?
- Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası çox mürəkkəb bir tarixi dövrdə və gərgin proseslərin getdiyi bir zamanda qəbul edilmişdir. Belə bir şəraitdə həm həmin dövr üçün cəmiyyətin ehtiyac və tələblərinə uyğun, eyni zamanda, dövlətin gələcək inkişafı üçün çərçivəni müəyyən edən konstitusiya sənədinin qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixi üçün əhəmiyyətli hadisə idi və Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gələcəyinə baxışının ifadəsi idi.
Həqiqətən, Azərbaycan dövlətinin sonrakı inkişafı sübut etmişdir ki, Azərbaycan Konstitusiyası bu baxışı özündə əks etdirmiş və bütün istiqamətlərdə olan dinamik inkişafı və insan hüquq və azadlıqlarının qorunmasını prioritet olaraq müəyyən etməklə zəruri çərçivəni təmin etmişdir. 12 Noyabr - Konstitusiya Gününün xüsusi əhəmiyyəti həm də bununla bağlıdır.
- Azərbaycan Respublikası Konstitusiyasının səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?
- Konstitusiyalar hüquq sisteminin baza normalarını müəyyən edir və bütün hüquq sistemi konstitusiya normalarının müəyyən etdiyi qaydalar ətrafında genişlənir. Azərbaycan Respublikasını dövlət kimi xarakterizə edən baza norması konstitusiyamızın 7-ci maddəsinin I hissəsində təsbit olunub: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Biz bu normaları qısa olaraq açıqladığımız halda artıq konstitusiyamızın səciyyəvi xüsusiyyətlərini də aydınlaşdırmış olacağıq.
Konstitusiyamızın qəbul edilməsində əsas məqsədlərdən biri ali qanun səviyyəsində demokratik quruluşa təminat verməkdir. Demokratik quruluş xalqın iradəsi ilə müəyyən edilən və insan hüquq və azadlıqlarına zidd olmayan quruluş modelidir. Yəni xalq öz nümayəndələrini - prezident, millət vəkilləri və bələdiyyə üzvlərini dövri olaraq seçərək dövlət və yerli özünüidarəetməni həyata keçirir. Xalq seçdiyi nümayəndələrinin fəaliyyətinə hər dəfə növbəti seçkidə qiymət verir, başqa sözlə, seçkilər vasitəsilə onların fəaliyyətini təftiş etmiş olur. Konstitusiyamızda bu prinsiplər ətraflı olaraq təsbit olunmuş və qorunmuşdur.
Konstitusiyamızda həmçinin hüquqi dövlət modeli əsas götürülüb. Hüquqi dövlət qanunun aliliyinin qorunduğu, yəni heç bir şəxsin, qurum və ya quruluşun qanundan üstün olmadığı və qanun qarşısında hər kəsin bərabər olduğu, insan hüquq və azadlıqlarının qorunduğu, hakimiyyətin bölünməsi prinsipinin qorunub-saxlanıldığı dövlətdir. Konstitusiya mətninə diqqət yetirdikdə dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında bölündüyünü və bir hakimiyyət qolunun digərinə təsir imkanlarının qarşısını almaq üçün “qırmızı xətlər” olduğunu anlayırıq.
Azərbaycanın dünyəvi dövlət olması dinin dövlətdən ayrılması, hüquqi olaraq bütün dini etiqadlara bərabər yanaşmanın olması, təhsilin və ümumiyyətlə, bütün dövlət və bələdiyyə idarəçilik sisteminin dünyəvi xarakter daşıması deməkdir. Konstitusiyada belə bir normanın mövcudluğu əslində cəmiyyətin yaşayış xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanda tarixən bütün dinlərə qarşı tolerantlıq qorunub saxlanılıb və bütün dinlərə hörmətlə yanaşılıb. Bu səbəbdəndir ki, bu gün ölkəmiz multikultiralizm və tolerantlığın ən yaxşı nümunəsi kimi təqdim edilir. Konstitusiya da bu mənada cəmiyyətin tələbinə cavab olaraq dünyəvi respublika modelini mənimsəyib.
Müqayisəli konstitusionalizm mövqeyindən yanaşsaq, təbii ki, konstitusiyamızın insan hüquq və azadlıqlarına olan müsbət yanaşması, iqtisadi münasibətlərin təmini və sair müddəaları üzrə səciyyəvi xüsusiyyətləri çoxdur.
- Bildiyimiz kimi, ölkəmizin konstitusiyasının müddəalarının böyük hissəsi insan hüquq və azadlıqlarının təminatı ilə bağlıdır. Bu baxımdan dünya ölkələrinin əsas qanunları ilə müqayisədə milli konstitusiyamızın üstünlükləri nədən ibarətdir?
- Konstitusiyamızda “əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli 24-71. maddələrini əhatə etməklə 48 maddədə müəyyən edilmişdir. Bu da insan hüquqları məsələsinin Azərbaycanın ali qanununda həcmcə və əslində, mahiyyətcə ən böyük yeri tutması deməkdir. Üstəlik, insan hüquq və azadlıqları ilə bağlı maddələr təkcə konstitusiyanın III fəsli ilə məhdudlaşmır. Məsələn, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə fərdi şikayət vermə məsələsi konstitusiyanın VII fəslində tənzimlənib. Hər referendumla da konstitusiyamıza insan hüquqları ilə bağlı əhəmiyyətli əlavə və dəyişikliklər edilir. Bu proses də təbii qəbul olunmalıdır, çünki bütün dünyada insan hüquqları ilə bağlı standartlar daim dəyişir və təkmilləşir. Konstitusiyamız da bu standartlardan geri qalmamaq üçün dövri olaraq təkmilləşdirilməlidir.
Konstitusiyamızda insan hüquqları və azadlıqları ilə bağlı maddələrə baxsaq, görərik ki, təsbit olunan maddələr bu gün Avropada və ümumiyyətlə, dünyada ən əsas insan hüquqları instrumentləri sayılan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna tam uyğundur. Əlbəttə ki, adı çəkilən sənədlərə də baxsaq, insan hüquq və azadlıqlarının sərhədsiz olmadığını görərik. Konstitusiyamızda da bu tələbə uyğun olaraq yalnız və yalnız ictimai mənafelər və təhlükəsizlik məqsədləri üçün insan hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuşdur.
Konstitusiyamızda insan hüquqları ilə bağlı digər mühüm məsələ “əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslinin həcmi ilə “vətəndaşların əsas vəzifələri” fəslinin həcmi arasındakı nisbətdir. Konstitusiyamızda vətəndaşların 48 hüququna qarşılıq, sadəcə, 9 vəzifə təsbit olunmuşdur. Bu sadə hesabın özü belə konstitusiyanın ruhunu aydınlaşdırmağa kömək edə bilər. Konstitusiya mümkün olduğu dərəcədə insan hüquqlarını üstün tutur. Bu mövqe əslində konstitusiyada qanunlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranması halında beynəlxalq müqavilələrin üstün tutulması məsələsində də üzə çıxır. Belə ki, Azərbaycan Respublikası 18 əsas beynəlxalq insan hüquqları konvensiyasının 15-ni ratifikasiya edib. Xatırladaq ki, Azərbaycan bu göstərici ilə dünya dövlətləri arasında 1-ci kateqoriyada qərar tutub.
- Vüsal müəllim, 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasına bu günədək ümumxalq səsverməsi (referendum) nəticəsində bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Sizcə, əsas qanuna dəyişiklikləri zəruri edən amillər nədir və bu dəyişikliklər hansı hədəflərə, məqsədlərə xidmət etmişdir?
- Bütün konstitusiyalar müəyyən bir tarixdə qəbul olunur və zaman keçdikcə dövrün tələblərinə cavab verməkdə çətinlik çəkə bilər. Aydındır ki, konstitusiyada bəzi normalar dəyişmədikcə hüquq sistemində və dövlət idarəçiliyində önəmli dəyişikliklərin edilməsi çox mümkün deyil. Konstitusiyalar sosial, iqtisadi, siyasi və hüquqi dinamikaya uyğunlaşdırılmalıdır. Əks halda konstitusiya öz əhəmiyyətini itirər, cəmiyyətin inkişafına xidmət etmək əvəzinə onu ləngidən alətə çevrilər. Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik etməyin tək yolu kimi referendum göstərilir.
Bu günə qədər konstitusiyamıza üç dəfə ümumxalq səsverməsi (referendum) vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. İlk referendum 2002-ci il 24 avqust tarixində baş tutmuş və bir sıra mütərəqqi yeniliklər əlavə edilmişdir. Nümunə üçün həmin referendumla vətəndaşlara insan hüquqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə fərdi müraciət etmək hüququ verildi və məhkəmə hakimiyyətinin dövlət idarəetməsində rolu və gücü artırıldı. Bu referendumda qəbul edilən əlavə və dəyişikliklərin, təbii ki, Avropa Şurasına və Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmaqla da əlaqəsi var idi. Bu da referendumun əsasən insan hüquqları standartlarının daha da yüksəldilməsi üçün keçirildiyini göstərirdi.
İkinci referendum 2009-cu il 19 martda keçirildi. Təbii ki, 2009-cu ildə keçirilən referendumun konstitusiyamızın ölkəmizdə və dünyada gedən inkişaf proseslərinə adaptasiyası baxımından bir çox xidmətləri olmuşdur. Ancaq mən, xüsusilə, bir dəyişikliyi - seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü hüququ verilməsini qeyd etmək istərdim. Bu dəyişikliklə Azərbaycanda vətəndaşlar təkcə nümayəndələri vasitəsilə dolayı deyil, həm də birbaşa qanun yaratma prosesinin subyektinə çevrilmişdirlər. Vətəndaşların birbaşa qanun təklifi verə bilməsi dünyada ümumqəbul olunmuş praktika deyil. Bu məsələ əslində öncəki suallarınızla da əlaqəlidir. Təxmin edirəm ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququ gələcəkdə əksər dövlətlərin konstitusiyasında öz əksini tapacaq. Vətəndaşlara belə hüququn verilməsi birləşmək hüququ və ümumiyyətlə, vətəndaş cəmiyyətinin formalaşması üçün təşviqdir. Aydındır ki, vətəndaşlar qanunvericilik orqanının üzvlərini seçməklə və onların vasitəsilə də dolayısı ilə qanunvericilik hüququnun subyektinə çevrilirlər. Ancaq bu prosesdə birbaşa iştirak daha yüksək səviyyəli insan hüququnun təmin olunması deməkdir, həm də daha öncə toxunduğumuz demokratik dövlət modelinin təkmilləşməsidir.
Konstitusiyamıza əlavə və dəyişiklik edilməsi ilə bağlı sonuncu dəfə referendum 2016-cı il 26 sentyabr tarixində keçirilmişdir. Bu referendum nəticəsində də təklif edilən dəyişikliklərin əksəriyyəti konstitusiyanın insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilmişdir. Bu, ümumi dəyişikliklərin təqribən 60%-dən artıq hissəsini təşkil etmişdir. Sonuncu referendumdan qısa müddət keçməsi və bununla bağlı mətbuatda və eynilə partiyamızın internet səhifəsində fikirlərimin yer alması baxımından təkrarçılığa yol vermək istəmirəm.
Ümumi olaraq qeyd etmək istəyirəm ki, 12 Noyabr - Konstitusiya Günü Azərbaycan xalqı üçün çox dəyərlidir. 1995-ci il 12 noyabr tarixində Azərbaycan xalqı təkcə konstitusiya layihəsinə deyil, bütövlükdə bugünkü demokratik, hüquqi, güclü Azərbaycan dövlətinə səs vermişdir.

 
  • Oxunub:  6570  |  
  • Tarix:  11-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
17:41
13 İyul
Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq
17:39
13 İyul
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
17:36
13 İyul
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
17:13
13 İyul
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edib
17:10
13 İyul
Qaradağda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
17:08
13 İyul
Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib
17:07
13 İyul
Təhsil naziri: Son 15 ildə Azərbaycanda üç mindən çox yeni məktəb binası tikilib
16:53
13 İyul
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
16:52
13 İyul
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
16:50
13 İyul
Elman Məmmədov: Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir
16:35
13 İyul
Sevinc Fətəliyeva: "Tərəfdaşlıq prioritetləri" sənədi Azərbaycanla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27