Ana səhifə »  Müsahibə »  Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin siması bütünlüklə dəyişir
A+   Yenilə  A-
Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin siması bütünlüklə dəyişir

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Əlbəttə ki, Azərbaycan dünyanın bir hissəsidir və iqtisadiyyatımız dünya iqtisadiyyatına inteqrasiya edir. Belə bir şəraitdə, təbii ki, ölkəmiz qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Yəni respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur.
Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu və bu kursun başlıca istiqamətləri artıq müəyyənləşdirilib.
- Hazırda həyata keçirilən iqtisadi kursun əsas hədəflərindən biri qeyri-neft sektorunun dinamik inkişafıdır. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir.
Ölkədə yaranmış hazırkı şəraitdə isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına və sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir.
- Cavid müəllim, Azərbaycanda ötən dövrdə regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər də xüsusi vurğulanmalıdır. Bölgələrin tarazlı və davamlı inkişafı istiqamətində görülən tədbirləri və qazanılmış uğurları necə səciyyələndirə bilərsiniz?
- Son 13 ildə Azərbaycanın bütün sahələrdə davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Hazırda da bu yöndə işlər uğurla davam etdirilir.
- Regionların sosial-iqtisadi inkişafından söz düşmüşkən, təmsil etdiyiniz bölgənin sosial-iqtisadi inkişafı haqqında da fikirlərinizi bilmək istərdik.
- Dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısı Ağdaş rayonunda da sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan verib, bu məqsədlə rayonda əlaqədar orqanların qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün ardıcıl və məqsədyönlü işlər aparılıb. Respublikanın digər rayonlarında geniş vüsət alan inkişaf Ağdaşdan da yan keçməyib. Son illər ərzində rayonumuzda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilib. Habil Əliyev adına musiqi məktəbi, Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanasının yeni binası, əzəmətli və müasir üslubda tikilərək istifadəyə verilən Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı üçün yeni inzibati binalar, Qarışıq Yem Emalı fabriki, Meyvə Emalı zavodu, Ləki dəmir yolu vağzalının yeni binası, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu, Bayraq Meydanı və digərləri görülmüş misilsiz işlərə nümunədir. Ən əlamətdar hal isə odur ki, ölkə Prezidenti cənab İlham Əliyev bu və digər obyektlərin açılışında şəxsən iştirak edib.
Rayonda yeni sənaye sahələrində - Ağdaş Meyvə Emalı Zavodunda və Yem Emalı Fabrikində istehsal prosesinə başlanılıb, Biyan istehsalı və emalı müəssisəsində tikinti-quraşdırma işləri davam etdirilməkdədir. Sahibkarlar tərəfindən rayonda 50-dən çox xidmət və istehsal sahəsi yaradılıb. Görülmüş tədbirlər nəticəsində 2016-cı ildə rayonda 829-u daimi olmaqla 4847 yeni iş yeri yaradılıb.
Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın dirçəldilməsi artıq zamanın tələbidir. Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradıb. Ağdaş fermerləri rayonda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlardan səmərəli istifadə edirlər. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və göstərişlər artıq öz bəhrəsini verməkdədir. Ağdaşda 2016-cı ildən etibarən pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 1134 hektar ərazidə çiyid səpini aparılıb və sahələrə yaxşı aqrotexniki qulluq edilərək bol məhsul əldə edilib. Bu, 2015-ci ilə nisbətdən 38 dəfə çoxdur. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək bu il rayonda 3 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar.
Həmçinin ötən il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə geniş izahat işləri aparılıb. İlk addım olaraq, ötən mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq “Şəki İpək” ASC-yə təhvil verilib, ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə etmişdilər. Bu nəticələr Ağdaş rayonunda 2017-ci ildə də baramaçılığı daha da inkişaf etdirmək üçün yüksək stimul yaradıb. Belə ki, baramaçılığın inkişaf etdirilməsi üçün daxili imkanlar və dövlətin dəstəyi hesabına rayonda 65 min tut tingi əkilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təhsilə və mədəniyyətə qayğısı Ağdaş rayonunun timsalında da geniş nəzərə çarpır. Son illər ərzində Heydər Əliyev Fondu tərəfindən rayonun Pirkəkə kəndində 200 yerlik yeni məktəb binası və Habil Əliyev adına Musiqi məktəbi üçün yeni bina inşa olunub, Maqsud Şeyxzadə adına gimnaziyanın binası əsaslı təmir edilərək, ən müasir avadanlıqlarla təchiz edilib.
Son 13 il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına uyğun olaraq dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 17 yeni məktəb tikilib, 7 məktəbdə əlavə sinif otaqları inşa edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunub, bütövlükdə isə 8 min nəfərdən artıq şagirdin təhsil şəraiti yaxşılaşdırılıb ki, bu göstərici hazırda rayonun təhsil müəssisələrində təhsil alan şagirdlərin 70 faizdən çoxunu təşkil edir.
Bütövlükdə, Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bölgələrinin siması bütünlüklə dəyişir, yeni iş yerləri açılır, əhalinin rifah halı yüksəlir. Əminəm ki, hazırkı proqramın həyata keçirilməsi ilə bölgələrin bütün sosial-iqtisadi məsələləri öz həllini tapacaqdır.
- Cavid müəllim, siz həmçinin YAP Ağdaş rayon təşkilatının sədrisiniz. Təşkilatın fəaliyyəti haqqında da məlumat verməyinizi xahiş edirik...
- Yeni Azərbaycan Partiyasının sayca ən böyük yerli strukturlarından biri də Ağdaş rayon təşkilatıdır. Bu gün özünün yeddinci konfransına hazırlaşan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı öz sıralarında 17 min 124 nəfəri birləşdirir. Qürur hissi ilə deyirəm ki, YAP Ağdaş rayon təşkilatı respublikanın kənd rayonları arasında üzvlərinin sayı baxımından ən böyük rayon təşkilatı olaraq Yeni Azərbaycan Partiyasının tarixinə düşmüşdür.
YAP Ağdaş rayon təşkilatının həyatında Qadınlar Şurası və Gənclər Birliyinin fəaliyyətləri də diqqətəlayiqdir. Bu gün YAP Ağdaş rayon təşkilatında 8899 nəfər qadın var ki, bu da təşkilatımızda birləşən partiya üzvlərinin 52%-ni təşkil edir. Yeni Azərbaycan Partiyasının birinci Qurultayında Ümummilli liderimiz Heydər Əliyevin gənclərlə işi gücləndirmək, gənclərə geniş meydan vermək sahəsində tapşırığı partiyanın gəncləşməsində əsas rol oynayıb. Rayon təşkilatında biləşən üzvlərdən 7250 nəfərinin və ya partiya üzvlərinin 42,3%-nin gənclərdən ibarət olması isə onu göstərir ki, ağdaşlı gənclərin Heydər Əliyev dühasının nuru ilə formalaşmış Yeni Azərbaycan Partiyasına inamı daha böyükdür.
Prinsipləri, amalları milli mənafelərə əsaslanan, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyası bundan sonrakı dövrlərdə də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəst-xətti hər zaman görünəcək.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 17 mindən çox üzvü adından bəyan edirəm ki, bizə xas olan ənənələrə sadiq qalaraq dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına sədaqət, dəyişməz əqidə prinsipini əsas tutaraq bundan sonra da bizə göstərilən etimada ləyaqətlə cavab vermək üçün bütün səylərimizi sərf edəcək, üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışacağıq.

 
  • Oxunub:  6930  |  
  • Tarix:  12-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

17:57
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
17:46
15 Dekabr
Siyavuş Novruzov: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb
17:27
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Xocalı rayon təşkilatının üzvləri Goranboy rayonunda 2500 ədəd ağac əkmişdir
17:24
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı tərəfindən növbəti ağacəkmə aksiyası keçirildi
17:20
15 Dekabr
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
17:18
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP-ın Yevlax rayon və Mingəçevir şəhər təşkilatlatları birgə ağacəkmə aksiyası keçirib
17:14
15 Dekabr
Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub
17:13
15 Dekabr
YAP Qax rayon təşkilatı ağacəkmə kampaniyası keçirib
17:10
15 Dekabr
Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir
16:33
15 Dekabr
Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib
16:18
15 Dekabr
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
17:52
14 Dekabr
Hadi Rəcəbli: Aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir
17:51
14 Dekabr
Tərtər rayonunda 4 min ağac əkilib
17:38
14 Dekabr
Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyası keçirib
17:37
14 Dekabr
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib
17:34
14 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
17:28
14 Dekabr
“The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
17:13
14 Dekabr
YAP Siyəzən rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib
16:37
14 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:18
14 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
16:08
14 Dekabr
Gündüz İsmayılov: Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar
15:37
14 Dekabr
Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans davam edir
15:20
14 Dekabr
YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə kampaniyasına fəal qoşulublar
15:15
14 Dekabr
Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır
15:08
14 Dekabr
Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub
15:05
14 Dekabr
Ekspert: Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir
14:32
14 Dekabr
YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib
13:46
14 Dekabr
İsa Həbibbəyli: İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7