Ana səhifə »  Müsahibə »  Azərbaycanın qüdrətli ordusu və qətiyyətli mövqeyi var
A+   Yenilə  A-
Azərbaycanın qüdrətli ordusu və qətiyyətli mövqeyi var

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:

- Bəxtiyar müəllim, Azərbaycan Ordusunun yaradılmasından 99 il ötür. Müasir Azərbaycanda isə ordu quruculuğuna 1991-ci ildən başlansa da, vahid komandanlığa əsaslanan nizami ordunu Heydər Əliyev yaratdı. Ulu öndərin bu sahədəki tarixi fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan xalqının məşhur bir məsəli var: ordum varsa, yurdum var! Biz bu deyimin nə qədər real olduğunu öz tarixi təcrübəmizdə gördmüşük. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik yolunu tutdu. Lakin ölkəmizi daim əsarət altında saxlamaq istəyənlər, onun milli sərvətlərindən bəhrələnmək arzusunda olanlar Azərbaycanın müstəqilliyi ilə barışmaq istəmirdilər. Buna görə hələ ötən əsrin 80-ci illərinin sonlarında tarixdə “sınaqdan çıxmış” köhnə metoda əl atıldı – ermənilərin hər zaman alət millət olması nəzərə alınaraq süni şəkildə “Qarabağ problemi” yaradıldı, ərazilərimizin ələ keçirilməsi üçün məkrli planlar işə salındı. Sovet imperiyasının rəhbərliyinin, Moskvanın məqsədli və ikibaşlı oyunları, müxtəlif addımları nəticəsində get-gedə “iqtisadi narazılıq” hərbi münaqişəyə çevrildi.
İlk dövrlərdə görürdük ki, Ermənistan tərəfi müxtəlif üsullarla silahlandırılır. Guya onlar hərbi hissələrə “hücum edib” silahlar ələ keçirirdilər. Amma bunların hamısı oyun idi. Hadisələrin sonrakı inkişafı da bunu təsdiqlədi. Digər tərəfdən, SSRİ-nin “Vremya” proqramı sistemli şəkildə Ermənistan ordusunun yaranması haqqında reportajlar verir, erməni hərbçilərinin fikirlərini tirajlayırdı. Hətta əsgərlərin hərbi biletlərini ekranda göstərirdilər. Gizlədilmirdi ki, Ermənistan tərəfi sistemli şəkildə silahlanır, ordu qurur. Bunun fonunda isə o dövrki Azərbaycan rəhbrliyində qəribə arxayınçılıq, vəzifəni itirmək qorxusu var idi. O vaxt Azərbaycana rəhbəlik edənlər, xüsusən də Mütəllibov iqtidarı Azərbaycanın müstəqil dövlət olacağına inanmaq istəmirdilər. Ona görə də bu proseslərə laqeyd yanaşır, əks tədbirlər görmürdülər. Əksinə, dinc azərbaycanlı əhalinin ov tüfənglərini belə əllərindən aldılar. Bununla da həmin vaxtdan “tarazsızlaşdırma siyasəti”nə başlanıldı. Yəni hərbi cəhətdən Ermənistana kömək edilərək onları daim Azərbaycandan yüksəkdə saxlamağa çalışdılar. Təsəvvür edin ki, ermənilər odlu silahlarla silahlanırdı, avtomatları, topları vardı. Azərbaycan tərəfi isə əliyalın qalmışdı.
İlkin vaxtlarda kəndlərimiz qarət olunmağa başlandı. Azərbaycanlıları girov götürür, pul müqabilində buraxırdılar. Bütün bunlara isə o boyda güclü strukturları olan SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Azərbaycan əhalisi çaş-baş qalmışdı ki, bu necə olan işdir, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Nə səsimizi eşidən var, nə də bizə silah verən! Dövət rəhbərlərimiz isə bizi sakitləşdirmək  yolunu tutmaqla Ermənistandakı soydaşlarımızın zorla, fiziki təziqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar isə məcbur olurdular ki, özləri öz kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Əliyalın insanların silahlı “saqqallılar” qarşısında dayanması uzun müddət çəkə bilməzdi.
Bir qədər keçəndən sonra Azərbaycanda ehtiyatla da olsa, (insanların təzyiqi qarşısında) xüsusi təyinatlı milis dəstələri yaradıldı. Bu zaman hər 2-3 nəfərə bir tapança verirdilər. Bunun özü də əslində simvolik idi. Hər kənddən bir neçə nəfər seçib bu dəstəyə üzv edirdilər. Lakin bu zaman artıq ermənilər pulemyotlar, zirehli texnika ilə silahlanmışdılar. Xalq gördü ki, özü öz başına çarə qılmasa, dövlət heç nə etməyəcək! Beləliklə, yavaş-yavaş insanlar ordan-burdan müxtəlif ov tüfəngləri və digər silahlar, məktəblərdən təlim avtomatları əldə etməyə başladılar. Beləliklə, ilk könüllü özünümüdafiə batalyonları yaradıldı. Yəni artıq ermənilərin silahlandırılması bir pillə qalxandan sonra biz də silahlandıq.
Mütəllibovun “ov tüfənglərini yığmaq” addımından sonra AXC-Müsavat cütlüyünün Azərbaycan ordusunu “yaratmaq” addımları da özünəməxsus və qəribə idi. Onlar səriştəsizliklərini bu sahədə də göstərdilər. Təsadüfi deyil ki, onların təyin etdiyi ilk müdafiə naziri vətən xaini çıxdı. Orduda xidmət edən əsgərlər kimlər idi? Küçə ilə gedənlər, dayanacaqda duranlar. Reydlər zamanı əllərinə kim keçdi təlimsiz-filansız cəbhəyə aparırdılar. İnsanları həbsxanalardan buraxırdılar ki, gedin vətəni müdafiə edin. Bu adamların da bir qismi cəbhəyə gedib silah əldə edəndən sonra Bakıya qayıtdılar. Ondan sonra isə  cinayətkarlığın sayı artmağa başladı. Əslində elə ordu quruculuğunun nəticəsi belə olmalı idi!
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bu sahədə də çox təcrübəli və səriştəli idi. O, uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmişdi. SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də  hərbi sahədən kifayət qədər xəbəri vardı. Ulu öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Hansı formada? Ordu ilk növbədə milli zabit kadrların olması deməkdir və Heydər Əliyev öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi.
Həmin vaxt Azərbaycanda bir neçə ali hərbi məktəb olsa da, kursantların çoxu digər millətlərin nümayəndələri idilər. Həmin məktəblərdə azərbaycanlılar demək olar ki, yox idi. Ulu öndər öz nüfuzundan istifadə edərək kvota müəyyənləşdirdi ki, məktəblər Azərbaycanda yerləşdiyi üçün qəbul olunanların müəyyən faizi azərbaycanlılar olmalıdır. Bu da o dövr üçün çox mühüm  hadisə idi!
Beləliklə, o dövrdə daha çox inşaat batalyonlarında xidmət edən, hərbi hissələrdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri hərbi təhsil almağa başladılar. Müstəqillik dövründə Azərbaycan ordusu yarananda zabit heyətinin özəyini həmin insanlar təşkil etdi. SSRİ-nin başqa yerlərində xidmətdə olanlarlar öz vətənlərinə qayıtmaq arzularını bildirdilər. Çünki gördülər ki, vətən təhlükədədir və geri döndülər. Bir məqamı da vurğulayım ki, ulu öndərdən əvvəlki iqtidarların dövründə ölkəyə qayıdan hərbiçilərin heç də hamısını ordu sıralarına götürüb təcrübələrindən, hərbi bacarıqlarından səmərəli istifadə etmirdilər.
Həmin  dövrdə gec də olsa Müdafiə Nazirliyinin tərkibində müxtəlif batalyonlar yaradılmışdı. Düzdür, o batalyonların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr ulu öndər tərəfindən ləğv olundu və əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.
Bu əməliyyatdan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu orduyla Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra  isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı.
O illər çox çətin və ağır dövr idi. Çünki dövlət büdcəsi boş idi, 1 milyondan çox qaçqın və məcburi köçkün çöllərdə qalmışdı. Dövlət onlara da qayğı göstərməli idi. Amma necə? İqtisadiyyat tənəzzül etmiş, güclü inflyasiya, anarxiya və xaos davam etməkdə idi. Amma Heydər Əliyev sutkanın 18 saatını işləməyi və problemlərin həllinə nail olmağı bacaran dövlət rəhbərlərindən idi. Ona görə də bütün bu istiqamətlərdə çox qısa müddətdə böyük işlər görüldü. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə olan «Əsrin Müqaviləsi» neft kontraktının imzalanması oldu! Beləliklə, həm də dünyanın aparıcı dövlətlərinin maraqları müstəqil Azərbaycanın maraqları ilə uzlaşdırıldı.
Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi. Hətta bizim yadımıza gəlir ki, o dövrdə əsgərliyə gedənlər bir neçə ay mülki formada xidmət edirdilər. Onları hərbi geyimlə təmin etmək imkanları aşağı idi. Bunlara baxmayaraq qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.
- Ali Baş Komandan, Prezident İlham Əliyevin bəyan etdiyi kimi ordu quruculuğu prioritetdir. Ölkə rəhbərinin həyata keçirdiyi tədbirlər ordumuzda hansı keyfiyyət dəyişikliklərinə səbəb olub?
- Ulu öndərin müəllifi olduğu neft strategiyası 2005-ci ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası başa çatdı və Azərbaycan nefti Avropaya ixrac olunmağa başladı. Bundan sonra Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmzin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına ən yeni silahlar daxil edildi. Hərbi hissələr ən müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
Beləliklə, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir. Ordunun digər vacib şərtlərindən biri onun idarə olunmasıdır. Texnika  da var, əsgərlər də! Amma bunlar komandirlərin hazırladığı planlar, keçirilən təlimlər zamanı toplanan təcrübə əsasında idarə olunmalıdır. Artıq bizim ordunun mükəmməl idarə olunması, döyüşlər zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin koordinasiya edilməsi üçün müasir, intellektual komanda-idarəetmə mərkəzimiz var.
Hesab edirəm ki, bizim ordu quruculuğumuz tam başa çatsa da, ordu təchizatı başa çatmayıb. Daim sistemli şəkildə yeni silahlar alınır. Artıq müasir texnologiyalara söykənən Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Özümüz üçün minə qədər adda müxtəlif təyinatlı silah-sursatlar istehsal edirik. Azərbaycanın snayper silahları, avtomatları, tapançaları var, özünün zirehli  texnikasını istehsal edir. Bunlar çox mühüm məsələlərdir. Hətta Azərbaycan silah ixracına başlayıb. Bu o deməkdir ki, sabah müharibə başlasa, bizim heç bir dövlətdən asılılığımız olmayacaq. Müharibənin hər anı puldur, hər dəqiqədə yüzlərlə silah-sursat işlədilir. Bu baxımdan, hesab edirəm ki, ölkəmiz ciddi uğura nail olub.
Nəhayət, ordunun ən mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün vətənpərvər olmağı, özünün orduya yaxından bağlanmağı, özünün hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan ordusunun bəxti gətirib. Cənab İlham Əliyev il ərzində sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bax, onun bu şəkildə ordunun içərisində olması həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə, ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapmışdır! Bu vəhdətin təsdiqini biz ötən il Lələtəpə uğurnda döyüşlərdə gördük.
- Ötən ilin aprelində cəbhə xəttində qazanılan zəfər Azərbaycan Ordusunun gücü barədə deyilənlərin təsdiqi oldu.  Bu barədə fikirlərinizi bilmək maraqlıdır.
- Həmin vaxt həyata keçirilən hərbi əməliyyatar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına  qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəf edilməz səngərlər” yaratmışdı. Amma Lələtəpə əməliyyatı göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün heçnədir! Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Çünki əvvəlcədən hazırlanmış hücum əməliyyatı deyildi ki, bütün texnikanı oraya yığaq. Biz sadəcə təxribata cavab verdik. Uğurlu əməliyyat nəticəsində həm də Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Təmas xəttinə yaxın kəndlərin əhalisi ordumuza inanaraq orada yaşayır. Lələtəpə əməliyyatı zamanı onlar inamlarını əməli işdə sınadılar, evlərini tərk etmədilər və əmin oldular ki, Azərbaycan Ordusuna güvənmək mümkündür!
O zaman ermənilər görəndə ki orduya gücləri çatmır, murdar xislətlərinə sadiq qalaraq dinc əhalini hədəf seçdilər. Yaşayış evlərini gülləyə, mərmiyə tutdular. Bu zaman sakinlər o qədər mütəşəkkil hərəkət etdilər ki, çoxsaylı evlər tikililər dağıdılsa da, əhali arasında böyük tələfat olmadı. Deməli, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşları da hərbi əməliyyatlar zamanı necə hərəkət etməyi öyrənib. Əhali arasında panika, qorxu, qaçış filan yaranmadı. Bunun özü də müharibə zamanı çox vacib amillərdəndir.
Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən səfərbərlik orqanlarına müraciət etdilər ki, biz də döyüşmək istəyirik. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da! Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başlayırlar. Çünki bilirlər ki, Qarabağ onların deyil və müvəqqəti bu ərazidədirlər!
- Bəxtiyar müəllim, vətənpərvərlik mövzusuna toxundunuz. Ordunun gücü həm də şəxsi heyətin yüksək mənəvi durumu ilə ölçülür. Azərbaycan əsgərinin vətənpərvərliyi barədə başqa nə deyə bilərsiniz?
- Ordu mürəkkəb mexanizmdir. Ordu quruculuğunun mərkəzində, özəyində insan amili dayanır. Yəni ilk olaraq, insan vətənini sevməli, fiziki cəhətdən güclü, sağlam, mənən zəngin, döyüşkən olmalı, qorxmadan düşmən üzərinə getməyi bacarmalıdır və nəhayət, hərbi vərdişlərə yiyələnməklə silahlardan məharətlə istifadə etməlidir. Əgər Orduda vətənpərvər, sağlam, güclü, torpağını sevən insanlar olmasa, müasir texnologiyaya əsaslanan silahlardan, texnikadan da səmərəli istifadə etmək çətindir.
Azərbaycan Ordusu isə bu sahədə əsl nümunə ortaya qoyur. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov, Raquf Orucov kimi qəhrəmanlarımız var. Onlar Azərbaycan əsgərinin mərdlik, cəsarət, qorxmazlıq, igidlik simvoluna  çevriliblər. Bunun səbəblərindən biri vətən sevgisidirsə, digər mühüm səbəb Ali Baş Komandanın ortaya qoyduğu vətənpərvərlik  örnəyidir. Azərbaycan Prezidenti davamlı şəkildə əsgər kazarmalarında olur, mövcud şəraitlə maraqlanır. Xidmətini başa çatdıran zabitlərə pulsuz evlər verilir. Ermənistanda isə gördüyümüz odur ki, erməni anaları öldürülmüş uşaqlarının şəkilləri əllərində öz rəhbərlərindən haqq-hesab sorurlar. İnanıram ki, bu cür hallar getdikcə daha da kütləviləşəcək. 9-cu sinifdən sonra erməni valideynlər uşaqlarını orta məktəbdən çıxarıb müxtəlif üsullarla – rüşvət verməklə xaricə qaçırırlar. Ermənistanda hərbi çağırış zamanı hərbi hissələri komplektləşdirmək mümkün olmur!
Qürurverici məsələlərdən biri odur ki, bu gün hərbi təhsil alanlar arasında xeyli sayda məcburi köçkün övladları var. Onlar hərbi peşəyə yiyələnməklə bəyan edirlər ki, müharibə başlayanda öndə olacaqlar, çünki öz torpaqlarını özləri azad etmək istəyirlər! Bu, orduya məhəbbətdir, dövlətə inamdır!
Bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan gənci çağırış vərəqəsi gəlmədən könüllü olaraq orduya getmək istəyir. Erməni tərəfi isə təklif edir ki, kim Qarabağda üç il xidmət etsə, ona 10 min dollar veriləcək. Vətən sevgisinin nəticəsidir ki, Azərbaycan gənci torpaq uğrunda canından keçir, şəhid olur. Ermənistan gəncini isə orduya gətirmək üçün ona rüşvət təklif edirlər. Bu, üstünlükdür, dönüşdür, dəyişiklikdir. Bu dəyişikliyin nümunəsini bir neçə gün əvvəl də gördük. İyunun 14-də Prezident İlham Əliyev Çocuq Mərcanlı kəndinin açılışında iştirak elədi. İlkin olaraq 50 mənzil tikilib. Amma 250 ailə kəndə qayıtmaq arzusundadır. Görün insanlarda nə qədər dövlətə güvən, torpağa sevgi var ki, hər kəs kəndə qayıtmaq, orada yaşamaq istəyir. Bu, Orduya və Ali Baş Komandana olan inam və etibardır.
- Hesab edirsinizmi ki, mütəmadi olaraq keçirilən hərbi təlimlər Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək üçün keçirəcəyi hərbi əməliyyatlara hazırlıqdır?
- Ordunun arxalandığı bir neçə məqam var. Birincisi, onun tərkibi daim təzələnməlidir, köhnə əsgər zabit heyətini yeniləri əvəz etməlidir və say tərkibi çoxalmalıdır. Bu cəhətdən bizdə heç bir problem yoxdur! Azərbaycan ordusunda fərarilik daha yoxdur! Fərarilik Emənistana xas olan şeydir. İkincisi, qeyd etdiyim kimi silah-sursat təminatı sahəsində də vəziyyət ürəkaçandır. Çünki həm xaricdən silah-sursat və texnika alırıq, həm də özümüz istehsal edirik. Digər mühüm məsələ isə əvvəldə toxunduğum kimi ordunun idarə olunmasıdır. Sistemli şəkildə Azərbaycanda döyüş vəziyyətinə uyğun, atışlı hərbi təlimlərin keçirilməsi ordunun döyüş qabiliyyətinin və təcrübəsinin artırılmasında, qoşun növlərinin koordinasiyalı idarə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Ermənilər hərdən Ağdamın Uzundərə adlanan yerində bir neçə sınıq-salxaq texnika ilə atəş açıb səs-küy çıxarırlar ki, guya hərbi təlim keçirirlər. Amma Azərbaycanın keçirdiyi hərbi təlimlərə baxın, görün nə qədər zirehli texnika, canlı qüvvə, artilleriya qurğusu, döyüş aviasiyası atəş meydanına çıxır. Təlimlərə uzaqvuran toplar, vertolyotlar, təyyarələr cəlb edilir. Azərbaycan artıq Türkiyə ordusuyla birgə təlimlər keçirir. Bunlar sıradan hadisələr deyil! Özü də real atışlı təlimlər ordunun hərbi əməliyyatlara hazırlığı üçün çox vacib şərtdir. Əsgərlərimiz hər təlimdən sonra müharibə şəraitinə uyğun təcrübə toplayırlar. Bundan başqa, texnikanı necə idarə etmək lazım olduğunu öyrənirlər. Təhlillərin aparılması, ani qərarlar və s. barədə təcrübələrini artırırlar. Hər bir təlim həm də böyük vəsait deməkdir. Məhz vəsaitin yoxluğu imkan vermir ki, ermənilər çoxsaylı texnikanın cəlb edildiyi güclü təlimlər keçirsinlər.
Biz isə qeyd etdiyiniz kimi, mütəmadi olaraq keçirdiyimiz hərbi təlimlərlə torpaqlarımızı azad etmək üçün başlayacağımız hərbi əməliyyatlara hazırlığımızı artırırıq. Bütün bunlar Qarabağ müharbəsində böyük qələbənin hazırlıq məşqidir. Qarabağ məsələsində Azərbaycan tərəfi haqlıdır, öz torpaqlarını işğaldan azad etmək qətiyyətindədir! Cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir qarış  torpağını belə güzəştə getməyəcək, öz torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına yol verməyəcək! Təəssüf  ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar BMT-nin məlum dörd qətnaməsinin icrasını təmin etmirlər. Dünyada ikili standartlar var! Onlar daim deyirlər ki, məsələ sülh yolu ilə həll olunsun! Sülh yolunda isə Ermənistan danışıqlara gəlmir, yaxud, onu danışıqlara gətirmirlər. Bu mənada sülh danışıqları məhz erməni tərəfinin destruktivliyi səbəbindən baş tutmur. Lakin bir dəfə də olsun Ermənistan rəhbərliyinə sual etmirlər ki, sənin qoşunların Azərbaycan torpaqlarında nə gəzir. Ali Baş Komandan İlham Əliyev də bəyan etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin!
Biz hələ ki, sülh danışıqlarına sadiqik. Lakin hərb variantı da istisna deyil! Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir. Əgər beynəlxalq qurumlar istəmirlərsə müharibə baş versin, birinci növbədə problemin sülh yolu ilə həllinə nail olmalıdırlar. Onlar işğalçını öz adı ilə çağırmalıdırlar! BMT-nin qətnamələrini yerinə yetirməlidirlər! Bunların heç biri yoxdursa, onda hərbi əməliyyatdan çəkindirmək, snayperləri təmas xəttindən geri çəkmək, atəşkəsə əməl etmək barədə çağırışların heç biri effekti olmayacaq! Çünki Azərbaycan öz torpağını, işğal edilmiş ərazilərini azad etmək istəyir! Bunu hər bir Azərbaycan vətəndaşı, hər bir zabit və əsgər istəyir! Bu məsələ nə qədər tez sülh yolu ilə həllini tapsa, o qədər yaxşıdır! Çünki artıq Azərbaycanın qüdrətli ordusu və qətiyyətli, prinsipial mövqeyi var! Bunu hamı bilməlidir: tək ermənilər yox, onların havadarları da! İndiyədək erməniləri sülh danışıqlarına vadar etməyən, yaxud danışıqlar masasına gətirmək istəməyən beynəlxalq təşkilatlar və dövlətlər də dərk etməlidir ki, Azərbaycanın səbri tükənməz deyil! Gücü isə kifayət qədərdir!

 
  • Oxunub:  5640  |  
  • Tarix:  22-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

15:33
27 May
Jan-İv Lö Drian: Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur
15:02
27 May
Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
14:51
27 May
UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib
14:38
27 May
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib
14:25
27 May
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
11:22
27 May
Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb
11:20
27 May
Prezident İlham Əliyev: biz ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik
11:10
27 May
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
11:07
27 May
Oqtay Əsədov: Əminəm ki, Cənubi Qafqazdakı münaqişələrin həlli burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcək
11:01
27 May
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olunması üçün tapşırıqlar verilib
10:55
27 May
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
10:47
27 May
Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib
10:45
27 May
Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında
10:41
27 May
Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə İstanbulda rəsmi qəbul təşkil olunub
10:38
27 May
Sahibə Qafarova: “Qafqaz üçlüyü” filmində Azərbaycana və azərbaycanlılara qarşı aqressiv münasibət açıq-aydın görünür
10:36
27 May
İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub
10:26
27 May
Yunanıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib
10:25
27 May
Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
10:16
27 May
ASAN E-gov modeli Koreya Respublikasında təqdim olunub
10:12
27 May
Fəttah Heydərov: Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz
10:10
27 May
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə poçt markası buraxılıb
10:06
27 May
Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir
10:04
27 May
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən parlaq səhifəsidir
10:03
27 May
“YARAT”da yeni sərgi: “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə”
10:00
27 May
Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın
09:55
27 May
Arye Qut: “Yüz il əvvəl baş vermiş hadisələrlə İsrail parlamentariləri deyil, tarixçilər məşğul olmalıdır”
00:59
26 May
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir
00:59
26 May
Xain Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir
17:53
25 May
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyindəki rolundan danışılıb
17:52
25 May
Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib
17:36
25 May
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb
17:25
25 May
Bakı Ali Neft Məktəbinin tələbələri “Baker Hughes”də fəaliyyətə başlayırlar
17:20
25 May
Gənclərin sosial mediada fəallığının Azərbaycan həqiqətlərinin təbliğində roluna dair tədbir keçirilib
17:01
25 May
Baş prokuror Masallı şəhərində vətəndaşları qəbul edib
16:39
25 May
Akademik İsa Həbibbəyli: Şükrü Haluku Akalın müasir türkologiyanın əsas simalarından biridir
16:36
25 May
Milli Aviasiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
16:28
25 May
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
15:51
25 May
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
15:44
25 May
Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında
15:34
25 May
Elmira Süleymanova: Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
15:33
25 May
Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"
15:21
25 May
Los-Ancelesdə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə məlumat verilib
15:13
25 May
Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir
15:08
25 May
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib
14:49
25 May
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə baxılıb
14:33
25 May
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
14:23
25 May
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib
14:21
25 May
Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
14:18
25 May
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq
14:05
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
14:04
25 May
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur
13:02
25 May
Dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür
12:41
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Qırğızıstanda da qeyd edilib
12:40
25 May
Dünya Xəbər Agentliklərinin 6-cı Konqresi gələn il iyunun 13-14-də keçiriləcək
12:36
25 May
Energetika Nazirliyində Avropa Enerji Cəmiyyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib
12:28
25 May
Professor Nərgiz Paşayeva: Oksford Universitetində keçirilən imzalanma mərasimini elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar
12:24
25 May
“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib
12:19
25 May
Vilnüsdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul və konsert təşkil olunub
12:12
25 May
MM komitəsində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub
11:55
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
11:49
25 May
31 mayadək cehizlik əldə etməyə tələsin!
11:29
25 May
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
11:26
25 May
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
11:24
25 May
AZƏRTAC növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib
11:18
25 May
Nursultan Nazarbayev: Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb
11:12
25 May
MM-in komitə sədri: “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir
11:11
25 May
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
11:09
25 May
Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır
11:02
25 May
Vladimir Putin: Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var
11:01
25 May
Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupunun növbəti iclası da Qazaxıstanda keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA