Ana səhifə »  Müsahibə »  Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı
A+   Yenilə  A-
Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı

Mahir Abbaszadə: 25 il öncə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının törədilməsindən 25 il ötür. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının xatirəsini yad etmək üçün ölkəmizdə və xaricdə silsilə təbirlər keçirilir. Elə Milli Məclisin deputatı Mahir Abbaszadə ilə müsahibəmizdə də faciənin törədilmə səbəbləri və digər məsələlərlə bağlı suallara cavab aldıq.
- Mahir müəllim, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən Xocalı soyqırımının baş verməsindən 25 il ötür. Belə demək mümkündürmü ki, bu faciə ermənilərin əsl xislətlərini bir daha üzə çıxardı?
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.
Onu da vurğulamağı borc bilirəm ki, Xocalı strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Bunun üçün də ermənilər hər cür vəhşiliyə əl atdılar. Bir sözlə, Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı. Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında 24 yanvar 2017-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi, Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.
- Bu faciə, eyni zamanda, soyqırımı aktı kimi bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında özünə yer alır...
- 25 il öncə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində təkmilləşdirilməklə bir daha təsdiqini tapıb. Xocalı soyqırımı, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq nümunəsidir. Yəni 25 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar.
- Məlum olduğu kimi, dövlətimiz Xocalı soyqırımının dünyada tanıdılması üçün ardıcıl olaraq tədbirlər həyata keçirir. Bu tədbirlərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Təəssüflər olsun ki, bu faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Həmin vaxt yüksəkvəzifəli şəxslər XX əsrin ən dəhşətli soyqırımlarından biri olan bu cinayətin miqyasını ört-basdır etməyə çalışır, hətta xalqa doğru-dürüst məlumat verməkdən çəkinirdilər. Bu hadisədən bir müddət sonra hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da susmağa üstünlük verdi. Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda xalqımıza qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətləri, o cümlədən Xocalı soyqırımı ümumiləşdirilərək bəyan edilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır.
- Bu istiqamətdə həyata keçirilən işlərdən danışarkən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımları xüsusi olaraq vurğulamaq yerinə düşər...
- Öncə onu deyim ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 10-dan çox dövləti, eləcə də ABŞ-ın 20-dən artıq ştatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Təbii ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hər il bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, kitablar, broşürlər nəşr olunur.
Eyni zamanda, Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası istər miqyasına, istərsə də geniş təbliğat imkanlarına görə seçilir. 2008-ci il mayın 17-də ilk dəfə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının ekspertlərinin toplantısında bu təşəbbüs dəstəklənib və iclasın yekun sənədinə salınıb. Daha sonra isə İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) keçirilən konfransının 35-ci sessiyasında qəbul olunan qətnaməsində Leyla Əliyevanın “Xocalıya ədalət” təşəbbüsü də öz əksini tapıb. Məhz bu təşəbbüsün qəbul edilməsi nəticəsində 26 fevral - Xocalı soyqırımı gününün İƏT ölkələrində qeyd edilməsi nəzərdə tutulub. Qətnamənin İƏT-in xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradıb. Soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində fəaliyyətin ən böyük uğurlarından biri də Xocalı həqiqətlərinin İƏT-ə üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması məsələsidir. Digər tərəfdən, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının effektivliyinin daha da artırılması, eləcə də bu istiqamətdə atılan addımların dünyaya çatdırılması üçün 2009-cu ilin fevralında Haaqa şəhərində kampaniyanın internet saytının (www.justiceforkhojaly.org) təqdimatı keçirilib. Daha sonra internet saytı Bern, London, Ər-Riyad, Kiyev, Berlin, Buxarest, Vyana, Riqa, Varşava, Pekin və bir çox paytaxtlarda, eləcə də Türkiyədə və ABŞ-ın bir sıra ştatlarında ictimaiyyətə təqdim olunub.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurlarından biri də soyqırımının İsveçdə yaradılmış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsinə daxil edilməsidir. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı soyqırımının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.
Eyni zamanda, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sosial şəbəkələrdə də fəal iş aparılır, hər il fevralın 26-da dünyanın aparıcı dövlətlərinin paytaxtlarının mərkəzi meydanlarında Xocalı soyqırımında həlak olan günahsız insanların xatirələri anılır, fləş-moblar keçirilir, bu soyqırımının tanıdılması yönündə müvafiq addımlar atılır.
Sonda onu da qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan dövləti ermənilərin işğalçılıq siyasətinin ifşa oluması ilə bağlı atılan addımlarla işini bitmiş hesab etmir, eyni zamanda, Ermənistan ordusunun işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılır. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması, eyni zamanda, bu uğurun davamı olaraq Prezident İlham Əliyevin bu il yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam da deyilənləri təsdiqləyir. Yəni bütün bunlar Xocalının, Şuşanın, həmçinin böyüyüb boya-başa çatdığım Laçının tezliklə işğaldan azad olunacağına əminlik yaradır.
Nadir AZƏRİ

 
  • Oxunub:  2790  |  
  • Tarix:  10-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıb

17:42
28 Mart
Nizami Cəfərov: V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir
17:38
28 Mart
ATƏT PA-nın vitse-prezidenti: Demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban verilməməlidir
17:26
28 Mart
ABŞ-ın Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır
17:22
28 Mart
Joao Mestre: “Azərbaycanla bağlı sənədli filmimlə bu ölkənin ali dəyərlərini dünyaya təqdim etməyi düşünürəm”
17:18
28 Mart
Formula-1 Azərbaycan Qran-prisi üçün yerli media nümayəndələrinin qeydiyyatı davam edir
16:55
28 Mart
IDEA “Eko-skaut” layihəsinə start verib
16:19
28 Mart
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir
16:05
28 Mart
Prezident: Pambıqçılığın inkişafı Azərbaycanda yüngül sənayenin inkişafına da böyük təkan verəcək
15:46
28 Mart
Azərbaycan parlamentinin AŞPA və Rusiya Dövlət Duması ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
15:31
28 Mart
Azərbaycan Əbu-Dabidə keçirilən “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub
15:18
28 Mart
Milli Məclisin sədri Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb
14:47
28 Mart
Prezident İlham Əliyev: Bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir
14:44
28 Mart
Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb
14:35
28 Mart
Dilarə Cəbrayılova: Belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur
14:19
28 Mart
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
14:11
28 Mart
Prezident İlham Əliyev: Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir
14:07
28 Mart
Yanvarda Türkiyə Azərbaycandan 590,35 milyon kubmetr təbii qaz idxal edib
12:56
28 Mart
Hadi Rəcəbli: Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir
12:36
28 Mart
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir
12:20
28 Mart
Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək
11:18
28 Mart
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib
11:16
28 Mart
Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı olub
11:13
28 Mart
İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanalar müəyyənləşib
11:01
28 Mart
Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub
10:58
28 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 130 dəfə pozub
10:37
28 Mart
Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
10:26
28 Mart
Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib
10:17
28 Mart
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
10:12
28 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:03
28 Mart
TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib
10:01
28 Mart
UNESCO-nun baş qərargahında Novruz bayramı qeyd olunub
09:57
28 Mart
Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib
17:52
27 Mart
“Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb
17:50
27 Mart
Eldar İbrahimov: Həyata keçirilən iri layihələr sosial-iqtisadi inkişafa xidmət edir
17:48
27 Mart
Ziyad Səmədzadə: Görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır
17:27
27 Mart
“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir
17:27
27 Mart
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
16:27
27 Mart
Paralimpiyaçılarımız IX Fəza Beynəlxalq Qran-pri yarışında uğurla çıxış ediblər
15:29
27 Mart
2027-ci ilədək əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər
14:46
27 Mart
Ukraynalı alim: BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin icrası vacibdir
14:41
27 Mart
Yaqub Mahmudov: Tolerantlıq baxımından Azərbaycan modelini öyrənmək lazımdır
14:22
27 Mart
Müdafiə Nazirliyi: Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir
14:06
27 Mart
Fuad Muradov: Həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək
12:22
27 Mart
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
12:13
27 Mart
Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
11:45
27 Mart
Azərbaycan parlamentinin nümayəndə heyəti Sankt-Peterburqa səfər edib
11:39
27 Mart
Bakıda təşkil olunan “Novruz” festivalı maraqla qarşılanıb
11:21
27 Mart
Azərbaycanda ilk dəfə “Yüksək təhlükəsiz pul çapı” mövzusunda beynəlxalq konfrans keçirilir
11:19
27 Mart
Azərbaycan triatlonçusu Avropa kubokunun qalibi olub
11:14
27 Mart
Martın 27-si Dünya Teatr Günüdür
10:42
27 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 111 dəfə pozub
09:51
27 Mart
Formula-1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib
09:47
27 Mart
ABŞ-ın Nebraska ştatında 28 may “Azərbaycan Milli” Günü elan edilib
09:44
27 Mart
ABŞ-da Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
09:39
27 Mart
Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb
10:14
25 Mart
BMT-nin Vyana bölməsində Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib
10:09
25 Mart
Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb
09:56
25 Mart
Vaşinqtonda Avropada və postsovet məkanında təhlükəsizlik məsələlərinə həsr edilən konfrans keçirilib
09:50
25 Mart
Milli Məclisin deputatı NATO Parlament Assambleyasının növbəti seminarında çıxış edib
10:32
23 Mart
Avropa Parlamentində məişət zorakılığına qarşı mübarizəyə dair dinləmələr keçiriləcək
10:22
23 Mart
İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir
10:18
23 Mart
Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunur
10:12
23 Mart
Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub
21:50
21 Mart
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib
19:43
21 Mart
Novruz bayramı Qırğızıstanda dövlət səviyyəsində qeyd olunub
16:56
21 Mart
İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində təntənəli Novruz mərasimi keçirilib
15:00
21 Mart
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə Novruz şənliklərində iştirak ediblər
13:02
21 Mart
Azərbaycan musiqiçiləri Ankarada Novruz bayramı tədbirində çıxış ediblər
11:57
21 Mart
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
10:18
20 Mart
Casim əl-Əli: İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+4 +6