Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın inkişafınının əsasını təşkil edir

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın inkişafınının əsasını təşkil edir

28.04.2009 [15:01]

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.gov.az saytına müsahibə verib:
- Bahar xanım, may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü tamam olur. Bu münasibətlə respublikamızın hər yerində müxtəlif tədbirlər keçirilməkdədir. Ulu öndərimizin Azərbaycan tarixində rolu barədə nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə olunacaqdır. Bu müzakirələr zamanı yeni-yeni çalarlar və mənalar üzə çıxacaqdır. çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. O mənada ki, Azərbaycan xalqının hansı tarixi mərhələlərdən keçib gəldiyini, nələrlə üzləşdiyini və nəyin hesabına özünü qoruduğunu həm bizə, həm də dünyaya necə çatdırmağın yolunu göstərdi. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Ulu öndərimizin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik.
Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı Onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli lidermiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.
- Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Bu baxımdan necə hesab edirsiniz, bu irsin öyrənilməsi işini necə qiymətləndirmək olar?
- Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasını zəngin məzmuna və böyük təsir gücünə malik olması fərqləndirir. Tam qətiyyətlə demək olar ki, ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər tarixin ən intensiv mərhələsi kimi yadda qalıb. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş zirvəsi adlandırmaq, bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz bu zaman kəsiyində Heydər Əliyev fenomeni Azərbaycanın malik olduğu bütün intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü özündə cəmləyib, ölkənin sürətli tərəqqisinin qüdrətli amilinə çevirib. Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaqdır. Lakin Heydər Əliyevin xalqa xidməti anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, ulu öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir. Bu baxımdan hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparlır.
- Bu gün ulu öndərimizin müəyyənləşdirdiyi siyasət ölkəmizin uzunmüddətli inkişafının əsasını təşkil edir...
- Prezident İlham Əliyev bütün fəaliyyəti ərzində Azərbaycanın tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yaxşılaşmasına, ölkəmizin dünyanın qüdrətli dövlətləri sırasına çıxarılmasına xidmət etmiş böyük siyasətçi Heydər Əliyevin siyasi və dövlətçilik xəttini davam etdirən ən layiqli şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanın tərəqqisi üçün necə əlindən gələni edirdisə, bu gün Prezident İlham Əliyev də ölkəmizin inkişafının təmin edilməsində fədakarlıqla çalışan bir siyasi xadim kimi Onun yolunu uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyev dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin inam və etibarını ləyaqətlə doğruldur. Dövlətimizin başçısı ölkə əhalisinin Azərbaycanın gələcək inkişaf yolları üçün səfərbər olmasında olduqca səmərəli fəaliyyət göstərir. Ən önəmli məqamlardan biri odur ki, Prezidentimiz uzaqgörən bir siyasətçi kimi sağlam gənclər yetişdirmək, bununla da bütün xalqımızın sağlam gələcəyini təmin etmək üçün səylə çalışır. Neft kapitalını insan kapitalına çevirmək ideyası da ölkə başçısına məxsusdur. Artıq bu istiqamətdə dövlət proqramı həyata keçirilir. Gənclərimiz dünyanın ən nüfuzlu ali təhsil məktəblərinə oxumağa göndərilir ki, bu da gələcəkdə Azərbaycanın kadr potensialının güclənməsində, peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm amildir. Biz inanırıq ki, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək.
- Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin ən böyük, alternativsiz siyasi qüvvəsidir. İstərdik ki, YAP İdarə Heyətinin üzvü olaraq partiyamızın keçdiyi zəngin inkişaf yoluna nəzər salasınız...
- ümümmilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. YAP-ın yaranması sosail sifariş və tarixi zərurət idi. Məqsədi və məramı ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycan dövlətçiliyini yaşatmaq, beynəlxalq aləmdə yerini möhkəmləndirmək, milli maraqlarımızı qorumaq olan YAP tezliklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. O zaman YAP-ın yaranması və Heydər Əliyevin partiyanın Sədri seçilməsi Azərbaycanın siyasi səhnəsinə yeni nəfəs verdi. Partiyamız sözün əsl mənasında xalqın partiyasına çevrildi. Odur ki, YAP-ın bu ideoloji baza üzərində qəbul edilmiş proqramında müəyyənləşdirilən strateji xəttin mahiyyətini məhz Azərbaycan xalqının milli maraqları təşkil edir. Ulu öndərimizin qurucusu olduğu partiyamız ötən dövrdə həm keyfiyyət, həm də kəmiyyət baxımından böyük inkişaf yolu keçib. Ulu öndərimizin təbirincə desək, Azərbaycan cəmiyyətinin ən intellektual təbəqəsini özündə birləşdirən partiya dövlətçilik naminə ideoloji cəbhədə yeni tariximizə şanlı səhifələr yazıb , dövlətimizin həyata keçirdiyi həm daxili, həm də xarici siyasətin avanqard qüvvəsinə çevrilib. Hesab edirəm ki, müstəqil dövlətçiliyimizin tarixi eyni zamanda partiyamızın tarixidir. Bu gün partiyamız Prezident İlham Əliyevin Sədrliyi ilə özünün yeni inkişaf mərhələsini yaşayır. Artıq YAP üzvlərinin sayı 500 min nəfərə yaxınlaşıb. Bu gün YAP Cənubi Qafqaz regionunda ən böyük və güclü siyasi təşkilatdır. Məhz bu gücün nəticəsidir ki, partiyamız bütün seçkilərdə mütəşəkkil şəkildə iştirak edir və böyük qələbələr qazanır. Əminəm ki, YAP gələcəkdə də böyük qələbələrə imza atacaq.
- Bahar xanım, bu günlərdə YAP Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi. Konfransda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müəyyənləşdi. Eyni zamanda yeni heyət seçildi. Sizcə, bu konfrans və qəbul olunmuş qərarlar partiyanın Qadınlar Şurasının fəaliyyətinə nə dərəcədə təkan verəcək?
- YAP Qadınlar Şurasının fəaliyyəti bütövlükdə partiyamızın fəaliyyətinin tərkib hissəsi olaraq müsbət qiymətləndirilir. Bu gün ölkədə uğurlu gender siyasəti həyata keçirilir. Azərbaycan qadını cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilir. Gənc nəslin təlim-tərbiyəsində, əxlaqi və mənəvi keyfiyyətlərin onlara aşılanmasında qadınlarımızın əvəzolunmaz rolu vardır. YAP Qadınlar Şurasında da ölkəmizin nüfuzlu, sayılıb-seçilən qadınları təmsil olunur. Təsadüfi deyil ki, YAP üzvlərinin 40 faizindən çoxunu qadınlar təşkil edir. Bu fakt onu göstərir ki, Azərbaycan qadınının inandığı siyasi təşkilat YAP-dır. Partiyamızın Qadınlar Şurasının konfransında ötən 14 ildə görülən işlərə qiymət verildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi. İnanıram ki, YAP Qadınlar Şurası konfransın qərarlarının yerinə yetirilməsi istiqamətində səylə çalışacaq. Bundan sonra da daha səmərəli fəaliyyət göstərəcək.

Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30