Ana səhifə »  Müsahibə »  İslam həmrəyliyi təkcə müsəlman dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir
A+   Yenilə  A-
İslam həmrəyliyi təkcə müsəlman dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə www.yap.org.az saytına müsahibə verib:
- 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Bismillahir-rəhmanir-rəhim!
İlk növbədə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır. Bu qərarın tarixi əhəmiyyətini şərtləndirən məqam ondan ibarətdir ki, bu gün dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, ksenofobiya halları, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşandığı bir dövrdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi zərurət duyulur.
Belə bir dövrdə bu ilin elan olunması faktının özü - İlham Əliyev həzrətlərinə xas müdriklik, yüksək alicənablıq və böyük uzaqgörənliyin nümunəsidir. Zati-alilərinin zamana etdiyi mükəmməl çağırış - bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər müstəvisində geniş müzakirəyə çıxarmaqdır. Dünyamızı sarsıdan problemlərin əksəriyyətinin mənəvi səciyyə daşıdığı bir dövrdə insanlar arasında mənəvi telləri möhkəmləndirmək, onları ümumbəşəri önəm kəsb edən İslam idealları ətrafında bir araya gətirmək məramlı bu çağırış, həqiqətən, böyük təqdirə layiqdir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müasir Azərbaycan Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərə malikdir. Əminik ki, Azərbaycan Respublikası Prezidentinin səyləri ilə İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən misilsiz işlər parlaq bir nümunə olacaqdır.
- 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi dünyaya mühüm bir mesaj olmaqla yanaşı, Azərbaycanın tolerant ölkə olduğunu, xalqımızın multikultural dəyərlərin daşıyıcısı kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Bəs İslam həmrəyliyi nümunəsi dünyaya hansı mesajları verəcək?
- Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. Azərbaycanın liderinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Şərq-Qərb dialoquna qlobal əhəmiyyətli iqtisadi layihələri ilə töhfələr verən Azərbaycan öz uğurlu birgəyaşayış modelini də bütün dünyaya təqdim edir.
Biz hesab edirik ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri ilə yanaşı, dünyanın Azərbaycanın uğurlu birgəyaşayış modelindən istifadə etməsi məqsədə müvafiq olardı. Bu bir mədəniyyətdir, həyat tərzidir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür.
Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirərək, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.
Heç şübhəsiz, “İslam Həmrəyliyi İli” bizə həmçinin Qarabağ problemimizin ədalətli həlli ilə bağlı çağırışlarımızı dünya ictimaiyyətinə çatdırmaq üçün imkan yaradacaqdır. Ümidvarıq ki, Azərbaycanda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli” İslamın mütərəqqi ideallarının dünyanın mənafeyi naminə daha artıq xidmət etməsinə zəmin olacaq. İnanırıq ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır, inşallah.
- Rəhbərlik etdiyiniz Qafqaz Müsəlmanları İdarəsinin “İslam Həmrəyliyi İli”ndə hansı tədbirlər həyata keçirəcəyi nəzərdə tutulur?
- İlk öncə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan, Qafqaz müsəlmanları yuksək dəyərləndirirlər.
Bölgənin tarixi İslam dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi hazırda öz missiyasına uyğun fəaliyyətini məhz bu prioritet məqam üzərində qurur. Əlbəttə, il ərzində bu istiqamətdə xeyli işlər görüləcək. İl boyunca ölkə daxilində, müxtəlif bölgələrimizdə geniş tədbirlər nəzərdə tutulmuşdur. Ölkə xaricində bu dəyərli ideyanın təbliği məqsədilə Rusiya, Türkiyə, Gürcüstan, İran, Mərakeş, Finlandiya, Şimali Qafqaz respublikalarında beynəlxalq əhəmiyyətli tədbirlər keçirməyi planlaşdırırıq. Bu tədbirlərdə Azərbaycanda yaşayan müxtəlif dini icma başçılarının iştirakı nəzərdə tutulur.
İlk olaraq, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində bu ilin mart ayının 15-də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda Beynəlxalq Konfrans keçirilib. Konfransda 15 ölkədən 30-dək xarici qonağın, mötəbər din, elm və siyasət xadimlərinin iştirakı təmin edilib.
Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən ilk mötəbər konfransın təşkilatçısı olaraq bunun qürur və məsuliyyətini tam dərk edirik. Konfransın qəbul etdiyi dünya ictimaiyyətinə Müraciət vasitəsilə Azərbaycanın dövlət başçısının bu qlobal əhəmiyyətli qərarının mahiyyətini və dünya üçün xeyirlərə vəsilə olacaq məqamlarını xüsusən təşviq etmək niyyətindəyik.
- Ötən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində ölkə müsəlmanları məzhəbindən asılı olmayaraq ilk dəfə bir araya gələrək eyni vaxtda, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı. Bunun İslam həmrəyliyi kontekstində əhəmiyyəti və dəyərini necə qiymətləndirirsiniz?
- Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər ibadət imkanına malikdirlər. Tarixən formalaşmış bu ənənə Azərbaycanda indi də davam edir. Azərbaycanın bir sıra məscidlərində - istər Bakıda, məsələn, Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdə olan dindarlar birlikdə namaz qılırlar. Bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq. Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir.
Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məsələn, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə bərabər hazırladığımız hicri təqvimində azan vaxtlarının hər iki məzhəb üçün uyarlı, ortaq məqamda göstərilməsi, Aşura günlərində qana ehtiyacı olan xəstələr üçün qanvermə aksiyalarına hər iki məzhəbdən olan insanların qatılması, Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrı-seçkiliyi olmadan həyata keçirilməsi və s. Qafqaz Müsəlmanları İdarəsi olaraq, ibadət proseslərinin, mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən din xadimləri idarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar. Allah qarşısında hamımız bərabərik.
İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş Ulu öndər Heydər Əliyev vaxtilə Təzəpir məscidində dindarlarla görüşü zamanı “Allahın Yolunda bir olaq” deyə çağırış etdi. Azərbaycançılıq məfkurəsinin müəllifi olan Ulu öndər bizi məzhəbindən asılı olmayaraq birlikdə olmağa çağırdı. Ümummilli mənafelərimizə, dövlətçilik maraqlarımıza xidmət edən bu bərabərlik bizi səfərbər etdi.
Namazda bir olmaq mənəvi həyatda birlik olmağa dəvət kimi düzgün qəbul edilməli, xalqa da bu şəkildə çatdırılmalıdır. La ikrahə fid-din - Dində məcburiyyət yoxdur - İslamın məhək prinsiplərindəndir. Bu baxımdan bir məzhəbin digərinin arxasında namaz qıldırılmağa məcbur edilməsi istər şəri, istərsə də dünyəvi qanunlara (“Dini etiqad azadlığı haqqında” AR Qanununa) ziddir. Könüllü olursa, bu, Azərbaycanda illərlə formalaşmış, zamanla ənənə halını almış məzhəblərarası yaxınlaşmanın bariz nümunəsi kimi təqdirəlayiqdir.
Şükürlər olsun ki, məzhəbi vəhdətin, mənəvi birliyin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur. Bunu dəyərləndirmək, qoruyub gələcək nəsillərə ötürmək zəruridir.
- Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasəti və bu istiqamətdə mövcud durumu necə səciyyələndirmək olar? Azərbaycanda dini etiqad azadlığının təmin olunması, həmçinin insanların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi müsbət nümunə kimi göstərilir. Buna paralel olaraq ibadət yerlərinin təmiri və yenidən bərpası, yeni məscidlərin istifadəyə verilməsi də təqdirəlayiq haldır. Bu barədə nə deyə bilərsiniz?
- Din-dövlət münasibətlərinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoymuşdur və hal-hazırda bu siyasət Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Fəxrlə deyə bilərik ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan - din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelidir.
Azərbaycanda dini mərkəz olaraq QMİ ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında xüsusən son illər ərzində olduqca məhsuldar əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da son nəticədə, din-dövlət münasibətlərinin yüksək səviyyəyə yüksəlməsinə və dini-mənəvi həyatın daha təkmil olmasına şərait yaradır. Dini Komitə, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə həyata keçirdiyimiz tədbirlər, layihələr dindarlar tərəfindən layiqincə dəyərləndirilir.
Ulu öndərin başlatdığı ali mənəviyyat yolu, əlhəmdülillah, davam edir! Azərbaycanda dini məbədlər - məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlar dövlətimizin maddi, mənəvi yardımıyla təmir, bərpa olunur, yeniləri inşa edilir,
Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.
Zati-aliləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir.
Ölkəmizdə dini icmalar öz fəaliyyətlərini sərbəst həyata keçirir, dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda ibadətlərini yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi hiss edir, dövlətin diqqətini, qaygı və himayəsini, maddi yardımını eyni dərəcədə üzərlərində hiss edirlər. Dindarlar dövlətin diqqətindən, dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar.
Dövlətimizin dini maarifləndirmə işinə böyük diqqətini xüsusi minnətdarlıqla vurğulamaq istərdim. Dini məzmunlu kitabların çapı, ənənəvi mənəvi dəyərlərimizin təbliği ən yüksək səviyyədə dəstəklənir. Bu yaxınlarda 7 mədrəsənin - dini kollecin dövlət qeydiyyatına alınması islami dəyərlərin tədrisinə verilən önəmin göstəricisi oldu.
Biz ümumbəşəri dəyərlərə ehtiram göstərən, eyni zamanda, öz qədim tarixi milli-mənəvi, dini dəyərlərinə sahib çıxaraq, onu dünyaya təqdim edən xalqın nümayəndələriyik. Bizim amalımız bütün dünyada sülh və sabitliyin, rifah və tərəqqinin bərqərarı naminə Uca Yaradanımızın bizlərə təlqin etdiyi şəkildə dünya nizamının bərqərarı işinə öz xoşməramlı töhfəmizi verməkdir. Bu baxımdan, Azərbaycan dövlətinin, onun liderinin dünyada bizə böyük ehtiram qazandıran qlobal təşəbbüs və səylərinə görə, habelə Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi dəyərlər sahəsinə göstərilən diqqət, qayğı və himayəyə görə dindarlar adından minnətdarlıq bildirmək istərdim.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

 
  • Oxunub:  8670  |  
  • Tarix:  16-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib

17:41
16 Dekabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb
16:23
16 Dekabr
AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var
16:15
16 Dekabr
Müdafiə Nazirliyində ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib
16:07
16 Dekabr
Musa Quliyev: Ölkəmizdə sosial xidmət sistemi modernləşir
13:58
16 Dekabr
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Azərbaycana həsr olunub
13:38
16 Dekabr
Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
13:18
16 Dekabr
Ziyad Səmədzadə: Yeni qanun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb
12:46
16 Dekabr
Fuad Muradov: Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında yüksək səviyyədə təmsil olunur
12:33
16 Dekabr
YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib
12:30
16 Dekabr
Tələbə və məzunlar üçün “Karyerada ilk addım”devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:56
16 Dekabr
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır
11:50
16 Dekabr
Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi açılıb
11:32
16 Dekabr
Azay Quliyev: Milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən önəmli layihələr həyata keçirilir
10:47
16 Dekabr
Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir
10:44
16 Dekabr
Milli Məclisin deputatı AŞPA-nın Büro iclasında iştirak edib
10:41
16 Dekabr
Qəbələdə keçirilən “Poeziya günü” şeirsevərləri bir araya gətirib
10:39
16 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub
17:57
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
17:46
15 Dekabr
Siyavuş Novruzov: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb
17:27
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Xocalı rayon təşkilatının üzvləri Goranboy rayonunda 2500 ədəd ağac əkmişdir
17:24
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı tərəfindən növbəti ağacəkmə aksiyası keçirildi
17:20
15 Dekabr
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
17:18
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP-ın Yevlax rayon və Mingəçevir şəhər təşkilatlatları birgə ağacəkmə aksiyası keçirib
17:14
15 Dekabr
Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub
17:13
15 Dekabr
YAP Qax rayon təşkilatı ağacəkmə kampaniyası keçirib
17:10
15 Dekabr
Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir
16:33
15 Dekabr
Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib
16:18
15 Dekabr
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA