Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır
A+   Yenilə  A-
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır

Milli Məclisin deputatı Nəriman Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəriman müəllim, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları uğurla həyata keçirilməkdədir. Bu proqramların icrası nəticəsində bölgələrimizdə həyata keçirilən böyük abadlıq və quruculuq işlərinin gedişatı barədə fikirlərinizi bilmək istərdik.
- Ümumiyyətlə, Prezident İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Cənab Prezidentin bu günlərdə cənub bölgəsinə səfəri də bu faktı təsdiqləyir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda bu proses davam etməkdədir.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb. Prezident İlham Əliyev bildirib: “Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.
Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik”.
Dövlət başçısının müşavirədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ardıcıl olaraq tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilən siyasət nəticəsində qeyri-neft sektoru əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Bu baxımdan bölgələrdə kənd təsərrüfatında xeyli irəliləyiş var. Şübhəsiz ki, qarşıdakı illərdə qeyri-neft sektoru daha da güclənəcək və Azərbaycan böyük ixrac potensialına malik olan ölkəyə çevriləcək.
- Prezident İlham Əliyevin bu günlərdə cənub bölgəsinə səfəri çərçivəsində kənd təsərrüfatı sahəsinə aid kifayət qədər yeni obyektlərin açılışı oldu. Siz, Milli Məclisdə bu regionu təmsil edən millət vəkili kimi ötən dövr ərzində kənd təsərrüfatının bu bölgəyə xas sahələrinin inkişafı və perspektivi barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, Onun qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
Konkret olaraq, təmsil etdiyim Masallı rayonunda bu istiqamətdə görülmüş işlər və əldə edilmiş nailiyyətlər haqqında müşahidələrimi bölüşə bilərəm. Masallı rayonunun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, rayonda 37 min ailənin istifadəsində olan əkinəyararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır. Son illərədək rayonda əkin sahələrinin 60 faizə qədərində taxıl yetişdirilir, 25 faizə qədəri istifadəsiz qalırdı. Rayonun torpaq-iqlim şəraiti üçün əlverişsiz sayılan taxıl əkinlərinin hər hektarından 10-20 sentner məhsul götürülür, bu qədər sahədə cəmi 150-180 iş yeri yaranırdı. Bu sahə bizim rayonda iqtisadi cəhətdən qeyri-rentabellidir.
Cənab Prezidentin ötən ilin sentyabr ayında Masallıda olarkən yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin icrası ilə bağlı əhali və mütəxəssislərlə müntəzəm məsləhətləşmələr aparılır, təbii iqlim şəraitinə uyğun əkin strukturuna yenidən baxmaqla torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilir. Nəticədə fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib.
Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb və bu gün də tələbat var. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub.
- Bəs rayonda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı üçün hansı imkanlar mövcuddur?
- Cənab Prezidentin tapşırığına əsasən əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çınqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır.
Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür.
Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb.
Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq. Bu, bizim mövcud su ehtiyatlarımızın 20 faizindən çoxdur.
Dövlət başçısının ixracyönümlü məhsul istehsalının artırılması üçün verdiyi tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır. Bütövlükdə, Masallı rayon ictimaiyyəti dövlət başçısının tapşırığına müvafiq olaraq, kənd təsərrüfatının bir çox sahələrinin dinamik inkişafının təmin edilməsi üçün bundan sonra da bütün imkanları səfərbər edəcək, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq.
- Nəriman müəllim, qarşıda dayanan vəzifələrin həyata keçirilməsində sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan dövlətindən kifayət qədər güclü dəstək alan sahibkarlar bu məsuliyyət hissini nə dərəcədə reallaşdıra bilirlər?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
Son illər dövlətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizə qədəri məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara Öz dəstəyini bəyan edib. Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı bildirib: “Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də, ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.
Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə Prezidenti sahibkarlığa daha böyük diqqət ayrılmasını zəruri hesab edir. Bu məqsədlə son illər sahibkarlığın inkişafı istiqamətində dövlət başçısı tərəfindən müvafiq qərarlar qəbul olunub, eləcə də qanunvericilik bazası təkmilləşdirilib. İnanırıq ki, bundan sonra da sahibkarlar dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlar.

 
  • Oxunub:  3720  |  
  • Tarix:  07-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan islahatlar və müvafiq Dövlət proqramları Azərbaycanın dayanıqlı inkişafını təmin edir

20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”
17:19
22 Noyabr
Akademik Vasim Məmmədəliyev İslam dəyərlərinin düzgün yozulmasında böyük xidmətlər göstərib
17:11
22 Noyabr
Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edəcək
17:06
22 Noyabr
XİN: Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır
16:52
22 Noyabr
Yüksək Səviyyəli Afina Toplantısının birinci panel sessiyası miqrasiya probleminə həsr olunub
16:25
22 Noyabr
Oleq Medunitsa: Brüssel forumunda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi
16:23
22 Noyabr
Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub
16:07
22 Noyabr
UNICEF-in regional direktoruna Azərbaycanda gənclər sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib
16:05
22 Noyabr
Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin çox ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirdi
15:51
22 Noyabr
Bahar Muradova: Ölkədə ümumi vəziyyət yaxşıdır və inkişaf tendensiyası var
15:30
22 Noyabr
ADU-da “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirilib
15:25
22 Noyabr
Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir
15:07
22 Noyabr
“Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Afina Toplantısı sessiyalarla davam edir
14:53
22 Noyabr
Ölkəmiz ISESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında təmsil olunur
14:50
22 Noyabr
Azərbaycan Qılıncoynatma Federasiyası üzvlərinin ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib
14:35
22 Noyabr
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili: Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir
14:31
22 Noyabr
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək
14:15
22 Noyabr
Özbəkistanın review.uz portalı Azərbaycanın turizm sənayesindən yazıb
14:10
22 Noyabr
Əli Həsənov: Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub
14:08
22 Noyabr
BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir
13:53
22 Noyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək
12:55
22 Noyabr
TANAP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək
12:53
22 Noyabr
Azərbaycan COMCEC-in İstanbulda keçirilən iclasında rəsmi heyətlə təmsil olunur
12:39
22 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in regional direktoru ilə görüş olub
12:33
22 Noyabr
Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilir
12:30
22 Noyabr
Bakı Ali Neft Məktəbində beynəlxalq təlim proqramı uğurla davam edir
12:27
22 Noyabr
“The Washington Times” qəzetində Xankəndindəki qanunsuz rejimə yardım göstərilməsi barədə məqalə dərc edilib
12:24
22 Noyabr
Sahibə Qafarova: Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir
12:20
22 Noyabr
Bakıda FIFA İcraedici Futbol Sammiti keçirilib
12:18
22 Noyabr
Afinada “Avropa İttifaqı – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir
12:14
22 Noyabr
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
12:00
22 Noyabr
Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib
11:57
22 Noyabr
Hikmət Babaoğlu: Brüsseldə keçirilən beynəlxalq forum separatizmin və terrorizmin çox təhlükəli olduğunu aktuallaşdırdı
11:52
22 Noyabr
Bakıda gənclər arasında tolerantlığın təbliği mövzusunda beynəlxalq konfrans keçirilib
11:27
22 Noyabr
Hikmət Hacıyev: Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan həm də nasizmin təbliğini dövlət siyasətinə çevirib
11:20
22 Noyabr
BƏƏ Rəqəmsal Ticarət Qovşağına qoşulmaqla Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında iştirak edə bilər
10:55
22 Noyabr
Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
10:53
22 Noyabr
Çen Qopinq: Azərbaycan İpək Yolunun vacib iştirakçılarından biridir
10:52
22 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri minaatanlardan da istifadə edərək atəşkəs rejimini 138 dəfə pozub
10:01
22 Noyabr
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
17:51
21 Noyabr
Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran əsas vəzifələrin uğurla yerinə yetirilməsində aparıcı qüvvə olub
17:42
21 Noyabr
Deputat: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”
17:27
21 Noyabr
Gələn il informasiya və rabitə sektorunda 5,1 faiz artım gözlənilir
17:21
21 Noyabr
Azərbaycanın müdafiə naziri BƏƏ generalı ilə görüşüb
16:25
21 Noyabr
İqtisadiyyat naziri: Tədiyə balansının cari hesabı 1,4 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır
16:20
21 Noyabr
Çexiya arxivlərində Azərbaycanla bağlı sənədlərin nüsxələri əldə olunu
16:18
21 Noyabr
YAP-ın ümumxalq partiyasına çevrilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətə əsaslanır
16:11
21 Noyabr
Sankt-Peterburqda Avrasiyanın gənc jurnalistlərinin “Mədəniyyətlərarası dialoq” media-forumu işə başlayıb
15:58
21 Noyabr
Azərbaycan və Koreya Respublikası arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
15:50
21 Noyabr
Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası bundan sonrakı mərhələdə də Azərbaycanın inkişafında öz sözünü deyəcək
15:43
21 Noyabr
Azərbaycan İstanbulda keçirilən Asiya Parlament Assambleyasının plenar sessiyasında təmsil olunur
15:04
21 Noyabr
Qurban Qurbanov: Sabah rəqib komandaya qarşı layiqli oyun göstərməyə çalışacağıq
14:57
21 Noyabr
Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 4 milyon 286,37 min dollar təşkil edib
14:33
21 Noyabr
Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək
14:23
21 Noyabr
Leyla Əliyeva "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" sərgisinin açılışında iştirak edir
14:15
21 Noyabr
Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir
14:07
21 Noyabr
Azərbaycanın energetika naziri Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində iştirak edəcək
14:01
21 Noyabr
Nazir: Gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərin qlobal iqtisadi prosesləri nəzərə alınıb
13:54
21 Noyabr
Ziyad Səmədzadə: Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi hədəflərə nail olmağa imkan verəcək
13:52
21 Noyabr
Samir Şərifov: 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır
13:23
21 Noyabr
Oqtay Əsədov: Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, gələn il üçün də real iqtisadi artım proqnozlaşdırılır
12:49
21 Noyabr
Eldar İbrahimov: YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır
12:10
21 Noyabr
Yol Xəritəsində nəzərdə tutulan islahatların tətbiqi uğurla həyata keçirilir
12:09
21 Noyabr
Milli Məclisdə 2018-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA