Ana səhifə »  Müəlliflər »  Leyla Yunusun hansısa mükafat almağa mənəvi haqqı yoxdur
A+   Yenilə  A-
Leyla Yunusun hansısa mükafat almağa mənəvi haqqı yoxdur
Yazdı: Mübariz Abdullayev

Adının “Saxarov” mükafatından kənarda qalması həm də “hüquq müdafiəçisi”nə ermənipərəst dairələrdən bir mesajdır: Daha işə yaramırsan, xidmətlərin sənə göndərilən qrantların əvəzində yetərli deyil!
Vətənə xəyanətdə, vergi cinayətlərində ittiham olunaraq həbsə alınan və barəsində istintaq aparılan “Sülh və demokratiya institutu”nun rəhbəri Leyla Yunus son günlərədək Avropa Parlamentinin “Saxarov” mükafatı ilə bağlı öz-özlüyündə xəyallar qururdu. Ancaq Leyla Yunusun və onun havadarlarının arzuları gözlərində qaldı-Avropa Parlamenti son anda onları pəjmürdə edən qərar çıxartdı və 2014-cü il üçün “Saxarov” mükafatı Konqodan olan həkim Denis Mukveqə qismət oldu.
Leyla Yunus hansı “xidmətlər”inə görə mükafat eşqinə düşmüşdü?
Sirr deyil ki, “Saxarov” mükafatının laureatları ilə Leyla Yunus arasında yerlə göy qədər fərq var. İstər Denis Mukveq, istər Pakistandan olan ötənilki laureat Malala Yusifzah, istərsə də digərləri böyük humanizm nümunəsi nümayiş etdiriblər. Bəs Leyla Yunus? Onun “xidmətləri”nin humanizm və insan haqları prinsipləri ilə zərrə qədər də bağlılığı yoxdur. Onun “fəaliyyəti” Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti həyata keçirən ermənilərə can-başla xidmətlə məhdudlaşır. Bəli, erməni maşası rolunu oynamaqda Leyla Yunus əsl “fədəkardır” və o indiyədək “erməni işinə” az töhfələr verməyib. Belə ki, o, AXC-”Müsavat” iqtidarı dövründə Müdafiə Nazirliyində tutduğu vəzifədən sui-istifadə edərək Azərbaycan ordusunun cəbhə bölgəsindəki dislokasiya yerləri, əməliyyat və yerdəyişmə planları barədə düşmən tərəfə məlumatlar, xəritələr ötürüb, vəzifədən qovulduqdan sonra isə ermənilərin xeyrinə fəaliyyətini vətəndaş cəmiyyətinin təmsilçisi adı altında davam etdirib. “Hüquq müdafiəçisi” cildinə girən Leyla Yunus bu dəfə isə Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək üçün ölkəmizlə bağlı ayrı-ayrı “beynəlxalq” təşkilatlara donos xarakterli məlumatlar, öz subyektiv və korporativ maraqlarından çıxış edərək hazırladığı “siyasi məhbus” siyahıları göndərir, çoxsaylı təxribatlara cəhdlər göstərirdi.
Təbii ki, Leyla Yunus bütün bunları yalnız ermənilərin “qara qaşlarına, ala gözlərinə” görə etmirdi. Ailə şəcərəsinin ermənilərlə bağlılığı və əlbəttə ki, maddi maraq onu “erməni işinə” calayan əsas motivlərdir. Yeri gəlmişkən, bu yaxınlarda bir jurnalist araşdırması nəticəsində Leyla Yunusun yuxarıda bəhs etdiyimiz “fəaliyyəti” müqabilində həm də xeyli sərvət qazandığı üzə çıxdı.
Bütün bunlardan sonra Leyla Yunus özünü necə “hüquq müdafiəçisi” adlandıra və hansısa mükafata göz dikə bilər? Buna onun əsla mənəvi haqqı çatmır. Leyla Yunusun “mükafatı” Azərbaycan cəmiyyətinin Vətən xaininə bəslədiyi qəzəb və nifrətdir ki, bunu da o qazanıb.
Leyla Yunus “Saxarov” mükafatı üçün niyə sinoy gedir?
Ermənipərəst “hüquq müdafiəçisi”nin “Saxarov” mükafatı üçün sinoy getməsinin bir səbəbi də adına mükafat təsis edilən akademik Saxarovla Leyla Yunus arasında mənəvi bağlılıqdan qaynaqlanır. Məlumat üçün bildirək ki, hələ keçmiş sovet dönəmində qəfildən “hüquq müdafiəçisi”nə çevrilən akademikin yeni ampluada fəaliyyətinin əsas xəttini də məhz “erməni işi”nə töhfələr vermək təşkil edib. Belə ki, Saxarov ikinci dəfə erməni əsilli Yelena Bonner-Əlixanyanla evləndikdən sonra bu erməni qadını akademiki çox qısa müddətdə öz təsiri altına alaraq nəinki yalnız əvvəlki izdivacından olan övladlarından uzaq salmış, eyni zamanda, onu ermənilərin fəal müdafiəçisinə çevirməyi bacarmışdı.
Saxarovun erməni əsilli arvadı Yelena Bonner-Əlixanyanın və onun vasitəsilə erməni lobbisinin təsiri altında olduğu Dağlıq Qarabağ məsələsində bütün cəhətləri ilə özünü bir daha büruzə verdi. Erməni arvadı Y.B.Əlixanyandan təlimatlar alan Saxarov Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini təbliğ edən qdlyanların, starovoytovaların xorunda xüsusi fəallıq nümayiş etdirirdi. Akademik titullu “hüquq müdafiəçisi” keçmiş SSRİ-nin birinci və axırıncı prezidenti M.S.Qorbaçova ünvanladığı məktubda Dağlıq Qarabağla bağlı bunları yazıb: “Mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. O, Dağlıq Qarabağda yaşayan ermənilərin DQMV-nin Ermənistana birləşməsi ilə bağlı tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın...”
Beləliklə, istər Leyla Yunusun, istərsə də Saxarovun ailələrindəki erməni nəfəsi onların ruhuna hopub və hər ikisinin gələcək həyat yolunun müəyyənləşməsində dominant rol oynayıb. Buradan da Leyla Yunusun “Saxarov” mükafatı üçün sinoy getməsinin səbəbləri aydınlaşır. Leyla Yunus və onun havadarları düşünürdülər ki, ermənilərə xidmətinə görə “dissident”ə çevrilən birisinin adına olan mükafat elə digər bir erməni maşasına - Leyla Yunusa çatmalıdır.
Leyla Yunusun “Saxarov” mükafatından kənarda qalması həm də indiyədək “erməni poliqonu”nda özünə rəqib görməyən “hüquq müdafiəçisi”nə ermənipərəst dairələrdən bir xatırlatmadır. Siyasi müşahidəçilər diqqəti ona yönəldirlər ki, məlum dairələr Leyla Yunusun qrantları alıb üstündən su içməsinin, “xidmətləri”nin səmərə verməməsinin fərqindədirlər. Onlar Leyla Yunusa mesaj göndərirlər ki, aldığın qrantların əvəzində sərgilədiyin “casus və donosçuluq fəaliyyəti” yetərli deyil, daha çox tər tökməlisən. İndi Leyla Yunus seçim qarşısında qalıb: Ya daha artıq dərəcədə tər tökməlidir, ya da ki tamahına “dur” deməyi bacarıb yerini xədicə ismayılovalara verməlidir...

 
  • Oxunub:  23790  |  
  • Tarix:  25-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA