Ana səhifə »  Müəlliflər »  “Müsavat”da istefalar kütləviləşir
A+   Yenilə  A-
“Müsavat”da istefalar kütləviləşir
Yazdı: Pərviz Sadayoğlu

Tovuz rayon təşkilatı bütövlükdə partiya sıralarını tərk edib
Müsavat Partiyasının sonuncu qurultayından sonra bu qurum daxilindəki gərginlik davam etməkdədir. Başqanlıq seçkilərinin saxtalaşdırıldığına etirazını bildirən Qubad İbadoğlunun rəhbərlik etdiyi qruplaşmanın üzvləri isə artıq ard-arda istefa verməkdədirlər. Partiyanın gənclər təşkilatının sədri və 9 üzvünün istefasının ardından qopmaların yeni “dalğa”sı yaşanıb. Belə ki, partiyanın Tovuz rayon təşkilatı bütövlükdə istefaya gedib və bütün üzvlər “Müsavat” sıralarını tərk ediblər.
Beləliklə, bütün heyətlə istefa verən “Müsavat”ın Tovuz rayon təşkilatının yaydığı bəyanatda təşkilat daxilində istər qurultay ərəfəsi, istərsə də qurultaysonrası baş verən hadisələr partiya rəhbərliyinin demokratik prinsipləri heçə sayılması kimi qiymətləndirilib. Rayon təşkilatının üzvləri həmin şəxslərlə eyni çatı altında olmaq istəmədiklərini bəyan ediblər. Qeyd edək ki, rayon təşkilatının sədr müavini Əsəd Məmmədli də bəyanatın verildiyini təsdiqləyib. O bildirib ki, “bu bəyanat əksəriyyətin mövqeyidir, fərdlərin yox”.
Bu məqamda vurğulamaq lazımdır ki, baş verənlər birmənalı şəkildə “Müsavat”ın dağılma prosesinə qədəm qoyduğunu və sürətlə bu yolda irəlilədiyini göstərir. İsa Qəmbərin planı əsasında başqanlıq postunda Arif Hacılının oturdulmasına etiraz edən partiya üzvlərinin sayı isə durmadan artır. Belə demək mümkündürsə, bu gün faktiki olaraq Müsavat Partiyasında siyasi böhran prosesi gedir. İstefaların kütləviliyinin Tovuz rayon təşkilatından başlaması da Qubad İbadoğlu qruplaşmasının əsas fiqurlarından sayılan Vurğun Əyyubun bu rayon təşkilatındakı nüfuzu ilə əsaslandırılır. Amma KİV-ə açıqlamasında Vurğun Əyyub Tovuz təşkilatının üzvlərinin tam tərkibdə istefa verərkən kiminlə məsləhətləşdikləri, nədən bu qərara gəldiklərindən xəbərsiz olduğunu deyib. O bildirib ki, istefalar partiyanın rəhbərliyində olan adamları maraqlandırmalıdır ki, bunlar hansı səbəbdən baş verir və qarşısını necə almaq olar.
Lakin “Müsavat” daxilində baş verənlər bununla da bitmir. Və Q.İbadoğlunun rəhbərlik etdiyi qruplaşmanın əsas simaları artıq özlərinə fərqli təşkilat qurmaq üçün hərəkətə keçiblər. Belə ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və Q.İbadoğlunun tərəfdarı kimi tanınan Adil Qeybulla “Siyasi Dialoq və İslahatlar Mərkəzi” (SDİM) adlı yeni qurum yaradıblar. Bu qurumun QHT kimi fəaliyyət göstərəcəyi bəyan edilsə də, gələcəkdə Q.İbadoğlunun “Müsavat”dan qopardığı kontingentin buraya cəmləşdirilməsi də mümkündür.
Bu arada, Müsavat Partiyasında yeni qurultayın keçirilə biləcəyi də istisna olunmur. Belə ki, son bir həftə ərzində təxminən 10 nəfər gəncin və Tovuz rayon təşkilatının üzvlərinin partiyadan istefa vermələrindən sonra partiyada yeni qurultayın keçirilmə perspektivi gizli müzakirəyə çıxarılıb. Hətta qarşıdakı günlərdə baş verə bilməsi ehtimal olunan kütləvi istefaların qarşısını almaq üçün yenidən İ.Qəmbəri başqanlığa qaytarmaqla bağlı planın qurulduğu da xəbər verilir.
Yenicə başqan seçilən, amma digər qruplaşmalar tərəfindən qəbul olunmayan Arif Hacılı isə partiyanı tərk edənləri xəyanətdə günahlandırıb. Maraqlıdır ki, bir zamanlar “silahdaş” adlandırdığı şəxslərin verdiyi səsləri saxtalaşdıran və seçki ilə bağlı irəli sürülən ittihamlara cavab verə bilməyən A.Hacılı artıq onları düşmən qismində görür. “Müsavat” başqanlığına sabiq namizəd Səxavət Əlisoy isə bildirib ki, partiyanı tərk edənlər saxtakarlığa, şüarçılığa, mənəm-mənəmliyə, səviyyəsizliyə, yekəxanalığa, harama qarşı çıxanlardır. Bir sözlə, S.Əlisoy bu sadalananların məhz A.Hacılıda cəmləşdiyini bildirib.
A.Hacılı isə öz növbəsində yenidən partiya üzvlərinə müraciət edib. Amma bir neçə gün öncə partiyanın Məclisinə üzvlərin seçki prosesində A.Hacılının təklifinin yekdilliklə rədd edilməsi və İ.Qəmbərin mənasız düzəlişli təklifinin yekdilliklə qəbul olunması bir daha yeni başqanın “hörmət”ini cəmiyyətə nümayiş etdirdi. Bu mənada onun bu müraciətinin də hər hansı bir effekt verəcəyi şübhəlidir. Necə deyərlər, “Müsavat” artıq dağıla-dağıla gedir...

 
  • Oxunub:  25890  |  
  • Tarix:  22-10-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana
30 Mart 11:22
Milli Məclisin növbəti plenar iclası keçirilir YENİLƏNƏCƏK
30 Mart 11:20
Hikmət Babaoğlu: Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA