Ana səhifə »  Müəlliflər »  Xəyanətkar Xədicə İsmayılovanın növbəti təxribatı fiaskoya uğradı
A+   Yenilə  A-
Xəyanətkar Xədicə İsmayılovanın növbəti təxribatı fiaskoya uğradı
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurları həzm edə bilməyən ermənipərəst dairələrin xidmətçisinə çevrilmiş X.İsmayılovanın daha bir çirkin oyunu baş tutmadı
Məlum olduğu kimi, Azərbaycan hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Eyni zamanda, Azərbaycan hakimiyyəti insanların layiqli həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün hər zaman iradə nümayiş etdirir. Yəni, ölkəmizdə demokratik proseslərin inkişafına, xüsusilə də insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilir. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən insan hüquqlarının qorunması kursu hər zaman prioritet olaraq qəbul edilib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atılıb. Eyni zamanda, dövlətimizin başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün xarici təşkilatlar və ekspertlər tərəfindən də yüksək dəyərləndirilir.
Yeri gəlmişkən, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupunun yenidən fəaliyyətini bərpa etməsini də, məhz bu mütərəqqi siyasətin davamı kimi qiymətləndirmək olar. Məlum olduğu kimi, oktyabrın 22-də fəaliyyətini bərpa edərək ilk iclasını keçirən işçi qrupunun iclasında bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın sessiyasında çıxışı zamanı Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoq aparmağa hazır olduğunu, belə dialoq üçün açıq olduğunu bir daha təsdiq edib. Dövlət başçısı Avropa Şurasının Baş katibi T.Yaqland ilə telefon danışığı zamanı iqtidarın dialoq üçün açıq olduğunu bir daha qeyd edib və bu kontekstdə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi məsələsini müzakirə edib. Bu görüş Azərbaycan Respublikası Prezidentinin və Avropa Şurası Baş katibinin təşəbbüsüdür. Həmçinin, dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb. Qeyd edək ki, işçi qrupunun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən, BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri daxildirlər.
Ermənipərəst dairələrin əlaltısına çevrilmiş Xədicə İsmayılovanın kimliyi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur
Onu da bildirmək yerinə düşər ki, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi, o cümlədən, ölkəmizin demokratik ənənələrə sadiqliyini sübut edən addımların atılması bir sıra xarici anti-azərbaycançı, ermənipərəst, islamofob dairələri narahat etməkdədir. Bu diskomfortun nəticəsidir ki, həmin xarici dairələrin sifarişlərini yerinə yetirən “5-ci kolon” nümayəndələri ölkəmizdə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət göstərən işçi qrupunun fəaliyyətinin bərpası məsələsinə fərqli don geyindirməyə, Azərbaycana qarşı yeni böhtan kampaniyası aparmağa təlimatlandırılıblar. Hər zaman antimilli kampaniyaların önündə yer alan Xədicə İsmayılova isə bu məsələdə də öz “aktivliyi” ilə seçilir.
Öncə onu vurğulamaq yerinə düşər ki, X.İsmayılova hələ işçi qrupunun bərpa iclasından bir gün qabaq, yəni oktyabrın 21-də sosial şəbəkələrdə qrup üzvlərini aşağılayan fikirlər yayımlayıb, onları təhqir edib. Təbii ki, bu da X.İsmayılovanın qulluq göstərdiyi mərkəzlərdən aldığı əmrdən irəli gəlir. Yəni, o, hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın milli maraqlarına qarşı düşmən kəsilib və ermənipərəst dairələrin yanında yer aldığını əməli ilə sübuta yetirib. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinə X.İsmayılovanın fəaliyyət və ya həyat “ştrixlərini” geniş izah etməyə hacət yoxdur. X.İsmayılovanın hansı əməllərin daşıyıcısı olduğu, kimliyi, fəaliyyəti, o cümlədən, digər məsələlər xalqımıza yaxşı bəllidir. Ermənilərlə eyni səfdə dayanan, erməni qanadını yorğan edib üstünə örtməyə çalışan belələri üstündə gəzdikləri Vətəni, millətlərini satmaq üçün bir göz qırpımını belə əldən qaçırmırlar. Artıq ermənilərlə işbirlikləri sübuta yetirilən X.İsmayılova üçün bundan utanmamaq, satqınlıqlarının ayıbına kor olmamaq adi bir hala çevrilib.
Budəfəki “plan” Azərbaycan dövlətini AŞ-da çətin vəziyyətə salmağa istiqamətlənmişdi - Təxribat baş tutmadı...
Heç şübhəsiz, X.İsmayılovanın bu addımının altında yatan səbəblərdən biri, bəlkə də, ən başlıcası birmənalı şəkildə son dövrlərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna zərbə vurmaqdır. Bir müddət öncə BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərən, iki ay ən nüfuzlu beynəlxalq quruma rəhbərlik edən Azərbaycan dövləti artıq Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu mənada Azərbaycanın ən aparıcı siyasi təşkilatlarda rəhbər funksiyalarda çıxış etməsi birmənalı şəkildə həm ermənipərəst dairələri, həm də ermənilərin dəstəkçisi olan X.İsmayılova kimi “sapı özümüzdən olan baltaları” narahat etməkdədir. Məhz Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, AŞ Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə, guya, “insan haqları pozulur” görüntüsünü yaratmaq üçün X.İsmayılova bu cür çirkin oyunlara əl atır. Nəzərə alsaq ki, işçi qrupunun bərpa olunması ilə bağlı təşkil olunan bu tədbirin təşəbbüskarı həm də Avropa Şurası idi, artıq şərhə ehtiyac qalmır. Yəni, X.İsmayılovanın təxribatının hara istiqamətləndiyi bəlli olur...
Bir sözlə, X.İsmayılova və onun xarici havadarları Azərbaycanı təmsil olunduğu və rəhbərlik etdiyi qurumda çətin vəziyyətdə qoymaq fikrində idilər. Çünki bərpa iclasında məhz AŞ-nin nümayəndəsi də iştirak edirdi. Onlar bu addımları ilə, guya, Azərbaycanda insan haqlarına hörmət göstərilməməsini qabartmağa çalışırdılar. Amma göründüyü kimi, bu cür xəbis insanların niyyətləri hər zaman puça çıxır. Qeyd edək ki, iclasda iştirak edən insanlar, o cümlədən, işçi qrupunun üzvləri də X.İsmayılovanın hərəkətlərinin təxribat olduğunu qeyd ediblər və qrupun işini indidən şübhə altına alan bir şəxsin orada təmsil olunma haqqının olmadığını bildiriblər. Beləliklə, ermənipərəst dairələrin X.İsmayılovanın əli ilə qurmaq istədiyi növbəti çirkin oyun da fiasko ilə nəticələnib.
Ömrü boyu erməni şələsi daşımış X.İsmayılova və digər “5-ci kolon” nümayəndələri artıq özləri də bilirlər ki, ifşa olunublar
Bəli, Azərbaycan dövləti hər zaman demokratik inkişafda, vətəndaş birliyinin daha da gücləndirilməsində maraqlı olub və bu istiqamətdə əhəmiyyətli addımları ilə seçilib. Amma anti-azərbaycançı dairələrə nökərçilik edənlərin xisləti bu uğurları nə həzm, nə də etiraf etməyə imkan vermir. X.İsmayılova başda olmaqla bu cür xəyanətkar yolların yolçularının son nəticədə qazandıqları isə xalqın nifrəti, cəmiyyətin qınağıdır. Yəni, ömrü boyu erməni şələsi daşımış X.İsmayılova və digər “5-ci kolon” nümayəndələri artıq özləri də bilirlər ki, ifşa olunublar. Azərbaycan xalqı bu ünsürlərin kimliyini, hansı mənbələrdən qidalandığını və hansı məqsədlərin nökərinə çevrildiyini yaxşı bilir. Sadəcə, X.İsmayılovanın budəfəki “revanşı” yenidən erməni lobbisinə yarınmaqla sıradan çıxmış ermənipərəstlərin yerini doldurmaq istəyindən qaynaqlanırdı. Amma onun bütün səyləri əbəsdir. Çünki bu dəfə də onların planları “suya düşdü”. Azərbaycan xalqı 1993-cü ildən bu yana əldə etdiyi həmrəyliyini hər zaman nümayiş etdirir və gücləndirir, X.İsmayılova kimilərinin bu həmrəyliyə xələl gətirməsinə imkan vermir...

 
  • Oxunub:  23220  |  
  • Tarix:  25-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA