Ana səhifə »  Müsahibə »  Müasir müstəqil Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
A+   Yenilə  A-
Müasir müstəqil Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Malik Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Müstəqil Azərbaycan dövlətinin qurucusu - banisi olan Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Əminliklə qeyd etmək olar ki, Ümummilli lider Heydər Əliyev həm də Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Bəllidir ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin bu fikri daim öz aktuallığını qoruyub saxlayır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı.
Doğrudur, müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız tənəzzül etsə də, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdikdən, ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Beləliklə, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Görülən işlər nəticəsində ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub.
Digər bir nüansı da xüsusilə qeyd etmək istəyirəm. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalanmaqla yeni neft strategiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, güclü iradəsi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının nüvəsi oldu. Bu prosesdən sonra isə Ulu öndərimizin rəhbərliyi ilə iqtisadiyyatımızın bütün sahələri üzrə sistemli şəkildə islahatlar həyata keçirilməyə başlandı.
- Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik inkişafı və beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi kontekstində əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla onu qeyd edim ki, Azərbaycanın dinamik inkişafının, eləcə də beynəlxalq mövqeyinin möhkəmlənməsinin təməlində uğurlu daxili və xarici siyasət, o cümlədən ölkənin strateji əhəmiyyətli enerji resurslarının milli maraqlara uyğun istifadə olunması dayanır. 1993-cü ilin iyununda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin qısa zaman çərçivəsində ölkə daxilində həyata keçirdiyi tədbirlər xarici şirkətlərin Azərbaycana investisiya yatırımlarını stimullaşdırdı. Azərbaycanda sosial-iqtisadi sabitliyin bərqərar olması, ölkənin müsbət imicinin formalaşması dünyanın aparıcı neft şirkətlərinin ölkəmizlə çoxillik əməkdaşlığa başlaması üçün mühüm təkan oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bununla da ilk dəfə olaraq Azərbaycanın yaratdığı şərait sayəsində Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu “Əsrin müqaviləsi” Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin strateji təməlini təşkil edir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda tezliklə bütün sahələrdə böhranın tərəqqi ilə əvəz olunması, iqtisadi keçid dövrünün sürətlə və uğurla başa çatdırılması üçün əlverişli imkanın yaranması demək idi. Ulu öndərin əsasını qoyduğu neft strategiyası da məhz xalqın rifahının təmin edilməsinə, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına xidmət etdi.
Nəticə etibarilə, Azərbaycanın çoxsaylı uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası və onun mühüm nəticəsi olan “Əsrin müqaviləsi” dayanır. Bu strategiyanın uğurlarının Azərbaycanın təbii qaz hasilatı potensialının reallaşdırılmasına yönəldilməsi və ölkəmizin yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi isə Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bundan sonra da sürətli və ardıcıl inkişafına hesablanan siyasətinin göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq əhəmiyyətli neft-qaz layihələri ölkəmizin dəstəklədiyi şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Avropada böyük potensiala malik və etibarlı enerji təminatçısı kimi etimad qazanmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, BTC, BTƏ neft-qaz kəmərlərinin davamı kimi maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir. Dünya dövlətlərinin maraq göstərdiyi “Cənub” qaz dəhlizi, TANAP, TAP layihələrinə tərəfdaşların da sayı artmaqdadır. Bir sözlə, çoxşaxəli enerji siyasəti Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir.
- Bu gün Azərbaycan məhz Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir...
- Bəli, bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Əsas etibarilə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Sadalananlar kontekstində onu da qeyd edək ki, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edib. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması ölkəmizin tərəqqi yolunda olduğunu göstərir.
- Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin yeni mərhələdə ölkəmizin inkişafının təmin olunması kontekstində önəmi nədən ibarətdir?
- 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirib. Başqa sözlə, Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar və bütövlükdə uğurlu milli inkişaf siyasəti regionların sosial-iqtisadi inkişafını da təmin edib. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər deməyə əsas verir ki, ötən müddət ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorun inkişafının təşviq edilməsi, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb.
- Yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatların ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti ilə bağlı nə düşünürsünüz?
- Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin yeni-yeni uğurlar qazanacağı şübhəsizdir.

 
  • Oxunub:  7740  |  
  • Tarix:  06-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib

16:47
20 Aprel
Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub
16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:48
20 Aprel
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
10:45
20 Aprel
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
10:44
20 Aprel
Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
10:42
20 Aprel
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +18
gecə+7 +10