Ana səhifə »  Müsahibə »  Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq
A+   Yenilə  A-
Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq
Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov www.yap.org.az saytına müsahibə verib:
- Ziyafət müəllim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsindəyik. İlk olaraq, dövlətimiz və xalqımız üçün misilsiz xidmətlər göstərmiş ulu öndərimiz haqqında sizin də düşüncələrinizi öyrənmək istərdik...
- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun haqqında danışanda ilk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, banisidir. Biz Azərbaycanın bugünkü nailiyyətləri üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün ölkəmizdə müşahidə olunan hərtərəfli inkişafın təməlini ulu öndər Heydər Əliyev qoyub. Tarixə qısaca ekskursiya edək və Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldiyi dövrə baxaq. O dövrdə ölkəmizdə hakimiyyət sükanının arxasında əyləşən siyasətçilərin səriştəsizliyi ucbatından Azərbaycanda xaos yaranmışdı, ölkə vətəndaş müharibəsi girdabında idi və dövlət müstəqilliyi faktiki olaraq təhlükə altında idi. Belə bir vəziyyətdə hakimiyyətə gəlmək, ölkəni xaos vəziyyətindən çıxarmaq, vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq, dövləti sabit inkişaf yoluna çıxarmaq hər adamın bacaracağı bir iş deyildi. Bunun üçün Heydər Əliyev zəkasına sahib olmaq lazım idi. Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, Onun fəaliyyətini bir müsahibədə, məqalədə analiz etmək mümkün deyil. Azərbaycan inkişaf etdikcə və uğurları artıqca Heydər Əliyevin böyüklüyü daha da qabarıq görünür. Bu dövlətin baza prinsiplərini Heydər Əliyev necə müəyyən edibsə, Azərbaycan dövləti buna da uyğun olaraq inkişaf edir. Heydər Əliyev şəxsiyyətinin, Onun fəaliyyətinin az bir hissəsini öyrənmişik. Zaman keçdikcə, biz Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu daha geniş anlamağa başlayırıq. 1990-cı illərin əvvəlində Heydər Əliyev bu dövləti yaradanda, prinsipləri müəyyənləşdirəndə ola bilsin ki, biz bunun mahiyyətini o qədər də dərk etmirdik. Amma biz indi bu prinsiplərin nə verəcəyini daha dəqiq görə bilirik. Biz Heydər Əliyev irsini, dövlətçilik fəlsəfəsini elmi əsaslarla öyrənməkdə davam etməliyik. Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq.
- Ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk günlərində Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi geniş vüsət aldı. Yeni qanunlar qəbul olunmağa başladı, insan hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində onlarla qərarlar qəbul edildi. Bir hüquqşünas kimi, Azərbaycanda hüquqi sənədlərin, aktların qəbul olunduğu qurum olan Milli Məclisin birinci vitse-spikeri kimi, bu prosesi necə qiymətləndirirsiniz?
- Bu gün biz “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” deyəndə eyni zamanda onu nəzərdə tuturuq ki, Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin qurucusudur. Bu, çox ciddi məsələdir. ümumiyyətlə, hüquqi, Konstitusiyon dövlət hər xalqa nəsib olmayan anlayışdır. Bizim xoşbəxtliyimiz ondadır ki, ümummilli lider Heydər Əliyev eyni zamanda dövlətimizin hüquqi əsaslarını qurub. Hər bir hüquqi dövlətin özünəməxsus əlamətləri var. Konstitusiyon dövlət nədir? Yəni, bu dövlətdə ilk növbədə qanunun aliliyi, hakimiyyətin bölünməsi, vətəndaşların sosial müdafiəsi, siyasi plüralizm və sairə prinsiplər əsas götürülür, dövlət bu prinsiplər üzrə idarə olunur. Azərbaycan həm də sosial dövlətdir. Bilirsiniz ki, referendum nəticəsində Konstitusiyaya sosial yönümlü iqtisadiyyat müddəası əlavə olunub. Bu müddəa Azərbaycanda sosial dövlət qurulmasını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, hüquqi dövlətin qurulması Azərbaycanda hər bir vətəndaşın, həmçinin, qeyri-vətəndaşın hüquq və azadlıqlarının layiqli səviyyədə dövlət tərəfindən qorunmasına xidmət edir. Hüquqi dövlət deyəndə bunu başa düşürük. Bunun əsaslarını isə ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Xalqın iradəsi ilə qurulan hər bir dövlətin o cümlədən, Azərbaycan dövlətinin başlıca məqsədi və fəaliyyət istiqamətləri xalqın milli maraqlarını qorumaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.
- Ziyafət müəllim Konstitusiya islahatlarına toxundunuz. Yeri gəlmişkən, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının da müəllifi məhz ümumilli liderimiz Heydər Əliyevdir...
- Mən 1995-ci ildə Konstitusiyanın hazırlanması üzrə Heydər Əliyevin sədrlik etdiyi komissiyanın üzvü olmuşam. O zaman hər həftə komissiya toplanırdı, Heydər Əliyev öz tövsiyyələrini verirdi. Ulu öndər həmişə deyirdi ki, Azərbaycan Konstitusiyası elə bir hüquqi sənəd olmalıdır ki, cəmiyyətdə mövcud olan bütün zümrələrin mənafeyi nəzərə alınsın. Bu gün Azərbaycan Konstitusiyası dünyanın bir çox qabaqcıl ölkələrinə örnək ola biləcək sənəddir. Bunu tam məsuliyyətimlə deyirəm. O qədər işlək mexanizmlər var ki, doğrudan da örnək ola bilər. Konstitusiya qəbul olunandan sonra 1996-cı ildə Azərbaycan Prezidenti yanında hüquqi islahatlar komissiyası yaradıldı və bu komissiya Konstitusiyadan irəli gələn qanunların işlənib hazırlanması üçün işlər gördü. çoxlu sayda qanunlar, məcəllələr qəbul etdik. Bütün bu qanunların mayasında bir məqam dayanır ki, o da Ana Yasanın 12-ci maddəsində təsbit olunub. Orada qeyd olunur ki, Azərbaycan dövlətinin ali məqsədi hər bir Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etməkdir, hüquq və azadlıqlarını qorumaqdır. Hesab edirəm ki, qanunlar hüquqi dövlət quruculuğu prosesində aparıcı rol oynayır və bundan sonra da belə olacaq.
- Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və atdığı addımlar bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasətindəki durğunluğu da aradan qaldırdı. Azərbaycan passiv, müdafiə olunan tərəf olmaqdan çıxdı və ölkəmizin milli maraqlarını özündə ehtiva edən hücum diplomatiyasına start verildi...
- Azərbaycanın xarici siyasətinin prinsipləri də Konstitusiyamızın 10-cu maddəsində təsbit olunub. Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın xarici siyasət startegiyasının əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan qonşuları ilə dinc, yanaşı yaşamağa üstünlük verən ölkədir. Azərbaycan dövləti başqa ölkələrin daxili işlərinə qarışmamaq siyasəti həyata keçirir və bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti bugünə qədər davam edir. BMT-nin məsələ ilə bağlı qəbul etdiyi sənədlərə baxmayaraq, hələ ki, ortada yekun nəticə yoxdur. Bütün beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir. Onu da qeyd etmək yerinə düşər ki, NATO-nun Buxarest və Riqa sammitlərində bir daha bəyan olunub ki, qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə beynəlxalq sənədlərin qəbul olunması Azərbaycanın haqq işinin müdafiə olunduğunu göstərir. Digər tərəfdən isə bu, ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Erməni diasporunun, lobbisinin təzyiqlərinə rəğmən beynəlxalq qurumlarda bu sənədlərin qəbul olunması Heydər Əliyevin böyük zəkasının, gərgin əməyinin nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün dünyada Azərbaycanla hesablaşırlar. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr dünya üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa üçün alternativ enerji mənbələrindən biridir. Avroatlantik məkanda Azərbaycanın önəmini çox yaxşı başa düşürlər. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici siyasət strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
- Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan dövlətçiliyi üçün çox böyük əhəmiyyət daşıyan, bu gün Azərbaycanın siyasi palitrasının lokomotivi, regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Siz də bu partiyanın Siyasi Şurasının üzvüsünüz. Təmsil etdiyiniz partiyanın Azərbaycanın son 15 ildəki inkişafında və ölkəmizdə baş verən proseslərdə üzərinə götürdüyü missiyanı necə dəyərləndirirsiniz?
- İqtidar partiyası kimi YAP bu gün ölkəmizin siyasi kursunun prioritet istiqamətlərinin müəyyən olunmasında əhəmiyyətli rol oynayır. Tarixdə yaranan bütün digər güclü və nüfuzlu siyasi partiyalar kimi, YAP-ın da təşkilati və siyasi ideoloji fəlaiyyətinin əsas istiqamətləri onun Proqram və Nizamnaməsində əks olunub. Yarandığı vaxtdan keçən müddət ərzində YAP həmişə meyar və keyfiyyət baxımından sürətlə inkişaf edib, ideya və təşkilati baxımdan daha da möhkəmlənib. YAP-ın milli dövlətçilik konsepsiyasının əsasında azərbaycançılıq ideologiyası və məfkurəsi dayanır. Milli ideologiyamızda milli dövlətçilik və milli-mənəvi dəyərlər əsas yer tutur. Bu gün mənim üçün ikiqat şərəfdir ki, ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın üzvüyəm. Partiyamız keşməkeşli yol keçib. Müxalifətdə də olmuşuq. YAP-ın mühüm xüsusiyyəti ondan ibarətdir ki, müxalifətdə olanda da həmişə dövlətçilik mövqeyindən çıxış edib. Bu da Heydər Əliyevdən, Onun siyasi dünyagörüşündən irəli gəlir. Bu partiya üçün yalnız bu amallar üstündür: Dövlətçilik, xalqın mənafeyi, milli maraqlarımız daim nəyin bahasına olursa - olsun qorunmalıdır.


 
  • Oxunub:  21540  |  
  • Tarix:  07-05-2009  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA