Ana səhifə »  Müəlliflər »  Ermənipərəst dairələrin qulluqçusu Xədicə İsmayılova ənənəvi ampluada...
A+   Yenilə  A-
Ermənipərəst dairələrin qulluqçusu Xədicə İsmayılova ənənəvi ampluada...
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycanda demokratik təsisatların inkişafı, vətəndaş birliyinin gücləndirilməsi ermənipərəst, islamofob dairələrə xidmət göstərən bu “5-ci kolon” təmsilçilərini əməlli-başlı narahat edir
Xəbər verildiyi kimi, oktyabrın 22-də 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək iclas keçirib. İclasda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞ PA-nın sessiyasında çıxışı zamanı Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoq aparmağa hazır olduğunu, belə dialoq üçün açıq olduğunu bir daha təsdiq edib. Dövlət başçısı Avropa Şurasının Baş katibi T.Yaqland ilə telefon danışığı zamanı iqtidarın dialoq üçün açıq olduğunu bir daha qeyd edib və bu kontekstdə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi məsələsini müzakirə edib. Bu görüş Azərbaycan Respublikası Prezidentinin və Avropa Şurası Baş katibinin təşəbbüsüdür. Həmçinin, dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.
İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiqləyiblər. Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, həmin məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, işçi qrupunun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri daxildir.
Azərbaycan Respublikasında məhkəmə sistemi tam müstəqildir və iyerarxik xüsusiyyətə malikdir
Əlbəttə bu addım Azərbaycan dövlətinin və hakimiyyətinin demokratik təsisatların inkişafı istiqamətində ardıcıl və prinsipial mövqeyini bir daha ortaya qoyur. Bilindiyi kimi, demokratik ənənələrə sadiqliyini hər zaman nümayiş etdirən Azərbaycan Respublikasında məhkəmə sistemi tam müstəqildir və pilləli, iyerarxik xüsusiyyətə malikdir. Əslində, bu faktın özü də məhkəmə sistemində ədalətin tam bərpasına imkan verir. Belə ki, hansısa aşağı instansiyada hüquqlarının pozulduğunu iddia edən şəxslərin daha yüksək instansiyalara müraciət edərək öz hüquqlarını bərpa etmək imkanı var. Təbii ki, bu gün Azərbaycanın məhkəmə sistemində ədalət kriteriyaları kifayət qədər yüksək səviyyədə qorunmaqdadır. Hər halda Azərbaycanda bir sıra Qərb ölkələrindən fərqli olaraq 30-40 ildən sonra hansısa şəxsin günahsızlığı ilə bağlı vaxtı keçmiş “etiraflara” rast gəlinmir.
İşçi qrupunun bərpa olunması isə Azərbaycanda demokratik ənənələrin tam formalaşmasının daha bir sübutudur. Məhz Azərbaycan hakimiyyətinin ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi diqqət və qayğını nəzərə alsaq, belə bir qrupun fəaliyyəti insanlarımızın hüquqlarının qorunması istiqamətində daha uğurlu nəticələrin əldə olunmasına imkan verəcək. İşçi qrupunun tərkibində siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin aparıcı hüquq mudafiə təşkilatlarının təmsilçiləri ilə yanaşı, Azərbaycan hakimiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin olması bir daha göstərir ki, Azərbaycan dövləti insan hüquqlarının qorunmasına xidmət göstərən dialoqa hazırdır.
“5-ci kolon” təmsilçiləri niyə narahatdırlar?
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin ölkəmizdə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına hədəflənən bu addımı bəzi “5-ci kolon” nümayəndələri tərəfindən yenidən fərqli müstəvilərə yozulur. Hər zaman anti-azərbaycançı, ermənipərəst dairələrə qulluq göstərən “5-ci kolon” nümayəndələri Azərbaycan dövlətinin demokratiyanın inkişafına yönəlik bu addımını da özünəməxsus şantaj və böhtanlarla qarşılayıb. Bu kampaniyanın başında da “5-ci kolon”un “ən aktiv” nümayəndələrindən olan Xədicə İsmayılova dayanıb. Belə ki, o, toplantının keçirilməsinə bir gün qalmış sosial şəbəkələrdə işçi qrupunda təmsil olunan QHT nümayəndələrini təhqir edib. X.İsmayılova yazıb ki, “bu, vaxt, əsəb və enerji deməkdir. Bu, səmimiyyətindən və dürüstlüyündən, yumşaq desək, bədgüman olduğum adamlarla bir masa arxasında əyləşmək deməkdir”...
Xədicə İsmayılova, sən kimsən, jurnalist, yoxsa...?
X.İsmayılova yenidən öz ampluasına sadiq qalıb və bununla da islamofob və ermənipərəst dairələrə xidmətlərini davam etdirdiyini əməli ilə təsdiqləyib. Adını “jurnalist” qoyan bu şəxs birmənalı şəkildə anti-Azərbaycan dairələrinin siyasi maşası rolunda çıxış etməkdən usanmır. O, məhz sifariş aldığı dairələrə xidmət göstərmək üçün bu tədbirdə tərəf qismində iştirak etməyə niyyətlənib. Maraqlıdır, görəsən, o da hüquq müdafiəçisi qismində bu qrupda yer almaq istəyirsə, niyə özünün adını “jurnalist” qoyur? Axı, jurnalist peşəsinin diktə etdiyi şərtlər tamam fərqlidir?
Birmənalıdır ki, Azərbaycanın daxilində hökm sürən demokratiya, vətəndaş birliyi və sabitlik bəzi “demokratiya ixracatçısı” olan imperialist qüvvələrə sərf etmir. Məhz X.İsmayılova kimilərindən istifadə edərək ölkəmizdə formalaşdırılan demokratik mühitə və sabitliyə zərər yetirməyə çalışan həmin imperialist “mərkəzlər” bu tip şəxslərin əli ilə xaosun yaradılması niyyətindədirlər. Bu cür milli maraqlara düşmən kəsilənlər isə yalanları, çirkabları ilə artıq heç nəyə nail ola bilmirlər. Yəni, X.İsmayılovanın budəfəki iyrənc performansı da özünü gülünc vəziyyətə qoymaqla yanaşı, xəyanətkar yolda olduğunu növbəti dəfə sübut etməklə yadda qaldı.
X.İsmayılovanın ermənilərlə sinxron fəaliyyəti
Əslində, X.İsmayılovanın bu “haray-həşiri” Azərbaycan xalqına və milli maraqlarımıza qarşı yeni bir təxribatdan xəbər verir. Azərbaycandakı demokratiyanı şübhə altına almağa, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində, guya, hansısa problemlərin olduğunu iddia edən bu “5-ci kolon” nümayəndəsi öz addımları ilə ermənilərə arqument verməyə çalışır. Belə ki, Azərbaycan dövləti hər zaman bəyan edib ki, Dağlıq Qarabağın erməni vətəndaşları bizim ölkəmizin vətəndaşlarıdır və onların hüquqlarının qorunması Azərbaycan dövlətinin məsuliyyətidir. X.İsmayılova kimi ünsürlər isə bu cür yalançı licimləri ilə ölkəmizdə insanların azadlıqlarının məhdudlaşdırılması fonu yaratmağa, bununla da Dağlıq Qarabağı işğal edən terrorçuların dilinə dil verməyə çalışırlar. Eyni mənbədən qidalanan bu iki tərəfin sinxron fəaliyyəti göz önündədir.
Vurğulamaq yerinə düşər ki, Xədicə İsmayılovanın Dağlıq Qarabağ münaqişəsini özünün və xidmət etdiyi dairələrin çirkin siyasi oyunlarının alətinə çevirmək cəhdi ilk deyil. Fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova hər zaman ermənilərin barmaq işarəsi ilə oturub-duran birisi olub. Xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova istər ölkəmizdə keçirilən seçkilərə, istərsə də həyata keçirilən islahat, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bunu qulluq etdiyi və maliyyə dəstəyi aldığı dairələrin arzularına uyğun şəkildə təqdim etməyə çalışır.
Onun “hüquq müdafiəçiliyi” böhtandan, intriqadan və hüquq müdafiəçilərinin fəaliyyətinə mane olmaqdan ibarətdir
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi, İşçi Qrupunun üzvü Səadət Bənənyarlı deyib ki, bu qrupun fəaliyyəti sayəsində bu sahədə heç bir dövlətin sığortalana bilmədiyi mümkün pozuntuların qarşısı vaxtında alına biləcək. Bundan başqa işçi qrupunun fəaliyyəti ilə bağlı radikal düşərgə təmsilçilərinin pessimist proqnozlarına etiraz edən hüquq müdafiəçisi X.İsmayılovanın da qrupla bağlı fikirlərini əsassız sayıb: “Fikrimcə, vaxt keçdikcə kimin haqlı olduğu meydana çıxacaq. Mən indidən işçi qrupunun fəaliyyətinin səmərəli olacağına tam əminəm. Xədicə İsmayılovanın guya mən də daxil olmaqla bir sıra hüquq müdafiəçilərinin Prezidentə əfv üçün müraciət edən insanların ailələrinə təzyiq etməyimizlə bağlı fikirləri də tam absurddur. Hansı təzyiqdən söhbət gedə bilər? Biz kimik ki, başqasının yerinə əfv ərizəsi yazaq? Ağıllı insanlar danışmazdan əvvəl düşünməlidirlər. Xədicə İsmayılovanın fantaziyası o qədər genişdir ki, bəzən sərhədləri aşır”.
S.Bənənyarlı bildirib ki, X.İsmaylova tez-tez bu cür əsassız hücumlar və ittihamlar təşkil edir. O əlavə edib ki, işçi qrupunun fəaliyyətinə etiraz edən bir sıra xarici maraqlı mərkəzlər də olub: “Mümkündür ki, X.İsmaylova həmin mərkəzlərlə əlaqəlidir və işçi qrupun birinci iclasına, yenidən bərpa olunmasına kölgə salmaq əmrini də həmin mərkəzlərdən alıb. X.İsmayılova hüquq müdafiəsi məsələsində həvəskar səviyyədədir. Onun “hüquq müdafiəçiliyi” böhtandan, intriqadan və hüquq müdafiəçilərinin fəaliyyətinə mane olmaqdan ibarətdir”.

 
  • Oxunub:  22020  |  
  • Tarix:  24-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25