Ana səhifə »  Müsahibə »  Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir
A+   Yenilə  A-
Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, məlum olduğu kimi, bu gün dünya miqyasında böhranın təsirləri hələ də hiss olunmaqdadır. Ayrı-ayrı ölkələr bu tendensiyadan çıxış yolu tapa bilmirlər. Lakin Azərbaycan antiböhran tədbirlərilə bu prosesdən az itkilərlə çıxa bilir. Necə düşünürsünüz, Azərbaycanın qısa müddət ərzində böhranın təsirlərini neytrallaşdırması hansı faktorlardan irəli gəlir?
- Təxminən 2 il öncə dünyada cərəyan edən iqtisadi-maliyyə böhranı bütün sahələrdə mürəkkəb vəziyyət yaratmaqla müxtəlif problemlər ortaya çıxardı. Əlbəttə ki, qlobal transformasiya dövrünü keçən dünyanın ayrılmaz parçası olan Azərbaycan da böhranın təsirlərinə məruz qaldı. Xüsusilə də, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə ölkəmizdə sosial-iqtisadi və maliyyə sektorlarında bəzi qaçılmaz problemlər meydana çıxdı. Lakin dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda antiböhran tədbirlərinin reallaşdırılması özünü sistemli və effektiv reformalarla göstərdi.
Xarici fondlardan, beynəlxalq maliyyə institutlarından yardım gözləyən, siyasi böhran keçirən, sosial-iqtisadi kataklizmlər yaşayan dövlətlərdən fərqli olaraq Azərbaycan daxili resurslarına və imkanlarına arxalanaraq böhranın təsirlərini minimuma endirmək üçün təxirəsalınmaz addımlar atdı. Bu gün artıq cəmiyyətimiz və beynəlxalq iqtisadi təsisatlar aydın şəkildə görürlər ki, Azərbaycan dünyaya dövlət idarəçiliyinin yeni modelini təqdim edir.
Məhz söylənilən məqamdan çıxış edərək biz Azərbaycanın qısa müddət ərzində böhranın təsirlərini neytrallaşdırmasında 2 mühüm faktorun təsirini göstərə bilərik: birincisi, antiböhran tədbirlərini yüksək dəqiqlik və planlı şəkildə reallaşdırmaq üçün güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin fəaliyyəti, ikincisi, dövlətimizin başçısının atdığı antiböhran addımlarına, ölkəmizin daha da güclü olması istiqamətində ortaya qoyulan səylərə birmənalı dəstəyini verən xalq faktoru, daha doğrusu, xalq-iqtidar birliyi. Təsadüfi deyildir ki, qlobal böhranın təsirindən çıxılmaz vəziyyətə düşən dünya ölkələrinin bir çoxunda bu faktorlar olmadığından siyasi-iqtisadi və sosial kataklizmlərin aradan qaldırılması mümkün olmur. Azərbaycanda isə bu faktorlar mövcud olduğundan qarşıya qoyulmuş hədəflərə nail olmaq mümkün olur. Elə dövlət başçısının ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı göstərişləri, Fərman və sərəncamları cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İctimaiyyətin cənab Prezident İlham Əliyevin antiböhran tədbirlərinə və ölkəmizin inkişaf etdirilməsi fəaliyyətinə xüsusi diqqət və dəstəyini Saatlı rayonuna səfəri zamanı da müşahidə etdik. Bu, bir daha onu göstərir ki, vətəndaşlar dövlətinə və Prezidentinə inanırlar. Məhz bu faktorlar Azərbaycanın tez bir zamanda böhranın təsirlərini neytrallaşdırmasına və makroiqtisadi sabitliyi təmin etməsinə əlverişli şərait yaradır.
- Sadaladığınız faktorlardan biri kimi xalq-iqtidar birliyi özünü 2016-cı ilin aprel döyüşləri zamanı da göstərmişdi. Reallıq ondan ibarətdir ki, Azərbaycanda sabitliyin qarantı elə bu amildir. Sizcə, xalq-iqtidar birliyini bu qədər möhkəm edən səbəblər hansılardır?
- Öncə onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində bütün dünya ictimaiyyəti, hətta düşmənlərimiz gördülər ki, xalq Ali Baş Komandanına və ordusuna necə inanır və dəstək verir. Aprel döyüşlərində Nizami rayonu da şəhidlər verdi. Şəhidlərimizin son mənzilə yola salınması zamanı insanların, xüsusilə də gənclərin necə vətənpərvər ruhda olduğunu müşahidə etdik. Bütün Azərbaycanın rayon və şəhərlərindən olduğu kimi, Nizami rayonundan da Ali Baş Komandanın əmri ilə döyüşə getmək üçün minlərlə insan Müdafiə Nazirliyinə müraciət edirdi. Bütün bunlar, təbii ki, xalqın cənab Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna olan sevgisinin göstəricisi idi.
Lakin Ermənistanda insanların prezidentlərinə olan nifrətini və lənətini sezdik. Çünki Ermənistanın kriminal rejiminin rəhbəri erməni xalqını yalnız uçuruma aparır. Amma əksinə olaraq, Azərbaycanda mövcud olan xalq sevgisi və dəstəyi cənab Prezident İlham Əliyevin rasional və praqmatik siyasətinə bir ümumi ictimai reaksiyadır. Bu da, əlbəttə ki, səbəbsiz deyildir.
Bu gün cənab Prezident İlham Əliyevdən başqa hansı ölkə başçısını göstərə bilərsiniz ki, ad gününü vətəndaşlarla, qaçqın və məcburi köçkünlərlə keçirsin? Prezident İlham Əliyev daim xalqın yanında və hər bir vətəndaşın Prezidenti olduğunu sübut edib. Bütün bölgələrdə birbaşa insanlarla görüşüb, onları dinləyib, mövcud problemlərin həlli barədə konkret tapşırıqlar verib. Məhz birbaşa Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci ölkədir. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, valyuta ehtiyatları xarici borclarından 5 dəfə çoxdur. Eyni zamanda, birbaşa cənab Prezidentin fəaliyyətinin nəticəsidir ki, bu il təkcə pambıqçılıq sektorunda 200 min iş yeri açılacaq, sənaye və istehsal müəssisələri fəaliyyətə başlayacaq, ölkəmizdə maşın, texnika və dərman istehsalı genişlənəcək.
Söylənilənlə yanaşı, dövlətimizin başçısının məntiqi fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycan regionda ən güclü orduya malikdir. Məhz həmin ordu 2016-cı ilin aprel ayında düşmənə layiqli dərs verdi. Bu gün Ermənistanın kriminal rəhbərliyi isə qorxu içərisindədir. Çünki aprel döyüşləri Ermənistanın bu günə qədər yaratdığı mifi darmadağın etdi. “Yenilməz” Ermənistan ordusu haqqında deyilənlərin, sadəcə, sabun köpüyü olduğu isbatlandı.
- Zaman keçdikcə ölkəmizdə insanların yaşayış səviyyəsi də yüksəlir. Bütün sferalarda dəyişikliklər baş verdiyi kimi, qanunvericilik sahəsində də yeniliklər olur. Bu baxımdan, cəmiyyətimizin səhiyyə və ailə, qadın, uşaq sferası ilə bağlı hansı addımlar atılır?
- Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir. Bu prosesdə başlıca institut kimi çıxış edən Milli Məclis xüsusi rol oynamaqla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Bildiyiniz kimi, 2015-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yeni komitələr yaradıldı. Həmin komitələrin sırasında Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələri də xüsusi fəallığı ilə seçilirlər. Bu günə qədər Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə və digər məsələlər haqqında müzakirələr aparılıb.
Ailə, qadın və uşaq məsələləri komitəsində isə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə müzakirələr aparılıb, müxtəlif təkliflər irəli sürülüb.
Bütün bunlarla yanaşı, komitələrin iştirakı ilə müxtəlif ictimai aktuallıq kəsb edən problemlərlə əlaqədar dinləmələr, konfranslar təşkil edilib. Məhz adı keçən komitələrdə bundan sonra da cəmiyyətimizi narahat edən problemlərin həlli istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi yönündə yeni-yeni addımlar atılacaq.
- Sədaqət xanım, YAP Nizami rayon təşkilatının fəaliyyətindən də bəhs etmənizi istərdik. Rayon təşkilatı bu gün hansı tədbirləri həyata keçirir və perspektiv planlarınız nədən ibarətdir? YAP Nizami rayon təşkilatı hansı yeniliklərlə çıxış edəcək?
- Bildiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızın bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.
Hazırda YAP Nizami rayon təşkilatının 142 ərazi ilk partiya təşkilatında 13 minə yaxın insan birləşib. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən artığını gənclər təşkil edir. Onların sayı 6097 nəfərdir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımızın sayı isə 5811 nəfərdir. Sıralarımızda həmçinin olimpiya, dünya, Avropa, respublika çempionları, alimlər, ictimai-siyasi xadimlər də yer alıb.
Məlumat üçün bildirim ki, YAP Nizami rayon təşkilatı bir çox işlərə imza atıb. YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkilat cəmiyyətimizin bütün sosial stratifikasiyasını əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. Xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bütün təqvim günlərində aktual mövzuları əhatələyən tədbirlər, konfranslar, “dəyirmi masa”lar və s. təşkil edilib, ağacəkmə, iməcilik tədbirləri, səhiyyə aksiyaları keçirilib.
YAP Nizami rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, əksinə, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb. Elə bu məqamda qeyd edim ki, Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə futbol, voleybol, şahmat, stolüstü tennis, güllə atıcılığı, breyn-rinq və digər idman yarışlarına, “Həmrəyliyimiz birliyimizdir” mövzusunda inşa, rəsm, qiraət müsabiqələrinə start verib. Bu yarışlar çərçivəsində 200-dən artıq gənc mükafatlandırılacaq.
Bütün bunlarla yanaşı, “Heydər Əliyev irsini öyrənirik” adlı Heydər Əliyev Məktəbinin növbəti dərsləri olacaq, gənclərin, yeniyetmələrin Azərbaycanın tarixi məkanlarına, Bakı şəhərində yaradılmış müasir muzey və mərkəzlərə və bir sıra rayonlara səfərləri təşkil ediləcək. Həmçinin vətənpərvər və qorxmaz gənclik yetişdirmək missiyasından irəli gələrək cəbhə xəttində yerləşən əsgərlə görüşə gediləcək. Hətta ilk dəfə olaraq yeniyetmələr arasında hərbi oyunlar üzrə yarışların keçirilməsi planlaşdırılır. Bu yarışlar tamamilə fərqli bir rakursda olacaq və düşünürük ki, gənclər tərəfindən də böyük maraqla qarşılanacaq.
İdeoloji işlərlə yanaşı, təşkilatımız rayonumuzun sosial diqqətə və qayğıya ehtiyacı olan insanlarını da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Təşkilat üzvləri dəfələrlə əlillər, uşaqlar, ahıllar evlərini ziyarət edib, onlar üçün hədiyyələr aparıblar. Həmçinin bütün bayramlarda rayon sakinlərinə sovqatlar verilir, Ramazan ayında iftar süfrələri açılır və dövlətimizin əsas siyasi-sosial prioriteti olan sosial bərabərlik prinsipi reallaşdırılır. Hətta Azərbaycanın tolerant mənzərəsinin ifadəsi də rayon təşkilatının fəaliyyətində öz əksini tapıb. Yəni YAP Nizami rayon təşkilatı etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edir.
Bir sözlə, YAP Nizami rayon təşkilatının fəaliyyəti çoxşaxəli və genişdir. Bu işlərin siyahısını daha da genişləndirmək mümkündür. Amma bütün görülən işlərin mahiyyətində duran müstəqil dövlətçiliyin, vətənçiliyin, Azərbaycançılığın, sosial ədalət prinsipinin və digər mühüm məsələlərin fasiləsiz, daha geniş auditoriyada təbliğ edilməsi kimi fəlsəfə isə dəyişməzdir.

 
  • Oxunub:  5130  |  
  • Tarix:  05-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

23:16
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb
23:06
25 İyun
Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisindən yazırlar
22:50
25 İyun
İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb
21:41
25 İyun
Azərbaycan Qran-Prisinin qalibi: Bakıda Formula-1 yarışları üçün hər cür şərait var
21:34
25 İyun
Möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb
19:27
25 İyun
“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub
18:49
25 İyun
“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər
18:44
25 İyun
Dmitri Kozak: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub
18:08
25 İyun
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib
17:58
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
17:05
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinə start verilib
16:52
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib
16:23
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb
15:37
25 İyun
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
12:51
25 İyun
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib
10:54
25 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 148 dəfə pozub
10:12
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib
15:52
24 İyun
Türkiyə KİV-ləri: Bakıda “Formula-1 həyəcanı
15:49
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
15:30
24 İyun
Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb
15:26
24 İyun
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
14:45
24 İyun
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
14:41
24 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi
14:13
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"
14:33
23 İyun
"Formula-1 Şəhərciyi"ndə pilotlarla avtoqraf sessiyaları təşkil olunub
14:00
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
12:55
23 İyun
Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
12:40
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib
12:27
23 İyun
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
12:22
23 İyun
Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
12:19
23 İyun
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
11:55
23 İyun
Dünya birjalarında neftin qiyməti
11:45
23 İyun
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib
11:12
23 İyun
Bakıda Formula-2 yarışlarına start verilib
11:10
23 İyun
Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir
10:51
23 İyun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
10:43
23 İyun
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
10:32
23 İyun
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük qayğı göstərilir
10:19
23 İyun
Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək
10:14
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib
10:12
23 İyun
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
10:04
23 İyun
Milli Məclisin deputatı Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
09:58
23 İyun
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
09:53
23 İyun
Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA