Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq
09.11.2016 [00:09]
Milli Məclisin deputatı Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bəllidir ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Sizin fikrinizcə, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?
- İlk növbədə, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən bir də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir. Bu tarix Kitabi-Dədə Qorquddan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Möminə Xatun məqbərəsi, Qız qalası, Şirvanşahlar sarayında, İçərişəhər kimi milli tarixi abidələrimizdə bayrağımız xalqımızın suverenliyinin rəmzi kimi özünəməxsus yer tutub. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır.
Yeni və müasir dövrə gəldikdə isə deyə bilərəm ki, XX əsrin əvvəlində dünya dövlətləri sırasında özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində - 1918-ci il noyabrın 9-da üçrəngli bayraq təsdiq edildi. Buna baxmayaraq, ingilislərin gəlişi həmin dövrdə bayrağımızın dalğalanmasına imkan vermədi. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağı dalğalandı. Bu, dövlətimizin müstəqilliyi və varlığını ifadə edən bir simvol idi. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub. Rusiyada hakimiyyətə gələn bolşeviklər işğalçılıq siyasəti yeritdilər və Azərbaycanı işğal etdilər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süquta uğradı, bayrağımız isə mayın 3-də parlamentin önündən götürüldü, SSR bayrağı ilə əvəz olundu.
- Dövlət atributlarının bərpası, o cümlədən müstəqillik illərində Azərbaycan dövləti tərəfindən bu atributlara göstərilən hörmət və ehtiram barədə nə deyə bilərsiniz?
- Əvvəla onu deyim ki, Azərbaycan 70 ilə yaxın bir dövrdə SSRİ-nin tərkibində olsa da, xalqımız müəyyən bir yol keçdi. İmperiyanın çöküşü ərəfəsində vəziyyət dəyişdi. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Hər şeydən əvvəl, bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Məlum olduğu kimi, 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Dövlət bayrağı haqqında Əsasnamə” qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
- Bəs Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılmasının əhəmiyyəti barədə nə söyləmək olar?
- Azərbaycan Respublikasının Dövlət bayrağının təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. İnşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütövlükdə, Dövlət bayrağının təbliği istiqamətində görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən məsələ oldu.
Ümumiyyətlə, dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın.
- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır...
- Qürur və iftixar hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16