Ana səhifə »  Müsahibə »  Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin inkişafı prioritetdir
A+   Yenilə  A-
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin inkişafı prioritetdir

Milli Məclisin deputatı Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, bu yaxınlarda Avropa İttifaqı Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Sizcə, bu səfərin əhəmiyyəti nədən ibarətdir?
- Avropa İttifaqı Şurasının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir. Ümumiyyətlə, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir. Təşkilat gözəl anlayır ki, Avropanın enerjiyə olan tələbatı daha da artmaqdadır. Ənənəvi enerji mənbələri ilə yanaşı, Azərbaycan dövləti yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir.
Aİ ilə münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Burada hər bir tərəf fərqindədir ki, əlaqələr bu təmələ söykənərək inkişaf edə bilər. Brüssel və rəsmi Bakı arasında münasibətlər qeyd edilən istiqamətdə inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycanla Aİ-nin ikitərəfli münasibətlərinin geniş formatına dair məsələlər müzakirə olundu. Bu nöqteyi-nəzərdən bu səfər onu göstərir ki, bu gün Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin xarici siyasətində Aİ ilə münasibətlərin prioritet olduğunu xüsusi olaraq vurğulaması da böyük əhəmiyyət daşıyır.
- Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi məsələsi ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm baza rolunu oynayır. Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində özünün əksini tapır. Aİ üçün isə bu, ilk növbədə, enerji mənbələrinin şaxələndirilməsidir. Təbii ki, Avropanın ənənəvi enerji mənbələri var. Bunlardan biri Rusiyadır. İl ərzində Avropanın təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Elə vaxtlar olub ki, onun 150 milyard kubmetri Rusiyadan alınıb. Amma hazırda Rusiyadan alınan qazın həcmi xeyli aşağı düşüb. Bütövlükdə, yenə də Rusiya Avropanın qaz təchizatında əsas mənbələrdən biri olaraq qalır.
Azərbaycan isə Avropa üçün yeni alternativ enerji mənbəyidir. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu məqamı diqqətdə saxladı ki, Azərbaycan 3 neft, 4 qaz kəməri ilə enerji ehtiyatlarını ixrac edir. Bütövlükdə, tərəflər arasında qaz sahəsində əməkdaşlıqda ciddi nailiyyətlər əldə edilib. 2011-ci ildən imzalanmış enerji sahəsində əməkdaşlıq memorandumu bu baxımdan xüsusi rol oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsi həyata keçirir ki, bu, Avropanın ən böyük meqalayihəsi hesab oluna bilər. Bu layihənin dəyəri təxminən 40 milyard dollar həcmindədir. Hazırda da bu sahədə əməkdaşlığımız böyük inkişaf tempinə malikdir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3 dəfə iclası keçirilib, hər 3 tədbir onu göstərir ki, layihə işlək layihədir. Layihənin başa çatması, yəni onun reallaşması üçün görülən işlər yekunlaşmaqdadır. Burada söhbət, ilk növbədə, TANAP və TAP layihəsindən gedir və “Şahdəniz” yatağı əsas mənbədir. Bu layihələr üzrə işlər 2018-2020-ci illərdə tam yekunlaşmalıdır. Nəticədə Azərbaycan qazı İtaliyaya çatacaq. Bununla da, Azərbaycan Avropanın qazla təchizatında çox mühüm rola malik olacaq.
Aİ fərqindədir ki, bu layihənin uğurlu olmasını şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın enerji siyasətində enerji və siyasətin bir-birindən ayrı olması ilə bağlıdır. Yəni enerji siyasətin əlində heç bir halda alət rolunu oynamır. Ölkə Prezidentinin bu siyasəti daim uğurlar gətirir.
Bu gün Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və bu layihə müxtəlif ölkələr arasında enerji sahəsində əməkdaşlığı özündə ehtiva edir, sülhə, əmin-amanlığa xidmət edir və böyük siyasi çəkiyə malikdir. Aİ təqdir edir ki, Azərbaycan hasilatçı olaraq həm özünün, həm alıcıların, həm tranzit ölkələrin mənafeyini nəzərə alır. Burada bir harmoniya var. Bu sahədə əməkdaşlıq nəticə etibarilə Avropanın meqalayihəsinin reallaşmasını şərtlərindən əsas amilə çevrilib.
- Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə rol oynaya bilər?
- Azərbaycan Prezidenti Aİ Şurasının nümayəndə heyəti ilə görüşü zamanı bu məsələni də diqqət mərkəzində saxladı və münaqişə ilə bağlı son vəziyyətə geniş qiymət verdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Bu, səmərəsiz fəaliyyət idi. Ermənilər danışıqlara başlamaq üçün şərtlər irəli sürürdülər. Amma dərk edirlər ki, bu yol qəbuledilməz bir yoldur. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik. Görüş zamanı cənab Prezident ikili standartlardan da bəhs etdi.
Xüsusilə bu məsələ ilə bağlı Aİ-yə gəldikdə, güman edirik ki, Aİ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq, prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin. Xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalında ölkəmizə qarşı davranışlar, şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır. Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ haqqında məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir.
- Elman müəllim, Azərbaycanın Avropa İttifaqı, o cümlədən digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı fonunda müəyyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli kampaniya aparır. Buna münasibətiniz necədir?
- Təəssüf ki, Azərbaycana qarşı müəyyən beynəlxalq siyasi dairələr tərəfindən qərəzli kampaniya aparılır. AŞ-nın baş katibi Yaqlandın timsalında bu gün bu yanaşmanı görürük. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu kampaniyanın mahiyyətindən də danışdı. Qeyd etdi ki, kampaniya ilk növbədə dünyada müəyyən siyasi, iqtisadi, maliyyə rıçaqlarına malik olan erməni lobbisinin və diasporunun fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, beynəlxalq QHT-lər bəzi dairələrin əlində alət olaraq Azərbaycana qarşı təzyiq göstərmək üçün istifadə edilir. Cənab Prezident vurğuladı ki, bütün bu yanaşmalar kökündən səhvdir. Azərbaycanı demokratiyanın olmamasında ittiham etmək, insan haqlarının vəziyyəti ilə bağlı yalanlar söyləmək ədalətə söykənmir. Əksinə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan haqları tam müdafiə olunur, fundamental hüquqlar, söz, mətbuat, sərbəst toplaşmaq, dini azadlıqlar tam təmin edilir. Eyni zamanda, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Bu qədər internet istifadəçisi olan ölkədə mətbuata qarşı hansı hücumlardan söhbət gedə bilər? Yəni bunlar qeyri-mümkün olan məsələlərdir.
Azərbaycanın inkişaf yolu belə halları istisna edir. Biz demokratik inkişaf yolunu seçmiş dövlətik və bu istiqamətdə ciddi addımlar atırıq. Cənab Prezident onu da qeyd etdi ki, bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində mitinqlərdə itlərdən, atlardan, dəyənəklərdən istifadə edilməsini görmüşük. Amma bunların heç biri Azərbaycanda yoxdur.
Çünki Azərbaycanın yolu demokratiya yoludur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər. Müxalifət son vaxtlar mitinqlər keçirir. Amma mitinqlərə az adamın gəlməsi müxalifətin öz problemidir. Çünki cəmiyyətimiz bu müxalifəti dəstəkləmir. Cənab Prezident vurğuladı ki, Avropa həqiqəti bilməlidir və doğru mənbələrdən istifadə etməlidir. Bir sıra hallarda isə biz bunun əksini görürük. Həmin qüvvələr çalışırlar ki, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar. Çünki bunu həzm edə bilmirlər ki, Azərbaycan dövləti milli maraqlara uyğun siyasət aparır, xalqımız birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir. Eyni zamanda, müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də ölkəmizlə təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlarımızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil.

 
  • Oxunub:  6360  |  
  • Tarix:  17-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib

18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib
15:13
19 İyul
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
15:09
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub
14:58
19 İyul
İordaniya Şahzadəsi Cocuq Mərcanlıya səfər edib
14:53
19 İyul
Qubada keçirilən humanitar aksiyada 200-dən çox donor könüllü qan verib
14:47
19 İyul
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
14:41
19 İyul
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb
14:38
19 İyul
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
14:23
19 İyul
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb
14:19
19 İyul
Daşkəsənin kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
14:02
19 İyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişlidə vətəndaşları qəbul edib
12:49
19 İyul
“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
12:22
19 İyul
DMX rəisi: Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb
12:07
19 İyul
Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu
11:48
19 İyul
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
11:24
19 İyul
Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
11:14
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 90 dəfə pozub
11:09
19 İyul
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
10:57
19 İyul
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
10:40
19 İyul
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
10:24
19 İyul
Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
09:58
19 İyul
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
09:52
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib
17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+23 +25