Ana səhifə »  Müsahibə »  Ziyafət Əsgərov: Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı
A+   Yenilə  A-
Ziyafət Əsgərov: Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı

Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun APA-ya müsahibəsi:
- Cinayət Məcəlləsinə təklif edilən son dəyişikliklər, xüsusilə bəzi cəzaların maliyyə sanksiyaları ilə əvəzlənməsi, ömürlük cəza ilə bağlı yüngülləşdirmələr və s. cəmiyyətdə müzakirə obyektidir. Bu barədə fikrinizi bilmək istərdik.
- Ümumiyyətlə, biz Azərbaycan qanunvericiliyində, xüsusilə cinayət və cinayət prosessual qanunvericiliyində humanistləşmə siyasətini həmişə aparmışıq. Zaman-zaman bu məsələlər parlamentdə müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bu ilin əvvəlində cənab Prezidentin bütövlükdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamı oldu. Həmin Sərəncamın ruhuna uyğun olaraq da belə bir dəyişikliklər layihəsi ortaya çıxdı. Bilirsiniz, dövlətimizin humanist siyasət ilə Cinayət Məcəlləsindəki bir sıra cəza komponentləri bəzi hallarda üst-üstə düşmürdü. Azərbaycan Prezidenti də belə qərara gəldi ki, Cinayət Məcəlləsindəki bu boşluq aradan qalxsın. Yəni biz bəzi hallarda görürdük ki, bəzi cinayət tərkiblərinə görə verilən cəzalar daha sərtdir. Son dəyişikliklər layihəsi də bundan irəli gələn məsələdir. Bu, insan hüquq və azadlıqlarının daha dərindən müdafiə olunmasıdır. Əsas mahiyyət bundan ibarətdir. Bütün cinayət qanunvericiliyimiz dövlətimizin apardığı siyasətə uyğunlaşdırılmalıdır.
Ömürlük cəzaya və maliyyə sanksiyalarına gəldikdə, burada nəticə barədə əvvəlcədən konkret qərar vermək çətindir. Bu məsələ Milli Məclisdə geniş müzakirə olunacaq. Orada müəyyən məsələlər var ki, dərindən müzakirə ediləcək. Bundan sonra biz konkret qərar verəcəyik. Bunun davamı olaraq Cinayət Prosessual Məcəlləyə də müvafiq dəyişikliklər ediləcək.
- Bu məsələnin məhz bu il ortaya çıxma səbəbi ictimaiyyətdə birmənalı qarşılanmır. Bir qisim iddia edir ki, bu, Avropa Şurasının və digər beynəlxalq təşkilatların iradlarının təsiri nəticəsində baş verir. Bu barədə nə deyə bilərsiniz?
- Qətiyyən. Dediyim kimi, biz onsuz da illərdir humanistləşdirmə siyasətini qanunvericiliyimizdə aparırdıq və bu da onun geniş şəkildə davamıdır. Cənab Prezident bildirdi ki, belə bir layihə hazırlanmalıdır və hazırlandı. Bizim Avropa Şurası, digər Avropa strukturları qarşısında bununla bağlı heç bir tələb yerinə yetirmə öhdəliyimiz yoxdur. Biz, əlbəttə ki, bütün qanunvericilik aktlarımızın hansı öhdəliyimiz varsa, ona uyğunlaşdırılmasını həyata keçirmişik. Avropa Şurası və digərləri ilə olan öhdəliklərdən söhbət gedir. Bu proses bu gün də davam edir. Amma bu dəyişikliyi konkret hansısa öhdəliklə əlaqələndirmək düzgün deyil. Bu, Azərbaycan dövlətinin humanist fəaliyyətindən irəli gələn tələb idi, yerinə yetirilir. Başqa kiminsə tələbi deyil. Bunu kiməsə xoş gəlmək üçün eləmirik.
- Son vaxtlar Avropa Şurası - Azərbaycan münasibətləri barədə diskussiyalar qızışıb, ölkənin bu qurumu tərk etməsi də gündəmə gəlib. Bu məsələ Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin üzvlərinin Azərbaycana səfəri zamanı da qaldırıldı.
- Təəssüf edirəm ki, 2001-ci ildə biz Avropa Şurasına daxil olduqdan bu günə qədər davamlı olaraq o qurum tərəfindən təzyiqlərə məruz qalmışıq. Təsəvvür edin ki, Ermənistanla eyni vaxtda bu quruma daxil olmuşuq, amma Ermənistan kimi işğalçıya münasibət başqa cürdür, bizə qarşı isə təzyiqlərdən ibarətdir.
Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü var. Ermənistan bizim torpaqları işğal edib. Ermənistanda faktiki hakimiyyət hərbi xunta rejiminin əlindədir. Ermənistanın indiki rəhbərliyi Azərbaycanın Xocılı şəhərində soyqırımı törədib. Özü də bunu Avropa Şurası Parlament Assambleyasının tribunasından açıq etiraf etdi. Amma bütün bunlardan sonra Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Bilirsiniz, Avropa Şurasında çox böyük ədalətsizliklər baş verir. Cənab Prezident də çox haqlı olaraq Avropa İttifaqı komitəsinin üzvləri ilə görüşdə bu məsələni açıq bildirdi. Bu cür, əlbəttə ki, davam edə bilməz. Yanımızda işğalçı dövlətə sanksiya tətbiq edilmir, göz yumulur, amma bizə təzyiqlər edilir. Bu qədər ikili standart olarmı? Özlərinə haradasa sərf edən hansısa bir şey görəndə dərhal həll edirlər. Amma Azərbaycanın torpaqları 25 ildir işğal altındadır, məsələ həllini tapmır. Belə davam edə bilməz.
- Yəni artıq Avropa Şurasında qalmağa lüzum yoxdur?
- Bu məsələni ölkə Prezidenti və parlament həll edir. Amma onu sizə konkret deyim ki, cənab Prezidentin dediyi kimi, biz Avropa Şurasını tərk etsək, heç nə dəyişməyəcək. Yəni açıq deyək, bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. Bundan başqa, Avropa Şurasından, onun Parlament Assambleyasından çox böyük narazılıqlar var. Bu qədər ərazimiz işğal olunub, bu qədər Ermənistan tərəfindən Azərbaycana qarşı terror aktları törədilib, ölkəmizdə qaçqın və köçkün problemləri var və sair... Bu qədər problemlərin qarşısında Ermənistana heç bir sanksiya tətbiq edilmir, bir söz deyilmir. Niyə? Nədən? Yəni bu təşkilat bizə nə verir? Nəyə lazımdır? Düzdür, bu təşkilatda Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bir-iki sənəd qəbul olunub. Amma iş bununla bitmir axı. İş elə burada da dayanıb. BMT Təhlükəsizlik Şurası da 25 il əvvəl 4 qətnamə qəbul edib və kağız üzərində qalıb. Bu qətnamələri, sənədləri qəbul edirsənsə, icrası ilə də maraqlanmalısan ki, niyə icra olunmur.
- Avropa Şurası son vaxtlar bəzi qərarların (Avropa İnsan Haqları Məhkəməsinin) icra olunmamasına görə Azərbaycanı ittiham edir. Konkret, REAL hərəkatının lideri İlqar Məmmədovun azad olunması üçün vaxt qoyulub.
- Onda mən onlardan soruşuram: necə olur ki, Avropa dövlətlərində Avropa İnsan Haqları Məhkəməsinin on mindən artıq qərarı icra olunmur və buna susurlar?
İndi bir İlqar Məmmədovla bağlı düşüblər Azərbaycanın üstünə. Xeyir ola? Mən İlqar Məmmədovu siyasi məhbus hesab etmirəm. O, konkret cinayət əməlinə görə konkret cəzasını alıb. Avropada kimlərsə xüsusi maraqlıdırlarsa ki, filankəslər buraxılmalıdır, bu, yanlış variantdır. Bizimlə göstərişlə, vaxt qoymaqla danışmaq olmaz. Biz Avropa Məhkəməsinin qərarlarını icra edirik, müəyyən etdikləri miqdarda hətta təzminat da ödəyirik. Avropa Məhkəməsinin digər ölkələrdə 10 000 qərarı yerinə yetirilməyib. Niyə buna susurlar, ancaq bizim üstümüzə düşüblər? Öz gözlərində tiri görmürlər, Azərbaycana gələndə hər şeyi mikroskopla axtarırlar. Azərbaycanla vaxt qoyub, diktə dili ilə danışmaq effektli siyasət deyil. Oturub danışmaq, müzakirə etmək lazımdır.
- Belə görünür ki, Azərbaycanın işğal olunmuş əraziləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indən belə də ciddi addım gözlənilmir. Ermənistan prezidenti müharibə ritorikası ilə danışır, hədə-qorxu gəlir. Sizcə, Azərbaycan nə etməlidir?
- Azərbaycan istənilən anda öz torpaqlarını azad etmək üçün hərbi hərəkətə keçə bilər. Bu, BMT Nizamnaməsinə də, qanunvericiliyimizə də uyğundur. Biz bu işğala bu qədər dözə bilmərik.
- Bu, nə vaxt olacaq?
- Zamanı gələndə hər şeyi görəcəksiniz. O ki qaldı Ermənistan rəhbəri Sarkisyanın ritorikasına, o heç vaxt Azərbaycanı hədələyə bilməz. Çünki Sarkisyan çox qorxaq, eyni zamanda, çoxlu cinayətlər törətmiş bir adamdır. Sadəcə, onun danışığı elədir. O, Azərbaycanın gücünü də, qüdrətini də bilir.
Serj Sarkisyan törətdiyi cinayətlərə görə tezliklə beynəlxalq hüquq qarşısında cavab verəcək. Görəcəksiniz. ATƏT-in Minsk qrupunun fəaliyyətinə gəldikdə, münaqişənin həllində yeganə vasitəçi olmasına baxmayaraq, təəssüf ki, bu günə qədər qrupun fəaliyyəti effekt verməyib. Cənab Prezident də bunu vurğulayıb. Gəlirlər, səfərlər edirlər və gedirlər. Heç bir şey yoxdur. Minsk qrupu özündə cəsarət tapıb, konkret sözünü deməlidir ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan da işğala məruz qalıb. Yalandan hərəsi bir bəyanat verir. Deyirlər, Dağlıq Qarabağ problemi çox mürəkkəb problemdir, vaxt lazımdır və sair. Heç bir mürəkkəblik yoxdur burada. Dağlıq Qarabağ məsələsini mürəkkəbləşdirən elə Minsk qrupunun həmsədrləridir. Hərəni öz adı ilə çağırmaq lazımdır. İndi baxın, vaxtilə Dağlıq Qarabağda separatizmin qarşısı alınsaydı, bu gün Şimali İraqda Kürdüstan, İspaniyada Kataloniya məsələsi belə ortalığı qarışdırmazdı. Avropanın özündə ərazi bütövlükləri təhlükə altına düşüb separatizm ucbatından. Avropa indi vaxtilə düzgün aparmadığı siyasətin acı nəticələrini yaşayır. Öz başında çatlayır.
- Son vaxtlar Azərbaycanda dini radikalizm təhlükəsindən danışılır. Xüsusilə son Aşura mərasimində bu məsələ daha çox qabardıldı və körpə uşaqların mərasimlərə cəlb edilməsinin ciddi təhlükədən xəbər verildiyi bildirildi. Siz nə düşünürsünüz?
- Bəzən Azərbaycanda dini radikalizm mövzusu çox şişirdilir. Özü də mətbuat bunu şişirdir. Mən Azərbaycanda dini radikalizmdən doğan təhlükə görmürəm. Bu mövzu haradan gəlir, haradan qaynaqlanır, bunu niyə şişirdirlər, anlamıram. Bəli, Azərbaycandan Suriyaya döyüşməyə gedənlər var. Amma getmək hələ o demək deyil ki, Azərbaycanda konkret dini radikal mühit var. Mən bu fikirlə razılaşmıram. Bizim ötən il qanunvericilikdə də dəyişiklik oldu ki, başqa ölkəyə din adı altında döyüşməyə gedənlərə qarşı konkret tədbirlər görülsün. Yəni biz artıq hüquqi həll yollarını yaratmışıq. O ki qaldı Aşura günü ilə bağlı narahatlığa, Azərbaycan Konstitusiyasına zidd nə olacaqsa, qarşısı alınacaq. Amma mən Aşurada ciddi təhdid görmədim. Mən bu məsələyə yalnız bu qədər cavab verirəm.
- Gələn il Azərbaycanda prezident seçkiləri ilə əlaqədar gərgin il olacağı, müəyyən qüvvələrin hərəkətə keçəcəyi barədə fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
- “Beşinci kolon” həmişə olub, indi də fəallaşacaq. Amma gələn il Azərbaycanda prezident seçkilərinin xüsusi gərgin şəraitdə keçəcəyini mən düşünmürəm. Bu barədə indidən hansısa təhlükədən, gərginlikdən danışmaq olmaz.
- Müxalifət son vaxtlar mitinqlərə start verib. Ümumiyyətlə, gələn il seçkilərdə təmsil etdiyiniz partiyaya - YAP-a rəqib ola biləcək müxalifət namizədi görürsünüzmü?
- Mən müxalifətin say artımında, fəallığında bir şey görmürəm. Amma mitinq keçirirlərsə, bu, Azərbaycanın demokratikliyindən xəbər verir ki, onlar da öz sözlərini deyirlər. Amma sizə konkret əminliklə deyim ki, müxalifətdən Azərbaycanda hakimiyyətə gələcək bir qüvvə görmürəm. Onlarda o güc yoxdur. İçlərində bununla bağlı hansısa bir uğur əldə edəcək kimsə yoxdur.

 
  • Oxunub:  9390  |  
  • Tarix:  07-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA