Ana səhifə »  Müsahibə »  Azərbaycanda qaz təsərrüfatı sistemində dövrün tələbinə uyğun struktur islahatları həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda qaz təsərrüfatı sistemində dövrün tələbinə uyğun struktur islahatları həyata keçirilir

“Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Əkbər müəllim, “Azəriqaz” İB tərəfindən müvafiq Dövlət proqramlarının icrası məqsədi ilə hansı işlər görülüb?
- Son illər qazlaşdırma sahəsində işlər daha da geniş vüsət almışdır. Ötən müddət ərzində “Azəriqaz” İB tərəfindən əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə yanaşı, yeni layihələrə də start verilmişdir. Həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirib.
Qeyd edim ki, dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Birliyin yüksək səviyyəli mütəxəssislərinin iştirakı ilə 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırma və qazlaşdırma planı hazırlanmışdır. “Azəriqaz” İB-nin bütün struktur təşkilatları bu sənədlərlə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün səfərbər edilmişdir və artıq proqram çərçivəsində xeyli iş yerinə yetirilmişdir.
2016-cı il ərzində təbii qaz təminatının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, qazın uçot sisteminin təkmilləşdirilməsi, qaz təsərrüfatının idarə olunmasında mövcud informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, qazla təmin edilən istehlakçı sayının artırılması, bilavasitə qaz təsərrüfatı ilə məşğul olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi və s. tədbirlər də həyata keçirilmişdir.
Əhalinin təbii qazla təmin edilməsi işlərinin icrası əsasən ölkənin mövcud qaz şəbəkəsi sisteminin təkmilləşdirilməsi, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidən qurulması, avadanlıqların yeniləşdirilməsi və istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji, texniki tədbirlərin görülməsi, yeni qaz kəmərlərinin tikintisi və zəruri avadanlıqların quraşdırılması və payız-qış mövsümündə tələbata uyğun səviyyədə qazın verilməsinə yönəldilmiş işlərdə davamlı şəkildə aparılmışdır.
Ölkənin bütün regionlarının qazlaşdırılması, əvvəllər qazla təmin olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış bölgələrin qaz təchizatının bərpası, yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi və nəticə etibarı ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrası da ötən il ən vacib məsələlərdən biri olmuşdur.
- İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli təbii qazla təmin olunması üçün nə kimi işlər görülüb?
Ümumilikdə, aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46 672,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8880,4 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1360 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir.
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatmışdır. Qeyd edək ki, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.
Həmçinin 01 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuş və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılmışdır.
- Texniki şərtlərin və layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işləri qənaətbəxş hesab etmək olarmı?
- Ötən il Birlik layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4091 ədəd texniki şərt verilmişdir. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 303 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 1191 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilmişdir.
- Əkbər müəllim, qazın itki faizinin aşağı salınması üçün nə kimi işlər görülür?
- 2016-cı ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilib. Birlik tərəfindən ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə Birlik tərəfindən 2016-cı ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir.
Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ilin 12 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təchizat şəbəkəsində qazın itkisi azalmışdır.
- Təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında hansı uğurlar var?
- Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir. Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunmuşdur. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 AZN dəyərində dəymiş ziyan hesablanmışdır.
- Əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması və ekologiya sahəsində hansı işlər həyata keçirilib?
- Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizə olunması, sağlamlığın qorunması, təhlükəsizlik və yanğın texnikası qaydalarının təmin edilməsi məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, Azərbaycan Respublikasının Ekologiya Qanunvericiliyinin, Beynəlxalq Standartların tələblərinə uyğun olaraq bir sıra işlər görülmüşdür.
Birliyin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə 20 aprel 2016-cı il tarixli müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2016-cı il üçün tərtib edilmiş iş planı əsasında DFK tərəfindən Birliyin bəzi təşkilatlarında yoxlama keçirilmişdir.
Əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə Birliyin əməkdaşları tərəfindən struktur bölmələrdə müxtəlif qayda pozuntularına yol vermiş 264 işçi barəsində xəbərdarlıq kartı tərtib olunmuşdur. Onlardan əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını pozduqlarına görə 104 işçi barəsində müxtəlif intizam tədbirləri görülmüşdür.
Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmiş, Birliyin tabeli təşkilatlarında 5000 ədəd müxtəlif növ ağac tingləri, dekorativ kollar və güllər əkilmişdir.
- “ASAN xidmət”lə “Azəriqaz” İB-nin əməkdaşlığı hansı səviyyədədir?
- Birliyin müvafiq şöbəsi 2016-cı il ərzində istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin etmişdir.
2016-cı il ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 119 537 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.
Sonda qeyd edim ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

 
  • Oxunub:  6720  |  
  • Tarix:  14-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib

17:41
16 Dekabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb
16:23
16 Dekabr
AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var
16:15
16 Dekabr
Müdafiə Nazirliyində ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib
16:07
16 Dekabr
Musa Quliyev: Ölkəmizdə sosial xidmət sistemi modernləşir
13:58
16 Dekabr
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Azərbaycana həsr olunub
13:38
16 Dekabr
Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
13:18
16 Dekabr
Ziyad Səmədzadə: Yeni qanun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb
12:46
16 Dekabr
Fuad Muradov: Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında yüksək səviyyədə təmsil olunur
12:33
16 Dekabr
YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib
12:30
16 Dekabr
Tələbə və məzunlar üçün “Karyerada ilk addım”devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:56
16 Dekabr
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır
11:50
16 Dekabr
Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi açılıb
11:32
16 Dekabr
Azay Quliyev: Milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən önəmli layihələr həyata keçirilir
10:47
16 Dekabr
Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir
10:44
16 Dekabr
Milli Məclisin deputatı AŞPA-nın Büro iclasında iştirak edib
10:41
16 Dekabr
Qəbələdə keçirilən “Poeziya günü” şeirsevərləri bir araya gətirib
10:39
16 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub
17:57
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
17:46
15 Dekabr
Siyavuş Novruzov: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb
17:27
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Xocalı rayon təşkilatının üzvləri Goranboy rayonunda 2500 ədəd ağac əkmişdir
17:24
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı tərəfindən növbəti ağacəkmə aksiyası keçirildi
17:20
15 Dekabr
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
17:18
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP-ın Yevlax rayon və Mingəçevir şəhər təşkilatlatları birgə ağacəkmə aksiyası keçirib
17:14
15 Dekabr
Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub
17:13
15 Dekabr
YAP Qax rayon təşkilatı ağacəkmə kampaniyası keçirib
17:10
15 Dekabr
Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir
16:33
15 Dekabr
Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib
16:18
15 Dekabr
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA