Ana səhifə »  Müsahibə »  Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qarant rolunda çıxış etməyə hazırdır
A+   Yenilə  A-
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qarant rolunda çıxış etməyə hazırdır
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxinin “Yeni Azərbaycan” qəzetinə müsahibəsi
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla ilk diplomatik əlaqələr quran dövlətlərdən biri də Rusiya Federasiyasıdır. Yaxın qonşuluq münasibətləri, uzun müddət SSRİ adlanan vahid bir dövlətin tərkibində yaşamaq, sovet mədəniyyəti və təhsilinə yiyələnmək xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı. İndi ölkəmizdə elə bir orta nəslin nümayəndəsini, yaxud elə bir ziyalı tampaq çətindir ki, onun Rusiyada orta və ali məktəb, yaxud əsgərlik yoldaşı olmasın. Digər tərəfdən isə, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət başçıları qarşılıqlı surətdə Bakıda və Moskvada rəsmi səfərlərdə olublar, ticarət dövriyyəsinin həcmi xeyli artıb. İndi Azərbaycanın xarici ticarət əlaqələrində qonşu Rusiya ilk yerlərdən birini tutur. “Bizim qonaq” rubrikamızın növbəti qonağı Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxindir.
 -Cənab səfir, ilk öncə icazə verin, ölkəmizə Rusiya Federasiyasının yeni səfiri vəzifəsinə təyin olunmanız münasibəti ilə çoxminli oxucularımız adından sizi təbrik edim. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Rusiyadır. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
-öncə məni  Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və  səlahiyyətli səfiri vəzifəsinə təyin olunmam münasibəti ilə təbrik etdiyinizə görə sizin qəzetin rəhbərliyinə, kollektivə, eləcə də, oxucularınıza öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, həqiqətən də Rusiya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Lakin, təəssüflər olsun ki, müstəqilliyinin ilk illərində iki ölkə arasındakı münasibətlər heç də arzuolunan səviyyədə inkişaf etmədi. Hakimiyyətə gələn qüvvələr Rusiya ilə münasibətlərin inkişafına töhfə vermək istəmədilər. Bu isə öz növbəsində müəyyən çətinliklər, anlaşılmazlıqlara gətirdi. Hətta o illərdə iki ölkə arasındakı münasibətlərdə bəzən müəyyən gərginliklər də yaranırdı. Şükürlər olsun ki, bizim dövlətlərin liderləri yaranmış vəziyyəti normallaşdırmaq üçün özlərində güc və zəka tapdılar. Bu işdə Rusiyanın sabiq prezidenti Vladimir Putin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri oldu. Sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən ölkələrimiz arasındakı münasibətlər daha da inkişaf etdirildi. Bildiyiniz kimi, iki ildən artıqdır ki, Rusiyada Dmitri Medvedev yeni prezidentdir. Hesab edirəm ki, hazırda iki dövlət arasındakı münasibətlər Azərbaycan və Rusiyanın rifahı naminə, eləcə də, hər iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf edir. Baxmayaraq ki, bu vəzifəyə yenicə təyin olunmuşam, amma bir səfir olaraq iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunam. Belə ki, bizim münasibətlər milyonlarla insanın maraqlarına tam şəkildə cavab verir və bu, bizim üçün əsasdır.
Yeri gəlmişkən qeyd edim ki, Bakıya yola salanda XİN-də deyirdilər ki, burada işləmək mənə çox çətin olacaq. Azərbaycanla Rusiya arasında münasibətlər o qədər dərinləşib, inkişaf edib ki, bundan artığını etmək çox çətindir. Amma düşünürəm ki, münasibətləri inkişaf etdirmək üçün hər zaman imkanlar və vasitələr tapmaq mümkündür və mən fəaliyyətim dövründə buna çalışacağam.
- Bir qədər əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada səfərdə oldu, Rusiya prezidenti ilə görüşdü. Səfəri necə qiymətləndirərdiniz?
- Məlum olduğu kimi, bizim ölkələrin liderləri tez-tez görüşürlər. Onlar bir-birini nəinki yaxşı tanıyır, hətta bir-birinə etibar edirlər. Bu münasibətlər kifayət qədər yaxındır və belə görüşlərin keçirilməsi üçün hər hansı ön tədbirlər, hazırlıqlar aparmağa belə ehtiyac qalmır. Bu, çox yaxşıdır. Qeyd edim ki, haqqında danışılan səfər bizim münasibətlərimizin səviyyəsini, yaxınlığını bir daha təsdiqlədi. Səfəri şərh edərkən iki əsas məqamın üzərində dayanmaq istərdim. Bunlardan birincisi, prezident Dmitri Medvedevin Dağlıq Qarabağ probleminin həllinə öz köməyini göstərməyə hazır olduğunu bir daha təsdiqləməsidir. Bu gün Rusiya prezidenti dünya ölkələri liderlərinin arasında da yeganə rəhbərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində şəxsən iştirak etmək missiyasını öz üzərinə götürməklə yanaşı, münaqişə tərəfləri arasında birbaşa vasitəçiliyi də həyata keçirir. O, Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edir, onu təşkil edir. Rusiya həqiqətən də münaqişənin həllinə kömək etmək istəyir, onun beynəlxalq hüquq normaları çərçivəsində, eləcə də, ədalətlə həll olunmasına çalışır.
Səfərdə ikinci əsas məqam isə ondan ibarətdir ki, ikitərəfli münasibətlərdə yeni səhifələr açırıq. Burada söhbət təbii qazın alqı-satqısından gedir. Sovet dövründə, eləcə də, müstəqilliyinin ilk illərində Azərbaycan Rusiyadan təbii qaz idxal edirdi. İndi isə Azərbaycan neft sənayesində elə böyük nailiyyətlər əldə edib, elə imkanlar yaranıb ki, indi o özü Rusiyaya təbii qaz ixrac etmək iqtidarındadır. Hesab edirəm ki, bu, iqtisadi cəhətdən hər iki tərəfə xeyir verə, eləcə də, xalqlarımızın mənafeyinə xidmət edə bilər.
-ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin səviyyəsindən razısınızmı?
-Azərbaycan Rusiyanın xarici ticarət əlaqələrində, MDB dövlətləri arasında Ukrayna, Belarus, Qazaxıstan kimi iri dövlətlərdən sonra sayca beşinci tərəfdaş ölkədir və əlbəttə, biz bundan razıyıq. Məlum olduğu kimi, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 40 faiz artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. Prezidentlərimiz son Moskva görüşündə bu rəqəmi 3 milyard dollaradək artırmaq barədə öz arzularını ifadə etdilər. Doğrudur, hazırda dünya iqtisadiyyatında bir böhran yaşanır. Təbii ki, bu, ölkələrimiz arasındakı iqtisadi əlaqələrə öz mənfi təsirini göstərir və hazırda xarici ticarət əlaqələrimizdə bir qədər geriləmələr müşahidə olunur. I rübdə bu geriləmə 2008-ci illə müqayisədə təqribən 10 faiz təşkil edib. Aprel ayında bu tendensiya bir qədər dayanıb. İnanmaq istərdim ki, qarşıdakı aylarda ölkələrimiz arasındakı ticarətin həcmi artacaq və prezidentlərin tövsiyə etdiyi kimi, bu rəqəm 3 milyard dollaradək yüksələcək. Hesab edirəm ki, bunun üçün ölkələrimizin kifayət qədər potensial imkanları var.
-Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu məsələsinə qayıtmaq istərdim...
-Rusiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, problemlə  yaxından tanışdır və münaqişə nəticəsində Azərbaycan xalqının üzləşdiyi ağrı-acını başa düşür, bunu onlarla bölüşür. Biz münaqişənin həllində tutduğumuz mövqeyi dəfələrlə bəyan etmişik. Bu ondan ibarətdir ki, münaqişə sülh yolu ilə və danışıqlar prosesində öz həllini tapmalıdır. Münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın liderləri görüşüb problemin həlli yollarını tapmalıdırlar. Rusiya dövlət başçılarının razılaşdıqları hər hansı qərarları qəbul etməyə hazırdır.
Hazırda Rusiya tərəflərin razılığı əsasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi öz vasitəçilik missiyasını həyata keçirir. Əgər daha artıq səylər, məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllində qarant rolunda çıxış etmək tələb olunarsa, Rusiya bu təklifi də qəbul etməyə hazırdır. Hələlik isə biz yalnız vasitəçilik missiyamızı davam etdiririk. Rusiya, hətta ən yüksək səviyyədə- ölkə prezidenti səviyyəsində öz vasitəçilik missiyasını həyata keçirir, münaqişənin həllinə kömək etmək, töhfə verməyə çalışır. Hazırda biz səylərimizi ona yönəltmişik ki, münaqişənin həllinə siyasi diqqəti artıraq. İnanmaq istərdik ki, münaqişənin həllinə yönələcək həmin siyasi diqqət pozitiv olacaq.
Məlum olduğu kimi, mayın 7-də Azərbaycan və Ermənistan prezidentləri Praqada görüşdülər. Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi açıqlamadan belə bəlli oldu ki, prezidentlərin növbəti görüşü iyunun əvvəlində Sankt-Peterburqda baş tuta bilər.
Yeri gəlmişkən qeyd edim ki, iyunun ilk həftəsində Sankt-Peterburq şəhərində ənənəvi iqtisadi forum keçiriləcək. Hər il olduğu kimi, bu il də Rusiya tərəfi Azərbaycan Prezidenti cənab İlham Əliyevi iqtisadi forumda iştirak etməyə dəvət edib. Hadisələrin hansı məcrada inkişaf edəcəyi isə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona planlaşdırılan səfərləri, eləcə də, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan rəsmiləri ilə aparacaqları danışıqlardan sonra bəlli olacaq. Düşünürəm ki, yaxın həftələrdə bütün bu məsələlərə aydınlıq gətiriləcək, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın qədim paytaxtı Sankt-Peterburq şəhərində planlaşdırılan görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış növbəti addım olacaq.
-Bir müddət əvvəl Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadə etməsi ilə bağlı fikirlər səsləndi. Hazırda bu istiqamətdə müzakirələr davam etdirilirmi?
-Doğrudur, vaxtı ilə Rusiya tərəfindən belə bir təklif səslənirdi. Amma bu təklif ABŞ-ın Avropada, konkret halda çexiya və Polşada raket əleyhinə müdafiə sistemlərini (RƏMS) yerləşdirməsinə alternativ olaraq irəli sürülmüşdü. Lakin, göründüyü kimi, Rusiyanın təklifini nəzərə almadan ABŞ Şərqi Avropada həmin sistemlərin yerləşdirilməsinə başladı. Bununla belə, Rusiyanın təklifi hələ də masa üzərində qalmaqdadır. Məlum olduğu kimi, ötən ilin sonunda ABŞ-da prezident seçkisi keçirildi və prezidentin yeni administrasiyasının tərkibi bəlli oldu. Rusiya tərəfi yeni administrasiya ilə dialoqa başlayıb, eyni zamanda, RƏMS ilə bağlı da danışıqlar davam etdirilir. Ola bilsin ki, bu danışıqlarda Qəbələ RLS-dən birgə istifadə olunması məsələsi yenidən gündəmə gəlsin. Amma buna baxmayaraq, Rusiyanın Qəbələ RLS-dən istifadəsi uğurla davam etdirilir. Məlum olduğu kimi, tərəflər arasında imzalanan müqavilənin müddəti 2012-ci ildə bitir. Hələlik müqavilənin başa çatması, yaxud daha da uzadılması ilə bağlı hər hansı bir danışıqlar aparılmır. Bunun üçün qarşıda hələ çox vaxt var. Əgər RLS-in gələcək istifadəsi ilə bağlı hər hansı bir problem yaransa, yaxud yeni təkliflər ortaya çıxarsa, bu, təbii olaraq, ilk öncə Azərbaycan tərəfi ilə razılaşdırılacaq.
-May ayında Bakıda Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. İclasın gündəliyi artıq bəllidirmi?
-Doğrudur, tərəflər arasında razılaşmaya əsasən, iclasın may ayında keçirilməsi planlaşdırılır. Hazırda Rusiya tərəfi Azərbaycandan iclası keçirməyə hazır olmasına dair müvafiq müraciət gözləyir. İclasda iştirak etmək üçün komissiyanın həmsədri, RF-nin iqtisadiyyat naziri Vladimir Şmatkonun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Bakıya səfər edəcək. Azərbaycan tərəfindən isə iclasa komissiyanın həmsədri, baş nazirin birinci müavini Eyyub Yaqubovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağı gözlənilir. Rusiya nümayəndə heyətinin tərkibinə, həmçinin, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının da daxil edilməsi nəzərdə tutulur. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri geniş müzakirə olunacaq. Biz səfirlik olaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığı nəzərdə tutan bir sıra hökumətlərarası müqavilələrin hazırlanması üzərində işləri davam etdiririk. Bunlardan birincisi investisiyaların qorunmasına dair hökumətlərarası müqavilə layihəsidir. İclasda, həmçinin, dövlət sərhəddi haqqında məsələnin müzakirə ediləcəyi nəzərdə tutulur. Məlum olduğu kimi, Azərbaycan və Rusiya arasında dövlət sərhəddinin 95 faizi, demək olar ki, artıq razılaşdırılıb. Qalan sahələr üzrə tərəflər arasındakı əsas fikir ayrılığı sərhəddən keçən Samur çayının su hövzəsindən istifadə ilə bağlıdır. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq. Növbəti sənəd isə kapital qoyuluşu ilə bağlıdır. Bir qədər əvvəl iqtisadi əlaqələrimiz barədə danışdım. Əlbəttə, mövcud imkanlardan istifadə edərək daha çox sayda birgə müəssisələr yaradıla, qarşılıqlı kapital qoyuluşları həyata keçirilə bilər. Dövlət başçıları iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dollarına çatdırmağı bizim qarşımızda hədəf kimi qoydular. Hesab edirəm ki, bu, heç də son hədd deyil. Azərbaycanın iqtisadiyyatı effektli surətdə inkişaf edir, onun böyük potensialı vardır. Düşünürəm ki, biz ikitərəfli əməkdaşlıqda daha böyük nailiyyətlər əldə edə bilərik. Bir sıra digər sənədlər də vardır ki, hazırda tərəflər diplomatik kanallar vasitəsi ilə onların üzərində müzakirələri davam etdirirlər. Hökumətlərarası komissiyanın iclası çərçivəsində, eyni zamanda, Azərbaycan və Rusiyadan olan iş adamlarının iştirakı ilə biznes-forumun da keçirilməsi nəzərdə tutulur.
-ümumiyyətlə, cari il ərzində Rusiya kapitalı əsasında Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulurmu?
-Əminliklə söyləyə bilərəm ki, Rusiya investorlarının Azərbaycana marağı həmişə olub və olacaq. Hər şeydən öncə biz qonşu dövlətlərik və uzun illərə söykənən ortaq keçmişimiz var. İş adamlarımız bir-birini yaxından tanıyır və qarşılıqlı etimad göstərirlər. Konkret fakta gəldikdə isə, qeyd edə bilərəm ki, pivə istehsalı üzrə dünyada tanınan Rusiyanın “Baltika” şirkəti ötən il Xırdalandakı pivə zavodunun səhmlərinə sahib olub və buraya böyük miqdarda investisiya yatırıb. “Baltika-Bakı” adlanan bu zavodda yeni istehsal xətləri quraşdırılıb. Mayın 20-də zavodun yenidərqurmadan sonra rəsmi açılış mərasimi keçiriləcək. Bunu Rusiya investorlarının Azərbaycandakı marağına ən böyük nümunə kimi göstərmək olar. Bundan əlavə, ötən ilin sonunda Rusiyanın “Xarici Ticarət Bankı”(“Vneştorqbank”) Azərbaycanın yerli “AFBank”ının səhmlərinin 51 faizinə sahib oldu. Hazırda “VTB-Azərbaycan”da çalışacaq kadrların komplektləşdirilməsi işi aparılır. Payız aylarında bankın təntənəli açılış mərasimi təşkil olunacaq. Sadaladığım bu iki fakt Rusiya investorlarının Azərbaycandakı maraqlarının hansı səviyyədə olduğuna sübutdur. Bundan əlavə, məndə olan məlumata əsasın, “Baltika-Bakı”da spirtsiz pivənin də istehsalı nəzərdə tutulur ki, həmin məhsullar qonşu müsəlman ölkələrinə ixrac olunacaq. Bu isə öz növbəsində ixracın səviyyəsinin artması, eləcə də, dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq.
-Cənab səfir, bəs iki ölkə arasında mədəni əlaqələrin səviyyəsi sizi qane edirmi?
-Azərbaycanla Rusiya arasındakı mədəni əlaqələr təbii xarakter daşıyır. Belə ki, uzun illər bizim xalqlar eyni bir dövlət- SSRİ-nin tərkibində yaşayıblar. Bu dövlətin yaxşı və pis cəhətləri də olub, bundan söhbət getmir. Lakin mənə elə gəlir ki, biz o dövlətin yaxşı cəhətlərini qoruyub saxlaya bilmişik, bu, məhz mədəniyyət sahəsi ilə bağlıdır. Əgər Rusiyanın hər hansı bir mədəniyyət kollektivi, teatr truppası, yaxud da, hər hansı bir müğənnisi Azərbaycana qastrol səfərinə gəlmək istəyirsə, burada konsert vermək istəyirsə, bunun üçün hansısa böyük səylər tələb olunmur. Onlar üçün elə ciddi problem olmur ki, məsələn, sabah konsertin biletləri satılmayacaq, yaxud az tamaşaçı gələcək. Azərbaycanlılar Rusiya teatrlarının tamaşalarına, eləcə də, populyar müğənnilərinə çox yaxşı bələddirlər və onların Bakıdakı konsertləri həmişə anşlaq olur.
Bundan əlavə, ölkələrimiz arasında mədəni əlaqələrimizin səviyyəsini daha da artırmaq məqsədi ilə cari ildə dövlət xətti ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, bu il qarşılıqlı surətdə hər iki ölkədə - Azərbaycanda Rusiyanın və Rusiya Federasiyasında Azərbaycan Respublikasının mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi artıq tədbirin sentyabr ayında keçirilməsinə hazır olduğunu bildirib. Rusiyada isə Azərbaycanın mədəniyyət günləri avqust ayında iki böyük şəhərdə - Moskva və Kazan şəhərlərində keçiriləcək. Hazırda diplomatik kanallar vasitəsi ilə bu tədbirlərə hazırlıq işləri davam etdirilir. Hesab edirəm ki, yuxarıda sadaladığım tədbirlər Azərbaycan və Rusiya arasında əlaqələrin inkişaf etməsi, daha da dərinləşməsi, xalqlarımızın bir-biri ilə olan əlaqələrinin daha da güclənməsinə töhfə vermiş olacaq.
-Səmimi söhbət üçün təşəkkür edirik.
-Mən də öz növbəmdə qəzetinizin kollektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim LOÄžMANOÄžLU

 
  • Oxunub:  20520  |  
  • Tarix:  20-05-2009  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA