Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsinin təmin olunmasıdır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsinin təmin olunmasıdır

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə verib:
- Hüseyn müəllim, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsidir. Bu istiqamətdə görülən işlər və əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Müstəqil Azərbaycan dövlətinin, onun rəhbərliyinin, xüsusən dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin və Onun davamçısı cənab İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
İqtisadi inkişafla bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi bu gün də Azərbaycan dövlətinin və Ulu öndər Heydər Əliyevin siyasi- iqtisadi kursunu uğurla irəli aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir və ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında aqrar sahənin inkişafı əsas məqsədlərdən biri kimi qarşıya qoyulduğundan yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və idxaldan asılılığın azaldılması üçün meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi istiqamətində aqromeşə massivlərinin salınması sahəsində işlərə başlanılmışdır. Meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarından ibarət aqromeşə massivlərinin salınması istiqamətində qarşıdakı 5 ildə nazirliyin daxili imkanları hesabına 23 çeşiddə 87,6 milyon ədəd müxtəlif meyvə tinglərinin alınması nəzərdə tutulmuşdur ki, artıq bunlardan 3290 mini yetişdirilmişdir. Eyni zamanda meşə fonduna aid nisbətən kiçik sahəli açıq talalardan ibarət 24678 hektar ərazilər müəyyən edilərək xəritələşdirilmişdir.
Meşələrin ətraf mühitin sağlamlığının tənzimləyicisi rolunun artırılması ilə yanaşı, ETSN 2017-ci ilin əvvəlindən meşə fondunun meşə ilə örtülü olmayan ərazilərinin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salmışdır. Eyni zamanda, qeyri-meşə fondu ərazilərində son illərdə 2000 hektarda 1,3 milyon ədəddən artıq zeytun ağacı əkilmiş və bu bağlardan məhsuldarlığın ildən-ilə artaraq 2025-ci ildə 14000 tona çatması gözlənilir. Bundan başqa, meşə fondu ərazisində əvvəlki illərdə əkilmiş meşə cinsli ağaclardan başqa 3000 hektardan yuxarı ərazidə ayrı-ayrı meyvə cinsləri, o cümlədən qoz, şabalıd, fındıq, tut, nar cinslərindən ibarət meşə bağları salınmışdır ki, bu bağların da məhsuldarlığının artırılması üçün müvafiq tədbirlər görülməkdədir. Bütövlükdə, respublikamızın meşə və qeyri-meşə fondu ərazilərində 7000 hektardan artıq sahədə meyvə cinslərindən ibarət aqrobağlar salınmışdır ki, bunun da 5000 hektarı artıq bar verməkdədir.
Eyni zamanda, yerli cinslərlə yanaşı, ana bağların yaradılması üçün nazirliyin daxili imkanları hesabına xaricdən 30 minə yaxın elit sortlu məhsuldar qoz, tut, innab, badam, püstə və digər meyvə tingləri alınaraq ölkəyə gətirilmişdir. Bu tinglər hesabına, nazirliyin tinglik müəssisələrində artırılması təmin edilməklə digər ərazilərdə də həmin ağac cinslərindən ibarət aqromeşələr salınacaqdır.
- Qeyri-meşə torpaqlarında yaşıllaşdırma işlərinin aparılması, aqromeşələrin salınması və yaşıllıqların artırılması istiqamətində hansı işlər görülüb?
- Qeyri-meşə fondu torpaqlarında da yaşıllaşdırma işləri geniş vüsət almış, son illər ərzində “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən arid sahələrdə müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 4000 hektardan artıq ərazidə 5 milyon ağac əkilmiş, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulmuşdur.
Əvvəlki illərdə salınmış zeytun bağlarının sahəsinin artırılması da nazirliyin diqqətindən kənarda qalmamışdır. 2017-2021-ci illər ərzində aqromeşə massivlərinin yaradılması çərçivəsində artıq bar verən 2000 hektar zeytun bağlarına əlavə olaraq, respublikanın müxtəlif rayonlarında 5396 hektar sahədə yeni zeytun plantasiyalarının salınması nəzərdə tutulur ki, bu da gələcəkdə zeytun məhsullarına ölkənin bütün ehtiyaclarının ödənilməsini təmin etməklə bərabər ixrac potensialının yaradılmasına səbəb olacaq.
Qeyd edək ki, artıq ikinci ildir ki, Ümummilli lider Heydər Əliyevin ad günündə ağacəkmə aksiyalarının təşkil edilməsi və Prezidentin ailəsinin bu aksiyada iştirakı aqromeşələrin salınmasına və ümumiyyətlə, yaşıllıqların artırılmasına verilən örnək və töhfə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, dövlət başçısının təşəbbüsü ilə ölkədə milyonlarla ağac əkilib.
Ümumiyyətlə, son bir neçə ildə intensiv şəkildə meşəsalma və meşəbərpa tədbirlərinin aparılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının ilbəil azalması hesabına meşə ilə örtülü ərazilərin sahəsinin artmasına nail olunmuşdur. Meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 15 ildə 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilmiş, 88,6 min hektar ərazidə meşə əkinləri meşə ilə örtülü ərazilərə keçirilmişdir. Təkcə 2016-cı ildə 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılmış, o cümlədən 2645 hektar yeni meşələr salınmış, 3 milyon 546 min ədəd ağac əkilmişdir. Tingliklərdə 35 milyon əkin materialı yetişdirilmiş, 158 ton toxum tədarük edilmişdir.
- Hüseyn müəllim, rəhbərlik etdiyiniz qurum tərəfindən ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
- Ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.
Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrası istiqamətində tədbirlər görülmüşdür. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş proqramların uğurla reallaşdırılması, ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.
Təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır.
Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
- Hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri barədə də fikirlərinizi bilmək istərdik...
- Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılmışdır. Təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatmışdır. Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılmış, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılmışdır.
2017-ci ilin yanvarından hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunmuş, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılmışdır. Hidrometeoroloji stansiyalarda 6 ədəd birbaşa videogörüntü kameraları quraşdırılaraq onların sayı 29-a çatdırılmışdır.
Hidrometeorologiya sahəsində modernləşdirmə işlərinin nəticəsi olaraq meteoroloji proqnozların özünü doğrultması səviyyəsi 94-97 faizə çatdırılmışdır. Nəticədə, Ümumdünya Meteorologiya Təşkilatından daha geniş çeşiddə məlumat almaq imkanı yaradılmışdır və bu da istənilən fövqəladə hadisə zamanı meteorologiya sisteminin fəaliyyətinin etibarlılığını qat-qat artırır.
Eyni zamanda, milli monitorinq sistemi modernləşdirilmiş və ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilmişdir ki, bu da operativ və rejim məlumatlarını əks etdirən gündəlik, üçgünlük, ongünlük və s. bülletenlərin hazırlanaraq aidiyyəti üzrə qərar qəbul edən dövlət orqanlarına çatdırılmasına və ictimaiyyətin məlumatlandırılmasına imkan verir.
Müxtəlif bölgələrdə, o cümlədən qonşu dövlətlərin ərazisində son dərəcə çirklənməyə məruz qalan transsərhəd çayların üzərində ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş analitik tədqiqat laboratoriyaları istifadəyə verilmişdir. Xızıda quraşdırılmış atmosferin yüksək qatları ilə ölkəyə daxil olan transsərhəd çirkləndiriciləri təyin edən müasir atmosfer havasının fon monitorinqi stansiyası ilə yanaşı, 2016-cı ildə Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksi quraşdırılmış və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə çoxsaylı avtomatik qurğular alınaraq sözügedən şəbəkənin istifadəsinə verilmişdir.
Transsərhəd ərazilərdə radiasiya fonu üzrə tam avtomatlaşdırılmış erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi qurulmuş və monitorinq məlumatları hər yarım saatdan bir aidiyyəti dövlət qurumlarına ötürülür.
- Hüseyn müəllim, bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərin nəticələri barədə nə demək olar?
- Bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Bu sahədə fəaliyyətin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək.
Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artmışdır. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilmiş, təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət etmişdir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir.
Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və IDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 170 başdan artıq ceyran öz tarixi areallarına köçürülmüşdür.
- Yeri gəlmişkən, bu kontekstdə hazırda daha iki məsələ aktuallıq kəsb edir: su hövzələrində bioloji resursların artırılması və əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması.
- Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 15 ildə 6,5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır. Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. Artıq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri üzrə 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 10 ildir ki, istismar olunur. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində 2007-2017-ci illərdə 24 rayonun 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli Sərəncamına əsasən 15 rayonun 100 kəndində (77 min nəfər əhali) icraçı şirkət tərəfindən nazirliyin nəzarəti altında layihələndirmə işləri yekunlaşmış və artıq tikinti işlərinə başlanılmışdır. Bununla da ümumilikdə sözügedən fəaliyyət nəticəsində 484 yaşayış məntəqəsində 700 mindən artıq əhali keyfiyyətli içməli su ilə təmin ediləcəkdir.
Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu olmuş və ictimaiyyətin rəğbətini qazanmışdır.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 2000 m3 su duzsuzlaşdırmaq gücündə avadanlıq quraşdırılmış Dəniz suyunun duzsuzlaşdırılması zavodunda emal edilmiş sudan ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunur. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də 2 dəfə artırılaraq sutkada 5000 m3-ə çatdırılmışdır.
Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 7900 m3 çirkab sutəmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.
- Hüseyn müəllim, yer təkinin geoloji öyrənilməsi, həmçinin geodeziya və kartoqrafiya sahəsində hansi işlər görülmüşdür?
- Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təmin etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yenilənməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunmuşdur. 2001-2016-cı illər ərzində 297 yataq, o cümlədən 12 filiz, 64 qeyri-filiz, 214 inşaat materialları və 7 yeraltı şirin su yatağı Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında qeydə alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir.
Geodeziya və kartoqrafiya sahəsində topoqrafiya-geodeziya işləri üzrə beynəlxalq rəqəmsal xəritə standartlarında Azərbaycan Respublikasının Dövlət Yüksəklik Şəbəkəsi, Dövlət Geodeziya Şəbəkəsi işləri, Azərbaycan Respublikası ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 1:25000, 1:50000, 1:100000 miqyaslarda rəqəmsal topoqrafik xəritələrin hazırlanması, trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, müşahidə, həmçinin topoqrafik planalma, köhnə xəritələrin yenilənməsi, yeni xəritələrin tərtibatı və çapa hazırlanması işləri yerinə yetirilmişdir.
Kartoqrafiya işləri üzrə 908 adda 46740 nüsxə topoqrafik plan və xəritələr, 43 adda 2010 nüsxədə tematik xəritələr tərtib edilərək nəşr olunmuşdur. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası məqsədilə çöl deşifrlənməsi işləri, Azərbaycan Respublikası ərazisinin 1:50000 miqyaslı topoqrafik rəqəmsal xəritələrinin yenilənməsi və nəşrə hazırlanması işləri, Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları əhatə edən rəqəmsal xəritələrin GİS proqramında tərtibi və PDF formatında çapa hazırlanması işləri başa çatdırılmışdır. Zaqatala, Masallı, Daşkəsən, İsmayıllı, Ağsu, Qusar rayonlarının 1:2000, 1:5000 miqyaslı planlarının yenilənməsi və tərtibatı işləri başa çatdırılaraq nəşr üçün təqdim olunmuşdur.
Bununla yanaşı, Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı ərazinin müfəssəl xəritəsi hazırlanmış, “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 dekabr tarixli Fərmanının icrası məqsədilə bu ilin 3 ayı ərzində respublikanın 36 şəhər və rayon mərkəzində yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr hazırlanmış və nazirliyin elektron saytında yerləşdirilmişdir.
Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycan Respublikasının başqa sahələrdə olduğu kimi ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən BMT-nin sifarişi ilə hazırlanmış və 2016-cı ildə açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan 180 ölkə arasında 31-ci sırada qərarlaşmış, Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən daha yüksək mövqe tutmuşdur. Ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə 2-ci, MDB ölkələri arasında isə birinci olmuşdur. Azərbaycan ətraf mühitlə bağlı ayrı-ayrı sahələr üzrə, o cümlədən iqlim və enerji sahələri üzrə 2-ci, meşə örtüyündə dəyişiklik üzrə 5-ci, ətraf mühitin insan sağlamlığına təsiri üzrə isə 32-ci yerdə qərarlaşmışdır.

 
  • Oxunub:  11910  |  
  • Tarix:  23-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA