Ana səhifə »  Müsahibə »  Kamal Abdullayev: Azərbaycan dövləti vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır
A+   Yenilə  A-
Kamal Abdullayev: Azərbaycan dövləti vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır

Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Hazırda Azərbaycanda dövlət-din münasibətlərini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə, harmonik şəkildə öz inkişafını sürməkdədir. Dövlət-din münasibətləri ancaq İslam dininin daşıyıcılarının dövlətlə münasibətlərini deyil, eyni zamanda, Azərbaycanda yaşayan digər konfessiyaların nümayəndələrinə də dövlətin münasibətini ehtiva edir. Həm həmin konfessiyaların dövlətlə münasibəti, həm də onların bir-birinə münasibətinə nəzər yetirdikdə biz bütün dünya üçün örnək ola biləcək bir mənzərənin şahidi oluruq. Bu, keçən il “Multikulturalizm İli”ndə də təsdiqini tapdı, bu il “İslam Həmrəyliyi İli”ndə də öz təsdiqini tapmaqdadır və bu siyasi platforma elə dərin özüllərə malikdir ki, gələcəkdə də öz təsdiqini tapacaq.
Prezident İlham Əliyev bu münasibətlərə həssaslıqla yanaşır və böyük önəm verir. Buna görə də qəti əminliklə söyləmək olar ki, Azərbaycanda dövlət-din münasibətləri öz həmahəng bütövlüyünü əldə edib.
Bu gün dini etiqad azadlığının təmin olunması, dini fəaliyyət sahəsində sabitliyin qorunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuş bu siyasət hazırda uğurla davam etdirilir və gələcəkdə də davam etdiriləcək.
- Bəzi radikal qüvvələr Azərbaycanda dindar vətəndaşların hüquqlarının pozulması, həbs olunması ilə bağlı iddialar səsləndirirlər. Bu məsələyə münasibət bildirməyinizi xahiş edirik.
- Ölkənin dindar vətəndaşların hüquqlarının pozulması və həbs olunması ilə bağlı səslənən fikirlərə əlbəttə ki, münasibət birmənalıdır. Əslində, həbs olunanların hamısı müəyyən mənada din daşıyıcılarıdır. Biz axı onları dindarlara, ateistlərə bölmürük. Ona görə də etdiyi cinayətə, törətdiyi qanunsuz əmələ uyğun olaraq əgər insan həbs edilirsə, onun hansı dinin daşıyıcısı olması, əlbəttə, nəzərə alınmır. Dindar şəxs, həqiqətən də qəlbində Allah sevgisi olan şəxs, ümumiyyətlə, cinayət törətməz, nə edərsə, insanlıq naminə edər və öz dövlətinə asi olmaq fikrindən son dərəcə uzaq olar.
Dövlət ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğradığı halda, ölkəmizdə bu sahədə ciddi inkişaf gedir. Bunu bir çox xarici ölkələrin dini liderləri və din xadimləri də öz çıxışlarında dəfələrlə təsdiq ediblər. Qətiyyətlə demək olar ki, dinə münasibətinə görə yox, törətdiyi cinayətə görə ölkədə həbs edilmiş adamlar var. Onların içərisində əfv edilənlər də var. Amma dövlətə, cəmiyyətə, xalqa, bayrağa qarşı günah işlətmiş adamları dövlət əfv edirsə, Allah əfvini vermir. Bu məqamı da unutmaq olmaz.
- Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi işinin dayandırılması və bunun ətrafında yaranan vəziyyəti araşdırmaq üçün komissiya yaradılması ilə bağlı tapşırıq verib. Bu məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik.
- Bəli, belə bir komissiya yaradılması barədə Azərbaycan Prezidenti İlham Əliyevin qəti qərarı var. Çünki məsələni tam aydınlaşdırmaq lazımdır. Söhbət ondan gedir ki, bu məscidin sökülməsi, yaxud yerinin dəyişdirilməsi ilə razılaşmayıb bunu əlində bayraq edənlər, əslində, məscid davası, din davası etmirlər. Onlar, əslində, öz mənafelərinin, öz ambisiyalarının, iddialarının davasını aparırlar və bütün bu zahirən məscidlə bağlı söylənən o iddiaların arxasında son dərəcə bəsit, son dərəcə gərəksiz, mənəviyyatdan uzaq iddialar durur. Əslində dövlətin dinə olan münasibəti özünü onda göstərir ki, Azərbaycanda müstəqillik dövründən sonra 2 mindən çox məsciddə müsəlmanlar namaz qılır, mənəvi ehtiyaclarını həyata keçirirlər. Sovet dövründə bu, belə deyildi, o zaman əlbəttə ki, bu cür “təəssübkeşlər” ortaya çıxmırdı. Çünki sovet rejiminin ağır, kəsən bir qolu vardı. Bu gün isə müstəqil Azərbaycan dövlətinin həddən artıq mülayim siyasəti və həddindən artıq öz vətəndaşına qayğıkeşliyinin nəticəsində bəzən görürsən ki, din pərdəsi altında müəyyən qüvvələr öz həqiqi simalarını göstərməyə çalışırlar və dövlətlə mömin bəndə arasında münasibətin gərginləşməsinə səbəb olurlar. Amma Azərbaycan dindarı mömin bəndədir, haqqın və nahaqqın yerini yaxşı bilir.
Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu qaydalardan kənarda fəaliyyət göstərən bu tikilinin əvəzinə, dindarlara daha böyük, geniş, gözəl Təzəpir məscidi təklif edilir. Bizim dindarların ixtiyarında Heydər Məscidi, Bibiheybət, Əjdərbəy və digər gözəl məscidlərimiz var.
Faktiki olaraq dində də belə bir şey var ki, sən namaz qılmaq, öz mənəvi ehtiyacını yerinə yetirmək üçün müəyyən dərəcədə, hətta bir az əzab-əziyyət də çəksən bu, savab sayılar. Buna görə də 5 addım o biri tərəfə gedib öz dini ehtiyacını yerinə yetirmək həmin mömin bəndənin niyyət nəcibliyini gözəl şəkildə sübut edər. Məsələnin mahiyyəti bundan ibarətdir.
Digər tərəfdən, bu məsələni belə bir şəkildə şişirdəndə niyə unudurlar ki, Qarabağda sökülən məscidlərimiz, xaraba qoyulan ziyarətgahlarımız var. Maraqlıdır, hər fikri bir ölkədən gələn, Azərbaycanı qarışdırmaq istəyən bu dairələr niyə onların təəssübünü çəkmirlər?! Prezident İlham Əliyevin təşəbbüsü ilə Cocuq Mərcanlıda tikiləcək məscid onları niyə maraqlandırmır?!
Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan möminləri müdrikdirlər, onlar öz dövlətlərinə inanırlar. Dövlət onların mənafelərini qorumağa həmişə hazır olub və bu gün də hazırdır. Ona görə də mən güman edirəm ki, məscidlə bağlı bu anlaşılmazlıq tezliklə aradan qalxacaq.
Dövlət din sahəsinə daim qayğı göstərib və daim də göstərəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan komissiya vəziyyəti tam öyrənib, müvafiq məsləhətləşmələr aparıb dövlətimizin başçısına ətraflı məlumat verəcək.
Burada onu da qeyd etmək istərdim ki, bütün dinlər, o cümlədən İslam dini öz ardıcıllarını dövlət qanunlarına tabe olmağa çağırır. Hər bir ölkə vətəndaşının, o cümlədən dindarların başlıca vəzifəsi dövlətə tabe olmaqdır. Dövlətə, onun siyasətinə qarşı çıxmaq dinə qarşı çıxmaq kimi günah sayılır.
- Təbiidir ki, Bakı şəhərinin baş planına uyğun olaraq Hacı Cavad məscidinin yerləşdiyi ərazidə yaşayış binaları, tikililər, hamamlar söküldü, əvəzində orada daha yaxşı abadlıq işləri aparılmaqdadır. Belə bir məqamda tarixi əhəmiyyəti olmayan bir məscidin sökülməsinə etiraz etmək və bu etiraza təkcə oranın əvvəlki sakinlərinin deyil, kənar qüvvələrin də qoşulması, sözügedən məscid ətrafında gərginliyin hiss olunacaq şəkildə süni təşkil olunması məsələsinə fikriniz necədir?
- Bəli, bilirsiniz ki, Bakı genişlənir, böyüyür, gözəlləşir. Bu gün gözəlləşən təkcə Bakının evləri, küçələri, meydanları deyil. Bu gün Azərbaycan insanı, o cümlədən Azərbaycanın mömin insanı daxilən dəyişir və bu dəyişilmənin ən gözəl nümunəsi bu insanların dövlətə, xalqa, millətə münasibətində özünü göstərir. Onlar bu gün ictimai mənafeni öz şəxsi mənafelərindən üstün görürlər, bayrağı, Prezidenti, ölkəsi, torpağı üçün canlarını belə əsirgəmirlər. Bu gün biz Azərbaycançılıq ideyasının təntənəsini yaşayırıq. Bu halda hansısa bir məscid kimi fəaliyyət göstərən tikilinin yerinə daha gözəlinin, daha yaxşısının təklif edilməsi, belə güman edirəm ki, bu istiqamətdə gərginlik yaratmaq istəyənlərin cəhdini boşa çıxaracaq. Sözügedən məscid ətrafında yaradılan bu gərginliyin süni olduğunu əsl dindarlar çox yaxşı başa düşürlər.
- Həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, bir qrup dindar şəxsin məhz həmin məsciddə namaz qılmaqda israr etməsi sizcə nə ilə əlaqədardır?
- Doğrudur, həmin ərazidə bir çox ibadət evləri, o cümlədən Təzəpir, İmam Hüseyn, Qasım bəy, Hacı Sultanəli və Xanım Zəhra məscidləri də fəaliyyət göstərir. Həmin məscidlər dini ayin və mərasimlərin icrası üçün yetərlidir. Hətta həmin məscidlərin bir qismində namaz vaxtı çox az insan olur. Nə üçün həmin insanlar ətrafdakı məscidlərdə yox, məhz həmin məscidə namaz qılmaqda həvəsli və maraqlıdırlar? Bu israr özü müəyyən suallar yaradır. Demək, burada əsas məqsəd dini durumun sabitliyini pozmaq, süni gərginlik yaratmaqdır. Deməli, söhbət şəxsi mənafedən, bir adamın əlindən dini tribunanın alınmasından gedir.
Həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, dindarların müəyyən şəxsin iddiasına uyğun olaraq məhz həmin məsciddə namaz qılmaq üçün israr etməsi müəyyən düşüncələrə gətirib çıxarır. Sualın özündə elə bunun cavabı da gizlənib. Əlbəttə ki, bu, qəribə və məntiqə uymayan bir haldır. Dövlət sənə haranı göstərər, harada imkan yaradar, orada da sən öz mənəvi, dini ehtiyacını yerinə yetirərsən. Azərbaycan dövləti dünyəvi dövlətdir, onun dinə münasibəti bu gün bütün dünyada bir örnək modeldir. Ona görə də məscidin harada olmasının, necə olmasının heç bir əhəmiyyəti yoxdur. İlk növbədə dindar adamlar üçün.
Xarici ölkələrdə, hətta ən qatı müsəlman ölkələrində dəfələrlə şahid olmuşuq ki, dünən də, bu gün də nə qədər məscidlər, ziyarətgahlar, müqəddəs məkanlar sökülüb, yerləri dəyişdirilib, üstündən yollar çəkilib. Heç zaman camaat onu belə gərgin bir ictimai etirazla qarşılamayıb. İki-üç nəfərin bu şəkildə insanları qızışdırmaq, onları həyəcana gətirmək istəyi əlbəttə ki, bütövlükdə hamımızın vətəni olan Azərbaycana qarşı yönəlmiş bir zərbədir və dövlət də buna öz adekvat cavabını hökmən verəcək.
Burada kənar amillərin təsiri özünü açıq göstərir. Məlumdur ki, bəzi xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, görünür, bəzi daxili və xarici dairələri narahat edir. Çünki bütün bunlar öz mahiyyətində həm islamdaxili harmoniya, həm də İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə tutur. Bu, eyni zamanda, radikal qüvvələrin əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin qarşısını cəsarətlə və qətiyyətlə alıb və bundan sonra da alacaq.
- Çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, ölkəmizdə fəaliyyətdə olan məscidlərin sayı 2 mindən çoxdur, onların əksəriyyəti gözəl memarlığı və rahatlığı ilə göz oxşayır. Bilmək istərdik ki, bu məscidlər Azərbaycandakı inanclı insanların ibadətlərini yerinə yetirməsi üçün kifayət edirmi?
- Əlbəttə ki, bu gün 2 mindən çox məscid fəaliyyət göstərir. Amma o da var ki, bir çoxu qeydiyyatdan keçməyib, bəzilərində dini icmalar təsdiq olunmayıb. Bütün bunlar prosesdir, bir gün ərzində baş vermir. Müstəqilliyimiz bərpa olunan gündən bu günə qədər proses gedir. Dövlətin müəyyən olunmuş strategiyası artıq özünü göstərir. Belə ki, məscidlərin tikilməsi, hər kəndin, hətta böyük şəhərlərdə hər məhəllənin öz məscidinin olması dövlət strategiyasıdır.
Biz bu mənzərəni aydın şəkildə görürük. Dövlətin dinə münasibətinin bu şəkildə davam etməsinə mane olmaq lazım deyil. O insanlar ki, bu gün səslərini ucaldıb, guya məscid təəssübü çəkirlər, onlar, əslində, dövlətin dinə olan müsbət, loyal münasibətinə zərbə endirmək istəyirlər. Belə olan halda biz necə etməliyik ki, din adamları dövlət qarşısında olan məsuliyyətlərini daha yaxşı başa düşsünlər?! Əgər din adamının din qarşısında qəbul edilən məsuliyyəti varsa, hər şeydən əvvəl din adamının ərazisində yaşadığı, vətəndaşı olduğu dövlət qarşısında məsuliyyəti var. Dövlət qarşısında məsuliyyətli olmaq, sənin öz ailən qarşısında məsuliyyətli olmağın qədər müqəddəs və son dərəcə şərəfli bir vəzifədir.
Əlbəttə, bu gün də müxtəlif regionlarda məscidlərin tikilməsi ilə bağlı müraciətlər olur. Bu müraciətlərin subyektiv və obyektiv tərəfləri var. Onların bəziləri yerinə yetirilə bilər, bəziləri üçün müəyyən zaman lazımdır. Bizdə bu gün həqiqi dini kadrlara böyük ehtiyac var. Xaricdə oxuyub gələnlərlə yanaşı, Azərbaycan bu istiqamətdə öz potensialını da geniş şəkildə realizə etmək niyyətindədir. Azərbaycan Prezidenti bu istiqamətə xüsusi dəyər və önəm verir. Bilirsiniz ki, son zamanlar Azərbaycanda yeni mədrəsələrin açılması ilə bağlı qərarlar var və bunlar həyata keçirilir. Bütün bunlar dövlətin dinə münasibətidir. Bu cür çıxışlar ki, həmin o balaca bir tikili ətrafında aparılır, onlar ancaq və ancaq dövlətin dinə münasibətində təhriketmə niyyəti daşıyır ki, bu münasibət kəskin olsun. Amma dövlət heç zaman bu təxribatlara getməyəcək. Çünki onun öz strategiyası var, o, öz strategiyasına sadiqdir və dövlət öz xalqına inanır.
Onu da qeyd edim ki, bu qədər məscidin ölkədə olması dindarların dini mərasimləri sərbəst yerinə yetirməsi üçün tam yetərlidir. Buraya yeni inşa olunacaq məscidləri də əlavə etsək, məscidlərin sayı və dini ayinləri sərbəst yerinə yetirmək baxımından ölkəmizdə heç bir problemin olmadığını söyləyə bilərik.
Bir daha təkrar edim ki, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə məscidin inşasına başlanılıb. Bu, bir daha Azərbaycan dövlətinin din sahəsinə, yeni məscidlərin inşasına, dini ibadət yerlərinin təmir və bərpasına verdiyi önəm və diqqətin göstəricisidir. Ölkəmizdə məscidlərin sayı artır və gələcəkdə də artacaq. Məscid Allahın evidir və Allah evinə hər cəhətdən layiq olmalıdır, daxili məzmunu ilə də, xarici görünüşü ilə də.
- Ümumiyyətlə, ibadət evinin yerinin dəyişdirilməsi, onun digər yerə köçürülməsi məsələsinə necə baxırsınız? Bu məsələyə dinin münasibətilə bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ibadət evinin yerinin dəyişdirilməsi məsələsinə normal baxmaq olar. Bu, çox formal bir məsələdir, həyatın tələbidir, inkişafla bağlıdır. Din tarixində belə hallara rast gəlirik. Əgər ibadət evi qədim zamanlara aid, xüsusi bir tikili olarsa, o tikilidə dini dəyərlər tarixi və mədəni dəyərlərlə çulğalaşırsa, bunlar vahid bir monumental abidə kimi ortaya çıxırsa, bu, başqa məsələdir. Əlbəttə ki, bu zaman onun yerinin dəyişdirilməsinə yol vermək olmaz. Amma tutalım ki, hər hansı bir tikilidə sən namazını qılırsan və sonra da başqa yerdə qılacağın deyilirsə, burada məsələnin mahiyyəti namaz qılmaqdırsa, onun harada qılınmasının bir müsəlman üçün heç bir fərqi yoxdur. Bu məqamda aranı qızışdıranlar yəqin ki, bunu bilirlər. Bunu insanların da bilməsi vacibdir. Mən inanıram ki, Azərbaycan dindarı heç bir kənar təsirə uymadan dinlə bağlı bütün məsələlərdə dövlətin dinə olan münasibətini dərk edərək həmişə Azərbaycan dövlətinin adının da, başının da uca olması üçün əlindən gələni edəcək.
Onu da qeyd edim ki, ibadət evlərinin sökülməsi ilə bağlı faktlara hətta peyğəmbər dövründə də rast gəlmək mümkündür. İslam tarixində bu kimi hadisələr çox baş verib. Hətta Məkkə və Mədinədəki məscidlərdə dəfələrlə təmir və bərpa işləri aparılıb, məscidlərin əraziləri daha da genişləndirilib və hər zaman dindarlar bu məsələni anlayışla qarşılayıblar. Din zərurət yarandığı təqdirdə hansısa ibadət evinin yerinin dəyişdirilməsinə və başqa yerə köçürülməsinə qadağa qoymur.
- Ümumiyyətlə, dünya təcrübəsində dövlət maraqları naminə hansısa dini ibadət yerinin sökülməsi təcrübəsi varmı?
- Dünya təcrübəsində dövlət maraqları naminə hansısa dini ibadət yerinin sökülməsi təcrübəsi var. Burada söhbət təkcə dövlət maraqlarından getmir, söhbət vətəndaşın rahatlığından, marağından gedir, şəhərin ümumi planlaşdırılmasından gedir. Əgər ehtiyac olarsa, burada din xadimləri dövlətin bu istiqamətdə gördüyü işlər haqda öz sözlərini də deməlidirlər.
Bu, dünyada qəbul edilmiş bir təcrübədir və dindarlar tərəfindən də çox normal qarşılanır. Bu gün dünya sürətlə inkişaf edir, yeni şəhərlər və qəsəbələr salınır, dünya əhalisinin sayı sürətlə artır. Kiçik ibadət evləri sökülərək yerində yeniləri inşa olunur. Bir çox müsəlman ölkələrində bu cür bir çox fakt mövcuddur. Hansısa bir yolun çəkilməsi üçün ibadət evinin sökülməsi və yerinin dəyişdirilməsi dindarlar tərəfindən də normal qəbul olunur.
- Ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunması dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısının göstəricisi deyilmi?
- Ümumilikdə, bir təqvim ilini ölkəsində “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan Prezidentinin dinə münasibəti ilə bağlı əlavə izahata heç bir ehtiyac yoxdur. Azərbaycan kimi bir ölkədə “İslam Həmrəyliyi İli” elan edilir. Bundan əvvəl “Multikulturalizm İli” idi. Bunun özü də dinlərin bir-birinə münasibətinin üzərində qurulub. Biz artıq bütün dünyada özümüzü təsdiq etmiş tolerant və multikultural bir ölkəyik. Mən inanıram ki, “İslam Həmrəyliyi İli”ni Azərbaycan öz dövlətçilik ənənələrinə, öz siyasi strategiyasına uyğun olaraq elə quracaq ki, xalq, dindar təbəqə, müxtəlif ictimai qruplar, konfessiyalar, dilindən, dinindən, millətindən asılı olmayaraq, bütün azərbaycanlılar “İslam Həmrəyliyi İli”nin təntənə ilə başa çatmasının şahidi olacaqlar. Amma “İslam Həmrəyliyi İli” təqvim ili sona çatanda başa çatmayacaq. O insanların qəlbində elə bir şölə, elə bir işıq yandıracaq ki, o biri illərə də onun təsiri olsun. Bax, biz bu ideallarla yaşayırıq. Bütövlükdə dövlətin dinə münasibəti, dindarlara, məscidə münasibəti bundan ibarətdir. Bunun üzərindən hansısa bir məsələnin şişirdilməsi, insanların dövlətə qarşı qıcıqlandırılması, qaldırılması cəhdlərinə dövlət birmənalı şəkildə öz şiddətli cavabını verəcək. Azərbaycan dövləti bu gün bütün dünyada öz səsi, öz sözü və cəsarəti ilə tanınır. Bu siyasət Ulu öndər Heydər Əliyevdən bu günə yadigar qalıb və Azərbaycan Prezidenti tərəfindən də ləyaqətlə həyata keçirilir. Heç bir xarici qüvvə, daxildən onu laxlatmaq istəyən heç bir mənfur qrup dövləti öz yolundan döndərə bilməz. Dövlətin dinə olan loyal münasibəti sabit və birmənalıdır.
Hazırda bütün dövlət qurumları “İslam Həmrəyliyi İli”nin uğurla başa çatdırılması üçün lazımi addımları atır. Artıq hər gün ölkənin müxtəlif bölgələrində bu istiqamətdə bir çox tədbirlər keçirilir. Azərbaycan xalqı, dövləti “Multikulturalizm İli”ndə olduğu kimi, “İslam Həmrəyliyi İli”ndə də qarşıda duran bütün məqsədlərə nail olacaq.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  15-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

12:48
30 Aprel
Türkiyə vətəndaşı “Bakı Marafonu-2017”nin qalibi olub
12:37
30 Aprel
“Bakı-2017”: Su festivalı qusarlıların yaddaşında dərin iz qoyub
12:23
30 Aprel
Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diasporumuzun fəalları ilə görüşüb
11:41
30 Aprel
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub
11:17
30 Aprel
Baş nazirin müşaviri ilə görüşdə Azərbaycanda və Finlandiyada tolerant cəmiyyətin inkişafından danışılıb
11:12
30 Aprel
Bakıda IV İslam Həmrəyliyi Oyunlarında gimnastika növləri üzrə yarışların püşkatma mərasimi keçirilib
11:03
30 Aprel
Azərbaycanda qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır
10:58
30 Aprel
Bakıda üçüncü Britaniya Bahar Film Festivalı başlayıb
10:52
30 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib
10:48
30 Aprel
Nərgiz Paşayeva: Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti Azərbaycan elmi üçün böyük hadisədir
10:38
30 Aprel
Tahir Rzayev: Sahibkarlar təşviq mexanizminin üstünlüklərindən bəhrələnərək müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər
10:34
30 Aprel
Sevinc Hüseynova: Ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsinə güclü siyasi iradə nümayiş etdirilir
10:07
30 Aprel
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2017”yə start verilib
17:51
28 Aprel
BSU və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfrans keçirilib
17:43
28 Aprel
Şahin İsmayılov: AŞPA müsəlman dövlətlərinə qarşı ikili standartlarla çıxış edir
17:24
28 Aprel
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
17:21
28 Aprel
AŞ PA-nın monitorinq komitəsinin həmməruzəçisi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək
17:18
28 Aprel
Dövlət Statistika Komitəsi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
17:00
28 Aprel
Azad Rəhimov: Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq
16:50
28 Aprel
Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun sonunda istifadəyə veriləcək
16:32
28 Aprel
XİN: Nazirlərin görüşündə prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib
16:00
28 Aprel
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
15:50
28 Aprel
Musa Quliyev: AŞPA-nın Türkiyəyə qarşı qərarının heç əsası yoxdur
15:08
28 Aprel
Akif Əlizadə: Bu il 200-dən çox magistrant AMEA-da çalışacaq
14:57
28 Aprel
Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir
14:55
28 Aprel
Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub
14:33
28 Aprel
Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları təqdim olunub
14:27
28 Aprel
İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkilinə dair müzakirələr aparılıb
14:18
28 Aprel
Goranboyda yaradılan yeni təsərrüfat sahələri rayonda məşğulluğu iki dəfədən çox artıracaq
14:14
28 Aprel
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib
14:11
28 Aprel
Kənd təsərrüfatı naziri xarici iş adamlarını Azərbaycanda aqrar sektora investisiya yatırmağa dəvət edib
14:08
28 Aprel
“Müasir İpək Yolu” layihəsi ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir
13:12
28 Aprel
YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub
12:52
28 Aprel
Müdafiə Nazirliyi: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib
12:43
28 Aprel
Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir
12:25
28 Aprel
Sevinc Fətəliyeva: Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur
12:21
28 Aprel
Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub
12:20
28 Aprel
Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib
12:11
28 Aprel
XİN: Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzindədir
11:55
28 Aprel
II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu başa çatıb
11:41
28 Aprel
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunur
11:28
28 Aprel
Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib
10:43
28 Aprel
Səhiyyə nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər
10:35
28 Aprel
Mərakeş IV İslam Həmrəyliyi Oyunlarına 145 idmançı ilə qatılacaq
10:33
28 Aprel
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 120 dəfə pozub
10:28
28 Aprel
Qorxmaz Hüseynov: İçməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir
10:17
28 Aprel
“Bakı-2017”: Su festivalının Qəbələ mərhələsində böyük coşqu yaşanıb
10:13
28 Aprel
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir
10:05
28 Aprel
Zakir Həsənov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir
18:07
27 Aprel
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır
18:01
27 Aprel
Bakıda Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı seminar keçirilir
17:59
27 Aprel
Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
17:43
27 Aprel
Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur
17:40
27 Aprel
Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub
17:38
27 Aprel
Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
17:21
27 Aprel
Mariya Zaxarova: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada ATƏT Minsk qrupu ilə görüşəcək
17:09
27 Aprel
YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirildi
16:56
27 Aprel
Milisa Markoviç: Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir
16:18
27 Aprel
Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir
15:51
27 Aprel
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlanıb
15:27
27 Aprel
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
14:49
27 Aprel
İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
14:30
27 Aprel
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb
14:15
27 Aprel
Azərbaycan ilə Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14:13
27 Aprel
“Bakı-2017”: Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb
12:58
27 Aprel
Xəzərdən başlayan su səyahətinin iştirakçıları qədim və müasir Qəbələdə
12:51
27 Aprel
Məşhur qrossmeysterlər Şəmkirdə gənc şahmatçılarla dostluq görüşü keçiriblər
12:46
27 Aprel
Əli Əhmədov: tikinti sektorunda qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq
12:38
27 Aprel
Ramiz Həsənov: Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib
12:24
27 Aprel
Rafael Hüseynov: Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA