Ana səhifə »  Müsahibə »  Siyavuş Novruzov: Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var
A+   Yenilə  A-
Siyavuş Novruzov: Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var

“İdarəetmədə ciddi struktur islahatı gözlənilir”
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi:
- Ermənistanın atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc əhali arasında ölüm halı oldu. Bu təxribatın ardınca təmas xəttində torpaqlarımızın işğaldan azad olunması uğrunda həlledici döyüşlərin başlanmasından söhbət gedir. Sizcə, bu, realdırmı?
- Əvvəla, indiyə qədər atəşkəs müddətində atəşkəs yalnız Ermənistan tərəfindən pozulub. Azərbaycan bir dəfə də olsun atəşkəs rejimini pozmayıb, yalnız Ermənistana cavab verib. Bunu biz yox, rəsmi statistika deyir. Bütün beynəlxalq monitorinqlərdə bu, dəfələrlə etiraf olunub. Azərbaycan tərəfindən erməni dinc əhalisinə və yaşayış məskəninə qarşı silahdan istifadə edilməyib. Buna baxmayaraq, Ermənistan nəinki atəşkəsi pozmaqda, razılaşmaya əməl etməməkdə davam edir, eyni zamanda, beynəlxalq hüququn prinsiplərini kobud formada pozur. Artıq dinc insanlara qarşı ağır silahlardan istifadə edir. Bu, beynəlxalq cinayətdir və bunun tədbiri mütləq görülməlidir.
Ötən ilin aprel hadisələrindən sonra erməni silahlıları xeyli quduzlaşıb. Ermənistanda həmin vaxt xeyli itki verilməsinə baxmayaraq, rəsmiləri bunun bir qismini gizlətdi. Çünki orda vuruşanların bir hissəsi ayrı-ayrı dövlətlərdən gələn muzdlular idi, onları elə işğal olunmuş ərazilərimizdə də basdırdılar. Bundan başqa, guya “valideynləri ilə əlaqə kəsilib və s.” adı altında da xeyli itkilərini gizlədiblər. Hansı ki, bunların hamısı həmin aprel hadisələri zamanı Azərbaycan ordusu tərəfindən hücumların qarşısı alınan zaman məhv edilib. Bunu mən tam dəqiqliyi ilə deyirəm. Bunun ardınca Ermənistanın təxminən 10 000 gənci hərbi çağırışdan yayınaraq ordu sıralarında qulluq etməkdən, ümumiyyətlə, Dağlıq Qarabağa gəlməkdən imtina edib. Bildiriblər ki, onlara aid olmayan ərazidə ölmək istəmirlər.
Bu mənada artıq Ermənistan tərəfi Azərbaycanı dinc əhaliyə qarşı silah işlətməyə təhrik edir. Çünki Ermənistan aprel döyüşlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrini, nə qədər cəhd etdisə də, bu insidentə qoşa bilmədi. Üzv ölkələr qeyd etdi ki, bu, Azərbaycanın ərazi məsələsidir, daxili işidir, öz ərazisində antiterror əməliyyatı aparır. Təşkilata üzv olan istər Orta Asiya ölkələri, istər Belarus, hətta Rusiyanın özü bu insidentə qoşulmadı. İndi isə Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir ki, biz dövlət sərhədi olan bölgələrdə atəşkəsi pozub dinc əhaliyə qarşı silah işlədək. Bu, Ermənistanın bizi çəkmək istədiyi təxribatdır. Baxmayaraq ki, özü bunu mütəmadi edir: dinc əhalinin güllə-baran edilməsi, fermerlərə hücum, hətta uşaqların öldürülməsinin artıq ənənəvi hal alması erməni silahlılarının adətinə çevrilib. Özü də bunu tək güllə ilə etmirlər. Bir müddət əvvəl Tovuz ərazisində Azərbaycana axan çaya partlayıcı maddə buraxırdılar, orada azərbaycanlı azyaşlı qızın yanında partladı. Terror, ümumiyyətlə, Ermənistan siyasətinin əsasıdır. Vaxtı ilə Avropada və digər yerlərdə türk diplomatlarına, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularına qarşı da bundan dəfələrlə istifadə ediblər. İndi də bunu Azərbaycana qarşı intensivləşdiriblər. Bu da o deməkdir ki, artıq Azərbaycanın səbir kasası dolur. Azərbaycan Prezidenti də bəyan etdi ki, biz əlavə 25 il də gözləməyəcəyik. O vaxt dövlətimiz zəif idi, hərc-mərclik vardı, bundan istifadə edən Ermənistan digər dövlətlərin təhriki ilə ərazilərimizi işğal etdi. Bu gün Azərbaycan hər sahədə Ermənistandan on dəfələrlə güclüdür. Ermənistandan fərqli olaraq, bizdə xalqla iqtidar arasında olduqca güclü birlik var. Bütün bunlar da o deməkdir ki, günü sabah müharibə başlasa, bir neçə həftəyə Azərbaycan öz ərazilərini işğaldan tam azad edəcək. Bunu bilən Ermənistan da başqa ölkələri bu münaqişəyə qoşmağa çalışır.
Hazırkı məqamda isə torpaqlarımızın azad olunması üçün hərbi variantdan istifadə reallığa doğru gedir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzyiqindən sonra ikinci bəyanatı, ayrı-ayrı konqresmenlərin, senatorların bəyanatları, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin bəyanatları oldu. Lakin hələ heç kim birbaşa Ermənistanın işğalçılığını etiraf etmir, dilə gətirmir. Bütün bu bəyanatlarda Ermənistanın işğalçı olması əksini tapmalı idi, amma olmadı. Bəşəriyyət bilməlidir ki, bu cinayətləri törədən Ermənistandır. Torpağımızı işğal ediblər, vətəndaşımızı öldürürlər, körpələrimizi qırırlar. Bu, müharibə qanunlarına da sığmır. Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq.
- Bu hadisənin ardınca Rusiya Azərbaycana ard-arda nota göndərərək erməni əsilli vətəndaşlarının ölkəyə buraxılmaması ilə bağlı etirazını bildirib. Bir neçə ay əvvəl isə Rusiyada azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatı ləğv olundu. Sizcə, bu hadisələr arasında əlaqə varmı?
- Rusiyanın Azərbaycanla münasibətləri çox yüksək səviyyədə qurulub. Azərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdırlar. Rusiyadakı o erməni mənşəlilərin bəziləri vaxtı ilə Azərbaycanda yaşayıblar, sonradan ora köçüb orda yaşamağa başlayıblar. Rusiyanın mətbuatında və digər sahələrinə də erməni mənşəlilər yerləşib. Hətta onların televiziya kanallarındakı bəzi verilişlərə müxtəlif ad altında hər dəfə erməni mənşəli qonaqları çıxarıb danışdırırlar. Yaxud da televiziyalardakı aparıcıların bəzisi erməni mənşəlidir.
Mütəmadi olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini pozucu məqsədlə müzakirəyə çıxarırlar. Əsas məqsədləri də Rusiya əhalisinin mövqeyini Azərbaycana qarşı mənfi məcraya yönəltməkdir. Amma rus xalqı görür ki, Azərbaycan həmişə bu ölkəyə dəstək verir. Rusiya blokadada olanda Azərbaycan yeganə ölkələrdən biri idi ki, onun ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal oldu. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında başda cənab Prezident olmaqla Azərbaycan bunun aradan qalxması üçün töhfələrini verdi. Hansı ki, bu, tək Rusiya-Türkiyə məsələsi deyildi, elə Rusiya-NATO məsələsi demək idi. O cümlədən İran-Rusiya münasibətlərində, ABŞ-Rusiya münasibətlərində də Azərbaycan fəaldır. Bu ölkələrin Rusiya rəsmiləri ilə görüşlərinin dəfələrlə Bakıda təşkil olunması buna misaldır. Rusiyadakı erməni mənşəli məmurlar, təbii ki, bundan narahatdırlar. Məsələn, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni mənşəli şəxs var. Mən araşdırma aparmışam, Rusiyanın səfirliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir.
- Azərbaycandakı səfirlikdə də varmı?
- Ola bilsin ki, olmasın. Amma yoxlasam, burda da tapmaq olar. Çünki həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan ermənilər soyadlarını dəyişiblər.
Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir.
- Nəticə necə oldu? Kimdir o?
- Nəticəsi odur ki, hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər.
Əgər belə vətəndaş qeydinə qalırlarsa, bu günə qədər Dağlıq Qarabağda separatçı rejimin girovluğunda olan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır, lakin Rusiya tərəfindən onun azad olunması ilə bağlı heç bir addım atılmayıb. Rusiyanın Xarici İşlər Nazirliyinin özü elə bu addımı ata bilər, amma atmır. Hamıya məlumdur ki, Rusiyanın bir kəlmə sözü Ermənistana kifayət edər ki, girovluqda olan o iki şəxs azadlığa buraxılsın. Lakin bu günə kimi bu addım atılmayıb.
- Bəzən mediada növbəti prezident seçkiləri ərəfəsində xarici dövlətlərdən bəzi təzyiqlərin olacağı ilə bağlı proqnozlar səsləndirilir. Bu məsələdə ən çox adı çəkilən Rusiyadır. Siz də qeyd edirsiniz ki, Azərbaycandan olan və Rusiyada yaşayan bəzi şəxslər iki ölkə arasında münasibətlərin inkişafından narazıdırlar. Bunlar kimlərdir? Ümumiyyətlə, belə proqnozları nə qədər əsaslı hesab edirsiniz?
- Əvvəla, bu fikri Azərbaycandakı bəzi rusiyapərəst şəxslər yayırlar. Onlar bununla Rusiyanın bu məsələdə mövqeyini şişirtmək istəyirlər. Azərbaycan xalqı prezidentini özü seçir. Kənardan müdaxilələr qaldı 90-cı illərin əvvəlində. O vaxt Arif Hacılı deyirdi ki, İsa Qəmbərin seçilməsi 8 ölkə ilə razılaşdırılıb. Azərbaycan xalqı öz rəhbərini seçəndə heç kimlə razılaşdırmır, bu, faktdır. Bu cür “proqnozları” isə Azərbaycanda olan, keçmişdən qalan rusiyapərəstlər, bu ölkənin kəşfiyyatına xidmət edən insanlar, eyni zamanda, bu gün Rusiyada biznesi olan bəziləri dövriyyəyə buraxırlar. Vaxtı ilə Azərbaycanda vəzifədə olub indi gedib Rusiyaya sığınan bəziləri belə şeyi yazdırıb özlərini şişirtmək istəyir, ürək bulandırırlar. Ola bilsin ki, onun Moskvada Kremldə kiminləsə “salam-əleykümü” var. Amma Rusiyanın mövqeyi Kreml rəhbərinin mövqeyidir, onun da Azərbaycanla bağlı mövqeyi yüksək münasibətlərə əsaslanır. Bunun nəticəsidir ki, Rusiya-Azərbaycan dövlətlərarası münasibətləri çox yüksək səviyyədədir. Azərbaycanda güclü, stabil təhlükəsizliyi olan dövlətin, güclü şəxsiyyətin olması çoxlarının xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan xalqı, dövləti dünyaya sübut edib ki, güclü dövlətçiliyi və güclü lideri var. Beynəlxalq arenalarda Azərbaycan öz müstəqil sözünü deyir, Azərbaycan Prezidenti xalqın maraqlarını çəkinmədən dünyaya çatdırır. Nəinki Azərbaycan xalqının, bütövlükdə türk dünyasının, bəzi hallarda müsəlman dünyasının mövqeyini ortaya qoyur. İslam Həmrəyliyi İli, İslam Oyunları buna misaldır.
Təbii ki, seçki ilində ənənəvi olaraq, Azərbaycanın təbii sərvətlərindən maksimum güzəştlə yararlanmaq istəyən dövlətlər, güzəştli şəkildə öz işlərini görmək istəyən qlobal şirkətlər, Azərbaycanın güclənməsini istəməyənlər bəzi cəhdlər edəcəklər. Bunlardan bəziləri Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in ələ aldıqları üzvləri vasitəsi ilə, başqa bəzi yollarla təzyiq göstərməyə cəhd edəcəklər. Lakin Azərbaycanda güclü dövlət, güclü lider, xalqla iqtidar arasında güclü birlik var. Ona görə də bunlar cəhd olaraq qalacaq.
- Gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı YAP namizədi barədə nə deyə bilərsiniz? Partiyanın qurultayının vaxtı məlumdurmu?
- Son vaxtlar bizim partiya ilə bağlı mətbuatda müxtəlif fikirlər bildirirlər. YAP-ın 700 000 üzvü var. Bundan başqa, nə qədər də təəssübkeşi mövcuddur. Partiyamızın Siyasi Şurası və İdarə Heyəti, Milli Məclisdə 71 deputatı var. İndi bunların içərisindən hər bir kəsin danışığını, açıqlamasını YAP-ın mövqeyi, fikri kimi vermək düz deyil. Bəzi saytlar götürür kimisə “91”lərdən (YAP-ın qurucularından) olmaya-olmaya qurucu kimi təqdim edir. Heç olmasa, ay jurnalist, YAP-ın saytına gir və bax gör “91”lər arasında o adamın adı var, ya yox. Elə adam var ki, 1998-dən YAP-ın üzvüdür, amma onu qurucularından biri kimi təqdim edirlər. Halbuki 1998-ci ildə YAP çoxdan qurulmuşdu, 3 dəfə də seçkidə qalib gəlmişdi. Bizim partiyada çox ciddi nizam-intizam var. YAP adından danışmaq səlahiyyəti ilk növbədə partiyanın Sədrinə və Onun səlahiyyət verdiyi şəxslərə aiddir. Partiyanın Sədr müavinləri, İcra katibi və İcra katibinin müavinləri var. Vəssalam. Bunlar da partiya adından istənilən bir qərarı İdarə Heyəti ilə müzakirələrdən sonra açıqlayırlar. Yerdə qalan şəxslərin partiya adından danışmaq səlahiyyəti yoxdur.
O ki qaldı prezident seçkilərinə, bununla əlaqədar YAP-da artıq müəyyən hazırlıq işləri gedir. Bu, nədir? İlk növbədə, partiyadaxili strukturların hazırlıq məsələsinə baxırıq. Rayon-şəhər təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Partiyanın son keçirilən İdarə Heyəti iclasında da bu barədə hesabat verildi və qərar qəbul edildi. Yəni bizdə hər şey qərarladır. Rəhbər strukturun qərarı ilədir.
61 rayonda artıq konfranslar yekunlaşıb, 23 rayonda da keçirəcəyik. 11 rayonda da təşkilat sədrləri dəyişib. Tərkibdə dəyişikliklər gedir. Çünki say artdıqca bu, labüddür. Bununla biz bütün bu strukturu ilin sonuna qədər gələnilki seçkiyə hazırlayırıq. Tam hazır olduqdan sonra partiyanın rəhbər orqanı namizədliyin irəli sürülməsi barədə qərar qəbul edəcək. Partiyanın rəhbər orqanı da qurultaydır, Siyasi Şuradır, İdarə Heyətidir. Gələnilki seçki və növbəti qurultayla bağlı da partiyanın, hələ ki, qərarı yoxdur. Nizamnaməmizə görə, qurultay bizdə ya Sədr, ya Siyasi Şura, ya da üzvlərin üçdə iki hissəsi tərəfindən çağırıla bilər. Qurultay çağırılan zaman namizəd irəli sürüləcək, partiya da buna uyğun işini davam etdirəcək. Seçkilər elan olunana qədər bütün hazırlıq işlərimizi yekunlaşdıracağıq. Seçkinin gələn ilin payızında keçiriləcəyini nəzərə alsaq, yəqin ki, gələn ilin bu vaxtına qədər qurultay barədə qərar veriləcək.
- Bir müddət əvvələ qədər iqtidar-müxalifət dialoqu keçirilirdi, lakin sonradan nədənsə dayandı. Seçki ərəfəsi bu format yenidən bərpa edilə bilərmi?
- İqtidar-müxalifət deyəndə, elə bir mövzu olmalıdır ki, bu, müzakirə obyektinə çevrilsin. Biz bununla bağlı bütün partiyalara müraciət etdik. Bizim partiyanın tərkibində komissiyalar fəaliyyət göstərir və bir komissiya da dialoq komissiyasıdır. Komissiyaya Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, partiyanın İdarə Heyətinin üzvü Əli Həsənov rəhbərlik edir. Əli Həsənov bir neçə dəfə müxtəlif partiyaların təmsilçiləri ilə görüşdü, hər toplantıda da geniş müzakirələr oldu. Qeyd olundu ki, partiyalar tərəfindən təkliflər verilsin. Yəni siyasi partiyalar bu gün iqtidar ilə hansı məsələləri müzakirə etmək istəyir. Bu ardıcıllıqla dialoq davam etməliydi. Amma indiyə qədər heç bir partiya heç bir təklif verməyib ki, növbəti mövzu olaraq onun ətrafında dialoq keçirilsin. Müraciət eləsinlər, bu müraciətə əsasən də oturub dialoq aparaq, müzakirələr keçirək. Biz həmişə dialoqun tərəfdarıyıq.
- Ümumiyyətlə, növbəti prezident seçkilərində YAP öz namizədinə rəqib görürmü?
- Elə bir rəqib yoxdur, görmürük. Bizim partiyamızın Sədri cənab Prezidentin apardığı siyasət, gördüyü işlər reytinqini ildən-ilə artırır. Cənab Prezident seçki ərəfəsində verdiyi sözdən dəfələrlə artıq işlər görür, xalq da bunu qiymətləndirir. Artıq Azərbaycan miqyasında yox, dünya miqyasında sorğu keçirsək, görərik ki, bizim Sədrimizin - cənab Prezidentin alternativi yoxdur. Bu, həqiqətdir. Cənab Prezident İlham Əliyev həm xalqın maraqlarının dəstəklənməsi, həm sabitliyin qorunması, iqtisadiyyatın inkişafı, quruculuq işləri - hansı ki, bunun sayəsində ölkədə artıq rayon-şəhər fərqi aradan qalxıb - və s. bu kimi işləri çox uğurla və sürətlə həyata keçirib. İslahatlar dayanmadan davam edir, dövlət başçısı məmurların daim xalqın qulluğunda olmasına nəzarət edir. Hər bir rayona səfər edir, insanlarla daim ünsiyyətdədir. Bu səbəbdən biz namizədimizə heç bir rəqib görmürük.
- İslahatlardan və məmurlarla bağlı nəzarətdən söz düşmüşkən, daha hansı sahələrdə struktur və kadr islahatları gözlənilir?
- Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab Prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür.
İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab Prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə, bu, dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir.
- Müxalifəti təmsil edən bəzi partiyaların adından son vaxtlar Avropaya “mühacir biznesi” xəbərləri geniş yayılır. Düzdür, həmin partiyalar sonradan bunun onlarla heç bir əlaqəsi olmadığı barədə bəyanat verdilər, amma mübahisə hələ də davam edir. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudan da, həm Avropa tərəfindən, həm Azərbaycanda bəzi müxalif partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən bu, artıq bir biznesə çevrilib. Hətta fakt var ki, bəzi iqtidaryönümlü biznesmenlər xaricdə biznes yaratmaqdan ötrü həmin partiyalara pul verib, saxta sənəd alaraq gedib mühacir kimi biznes qurub, şirkətlər açıblar. Burda əsas rolu AXCP və “Müsavat” oynayır. Bu partiyalar 3 000-5 000 avro arası bu sənədləri satır. Baş Prokurorluğun da bu yaxınlarda bəzi partiyaların maliyyə hesabatlılığı ilə bağlı xəbərdarlığı oldu. Məsələn, biz YAP olaraq hər il bütün maliyyə hesabatımızı Mərkəzi Seçki Komissiyasına təqdim edirik. Amma bunlar təqdim etmirlər, çox vaxt edəndə də yazırlar “0”. Yəni büdcəyə heç nə daxil olmayıb və xərclənməyib. AXCP belə yazır. Müsavat Partiyası isə bir il ərzində cəmi 13 000 manat pul göstərib. Daxil olub və xərclənib. “0” və 13 000 manatın müqabilində hər iki partiyada bu qədər işçi, pensiya fonduna köçürmələr, binaların icarə haqqı, texniki təchizat və s. haradan maliyyələşir? Deməli, bunlar şəffaf deyil. AXCP sədri Əli Kərimlinin cangüdənləri, bahalı maşınları, partiyadakı xərci, uşaqlarının Londonda bahalı təhsil xərcləri və s. haradan qaynaqlanır? Heç yerdə də işləmir. Bu pullar hardandır bəs? Təbii ki, bir hissəsi “mühacir biznesi”ndən, digər hissəsi isə xarici himayədarlarından aldıqları qrantlardan... Bu yaxınlarda AXCP-nin sədr müavini bunun üstündə məsuliyyətə cəlb olundu. Bu adam 1 il yarım ərzində 41 dəfə Gürcüstana gedib pul çıxarıb və qayıdıb. Bu, hələ bilinənidir. Bilinməyən neçə-neçə adamları partiyalarına belə pullar daşıyır.
Artıq bununla bağlı tədbirlərə start verilib. Xüsusilə “mühacir biznesi” ilə bağlı bir-bir məsuliyyətə cəlb olunurlar. Bunların bir hissəsi xaricdədir. Orada müxtəlif səfirliklərlə əlaqə qurublar ki, viza və s. məsələlərdə ara düzəldib bu işləri həyata keçirib pul toplasınlar. Onların da saxlanılıb Azərbaycana gətirilməsi üzərində iş gedir. Bilirsiniz, burada məsələ beş-üç manat da deyil. Söhbət ölkənin imicinə vurulan ziyandan gedir. Heç bir siyasi fəaliyyətlə məşğul olmaya-olmaya özlərini siyasi mühacir adlandırırlar. Xarici dövlətlər də bununla maraqlanır və bəyanatlarında bunları əsas götürürlər. Məsələn, deyirlər ki, bu il Azərbaycanda 50 nəfər siyasi baxışlarına görə mühacirət edib. Amma onların heç biri reallıqda siyasi baxışlarına görə getməyib, heç siyasi fəaliyyəti də yoxdur. Məsələn, götürək Leyla və Arif Yunusları. Xaricdə müalicə adı altında aradan çıxdılar. Biri də vardı - Emil Hüseynli. İsveçrə səfirliyində 6 ay gizləndi, sonra da qaçdı getdi. İndi durub oradan bəyanat verir ki, “Mən Azərbaycan dövlətindən o pulu alacağam!”. Söhbət o puldan gedir ki, ona qrant kimi vermişdilər, o da qeyri-leqal mənimsəmişdi. Sonradan onun əvəzinə İsveçrə dövləti həmin pulu geri ödədi. İndi durub onu dövlətdən almaqla hədələyir. Bunun milli mənşəyini yoxlamaq lazımdır. Görək axı bu kimdir ki, dövlətdən pul alıb İsveçrəyə qaytarmaq istəyir. Bu, xarici kəşfiyyat orqanının əlaltısı olmasına arxalanır. O ki qaldı burdakı AXCP və “Müsavat”ın maliyyə fırıldaqlarına və “mühacir biznesi” məsələsinə, onlarla artıq istintaq orqanları məşğul olmağa başlayıb.
- Azərbaycanda son vaxtlar dini qanunvericiliklə bağlı bir sıra dəyişikliklər oldu. Xaricdə dini təhsil alanlarla bağlı ayinlərin icrası barədə qadağalar qoyulsa da, sonradan bir hissəsi yumşaldıldı. Növbəti hansı dəyişikliklər gözlənilir?
- Hələlik dəyişikliklərlə bağlı yeni təkliflər yoxdur. Son dəyişiklik, yəni əvvəlki məhdudiyyətin bir qədər yumşaldılması isə zərurətdən irəli gəldi. Çünki bizdə məscid çoxdur, amma orada ritualların yerinə yetirilməsi üçün kadr çatışmazlığı var. Ona görə də biz məcbur olduq ki, xaricdə təhsil alan vətəndaşlarımızın burada ayin icra etməsinə icazə verək. Təxminən 3000-ə yaxın xaricdə dini təhsil alanımız var. Biz qərara aldıq ki, müvafiq icra qurumunun yoxlanışından sonra onlar arasında ölkədə ayinlərin icrası üçün kadrlar seçilsin.
- Ölkədə məzarlıqlarla bağlı qanun layihəsi uzun illərdir gözlənilir və hələ də müzakirəyə çıxarılmayıb. Bununla bağlı vəziyyət nə yerdədir?
- Bununla bağlı hazırda durum bir qədər dəyişib. Belə ki, bu məsələnin qanun layihəsi formasında Milli Məclis tərəfindən yox, qərar formasında Nazirlər Kabineti tərəfindən rəsmiləşdirilməsi qərara alınıb. Biz məzarlıqlarla bağlı qanunu hazırladıq, sonra qərar qəbul olundu ki, bu Nazirlər Kabineti tərəfindən sərəncamla həll olunsun. Bununla bağlı da sənəd Nazirlər Kabinetində tam hazır vəziyyətdədir. Bütün instansiyalardan keçib, yaxın günlərdə bununla bağlı hökumət tərəfindən qərarın verilməsini gözləyirik. Orada məzarlıqlarla bağlı vaxtı ilə açıqlanan bütün standartlar əks olunub.

 
  • Oxunub:  5940  |  
  • Tarix:  12-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

17:57
19 Fevral
Yeni zelandiyalı mütəxəssis Aqrar Universitetdə çalışacaq
17:50
19 Fevral
Tovuzda sahibkarlar üçün treninq keçirilib
17:48
19 Fevral
Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
17:47
19 Fevral
“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib
17:46
19 Fevral
YAP Tovuz rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirib
17:44
19 Fevral
Bəxtiyar Vahabzadə - min il bundan əvvəlin və sonranın şairi
17:43
19 Fevral
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
17:42
19 Fevral
“Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib
17:41
19 Fevral
YAP Göygöl rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
17:27
19 Fevral
Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək
17:23
19 Fevral
Fevralın 20-nə USD/AZN rəsmi məzənnəsi 1,7001 manat səviyyəsində müəyyən olunub
17:21
19 Fevral
İraqın neft naziri Türkiyəyə gedir
17:20
19 Fevral
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə başlanılıb
17:15
19 Fevral
Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib
17:12
19 Fevral
“Türkiye Petrolleri” Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını artırır
17:11
19 Fevral
Azərbaycan məhsullarının 7 ölkəyə ixracı ilə bağlı danışıqlara başlanılıb
17:06
19 Fevral
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib
16:59
19 Fevral
Sankt-Peterburqda bəstəkar və dirijor İsmayıl Hacıyevin konserti olub
16:58
19 Fevral
Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir
16:54
19 Fevral
Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb
16:41
19 Fevral
Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib
16:32
19 Fevral
İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır
16:27
19 Fevral
Zərdabın Gəlmə kəndində yem emalı müəssisəsi açılıb
16:25
19 Fevral
Nərimanov rayonunda YAP-ın namizədinin imzatoplama kampaniyasında vətəndaşlar mütəşəkkil qaydada iştirak edirlər
16:16
19 Fevral
160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub
16:13
19 Fevral
Ağstafa rayonunda seçicilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak ediblər
16:10
19 Fevral
2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq
16:05
19 Fevral
Gömrükçülər 439,1 qram tiryək müsadirə edib
16:00
19 Fevral
Azərbaycan Dövlət Pedaqoji Universiteti daha bir xarici universitetlə əlaqələr qurur
15:58
19 Fevral
Monteneqro Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
15:58
19 Fevral
Markus Şox: Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir
15:57
19 Fevral
Elm müəssisələrində mülki müdafiə istiqamətində biliklər artırılır
15:47
19 Fevral
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar keçirilir
15:42
19 Fevral
Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb
15:42
19 Fevral
“Elektron hökumət” portalındakı müraciətlərin yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə ünvanlanıb
15:39
19 Fevral
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin keçirdiyi aksiyasında ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar
15:38
19 Fevral
Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur
15:36
19 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
15:34
19 Fevral
Niyazi Səfərov: Yerli məhsulların daxili və xarici bazarlara çıxarılması istiqamətində vacib addımlar atılır
15:32
19 Fevral
İmzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir
15:31
19 Fevral
Azərbaycan atleti İstanbulda bürünc medal qazanıb
15:30
19 Fevral
“Pxençan-2018”: Kanadalı fiqurlu konkisürənlər qısa proqramda dünya rekordunu yeniləyiblər
15:27
19 Fevral
23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür
15:14
19 Fevral
“Liberty” Vyetnam Qran-Prisi layihəsini həyata keçirmək niyyətindədir
15:13
19 Fevral
Yol polisi əməkdaşları su kanalına aşan avtomobildəki qadını və azyaşlını xilas ediblər
15:10
19 Fevral
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:03
19 Fevral
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
15:01
19 Fevral
10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilir
15:00
19 Fevral
“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək
14:57
19 Fevral
Bencpress, pauerliftinq və didliftinq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
14:55
19 Fevral
Rumıniya xəbər agentliyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası barədə yazır
14:54
19 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
14:48
19 Fevral
19 fevral – Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür
14:47
19 Fevral
“Naxtel” operatorunun istifadəçi sayı 20 min 700 nəfər artıb
14:46
19 Fevral
Rocer Federer PTA reytinqində ən yaşlı liderdir
14:45
19 Fevral
Füzulidə keçirilən yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
14:43
19 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib
14:26
19 Fevral
Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın kreditorlarına müraciət edib
14:15
19 Fevral
YAP Bərdə rayon təşkilatı imzatoplama prosesini uğurla başa çatdırıb
14:13
19 Fevral
Gənc boksçularımız Belarusa yollanıblar
14:13
19 Fevral
Seçkilərin şəffaf keçirilməsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
14:12
19 Fevral
Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb
14:10
19 Fevral
Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının fəxri diplomu ilə təltif edilib
14:09
19 Fevral
Tərtər rayonunda 5276 nəfər kütləvi tibbi müayinədən yararlanıb
14:09
19 Fevral
Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb
14:08
19 Fevral
Vikipediyaya Azərbaycan mədəniyyəti haqqında özbək dilində məqalə yerləşdirilib
14:07
19 Fevral
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
14:06
19 Fevral
Millimizin Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı başılayıb
14:05
19 Fevral
Tərtərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb
14:04
19 Fevral
“Synergy Baku” velosiped komandası mövsümdə ilk qələbəsini qazanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA