Ana səhifə »  Müsahibə »  IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək
A+   Yenilə  A-
IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, məlum olduğu kimi bu günlərdə ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Sizcə, bu Forumun əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bu baxımdan, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz miqyasına görə beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Ümumiyyətlə, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və inkişafı məsələsinin zəruriliyini daha da aktuallaşdırır.
Belə bir şəraitdə mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsinin aktiv müzakirə predmetinə çevrilməsi bir zərurətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə bu günlərdə keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib.
Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində şübhəsiz ki, mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.
- Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində də bir çox önəmli tədbirlər həyata keçirir. Bu tədbirlər müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə nə kimi töhfələr verəcək?
- Ümumiyyətlə, Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.
Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə münasibətlərimiz daha da inkişaf etməkdədir.
Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır.
Düşünürəm ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır. Çünki hazırkı şəraitdə İslam həmrəyliyi çox zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir.
- Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunları haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik.
IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də ona görə əlamətdardır ki, dünya Oyunların tarixində bir rekorda, yəni 57 ölkənin idmançılarının iştirakına şahidlik edəcək.
Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsi bu mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır. Bunu “Eurovision-2012” mahnı yarışması və “Bakı-2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunub keçirilməsinin timsalında da daha aydın şəkildə görə bilərik.
Bütövlükdə, hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək.
- Fuad müəllim, bu Oyunlar Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi mövqeyinin güclənməsinə nə dərəcədə təsir göstərəcək?
- Beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, idmanımızın beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır. Bu baxımdan, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib.
Ölkəmizin Birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ölkə kimi seçilməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Bilirsiniz ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurları hər zaman artır. Dövlət bayrağımızın nüfuzlu yarışlarda zirvələrə yüksəldilməsi hər birimizdə qürur hissi doğurur. Mən inanıram ki, bu Oyunlarda da Azərbaycan idmançıları yüksək nəticələr göstərəcək və bayrağımızı zirvələrə yüksəldəcəklər.
- Azərbaycan gənclərinin bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?
- Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, bu o deməkdir ki, idmanın kütləviliyi həm də gənclərin inkişafı yönündə görülən işdir. Bilirsiniz ki, ölkəmizdə gənclərin inkişafına dair proqramlarda idmanın inkişafı prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların idmana cəlb olunması bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ona görə də, ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı hər zaman diqqət mərkəzindədir.
Bilirsiniz ki, idmançılarımızın da mütləq əksəriyyəti gənclərdir. Respublikamızda müasir idman infrastrukturu yaradılıb ki, gənclərimiz bu imkanlardan geniş şəkildə bəhrələnirlər. IV İslam Həmrəyliyi Oyunlarında gənclərimiz öz sözlərini deyəcəklər. Eyni zamanda, bir məsələni də vurğulamaq istəyirəm ki, bu Oyunlarda 8 mindən çox gənc könüllü kimi iştirak edəcək. Bu fakt Azərbaycan gəncliyinin ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən proseslərdə fəal iştirak etməsinin göstəricisidir.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  13-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb

12:27
23 İyun
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
12:22
23 İyun
Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
12:19
23 İyun
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
11:55
23 İyun
Dünya birjalarında neftin qiyməti
11:45
23 İyun
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib
11:12
23 İyun
Bakıda Formula-2 yarışlarına start verilib
11:10
23 İyun
Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir
10:51
23 İyun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
10:43
23 İyun
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
10:32
23 İyun
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük qayğı göstərilir
10:19
23 İyun
Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək
10:14
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib
10:12
23 İyun
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
10:04
23 İyun
Milli Məclisin deputatı Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
09:58
23 İyun
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
09:53
23 İyun
Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
16:40
22 İyun
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
16:32
22 İyun
Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb
16:17
22 İyun
Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur
16:15
22 İyun
“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır
16:06
22 İyun
İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir
15:56
22 İyun
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib
15:45
22 İyun
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
15:39
22 İyun
Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
15:35
22 İyun
Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub
15:26
22 İyun
“Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ediblər
15:08
22 İyun
Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
15:05
22 İyun
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb
14:41
22 İyun
Prezident: "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"
14:34
22 İyun
Moldova prezident: “Azərbaycan prezidenti ilə çox böyük məsələlər blokunu müzakirə etdik”
14:27
22 İyun
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
14:11
22 İyun
Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13:58
22 İyun
Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşlarla görüşüb
13:53
22 İyun
YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib
13:45
22 İyun
Kamilə Əliyeva: IV İslam Həmrəyliyi həmrəylik və dostluq bayramı kimi tarixə düşdü
13:38
22 İyun
Komitə sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib
12:54
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında gələcək fəaliyyət istiqamətləri müzakirə olunub
12:29
22 İyun
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum keçirilib
12:17
22 İyun
Ali qonağın şərəfinə
12:13
22 İyun
XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
11:59
22 İyun
Azərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:55
22 İyun
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun təkbətək görüşü
11:52
22 İyun
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
11:49
22 İyun
Azərbaycanın iştirakı ilə məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır
11:42
22 İyun
YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 mindən çox gənc birləşib
11:40
22 İyun
Çində Dünya İqtisadi Forumunun Asiya sammiti keçiriləcək
11:31
22 İyun
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olub
11:28
22 İyun
Bakıda beşinci "CEO Lunch" keçiriləcək
11:22
22 İyun
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün işlər həyata keçirilib
11:19
22 İyun
Esteban Okon: Bakı Formula-1 yürüşlərinin keçirilməsi üçün əla yerdir
11:04
22 İyun
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
11:00
22 İyun
Dövlət Sosial Müdafiə Fondunda pensiya təminatı sahəsindəki yeni dəyişikliklərlə bağlı seminar-müşavirə keçirilib
10:52
22 İyun
Moldova Prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub
10:42
22 İyun
Dünya birjalarında neftin qiyməti
10:28
22 İyun
Ermənistana məxsus PUA məhv edilib
10:24
22 İyun
Ermənistan silahlı bölmələri 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə atəşkəs rejimini 140 dəfə pozub
10:08
22 İyun
Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr edilən konfrans keçirilib
10:04
22 İyun
Moldova Prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə gəlib
18:03
21 İyun
Azərbaycan Prezidenti bir qrup dövlət qulluqçusunu təltif edib
17:53
21 İyun
Məlahət İbrahimqızı: Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynayır
17:41
21 İyun
Bakıda keçiriləcək Formula-2 yarışı da avtoidman həvəskarlarına xoş anlar yaşadacaq
17:16
21 İyun
“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
17:14
21 İyun
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
17:08
21 İyun
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+18 +20