Ana səhifə »  Müsahibə »  Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına əhəmiyyətli şəkildə təsir göstərməkdədir
A+   Yenilə  A-
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına əhəmiyyətli şəkildə təsir göstərməkdədir

Milli Məclisin deputatı Kamilə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Kamilə xanım, hazırda regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra olunmaqdadır. Bu Dövlət Proqramının əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.
Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir.
Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb.
2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb. Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir.
- Prezident İlham Əliyev avqustun əvvəlində Balakən və Zaqatala rayonuna səfər etdi. Siz Milli Məclisdə 111 saylı Zaqatala-Balakən seçki dairəsini təmsil edirsiniz. Bu səfər hər iki rayonun həyatında hansı əlamətdar hadisələrlə yadda qaldı?
- Qeyd edim ki, Prezident İlham Əliyevin Balakən və Zaqatalaya səfəri hər iki rayonun ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ümumiyyətlə, dövlət başçısı Balakənə 5-ci dəfədir ki, səfər edirdi. Bu faktı biz dövlət başçısının balakənlilərə böyük inamı, rayona böyük diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab edirik. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 3-də rayona növbəti səfəri əvvəlki gəlişlərində olduğu kimi, ictimaiyyət üçün çox uğurlu oldu. Səfər zamanı dövlət başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD Mərkəzinin açılışında iştirak edib və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident görülmüş işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçının açılışını etdiyi hər bir infrastruktur rayonun həyatı üçün çox böyük əhəmiyyət daşıyır. Məsələn, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Balakən Su Elektrik Stansiyasının istifadəyə verilməsi də böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi, elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu layihə də olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.
Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri də bu bölgənin həyatı üçün çox əlamətdar hadisədir. Səfər çərçivəsində dövlət başçısı Zaqatalada tütün emalı zavodunun fəaliyyəti və “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısı səfər zamanı Zaqatalada “Bəhmətli” elektrik yarımstansiyasının açılışını da edib.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkə başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü respublikanın bütün regionlarının, o cümlədən Balakən və Zaqatala rayonlarının da hərtərəfli inkişafında göstərməkdədir. Hər iki rayonun ictimaiyyəti əmindir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasəti Azərbaycanın, o cümlədən onun bölgələrinin daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.
- Təmsil etdiyiniz bölgənin iqtisadi potensialı haqda nə deyə bilərsiniz? Bu bölgə yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafına nə kimi töhfələr verməkdədir?
- İqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Təmsil etdiyim bölgədə barama, tütün və fındıqçılığın inkişafı üçün böyük potensial var. Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir.
Aqrar sektorda dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi, son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olunub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də digər sahələrdə də ciddi tədbirlər görülür ki, bunların da nəticəsində tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Azərbaycanda kənd təsərrüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq.
Bilirsiniz ki, Zaqatala-Balakən zonası həmçinin böyük turizm potensialına malikdir. Bu istiqamətdə də yeni layihələr həyata keçirilir ki, bunlar da qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək.

 
  • Oxunub:  4950  |  
  • Tarix:  16-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib

17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
14:49
18 Yanvar
Son iki ayda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb
14:47
18 Yanvar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:27
18 Yanvar
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb
14:24
18 Yanvar
“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib
14:22
18 Yanvar
Milli Kitabxanada 20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib
14:18
18 Yanvar
Builki Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
14:13
18 Yanvar
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib
12:40
18 Yanvar
Şəhidlərin xatirəsi ürəklərdə yaşayır
12:27
18 Yanvar
Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb
12:18
18 Yanvar
Necdet Ünüvar: 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür
12:15
18 Yanvar
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb
12:07
18 Yanvar
Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
12:00
18 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib
11:52
18 Yanvar
YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
11:40
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
11:15
18 Yanvar
Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək
11:09
18 Yanvar
Milli Məclisin deputatları Bolqarıstanda
10:53
18 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib
10:37
18 Yanvar
Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
10:22
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
10:19
18 Yanvar
Düşmən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 126 dəfə pozub
18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +8
gecə0 +3