Ana səhifə »  Müsahibə »  Qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün ölkəmizdə böyük potensial mövcuddur
A+   Yenilə  A-
Qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün ölkəmizdə böyük potensial mövcuddur

Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Azərbaycanda son illərdə qlobal məkanda müşahidə edilən mənfi proseslərin, o cümlədən də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının milli iqtisadiyyatımıza təsirlərini neytrallaşdırmaq və ölkənin davamlı inkişafını bundan sonra da təmin etmək məqsədilə ötən ildən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə iqtisadi aktivliyin artırılması, o cümlədən də biznes mühitinin optimallaşdırılması, bütün sahələrdə şəffaflığa nail olunması, idarəetmənin təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər üzrə genişməzmunlu islahatlar həyata keçirilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib. Görülən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızda sabitlik təmin edilib və cari ilin ötən dövründə ayrı-ayrı istiqamətlər üzrə müsbət nəticələr əldə olunub.
Yeni şəraitdə isə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.
Bütövlükdə hesab edirəm ki, qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq. Bunun üçün həm dövlətimizin siyasi iradəsi, həm də iqtisadi potensialı mövcuddur.
- Qeyd etdiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir. İqtisadiyyatın diversifikasiyası baxımdan bu sektorun əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu xeyli üstələyir.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib.
Bu gün Sumqayıtda müasir, böyük sənaye kompleksi yaradılıb və proses davam etdirilir. Dövlət başçısının qərarları əsasında ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Neftçalada sənaye zonaları və məhəllələri yaradılır. Təbii ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayır. Digər tərəfdən isə ölkəmizdə istehsal olunan məhsulların ixracı məsələləri də diqqət mərkəzindədir. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir.
- Bildiyimiz kimi, qeyri-neft sektorunda aqrar sahə xüsusi yer tutur. Ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada Azərbaycanda qəbul olunan Dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.
Bilirsiniz ki, Milli Məclisdə aqrar sahə ilə bağlı, o cümlədən strateji məhsullar haqqında qanunlar qəbul edilib. Eləcə də son illər dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar mühüm Fərman və sərəncamlar verilib. Bu sənədlər bəhs olunan sahənin davamlı inkişafının hüquqi bazasını təşkil edir.
Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq.
- Eldəniz müəllim, bildiyimiz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramların uğurlu nəticələri haqqında fikirlərinizi bilmək istərdik...
- Regionlarda kənd təsərrüfatının inkişafının təmin olunmasında həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.
Son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
- Siz Milli Məclisdə Xaçmaz rayonunu təmsil edirsiniz. Regionların sosial-iqtisadi inkişafından danışarkən, Xaçmazın da inkişafı haqqında məlumat verməyinizi xahiş edirik...
- Danılmaz həqiqətdir ki, respublikamızda, o cümlədən regionlarımızda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə yorulmaz fəaliyyətinin, həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur. Məhz buna görə də Azərbaycan xalqı, eləcə də xaçmazlılar Heydər Əliyev siyasətinə və bu siyasi xətti çox böyük uğurla davam və inkişaf etdirən Prezidentimiz İlham Əliyevə minnətdardırlar.
Məlumat üçün bildirim ki, bu ilin birinci rübü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyükhəcmli tikinti-quruculuq, abadlıq işlərinə başlanılmışdır. Bu dövrdə görülmüş işlər nəticəsində rayonumuzda 1801 yeni iş yeri açılmışdır ki, bunlardan 1408-i daimi iş yerləridir. Ümumən 2003-cü ildən rayon üzrə 27032 yeni iş yeri açılmış, bunların 17792-si daimi iş yerləridir.
Rayon üzrə ümumdaxili məhsulun həcmi 51,8 milyon manat, sənaye məhsulunun həcmi 7,6 milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 12,7 milyon manat təşkil etmişdir. Məlumdur ki, Xaçmaz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin məhsulu üçün bütün təsərrüfat qurumları daxil olmaqla 32642 ha sahədə taxıl əkilib. Hazırda rayonda 19212 ha meyvə bağları vardır ki, bunların 530 hektarı bu ilin birinci rübündə salınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən bu istiqamətdə bir sıra işlər həyata keçirilməyə başlamışdır. Bu baxımdan respublikamızda fındıq bağlarının artırılması üçün əməli tədbirlər görülür və rayonumuz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul olunmuşdur. Ölkə üzrə 40 min ha yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5016 hektarı Xaçmaz rayonunun payına düşür.
Bu məsələ ilə əlaqədar RİH başçısının sədrliyi ilə xüsusi qərargah yaradılmış, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyən edilmişdir. Rayonun, demək olar ki, bütün ərazilərinə düşən bu sahələrin 2070 hektarı dövlət, 2946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Mövcud 4249 ha bar verən fındıq bağlarından yeni bağların salınması üçün kifayət qədər fındıq pöhrələrinin tədarük edilməsi imkanı vardır. Bu günədək 2037 ha ərazidə yeni fındıq bağları salınmışdır ki, bunun 511 hektarı birinci rübün payına düşür. Bu iş payız aylarında davam etdiriləcəkdir.
Ümumiyyətlə, rayonumuzda abadlıq və quruculuq işləri böyük vüsət alıb. Rayonun turizm imkanları genişdir və ildən-ilə istirahət mərkəzlərinə gələn turistlərin sayı artır.
Eyni zamanda, rayonun kəndlərinin qazlaşdırılması, yolların çəkilməsi, təhsil və digər sosial yönlü müəssisələrin tikintisi davam edir. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı Xaçmaz rayonunda da özünü əyani şəkildə göstərir.

 
  • Oxunub:  18300  |  
  • Tarix:  06-06-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür
07 Aprel 14:04
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir
07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür
07 Aprel 13:18
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov
07 Aprel 13:16
Neftçalada 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
07 Aprel 12:54
Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar
07 Aprel 12:49
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır
07 Aprel 12:44
Hikmət Babaoğlu: Əfvlə bağlı qərar həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür
07 Aprel 12:41
Deputat: Ölkəmizdə birliyin vacib olduğu hazırkı zamanda müəyyən qüvvələrin pozuculuq fəaliyyəti təəssüf doğurur
07 Aprel 11:49
Deputat: Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək
07 Aprel 11:38
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı
07 Aprel 11:31
Bəhruz Quliyev: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun
07 Aprel 11:29
Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb
07 Aprel 11:09
““Milli Şura”nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır” ÖZƏL-MÜNASİBƏT
07 Aprel 11:02
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
07 Aprel 10:59
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır - Elşad Mirbəşir oğlu
07 Aprel 10:52
Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
07 Aprel 10:44
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
06 Aprel 15:54
Azərbaycanda koronavirus infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb
06 Aprel 14:30
Dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir
06 Aprel 14:24
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb
06 Aprel 14:13
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06 Aprel 12:43
Siyasi ekspert: Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir
06 Aprel 11:56
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
06 Aprel 11:32
Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulur
06 Aprel 11:29
Təhsil Nazirliyinin psixoloji dəstək üçün 146-3 “Qaynar xətt”i istifadəyə verilib
05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+6 +8