Ana səhifə »  Müəlliflər »  AXCP-də yarpaq tökümü davam edir
A+   Yenilə  A-
AXCP-də yarpaq tökümü davam edir
Yazdı: Mübariz Abdullayev

Əli Kərimli və onun yaxın çevrəsi isə istefalardan peşmançılıq çəkmək əvəzinə, “günahı” gedənlərin ayağına yazmaqla özlərini təmizə çıxarmağa çalışırlar
Getdikcə cılızlaşan, qohum-əqrəba, dost-tanış və muzdla tutulanlar partiyasına çevrilən AXCP-nin sədri Əli Kərimli də indiyədək təmsil etdiyi qurumda və bütövlükdə radikal düşərgədə “əkdiyi” ağacların “bəhrəsini” dərir. Ancaq iş burasındadır ki, Əli Kərimlinin “barı-bəhrəsi” zəhərli meyvələrdir və ilk növbədə də, onun özünü pis hala salıb.
AXCP sədrinin radikal düşərgədə təklənməsini yada salaq. Əli Kərimlinin zaman-zaman sərgilədiyi “intriqa oyunları”, qaragüruhçuluğu düşərgə təmsilçilərini bezdirib. İndi radikallar “Əli Kərimli ilə yol getməyin mümkün olmadığını” açıq mətnlə dilə gətirirlər.
Əli Kərimlinin daim közü öz qabağına çəkməsi, pul hərisliyi, xəyanətlər seriyasına ara verməməsi təmsil etdiyi AXCP-də də oxşar mənzərə yaradıb. Belə ki, vaxtilə hansısa səbəblərdən AXCP-yə üz tutan “cəbhəçi”lər indi “ziyanın yarısından qayıtmaq da xeyirlidir” deyərək, Əli Kərimli ilə yollarını ayırırlar. Artıq partiyadan qopmalar kütləvi hal alıb. Diqqəti çəkən əsas məqamlardan biri də narazılıqların, necə deyərlər, partiyanın özəyinə işləməsi ilə bağlıdır. Ötən il ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində AXCP sədrinin müavini Asəf Quliyev partiyadaxili mühitə etirazını bildirərək istefa vermişdi. Bir qədər bundan əvvəl iki jurnalist Əli Kərimlinin partiyada yaratdığı diktatura rejiminə etirazlarını nümayiş etdirərək AXCP ilə üzülüşdüklərini bildirdilər.
Cari ilin oktyabr ayından isə AXCP-də istefaların yeni dalğası, sözün əsl mənasında, payız yarpaq tökümü başlayıb. Belə ki, oktyabrın son ongünlüyü başlayar-başlamaz AXCP sədrin müşaviri, partiya yarandığı gündən onun ön sıralarında olan, Əli Kərimlinin mitinqlərdə həmişə qabağa verdiyi Şakir Abbasovun qalmaqallı istefası ilə “silkələndi”. Əlbəttə, Ş.Abbasov partiyadan bir çoxları kimi üzüyola, başını aşağı salıb getmədi. Keçmiş müşavir getmək qərarı verməklə bərabər, həm də sandığı açaraq içindəki pambığı çölə tökdü, Əli Kərimli barədə bildiklərini aləmə car çəkdi. Əli Kərimlini bir sıra “əyri işlərdə” ittiham edən keçmiş müşavir istefası ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib: “Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir”.
Ş.Abbasovun ardından AXCP-də təmsil olunan Qarabağ müharibəsi veteranı İslam Mahmudov da “Təşkilatı (AXCP-ni-red.) indi kimlərin idarə etməsi çox acınacaqlıdır” deyərək Əli Kərimlinin oyuncaq partiyasının sıralarını tərk edib. İ.Mahmudov AXCP-dən getməsinin partiya rəhbərliyinin “apardığı kampaniya” ilə bağlı olduğunu vurğulayıb və “orada yeri olmadığı qənaətinə gəldiyini” açıqlayıb: “Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qisasını xalqdan almaq iddiasındadı. Partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm”.
Bu günlərdə isə KİV-lərdə AXCP-nin Sumqayıt şəhər şöbəsindən onlarla “cəbhəçi”nin partiya rəhbərliyinə etiraz əlaməti olaraq qurumun sıralarından istefa verdikləri barədə xəbərlər yer alıb.
Haqqında bəhs olunan istefalara rəğmən, Əli Kərimli və onun yan-yörəsi yenə də öz bildiklərindən qalmaq istəmirlər. Əslində, baş verənlərin müqabilində partiyanın sədri və onun vəzir-vəkilləri papaqlarını qabaqlarına qoyub fikirləşməli, deyilənlərdən nəticə çıxarmalı və əməllərinə görə peşmançılıq çəkdiklərini dilə gətirməlidirlər. Lakin radikalların dilləri ilə desək, Əli Kərimlidə peşmançılıq çəkmək hissi olsaydı, gərək, çoxdan siyasətdən gedəydi. Bu dəfə də AXCP sədri və onun yaxın çevrəsi “ayıblarına kor olmaq” əvəzinə, istefa verən “cəbhəçi”lərin üstünə gedərək onları “ağ yuyub, qara sərməyə” çalışırlar. Məsələn, Əli Kərimlinin “sağ əli” kimi ad çıxaran, öz nəzarətlərində olan KİV-lərdə sağa-sola səpələdiyi açıqlamaları ilə “yetənə yetən, yetməyənə də qara daş atan” sədr müavini Fuad Qəhrəmanlı yenə də adəti üzrə, “günahı” partiyadan gedənlərin ayağına yazmağa çalışıb, hətta bir qədər də qabağa gedərək onların ümumiyyətlə “AXCP üzvü olmadıqlarını”, “partiya ilə əlaqələri çoxdan kəsdiklərini” və yaxud “AXCP-nin sıravi üzvləri” olduqlarını dilə gətirib.
F.Qəhrəmanlının bu qəbildən olan açıqlamalarından AXCP rəhbərliyinin partiya təmsilçilərinə hansı dəyəri verdiyi bir daha aydın olur. Belə çıxır ki, AXCP-də bölgü aparılıb və bu bölgüyə əsasən Əli Kərimli, Fuad Qəhrəmanlı kimiləri “birinci sort”, digərləri isə “ikinci sort” “cəbhəçi”lərdir. AXCP rəhbərliyinin partiyadan gedənlərə belə aşağılayıcı münasibəti Əli Kərimlinin dairədən çöldə saxladığı “cəbhəçi”lər üçün düşündürücü məqamdır-zaman gələcək, onlar da eyni aqibəti yaşayacaqlar...

 
  • Oxunub:  26130  |  
  • Tarix:  31-10-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA