Ana səhifə »  Müsahibə »  Maliyyə intizamının yüksəldilməsi nəzarət orqanları ilə yanaşı, vəsaitləri istifadə edən qurumların əsas vəzifəsidir
A+   Yenilə  A-
Maliyyə intizamının yüksəldilməsi nəzarət orqanları ilə yanaşı, vəsaitləri istifadə edən qurumların əsas vəzifəsidir

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun AZƏRTAC-a müsahibəsi:
- Vüqar müəllim, hazırda parlamentdə 2017-ci ilin dövlət büdcəsinin dürüstləşdirilmiş variantı müzakirə olunur. Bu layihə ilə bağlı hansı məsələlərə diqqət yetirilib?
- Hesablama Palatasının 2017-ci ilin yenidən baxılmış dövlət büdcəsi layihəsinə dair rəyi artıq Milli Məclisə təqdim edilib. Rəydə bu layihə ilə bağlı bəzi tövsiyələr təqdim olunub. Cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasının təhlili, əvvəlki illərdə icra ilə bağlı təcrübə həmin tövsiyələrin yaranması üçün baza rolunu oynayıb. Bu, ilk növbədə, vəsaitlərin təyinatı və ünvanı üzrə planlaşdırılması, yeni tələbatların müəyyən edilməsi ilə hesablamaların dəqiqləşdirilməsi və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri olan dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinin azaldılması ilə bağlıdır.
- Bu yaxınlarda 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun Milli Məclis tərəfindən təsdiq edildi və bununla bağlı Hesablama Palatasının rəyi də nəzərə alındı. Vüqar müəllim, 2016-cı ilin dövlət büdcəsi hansı amillərlə xarakterizə edilə bilər?
- Əvvəlcə qeyd edim ki, 2016-cı ilin dövlət büdcəsi mürəkkəb bir dövrdə layihələndirilib. Belə ki, 2014-cü ilin avqust ayında əmtəə birjasında, o cümlədən enerji daşıyıcılarının qiymətlərində tənəzzülün başlanması 2015-ci ildən öz ciddi təsirini göstərdi və bu proseslərin davamı olaraq yaranan və inkişaf edən digər makroiqtisadi problemlər məhz həmin ildə xüsusilə gücləndi. Bu dövr 2016-cı ilin dövlət büdcəsinin layihələndirilmə dövrü idi və bu baxımdan biz 2016-cı ilin dövlət büdcəsini əhəmiyyətli makrofiskal təzyiqlərlə layihələndirilən büdcə kimi xarakterizə edə bilərik. Həmçinin 2015-ci ildə manatın məzənnəsinin dəyişməsi, öz növbəsində büdcənin gəlir və xərclərinin planlaşdırılmasını daha da mürəkkəbləşdirdi. 2016-cı ilin dövlət büdcəsinə qısa müddət ərzində yenidən baxılması da bu və digər amillərlə şərtlənmişdir. Bu təzyiqlərə baxmayaraq, dövlət büdcəsi, deyərdim ki, adekvat qaydada, bəzi istiqamətlər üzrə isə xüsusi müvəffəqiyyətlə icra edildi. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 104,1 faiz və xüsusilə hesabat ili ərzində dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnoza qarşı 109,0 faiz icra olunması dövlətimizin başçısının strateji məqsədlərə xidmət edən iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilməlidir. Qeyri-neft gəlirlərinin 2015-ci ilə nisbətən 13,8 faiz artması, həmçinin qeyri-neft mənbələrindən daxilolmaların xüsusi çəkisinin də əvvəlki ilə nisbətən 5,7 faiz yüksəlməsi də qeyd olunanları bir daha təsdiqləyir. Bu, uğurlarla yanaşı, Hesablama Palatası büdcə gəlirlərinin mövcud potensialının genişləndirilməsi, daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsi imkanlarını rəydə qeyd edib. Eyni zamanda, bəzi daxilolmalarda müşahidə edilən icra səviyyəsinin mövcud iqtisadi mühitə tam adekvat olmaması, müxtəlif tədiyə növləri üzrə müşahidə olunan fərqli icra səviyyəsi proqnozlaşdırma prosesində daha həssas yanaşmanın zəruriliyini göstərir. Bu meyillərlə yanaşı, müasir dövrdə əvvəlki illərin iqtisadi inkişaf tempi ilə müqayisədə nisbi durğunluq fonunda dövlət büdcəsinə artıqödəmə məbləğinin yüksəlməsi və borc məbləğinin azalması, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları və inzibati cərimələr üzrə dövlət büdcəsinə təmin olunan daxilolmaların 173,1 faiz səviyyəsində icrası inzibati təsir vasitələrinin tətbiq edildiyini qeyd etmək imkanı verir və vergilərin könüllü bəyanetmə və ödəmə dərəcəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin vacib olduğunu göstərir. Büdcənin vaxtında və intizamlı icrasında planlaşdırmanın böyük təsiri var. Planlaşdırmanın normativlərə, real faktiki xərclərə və dəqiq uçota əsaslanmaqla aparılması çox əhəmiyyətlidir və icra prosesinin rəvan keçməsinə səbəb olur.
- 2016-cı ilin icra olunmuş dövlət büdcə xərcləri ilə bağlı Hesablama Palatasının mövqeyi necədir?
- Yuxarıda qeyd etdiyim təzyiqlər xərclərə də öz təsirini göstərib. Ümumiyyətlə, 2015-ci ildən dövlət büdcəsinin xərclərinin qənaət rejimində icra olunması 2016-cı ildə də davam etdirilib. Eyni zamanda, 2016-cı ilin dövlət büdcəsi haqqında müvafiq Qanun və Fərmanla funksional bölmə səviyyəsində təsdiq edilmiş məbləğlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilməsi bir tərəfdən proqnozlaşdırmanın çətinliyindən xəbər verməklə qənaət mexanizmlərinin tətbiqinin nəticəsidirsə, digər bir tərəfdən bank sektorunun sağlamlaşdırılması ilə bağlı dövlət tərəfindən bir dəstək kimi dəyərləndirilə bilər. Digər bir məqam vəsaitlərin hesabat ilində dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsilə icra edilməsi və daxili dövlət borcunun azaldılmasına yönəldilməsidir. Hesablama Palatası öz təhlillərində fiskal risklərin müəyyən edilməsinə də yer ayırır. Beynəlxalq təcrübədə nəzərə alınan fiskal risklərin respublikamız üçün təhlili göstərir ki, hazırda ölkənin dövlət maliyyə sistemində müşahidə edilən əsas təhdid xam neftin qiymətinin dünya bazarlarında dəyişməsi səbəbindən büdcə gəlirlərinin həcminin azalması, milli valyutaya qarşı təzyiqlərin artması səbəbindən xarici valyuta xərclərinin maliyyələşdirilməsindəki artım, cari xərclərin qeyri-neft sektorundan daxil olan mənbələr hesabına maliyyələşdirilməsində müşahidə edilən uyğunsuzluqlar, dövlət büdcəsi vasitəsilə fəal investisiya siyasətinin məhdudlaşdırılmasıdır.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsinin hazırlanması ilə bağlı tədbirlərə artıq başlayıb. Sizin fikrinizcə, növbəti ildə dövlət büdcəsinın layihələndirilməsi prosesində nələr diqqətə alınmalıdır?
- İlk növbədə, son iki ildə həyata keçirilən tədbirlər davam etdirilməli, xərclərin strukturunun optimallaşdırılması, konkret nəticələrə hədəflənən göstəricilərin əsas götürülməsi təmin olunmalıdır. Ali Audit Qurumlarının iqtisadi siyasətə müdaxilə etmək və ya münasibət bildirmək üçün mandatı yoxdur. Lakin büdcə vəsaitlərinin istifadəsinin auditi, həmçinin icra və proqnoz göstəricilərinin müqayisəsi həyata keçirilməkdədir, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə bu proses genişləndirilməli və effektivliyi yüksəldilməlidir. Cari ildə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı Fərmana əsasən müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin bu hədəflərə uyğun tərtibi, dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü, nəticələrin proqnozlaşdırıla bilmə imkanlarını, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflər hazırlanacaq və bu, yuxarıda qeyd edilmiş məsələlərin hərtərəfli həll edilməsində mühüm addımdır. Eyni zamanda, büdcədənkənar gəlirlərin artırılması, sosial xərclərin inventarizasiyası, büdcə gəlirlərinin potensialının genişləndirilməsi ilə bağlı addımlar da vacibdir. Qeyri-dövlət sektorunun inkişafının resursdan aslılığının azaldılmasına yönəldilmiş fəaliyyətin davam etdirilməsi ilə uzlaşdırılması da əhəmiyyətlidir. Neftin qiymətinə konservativ yanaşma ilə real sektorda əsaslı xərclərin, ÜDM-in artımına səbəb ola biləcək mənbələrin müəyyənləşdirilməsi büdcə xərclərinin perspektiv təsirlərinin güclənməsinə səbəb olar. Düşünürük ki, real sektora da xərclərin kəskin artımına lüzum yoxdur, belə ki, fikrimizcə, iqtisadi sistemin cari inkişafı məhz bu həcmdə büdcə parametrlərinin bazasını təşkil edir.
- Gəlir və xərclər barədə Hesablama Palatasının mövqeyini bildirdiniz. Müasir dövlətdə bir çox ölkələrdə borc dayanıqsızlığı kəskin problem olaraq qalmaqdadır. Respublikamızda bununla bağlı vəziyyət necədir?
- Bəli, müasir dövrdə dövlət maliyyə sistemində müşahidə edilən əsas meyillərdən biri borc dayanıqsızlığı problemidir. Dövlət büdcəsinin parametrlərinin təhlilinin bir hissəsi dövlət borcu ilə bağlı olduğundan borc “həssaslığı”nı və “dayanıqlılığı”nı xarakterizə edən mühüm göstəricilərin təhlili obyektiv zərurətdən irəli gəlir. Müxtəlif parametrlər üzrə təhlil göstərir ki, bu istiqamətdə respublikamızda problem yoxdur. Belə ki, 2016-cı ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının ÜDM-ə faiz nisbəti 99,0 faiz təşkil edib və bu ehtiyatlar 28 aylıq mal və xidmətlərin idxalını əvəz etmək imkanına malikdir. Həmçinin dövlətin fiskal mövqeyini əks etdirən strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti ilə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 76,0 faizə çatıb, Mərkəzi Bankın valyuta ehtiyatlarının M2 pul aqreqatına nisbəti son illərdə qoyulan limitdən daha yüksək olub. ISSAI 5411 “Borc göstəriciləri” Standartının tələblərinə görə daxili borcun ÜDM-ə faiz nisbəti iki müxtəlif (“Borc dayanıqlılığının əsas tərəfləri” və BVF-nin “Həssaslıq göstəriciləri” adlı) metodika üzrə 20-30 faiz nisbəti aşmamalıdır ki, 2016-cı ildə daxili borcun ÜDM-ə faiz nisbəti 2,3 faiz təşkil etməklə qoyulan nisbətdən əhəmiyyətli şəkildə aşağı olub. Beynəlxalq təcrübədə dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti aşağı, orta və yüksək dərəcələri ilə müvafiq olaraq 25 faiz, 30 faiz və 35 faiz ölçülür ki, bu göstərici ötən il üzrə 10,1 faiz yüksəlməklə minimal risk həddində qalıb. Həmçinin büdcə kəsirinin ÜDM-ə nisbəti 0,4 faiz təşkil edib. Qeyd etməliyik ki, borc “həssaslığı” və “dayanıqlılığı”nı xarakterizə edən göstəricilərin sayı daha çoxdur. Mən yalnız ən mühüm hesab etdiyimiz bir neçə indikator barədə məlumat verdim. Hazırladığımız rəydə dövlət borcu ilə bağlı geniş təhlillərə yer vermişik. İki əsas məqamı qeyd edim: hesabat ilində daxili dövlət borcu əhəmiyyətli dərəcədə azalıb və xarici dövlət borcu müəyyən edilmiş limit həddində olub. Beynəlxalq təcrübəyə əsasən dövlət borcunun idarəedilməsi üçün, ilk növbədə, dövlət borcunu daimi nəzarətdə saxlayan və onun dayanıqlılığını təmin edən borcun idarəedilməsi strategiyası yaradılmalıdır və bu məsələ ilə bağlı Azərbaycan Prezidenti artıq “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərmanında öz tapşırıqlarını verib.
- Hesablama Palatası nəzarət tədbirlərinin nəticələrini müntəzəm olaraq ictimailəşdirir. Vüqar müəllim, bu, davam edəcəkmi? Media bu mövzuya daim diqqət göstərir.
- Bəli, biz il ərzində həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı məlumatların internet saytımıza yerləşdirilməsini davam etdirəcəyik. Qeyd edim ki, həm milli, həm də beynəlxalq səviyyədə Ali Audit Qurumlarına ilkin tələblərdən biri hesabatlılıq və şəffaflığın təmin edilməsidir. Nəzarət tədbirlərinin nəticələrinin ictimailəşdirilməsində məqsədimiz bu tələblər əsasında ictimai nəzarətin gücləndirilməsinə dəstək olmaqdır. Fəaliyyətlə bağlı hesabat həmin sahədə mühüm sənəddir və bu, Hesablama Palatasının hesabatı olmaqla yanaşı, qurumların dövlət maliyyəsindən istifadə vəziyyətinə dair deputatlara, deməli seçicilərə təqdim edilən hesabatdır. Nəzarət tədbirlərinin ictimailəşdirilməsi sahəsində digər addım Hesablama Palatasının bülleteninin çap edilməsidir. Rüblük bülletenin çap edilməsinə bu ildən başlanılıb. Həmin bülletenlərdə müvafiq dövrdə həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı Auditor hesabatının xülasələri ilə yanaşı, dövlət maliyyəsinin və iqtisadi sistemi bütünlükdə əhatə edən müxtəlif maraqlı mövzular üzrə əməkdaşlarımızın məqalələri yer almaqdadır. Bülletenimizin birinci nömrəsi artıq çapdan çıxıb və bildirim ki, həmin bülletenləri də saytdan əldə etmək mümkün olacaq. Müxtəlif KİV-ə verilən müsahibələr, yazılar da fəaliyyətimizlə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədini güdür. Hesabatımızın, nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatların, hazırladığımız digər sənədlərin internet səhifəsində yerləşdirilməsində yeganə məqsədimiz ictimai nəzarətin təmin edilməsində funksiyamızın yerinə yetirilməsi, hesabatlılıq və şəffaflığın gücləndirilməsidir. 2015-ci ildən başlayaraq sizin agentliklə məhz bu dövrdə hesabat xarakterli müsahibələr də daha çox məlumatın çatdırılmasına xidmət edir.
- 2016-cı ildə fəaliyyətlə bağlı hesabatda Hesablama Palatasının diqqətə çatdırmaq istədiyi məqamlar hansılardır?
- Hesablama Palatası institusional inkişafının bir hissəsi olaraq hazırladığı hesabat və rəylərin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. 2016-cı ildə fəaliyyətimizi əhatə edən hesabatımızı beynəlxalq təcrübədə tətbiq edilən yanaşmaya uyğunlaşdırmağa cəhd etmişik. Əsas məqam kimi ilk dəfə tətbiq etdiyimiz nöqsan təsnifatını vurğulamaq istərdim. Son illərdə biz artıq bu istiqamətdə addımlar atmışdıq və xarakterik nöqsanları qruplaşdıraraq təqdim etmişdik. Mütərəqqi təcrübənin tətbiq edilməsi məqsədilə biz müxtəlif ölkələrin təcrübələrini öyrəndik və Hesablama Palatasında nəzarət tədbirlərinin nəticələrini əhatə edən məlumat bazasını təhlil etdik. Son nəticədə normativ-hüquqi aktların tələblərinə riayət edilməməsi ilə bağlı 8 istiqamətdə nöqsanlar qruplaşdırıldı və nəzarət tədbirlərinin nəticələri bu təsnifat üzrə təhlil edildi. 2016-cı il üzrə hesabatda ilk dəfə olaraq ayrı-ayrı qurumlarda aparılmış auditlərin nəticələri yer almadı. Belə yanaşmanı tətbiq etməkdə məqsədimiz dövlət auditini həyata keçirən orqan olaraq cəmiyyətə müxtəlif qurumlar üzrə nöqsanlar əsasında dövlət maliyyə inzibatçılığı sistemində mövcud olan ümumi nöqsanları təqdim etməkdir.
- Nöqsan və ya pozuntu?
- Audit nəticəsində müəyyən edilmiş nöqsanlar maliyyə sahəsini tənzimləyən bu və ya digər normativ-hüquqi aktın tələbinə riayət edilməməsi, həmin tələblərin pozulması hallarıdır. Təsnifləşdirmə isə mövcud ümumi nöqsanların diqqətə çatdırılması, maliyyə nəzarətinin dərinliyi və effektivliyinin yüksəldilməsi məqsədini daşıyır. Hesabatımızda daha asan oxunaqlılığın və sistemliliyin təmin edilməsi üçün ayrı-ayrı audit tədbirləri üzrə nöqsanların xüsusiyyətləri ilə yanaşı, bərpa edilmiş vəsaitlər və görülmüş digər tədbirlər də nöqsan xarakterinə görə qruplaşdırılıb. Beləliklə də, nöqsanlar və onların aradan qaldırılması üzrə görülmüş tədbirlər arasında uyğunluğu diqqətə çatdırmaqla cəmiyyətə heç də bütün nöqsanların maliyyə pozuntusu olmadığını bildirmək istədik. Belə ki, müəyyən edilmiş bir sıra nöqsanlar prosedur pozuntuları ilə bağlı olub. Misal göstərim. Maliyyə hesabatlarının təsdiq edilmiş standartlara uyğun tərtib edilməməsi və ya maliyyə hesabatlarının tərtibində müəyyən nöqsanlara yol verilməsi vəsaitlərin istifadəsində yol verilmiş nöqsan sayılmamalıdır və ya satınalmaların həyata keçirilməsi zamanı tender komissiyasının müvafiq qaydada formalaşdırılmaması və ya satınalmaların nəticələri ilə bağlı protokolun düzgün tərtib edilməməsi də maliyyə pozuntusu kimi xarakterizə oluna bilməz. Bəli, bunlar da nöqsanlardır və qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. Lakin maliyyə pozuntusu deyil. Hesablama Palatası olaraq bu nöqsanlara da xüsusi diqqət verməyimizin əsas səbəbi isə vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın təmin olunması, ən əsası qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətdir. Eyni zamanda, qeyd edim ki, bu nöqsanların müəyyən hissəsi vəsaitlərin səmərəsiz istifadəsinə də imkan yarada bilər və bu baxımdan da, prosedur pozuntuları da nöqsan olaraq Hesablama Palatasının diqqətindən kənarda qalmamalıdır. Başqa sözlə, pozuntuları iki qrupa böldük - əsaslandırılmamış xərclərə səbəb olan və olmayan.
- Büdcə vəsaitlərinin istifadəsində yol verilmiş nöqsanlarla bağlı Hesablama Palatası xüsusilə nəyi vurğulamaq istəmişdi?
- Hesablama Palatası büdcə vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsinə mane olan hər bir nöqsana miqyasından asılı olmadan diqqət yetirir. Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri əsasında ümumilikdə, qurumlar tərəfindən 825 halda nöqsana yol verildiyini qeyd etməklə demək olar ki, hər bir qurumda rast gəlinən nöqsanlara diqqətinizi yönəltmək istərdim. Həm say, həm də məbləğdə xüsusi çəkisinə görə əsasən əsaslı təmir-tikinti işlərinin yerinə yetirilməsində, mühasibat uçotunun təşkili və hesabatlılığın təmin edilməsində, büdcə qanunvericiliyinin tələblərinə riayət olunmasında, satınalmaların keçirilməsində yol verilmiş nöqsanlar xüsusilə seçilir. Hesablama Palatası olaraq büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı nöqsanların büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi üzrə nöqsanların ümumi məbləğində xüsusi çəkisinin daha böyük olduğunu vurğulamaq istədim.
- Hesablama Palatası dövlət satınalmalarında yol verilən nöqsanlara audit tədbirlərində xüsusi yer ayırır.
- Dövlət satınalmaları dövlət büdcəsi xərclərinin təqribən 30,0 faizi həcmindədir. Hesab edirik ki, hazırda qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu fəaliyyət üçün işlək şərait yaratsa da, təkmilləşdirilməsinə ehtiyac vardır. Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar da dövlət büdcəsindən maliyyələşən qurumlarda rast gəlinən xarakterik nöqsanlardandır və satınalma prosedurlarının həyata keçirilməməsi və ya satınalma metodunun dəyişdirilməsi bir tərəfindən vəsaitlərin səmərəsiz istifadəsinə yol açırsa, digər bir tərəfdən korrupsiya halına münbit şərait yaradır. Xüsusilə vurğulamaq istəyirəm ki, həm vəsaitlərin təyinatı üzrə istifadəsi, həm də dövlət satınalmalarının müvafiq qaydada tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə bu hallarla bağlı maddələr əlavə edilib. Dövlət auditini həyata keçirən orqan olaraq hər iki istiqamət üzrə cəza tədbirlərinin nəzərdə tutulmasının və sərtləşdirilməsinin biz də tərəfdarıyıq, bu barədə müvafiq təkliflərlə çıxış etmişik və Azərbaycan Respublikası Nazirlər Kabinetinə bu istiqamətdə təkliflər təqdim etmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət satınalmaları və vəsaitlərin təyinatı ilə istifadəsi ilə bağlı müəyyən edilmiş tapşırıqların müvəffəqiyyətli icrasını təmin etmək üçün səfərbər olacağıq. Qeyd edilənlərlə yanaşı, Hesablama Palatası vəsaitlərin səmərəsiz istifadə hallarını da diqqətdə saxlayır. Məqsədimiz belə halları müəyyən etməklə normativ-hüquqi aktlarda buna yol açan boşluqların aradan qaldırılmasıdır.
- Bəs bu nöqsanlara yol verənlər və ya nöqsanları aradan qaldırmayan qurumlarla bağlı hansı tədbirlər görülür?
- Müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər bir neçə istiqaməti əhatə edir: vəsaitlərin bərpası, işlərin və xidmətlərin görülməsi, debitor və kreditor borcların bağlanılması və s. Hesablama Palatasının funksiyasına vəsaitlərin icrası prosesinə nəzarət etmək daxildir və hər hansı cəza tədbirinin tətbiqi bizim səlahiyyətlərimiz xaricindədir. Ali audit qurumu olaraq biz nöqsanları və bu nöqsanların hansı səbəblərdən baş verdiyini müəyyən edir, onların aradan qaldırılması üçün tövsiyələr və təqdimatlar verir, həmin təqdimatların icrasına nəzarət edirik. Eyni zamanda, hər bir nəzarət tədbiri ilə bağlı müvafiq qurumlara və ictimaiyyətə məlumat verir və Azərbaycan Respublikası Milli Məclisinə hesabat veririk. Nöqsanların cinayət xarakterli olması ilə bağlı şübhələr yarandıqda isə məlumatları Baş Prokurorluğa göndəririk. Beləliklə, diqqətə çatdırmaq istədiyim əsas məqam Hesablama Palatasının hər hansı cəzanın tətbiq edilməsində səlahiyyətli olmamasıdır və bizim bir cəza tətbiq edən orqan olmadığımızdır. Cəzanın tətbiq edilməsi və ya hər hansı digər tədbirin görülməsi nəzarət tədbirinin həyata keçirildiyi qurumun rəhbərinin, həmin qurumun yuxarı orqanının və digər müvafiq orqanların funksiyasına daxildir. Hesablama Palatası olaraq dövlət vəsaitlərinin istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsində nəzarətin gücləndirilməsi, həmçinin müvafiq cəzaların nəzərdə tutulması və sərtləşdirilməsi tərəfdarıyıq. Fikrimizcə, nöqsanlarla yanaşı, nəticələrin də ictimailəşdirilməsi, o cümlədən nöqsanlara yol verilmiş vəzifəli şəxslərlə bağlı tətbiq edilən tədbirlər barədə məlumatların verilməsi ictimai nəzarətin təmin edilməsinə xidmət etməklə gələcəkdə bu halların azalmasına təsir göstərən vasitədir.
- Belə bir mürəkkəb və dəyişkən dövrdə Hesablama Palatasının rolu və vəzifələrindən danışaq.
- Ali audit qurumları dövlət maliyyə nəzarəti sistemində vacib rol oynayır və dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsinin təmin edilməsində mühüm vəsilədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Hesablama Palatasına göstərilən etimad və Hesablama Palatasının fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqları məsuliyyətimizi daha da artırmaqdadır. Sonda qeyd edim ki, qarşımızda duran əsas vəzifə maliyyə intizamının yüksəldilməsi, ciddi maliyyə nəzarətinin təmin edilməsidir. Bu vəzifələr həmişə aktual olub, lakin müasir dövrdə nəzarət və intizam xüsusilə vacibdir. Qeyd edim ki, bu, yalnız nəzarət orqanlarının deyil, eyni zamanda, büdcə vəsaitlərindən istifadə edən hər bir təşkilat üçün ümdə vəzifədir. Belə ki, büdcə vəsaitlərindən istifadə edən qurumlar həmin vəsaitlərin səmərəli istifadəsində və uçotunun düzgün qurulmasında maraqlı olmalı və məsuliyyətini dərk etməlidirlər.

 
  • Oxunub:  11520  |  
  • Tarix:  30-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
13 Noyabr 09:46
Məzahir Pənahov: Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır
13 Noyabr 09:43
Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin müzakirəsinə başlanılıb
13 Noyabr 09:40
Azərbaycan Konstitusiyası və insan hüquqları
13 Noyabr 09:36
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib
13 Noyabr 09:31
Nəsiminin 650 illiyi münasibətilə salınacaq yaşıllıqlar ekoloji mühiti daha da sağlamlaşdıracaq
13 Noyabr 09:28
Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
13 Noyabr 09:25
Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13