Ana səhifə »  Müsahibə »  Şuşalı günlərin həsrəti ilə yaşayırıq
A+   Yenilə  A-
Şuşalı günlərin həsrəti ilə yaşayırıq
Bayram Səfərov: Şuşanın işğaldan azad olunması və inkişafı Prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edəcək
Əsrlər boyu Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Şuşanın işğalından 17 il ötdü. Rayon bu itki ilə necə yaşayır? Şuşanı ildə bir dəfə xatırlayırlar, yoxsa...
Şuşa rayon icra başçısı, Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyir ki, Şuşa itkisi ilə barışmayıblar, heç barışmayacaqlar da.
- Mən Şuşada doğulmuşam, orada məktəbə getmişəm. Əmək fəaliyyətinə də orada başlamışam. Adi satıcıdan başlayıb rəhbər vəzifəyədək yüksəlmişəm. Şuşa itkisi ilə necə barışa bilərəm?! Hər bir şuşalı da eyni ilə mənim kimidir. Hər birinin Şuşada uşaqlığı, gəncliyi qalıb. Xoş günlərimiz, qonaqlı-qaralı həftələrimiz keçib. 1988-ci ilin fevralına kimi biz də hörmət-izzət ilə yaşamışıq. ölkəmizin bu dilbər guşəsinə gələn qonaqları sayğı ilə qarşılayıb, hörmətlə yola salmışıq.
- Təcavüzün ilk illərindən Şuşa bu müharibəni yaşayır. Artıq şəhərin süqutundan 17 il ötdü. İşğalın izi şuşalıların yaddaşında necə qalıb?
- Bəli, ən adi şər-böhtandan başlayıb ağır artilleriyanın işə düşdüyü illərə qədər biz bu müharibəni ən ağır şəkildə hiss etmişik. Ermənistanın iddialarının başladığı ilk illərdə Sovet rəhbərliyi bu məsələni araşdırdı. Həmin vaxt tam təsdiq olundu ki, ermənilər heç də deyildiyi kimi, pis yaşamır. Başqa sözlə, onların vəziyyətlərindən şikayət etmək üçün əsası, buna haqqı yox idi. Qarabağ ermənilərinin içərisində isə Şuşadakıların  ən yaxşı yaşayanlar olduğu təsdiq edildi. Ancaq bu araşdırmalar gözlənilən və planlaşdırılan müharibəni və işğalı dayandıra bilmədi. Sonrakı illərdə Rusiya ordusunun köməyi ilə reallaşdırılan hücumların hər biri Şuşanın və şuşalıların taleyini dəyişdirdi. İstər Xocalı əhalisinə tutulan misli görünməmiş divan, istər Şuşanın Malıbəyli və Quşçular kəndlərində gerçəkləşdirilən faciələr, köməksiz qalan kəndlərdə dinc sakinlərə qarşı həyata keçirilən vəhşilik Qarabağın tarixi kimi, Şuşanın da keçmişində qanlı iz qoydu. Bu iz hər bir şuşalı ailədə açıq hiss olunur. Hər bir ailənin itkisi var. İtkisi olmayan, az olan elə bir ailə yoxdur, desək, nə mübaliğəyə yol vermiş olarıq, nə də ermənilər kimi şişirtməyə.
- Bu işğal hər halda “Azərbaycanın alınmaz qalası” adına ləkə gətirdi?
- Təbii ki, gətirdi. Müəyyən mənada bu ləkədir və biz bu gün - işğaldan 17 il sonra da əminliklə deyə bilərik ki, Şuşa alınmaz qala olaraq qala bilərdi. Təbii ki, XXI əsrdir. Bu dövrdə artilleriyanın, ağır texnikanın ən müasir variantları istehsal olunur. Şuşanın 17 il əvvəl işğalında isə Rusiya kimi dünyanın nəhəng dövlətlərindən biri iştirak edirdi. Qeyri-bərabər döyüşdə Şuşanın və başqa Azərbaycan mövqelərinin itirilməsi, bəlkə də, başadüşülən ola bilərdi. Rusiyanın motoatıcı diviziyasının Qarabağda ən ağır faciələrdə, hücumlarda iştirakı təsdiq olunub. Lakin qeyri-bərabər olan texnika idi. Azərbaycanlıların döyüş ruhu bəlkə də bu qeyri-bərabərliyi tarazlaşdıra bilərdi. Lakin qalanın alınmazlığını həm də sərkərdə təmin edir. Sərkərdənin ağlı, qələbə həvəsi çox vaxt döyüşün taleyini həll edir. Şuşada könüllülərdən tutmuş polisə qədər hamı döyüşmək istəyirdi. Döyüş ruhu ölkəyə rəhbərlik edən ali baş komandan səviyyəsində tamamlanmadı. Hesab edirəm ki, Şuşanın işğalında bu amil çox böyük rol oynadı.
- Şuşanın işğalı ilə nə itirdik? - sualını özümüz-özümüzə tez-tez veririk. Ancaq bu sualın cavabını şuşalılar daha yaxşı bilər...
- Bu süqut böyük məbləğdə maddi vəsait və mənəvi ziyanla müşayiət olundu. 37 kənd, 1 qəsəbə və 1 şəhər - bütövlükdə Şuşa rayonu işğal olundu. 6800 yaşayış evi dağıdıldı. Nəticədə 28 min nəfərədək rayon əhalisi qaçqın düşdü. Onlar hazırda 50 rayon və şəhərdə, 200 yaşayış məntəqəsində məskunlaşır. Dəymiş mənəvi ziyanın dəyəri isə hər hansı rəqəmlə ölçülə bilməz. ölkənin alınmaz qalasını itirdik. Hətta ən qəditm tarixə aid nümunələri özündə yaşadan bir ərazini əlimizdən verdik. İşğala qədər şəhərdə qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi olub. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar üzeyir Hacıbəyovun, görkəmli xanəndə Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, qala divarı və  Şuşanın simasını təşkil edən böyük tarixi abidələri itirdik. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat dağıdıldı.
Ermənilər Şuşada elə abidələri məhv edib ki, onun nəinki mənəvi dəyərini, hətta maddi dəyərini də hesablamaq çətindir. Məsələn, Şuşada Pənah xan dövrünün abidələri olub. Onların qiymətini hesablamaq çox çətindir. Qızıl pulla hazırlanmış, əllə cilalanmış abidələri nə qaytarmaq, nə bərpa etmək, nə də yenidən hazırlamaq mümkündür. Biz Şuşada müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəkləri, iri mineral su bulaqları olan Turşsu və Şirlanı qoyduq. Şuşa üzlük daşı, kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil və Şuşa yeraltı şirin su yataqlarından indi ermənilər istifadə edir. özü də bu istifadə adi istifadə deyil. Vəhşicəsinə, bu sərvətlərin məhvinə yönəlmiş bir amansızlıqla istismar olunur.  Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı artıq tamamilə məhv edilib. Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş  palıd ağacları doğranıb. İndi Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunur. 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağacları kəsilib. Meşələrimizin yerində artıq  düzənlik açılıb və orada tikintilər başlayıb. İtkilərimiz bununla bitmir. Şuşa uğrunda döyüşlərdə 300-dən artıq şəhidimiz var. Onların 196 nəfəri əslən şuşalılardır. Yalnız Şuşa uğrunda döyüşlərdə 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb.
- ümummilli liderimiz Heydər Əliyev Şuşa ilə bağlı nitqlərindən birində belə bir ifadə işlədib: “Şuşa Azərbaycanın böyük tarixi abidəsi, şeir dili ilə desək, incisidir”. Şuşanın ən sürətli inkişafı ulu öndərin hakimiyyət illərinə təsadüf edib...
- Bəli, mən o illəri yaxşı xatırlayıram. Azərbaycan SSR MK-nin birinci katibi Heydər Əliyev 3 dəfə Şuşada olub. ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət illəri Şuşanın  tez bir zamanda kurort şəhərinə çevirilməsi ilə nəticələndi. Şuşanı qoruq şəhəri elan edən Heydər Əliyev tarixi abidələri bərpa etdirdi. Ulu öndərin Şuşaya hər bir gəlişi şuşalılar üçün böyük bayram oldu. Həmin illərdə Şuşada ümumittifaq əhəmiyyətli sanatoriya və turist bazası istifadəyə verildi. Şırlan kəndindən şəhərə mineral Turşsu xətti çəkildi. Səhiyyə, təhsil, sənaye obyektləri istifadəyə verildi. Onu da qeyd etməliyəm ki, Şuşa öz əhəmiyyətini getdikcə o qədər artırdı ki, Sovet İttifaqı səviyyəsində fəaliyyəti ilə seçildi. Şuşa Şərq Alətləri Fabriki, hətta Şərqdə Asiya ölkələrini musiqi alətləri ilə təmin edən yeganə müəssisə olub. ümummilli liderimiz Şuşanı təbiətinə, sərvətlərinə, insanlarına, abidələrinə görə qiymətləndirirdi və Onun belə bir ifadəsi də var: “Şuşa açıq havada muzeydir”. Şuşa Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə böyük inkişaf mərhələsinə qədəm qoysa da, Onun Moskvaya getməsi ilə bu proses tamamilə dayandı.
- Şuşalıların Heydər Əliyev siyasətinin davamçısı olan ölkə Prezidenti İlham Əliyevdən gözləntiləri var...
- Biz bu siyasətin də uğuruna inanırıq. Əminik ki, ümummilli liderin məktəbini keçmiş bir kadr diplomatiyanın ən böyük uğurlarından birinə imza atacaq. Şuşanın işğaldan azad olunması və inkişafı məhz İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edəcək. Biz Qarabağla bağlı danışıqlar prosesini yaxından izləyirik. Prezident İlham Əliyevin bu danışıqlarda tutduğu mövqeni dəstəkləyirik. Qəti surətdə bildiririk ki,  Prezident İlham Əliyev əmin olsun: şuşalılar hər zaman Onun qərarlarını müdafiə edəcək. İstər danışıqların nəticəsi olaraq verilən vahid qərar, istərsə də hərb yolu ilə həll qərarı işğal olunmuş ərazilərin əhalisi üçün əmr olacaq. Baş komandan hansı əmri versə, biz həmin əmri yerinə yetirəcəyik. Hansı gün çağrılsaq, silahlanıb Baş Komandanın əmrinə müntəzir olacağıq. Biz Ali Baş Komandanın bir sözünü gözləyirik. Prezidentimizin ifadəsi ilə desək, ölkənin ərazi bütövlüyünə xələl gəlmədən biz hər bir güzəştə hazırıq. Dağlıq Qarabağ ərazisi erməni ordu birləşmələrindən, terrorçularından və separatçı qüvvələrindən təmizlənəndən sonra orada hər hansı birgə yaşayışdan söhbət gedə bilər. Qarabağ Azərbaycan torpağıdır, Şuşa isə Qarabağın mərkəzi.  Bu, belə də qalacaq. Ən böyük arzumuz uçulub-dağılmış da olsa, torpağımıza qayıtmaqdır. Biz qayıdıb şəhəri yenidən kurort, istirahət zonasına çevirəcəyik.
- Şuşalılar üçün Şuşa itkisinin daha ağır olduğunu deməyə ehtiyac yoxdur. Bəs, bu itki ilə necə yaşayırsınız?
- Şuşa itkisi ilə yaşamaq olur ki?! Biz, demək olar ki, yaşamırıq. Şuşalı günlərin həsrəti ilə onun qaytarılacağı, yenə bizim olacağı günləri gözləyirik. Hətta ölülərimizi də torpağa əbədi tapşırmırıq. Şuşanı görmədən dünyasını dəyişənlər də, onların yaxınları da bilir ki, onlar da məskunlaşdıqları ərazilərdə müvəqqəti dəfn olunurlar. Şuşaya hər bir şuşalı qayıdacaq. Necə qayıtmağından asılı olmayaraq...
- Yaddaşları daim təzə saxlamaq, Şuşanı unutdurmamaq üçün nə edə bilirsiz? ümumiyyətlə, sizcə, nə etmək lazımdır?
- Hesab edirəm ki, heç bir şuşalı  torpağını unutmayıb və unutmayacaq. Şuşada doğmalarını, keçmişini qoyanlar istənilən formada bunun öz körpələrinin də yaddaşında əksini tapması üçün əlindən gələni edir. Vətən hər zaman unudulmazdır. Şuşa kimi Vətən isə ümumiyyətlə, unudula bilməz. Unudulmaması üçün isə əlimizdən gələni etməyə çalışırıq. Ən son yeniliklərimizdən biri isə Qarabağın işğalına həsr olunmuş sayt olacaq. Qarabağın azərbaycanlı icmasının yeni saytı olacaq. Hesab edirəm ki, istər ölkə daxilində, istərsə də xaricdə maraqlananlar bu mənbə vasitəsilə istənilən informasiyanı ala biləcəklər.
RUHİYYƏ

 
  • Oxunub:  19950  |  
  • Tarix:  09-05-2009  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA