Ana səhifə »  Müəlliflər »  Ermənistan siyasi böhran ərəfəsində
A+   Yenilə  A-
Ermənistan siyasi böhran ərəfəsində
Yazdı: Nurlan Qələndərli

Ölkənin sosial-iqtisadi tənəzzülü aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə siyasi problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır
Dünya siyasətində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha kəskin xarakter alıb. Serj Sarkisyanın rəhbərlik etdiyi rejimin həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib. İqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib.
Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb
Ekspertlərin birmənalı qənaəti budur ki, bütün bunların əsasında Sarkisyan rejiminin istinad etdiyi daxili və xarici siyasət kursu durur. Siyasi şərhçilər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu göstərilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. Sarkisyan hakimiyyətinin xarici siyasətinin iflası, diplomatik cəbhədə müşahidə edilən çoxsaylı uğursuzluqlar ölkə və hakimiyyət daxilindəki isterikanı daha da artırıb.
İşğalçı ölkəni yeni iqtisadi, siyasi və demoqrafik problemlər gözləyir
Ermənistan iqtisadi kontekstdə çıxış yolunu Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqda görürdü, amma mövcud reallıqlar bu ümidlərin əsassız olduğunu göstərir. Artıq bu ölkənin ekspertləri, siyasi xadimləri də Aİİ-yə daxil olmağın heç bir üstünlük gətirməyəcəyini, ümidlərin puç olduğunu bildirməklə, Ermənistanı yeni iqtisadi, siyasi və demoqrafik problemlərin gözlədiyini vurğulayırlar. Yeri gəlmişkən, Ermənistan parlamentində təmsil olunan “Erməni Milli Konqresi” fraksiyasının katibi, millət vəkili Aram Manukyan bu məsələ ilə əlaqədar deyib ki, mühacirət Ermənistan üçün əsas problemdir və bunun günahkarı hazırkı hakimiyyətdir. O, statistik nəticələrə nəzər salaraq hər il 110-120 min arası vətəndaşın Ermənistanı tərk etdiyini və təxminən onların 60 min nəfərinin bir daha Ermənistana qayıtmadığını deyib. Deputat Ermənistanı tərk edənlərin daha sonra öz yaxınlarını ölkədən çıxardığını əlavə edib: “Bu, bizim ölkəmiz üçün çox ciddi problemdir və bu problem yalnız hakimiyyət dəyişikliyi nəticəsində həll oluna bilər”.
Ermənistan parlamentindəki “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan isə bildirib ki, gerçək iqtisadi göstəricilər gizlədilir və Ermənistanın iqtisadi tənəzzülü siyasi böhrana yol açır.
Mitinqin verdiyi siyasi mesajlar, yaxud işğalçı ölkə sosial inqilaba doğru...
Dolayısıyla, Ermənistan siyasi böhran ərəfəsindədir. Bu böhran özünü siyasi qüvvələrin konfrantasiyası formasında göstərir. Artıq mitinq və etiraz aksiyaları bu ölkənin siyasi palitrasının qanunauyğunluğuna - adi halına çevrilib.
Məlum olduğu kimi, bir neçə gün öncə İrəvanda minlərlə müxalifət tərəfdarı yürüş keçirib. Yürüşə parlamentdəki müxalifət üçlüyünün (“Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs”) liderləri rəhbərlik ediblər. Partiya liderləri müəyyən müddət sonra aksiyanı tərk etsələr də, mitinq sonadək davam edib.
Qeyd edək ki, aksiya çərçivəsində açıq siyasi mesajlar verilib. Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verib: “Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç kim lənglik nümayiş etdirməyəcək”, - deyən Zurabyan gələcəkdə oturaq etiraz aksiyalarının keçiriləcəyini vurğulayıb.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə çıxışında bu fikirləri səsləndirib: “Ölkə və xalq acınacaqlı vəziyyətdədir, hakimiyyətin yürütdüyü siyasət nəticəsində əhalinin ölkəni tərk etməsi getdikcə artır. Xarici siyasətdə də uçurumlar müşahidə olunur. Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur və biz vəziyyəti dəyişməliyik”.
Dolayısıyla, bu fikirlərin fonunda ekspertlərin qənaəti budur ki, mövcud problemlər sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bütün bunları nəzərə alan siyasi şərhçilər qeyd edirlər ki, Ermənistanda uzun zamandır ki, aktuallıq qazanan sosial inqilab çağırışları yenidən gündəmdədir.
Ermənistanın gələcəyi qeyri-müəyyəndir
“Tert.am” saytı isə yazır ki, Ermənistanın yanlış daxili və xarici siyasət kursu ölkənin vəziyyətinin müəmmalı olmasını şərtləndirir: “Əsas etibarilə də, iqtisadi tənəzzül getdikcə dərinləşir. Hökumət hər hansı bir çıxış yolu müəyyənləşdirməyib. Belə olan halda, Ermənistanı kimin və hansı resurslar hesabına xilas edəcəyi də bəlli deyil”.
Qeyd etdiyimiz kimi, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir. Cari ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, rəsmilərin hesabatlarının əksinə olaraq, bu ölkədə nəinki heç bir iqtisadi artım qeydə alınmayıb, hətta ciddi geriləmə tendensiyası aktual olub.
Məhz bu durumun fonunda cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Yeri gəlmişkən, bu ölkə mətbuatının məlumatına görə, Ermənistanın tənəzzülü həm də özünü demoqrafik böhranla büruzə verir. Bu ilin ilk 9 ayı ərzində Ermənistanı tərk edənlərin sayı 51 min 954 nəfər olub: “Bu, təkcə İrəvanın “Zvartnots” və Gümrünün “Şirak” hava limanlarında qeydiyyatdan keçərək ölkədən gedənlərin sayıdır. Onlar bir daha Ermənistana qayıtmayıblar. Ölkəni tərk edənlərin sayı ötən ilə nisbətən 20 faiz artıb. Belə ki, ötən il bu rəqəm 43 min 224 nəfər olub”.
Nəticə etibarilə, Ermənistanın gələcəyi qeyri-müəyyəndir.

 
  • Oxunub:  25560  |  
  • Tarix:  01-11-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA