Ana səhifə »  Müsahibə »  Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir
A+   Yenilə  A-
Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- Gündüz müəllim, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı olduqca əhəmiyyətli bir hadisədir. Bununla bağlı sizin fikrinizi bilmək maraqlı olardı.
- Dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda, İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir. Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətini mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik. Çünki Azərbaycan bu addımı ilə dünyaya sülh, dostluq, qardaşlıq mesajı ünvanlamış olur. Üstəlik, ölkəmizin bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, həmrəylik məkanı kimi tanınması bu mesajın ünvanına doğru şəkildə çatacağına şübhə doğurmur.
Bütün bunlar ölkəmizdə digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də aparılan uğurlu siyasətin nəticəsidir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühiti yeni bir dövrə qədəm qoydu, dini etiqad azadlığına geniş imkanlar açıldı, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Hazırda dövlət-din münasibətlərinin müsbət irəliləyişi göz önündədir. Ölkəmizdəki dini tolerantlıq və multikulturalizm dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir ki, bu da dünya ölkələri, xüsusilə müsəlman respublikaları tərəfindən rəğbətlə qarşılanır.
- Sizcə, ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” müsəlman dünyasına hansı töhfələri verməkdədir?
- Təəssüf ki, müsəlman ölkələrini bir-birinə qarşı qoymaq, məzhəb və təriqət ayrı-seçkiliyi yaratmaq istəyənlər həmişə olmuşdur. Əminəm ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların önlənməsi və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu möhtəşəm tədbirə paralel olaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman dövlətləri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan əməli addımlar müəyyən nailiyyətlərin əldə edilməsində müsbət rol oynayacaqdır. Bu da o deməkdir ki, “İslam Həmrəyliyi İli” təkcə din amilinə əsaslanmır, həm də müsəlman ölkələrinin digər sahələrdə bir-birini dəstəkləməsinə imkan yaradır.
- Dövlət Komitəsi “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirir. Bu istiqamətdə xarici ölkələrdə keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir? İl ərzində daha hansı ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirib. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçirilən konfrans və görüşlər bu məsələnin aktuallığından, İslam aləminin birliyinə olan çağırışından bəhs edir. Dünyanın sülhə, dostluğa ehtiyac duyduğu belə bir dövrdə bu istiqamətdə görülən hər bir iş İslam həmrəyliyinin təbliğinə hesablanmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məqsədlə bir çox qurumlarla, xüsusən Qafqaz Müsəlmanları İdarəsi ilə mütəmadi əməkdaşlıq etməkdədir və bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir.
Ölkəmizdən kənarda keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin dünyaya çatdırılması üçün mühüm işlər görülüb. Bu məqsədlə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur. Məsələn, “İslam Həmrəyliyi İli” çərçivəsində Bakı, Helsinki, Tehran və digər şəhərlərdə keçirilən konfrans və görüşlərdə Azərbaycanın nümunəvi dövlət-din modelinin, tolerant və multikultural ənənələrinin beynəlxalq səviyyədə təbliğatı aparılmış, eyni zamanda, dünyada radikalizm və ekstremizmin güclənməsinə qarşı birgə fəaliyyətə dair təkliflər səsləndirilmişdir.
Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu istiqamətdəki fəaliyyətimizin davamı olaraq Türkiyə, Özbəkistan, İspaniya, Mərakeş və Rusiyanın Sankt-Peterburq şəhərində yüksək səviyyəli konfrans və görüşlər nəzərdə tutulub.
- Dövlət Komitəsi respublikamızın bölgələrində də ardıcıl olaraq dini maarifləndirmə istiqamətində tədbirlər keçirir. Bu maarifləndirmə prosesi nə kimi nəticələr verməkdədir?
- Ölkədə mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparılır. Fəaliyyətimizi bu təhlil işinin nəticəsinə əsasən qururuq. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Bunu müxtəlif səbəblərlə izah etmək olar. Amma, məncə, əsas səbəb həm dini konfessiyalarla, həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır. Yəqin, razılaşarsız ki, İslam həmrəyliyinin təbliği, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Bütün bunların sayəsində demək olar ki, nəticə ürəkaçandır. Çünki ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur. Ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli-mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Amma təbii ki, zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndirilməsinə ehtiyac var. Ona görə ki, din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
- Azərbaycanda dini icmalar arasındakı münasibətlər haqqında da fikirlərinizi bilmək istərdik.
- Ölkəmizin keçdiyi tarixi dövrə nəzər saldıqda hər zaman tolerant mühitin mövcudluğu ilə qarşılaşırıq. Bu, istər yerli icmalararası münasibətlərdə, istərsə də dini konfessiyalara olan diqqətdə özünü büruzə verməkdədir. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icması fəaliyyət göstərməkdədir. “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Bu baxımdan deyə bilərik ki, ölkəmizdəki dini icmalar arasındakı münasibət dünyada az rast gəlinən tolerantlıq nümunəsidir. Dini dözümlülük başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir. Başqa sözlə, tolerantlıq bizə görə mədəniyyət və mənəviyyat məsələsidir. Ölkəmizdə tarixən bu cür yüksək mənəvi mühitin formalaşmasında dini icmaların xüsusi rolu olub.

 
  • Oxunub:  7050  |  
  • Tarix:  30-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA