Ana səhifə »  Müəlliflər »  “Müsavat”da yeni qopmalar və parçalanma labüddür
A+   Yenilə  A-
“Müsavat”da yeni qopmalar və parçalanma labüddür
Yazdı: Mübariz Abdullayev

Arif Hacılı tərəfdarları partiyada “təmizləmə” aparılmasının “zəruriliyini” dilə gətirir, “narazılar” isə yeni “rəhbərliyi” repressiya dövrünün qəhrəmanları ilə müqayisə edirlər
Cari il sentyabrın 27-də keçirilən növbəti qurultayda Arif Hacılının sabiq başqan İsa Qəmbərin təhriki və saxtakarlıq yolu ilə “Müsavat”ın yeni rəhbəri “seçilməsi” partiyada bir növ “dəlinin quyuya daş atması” vəziyyətini yaradıb. İndi cəmi “müsavat”çılar “tədbir” töksələr də, müxtəlif “təkliflər” səsləndirsələr də, daşı quyudan çıxara bilmirlər. Qısası, partiyanın üzqarasına çevrilən qurultaydan sonra “Müsavat”da ara qarışıb, məzhəb itib. İndi burada hər “müsavat”çının ağzından müxtəlif avaz gəlir. Bir dəstə partiyanın ağzını dərəyə salmaq istəyir, digər dəstə isə onu yoxuşa dartmağa çalışır.
Artıq partiyadan qopmalar adi hal alıb. Partiyanın gənclər təşkilatının sabiq sədri Əhliman Abbas və daha 9 üzvü, eləcə də Tovuz rayon təşkilatı seçki saxtakarlıqlarını əsas gətirərək bütün heyətlə “Müsavat”dan getdiklərini bəyan ediblər. Partiya daxilində formalaşan ayrı-ayrı qruplaşmalardan gələn və əslində, yanan odun üstünə yağ tökməyə bənzəyən “barışıq təklifləri” də bir nəticə vermir.
Məsələn, narazı tərəflərə “Mən düz deyirəm, qarşı tərəf səhvdir” anlayışı indiki situasiyaya uyğun deyil” mesajı ünvanlayan başqanlığa sabiq namizəd Tural Abbaslı “20 gündür baş verənlərin səngimədiyini”, əksinə “alovlana-alovlana getdiyini” dilə gətirərək bütün bunlara görə partiyanın indiki rəhbərliyini günahlandırıb. Partiyadakı yaşlı nəslə “yol göstərmək” “cəsarətində” bulunan gənc “müsavat”çı Arif Hacılıya “ağıl öyrətməyə” davam edərək onu “aktiv olmağa” çağırıb və yazıb: “Müsavat” başqanı bütün partiyanın başqanıdır. Bütün partiyanı qucaqlamağı bacarmalıdır”.
“Seçkilər”də Qubad İbadoğlunu dəstəkləmiş “Müsavat” qadınlar təşkilatının sədri Ellada Məmmədli də Arif Hacılıya xitabən “sözdə qucaq açmaq, əməldə geri çəkilmək düzgün deyil” mesajını ünvanlayaraq onu “narazı tərəflə eyni masa arxasında problemləri həll etməyə” çağırıb. Qurultaydan sonra partiyada baş verənlərə kəskin münasibət bildirən Ellada Məmmədli narazılığını sərt şəkildə belə ifadə edib: “Gizli qrupda “müsavat”çıları söyənləri vəzifə ilə mükafatlandırırlar”.
“Müsavat”çıların iradlarına rəğmən, Arif Hacılı, necə deyərlər, öz bildiyindən qalmır. Artıq partiyada özünü külli-ixtiyar sahibi sayan yeni başqan seçki saxtakarlığına etiraz əlaməti olaraq “Müsavat”ı tərk edənləri “xəyanətkarlar” adlandırıb.
Bu məqamda qeyd edək ki, Arif Hacılı onun başqanlığını həzm edə bilməyənlərə qarşı “səlib yürüşü”nü təkbaşına aparmır. Bu günlərdə yeni başqanın tərəfdarları ona olan “sədaqətlərini” nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, “Müsavat”ın məclis üzvü Osman Kazımov partiyada təmizləmə aparmağın zəruriliyini dilə gətirib. Siyasi müşahidəçilər Osman Kazımovun səsləndirdiyi “təmizləmə” açıqlamasının əslində narazı “müsavat”çılara Arif Hacılıdan gələn bir hədə mesajı olduğu qənaətini ifadə edirlər. “Təmizləmə” anonsu “Müsavat”da Arif Hacılının “asaram-kəsərəm” dönəminin başlanğıcı kimi dəyərləndirilir. Bu açıqlama ilə Arif Hacılı tərəfdarları ona işarə edirlər ki, bundan sonra yeni başqana “asilik edənlərə” partiyada yer olmayacaq.
Gözlənildiyi kimi, Arif Hacılı tərəfdarlarının əndazəni aşmaları “narazılar” deyilən qruplaşmanın təmsilçilərinin əsəblərini daha da tarıma çəkib. Belə ki, Osman Kazımovun dilindən səslənən açıqlamaya “narazılar” düşərgəsinin əsas fiqurlarından sayılan Qubad İbadoğlunun cavabı özünü çox gözlətməyib. “Əqidə yoldaşlarına qarşı belə münasibəti yolverilməz” hesab edən Qubad İbadoğlu narazılığını bu cür ifadə edib: “Bu halda partiyadan Arif Hacılı qucaqlaşmağı təklif edir və onun yaxın tərəfdarlarından biri isə partiya üzvlərinin partiyadan çıxarılmasına, eyni zamanda, hətta mənim istefa verməyimə çalışır. Onlar başa düşmürlər ki, mənim tərəfdarlarım partiyadan kənarlaşsa, partiyanın ən azı yarısı orada qalmayacaq”.
Qurultaydan sonra Arif Hacılının partiyanın yeni başqanı “seçilməsi” ilə bağlı kifayət qədər sərt açıqlamalar verən Səxavət Əlisoy da kəskin danışıb. Arif Hacılı tərəfdarlarını “Müsavat”ın tarixinə qara ləkə vuranlar” adlandıran Səxavət Əlisoy “təmizləmə” çağırışlarını ötən əsrin 30-cu illərində Lavrenti Beriyanın çağırışları ilə müqayisə edərək vurğulayıb: “Beriya da Stalinə təklif edirdi ki, Kommunist Partiyasında və cəmiyyətdə sərt təmizləmə aparmaq lazımdır. Beriya bu təklifini birbaşa Siyasi Büroda irəli sürmüşdü. Bəyan etmişdi ki, kim yürüdülən siyasətə mane olursa, onları məhv etmək lazımdır. Stalin də Beriyanın təklifini qəbul etmişdi. Sonra partiyanın başına nələr gəldi hər kəsə bəllidir. Yəni hüquqşünas Osman Kazımovun və digərlərinin partiyada təmizləmə təklifi sırf bolşevik təfəkkürüdür”.
Yuxarıda deyilənlər bir daha təsdiqləyir ki, “Müsavat”da “ox, həqiqətən də, yaydan çıxıb (ifadə S.Əlisoya məxsusdur-M.A.) və qarşı duran tərəflərin bir araya gəlməsi əsla mümkün deyil. Beləliklə, “Müsavat”da yeni qopmalar dalğası və parçalanma labüddür.

 
  • Oxunub:  22740  |  
  • Tarix:  23-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA