Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”nın mitinqi, “İŞİD”in bayrağı və Sabirabadda saqqalqırxma “əməliyyatı”...
A+   Yenilə  A-
Qondarma “Milli şura”nın mitinqi, “İŞİD”in bayrağı və Sabirabadda saqqalqırxma “əməliyyatı”...
Yazdı: Mübariz Abdullayev

Bütün bunlar AXCP sədri Əli Kərimlinin “dini təəssübkeş” qiyafəsində ölkəmizdə Azərbaycan cəmiyyətinə yad olan və qəbul edilməyən ekstremist dini qruplaşmaların fəaliyyətinə zəmin hazırlamaq üçün çalışdığını bir daha təsdiqləyir
Məlum olduğu kimi, özüsayağı manevrlər etməklə qondarma “Milli şura”da əsas söz sahibinə çevrilən AXCP sədri Əli Kərimli cəmiyyətdə korlanmış imicini, məhz manipulyativ vasitələrlə bərpa etməyə çalışır. Əli Kərimlinin əl atdığı belə manipulyativ vasitələrdən biri də özünü indi də “dini təəssübkeş” qiyafəsində təqdim etmək cəhdidir. Bu da təəccüblü deyil. Belə ki, hər zaman “bulanıq suda balıq tutmağı” özünə adət edən Əli Kərimli bu yolla bir tərəfdən ölkəmizdəki inanclı insanların rəğbətini qazanmaq niyyəti güdür, digər tərəfdən isə, yeni “imicə” girməklə zəifləmiş “büdcəsini” doldurmaq istəyir. Məlumdur ki, son vaxtlar radikal düşərgənin, o cümlədən də Əli Kərimlinin “yarıtmaz fəaliyyəti” Qərbdəki anti-azərbaycançı dairələri razı salmır. Həmin dairələr pul kisələrinin ağzını əməlli-başlı sıxıblar və radikallara maliyyə axınını azaldıblar. Buna görə də, Əli Kərimli siyasi oriyentasiyasını yenidən dəyişməklə, özünü radikal, ekstremist təmayüllü dini qruplaşmaların yanında olan kimi göstərməklə yeni maliyyə qaynaqlarına yol tapmağa çalışır.
Qondarma “Milli şura”nın “təcili” mitinq müəmması
Məlumdur ki, hazırda qondarma “Milli şura”nın və AXCP-nin də daxil olduğu radikal müxalifət düşərgəsində tam süstlük hökm sürür, radikallar cəmiyyətin onlara olan inamsızlığının müqabilində hansısa təşəbbüslərdə bulunmaq iqtidarında deyillər. Dağıdıcı düşərgədə belə acınacaqlı mənzərənin hakim kəsildiyi bir vaxtda Əli Kərimlinin diktəsi ilə qondarma “Milli şura”nın qəfil mitinq qərarı verməsi isə istər-istəməz “torbada pişik” məsələsini yada salır. Həqiqətən də, necə oldu ki, Əli Kərimli radikalların bundan əvvəlki mitinq rəzalətinin ardından bir daha “küçə mübarizəsi”nə qərar verdi? Özü də bu dəfə mitinq qərarı qondarma “Milli şura”nın ixtiyar sahibi Əli Kərimlinin kabinetində təkbaşına və təcili qəbul edildi. Radikal düşərgədəki partiyalara açıq şəkildə mesajlar ünvanlanıldı ki, budəfəki mitinqi təşkil etmək səlahiyyəti müstəsna olaraq qondarma “Milli şura”ya (oxu: AXCP-yə-M.A.) məxsusdur, Əli Kərimlinin icazə vermədiyi şəxslər mitinqin tribunasına buraxılmayacaqlar...
AXCP sədri Əli Kərimlinin monopoliyası altında oktyabrın 12-də “Məhsul” stadionunda “təcili” düzənlənən mitinq gözlənildiyi kimi çox uğursuz alındı. Mitinq zamanı stadionda “yel vurub, yengələr oynayırdı” desək, mənzərəni daha konkret ifadə etmiş olarıq. Həm də məsələ yalnız iştirakçıların sayının az olmasında da deyil. Radikal düşərgə təmsilçiləri, bəlkə də, indiyədək belə xaotik bir mitinq təşkil etməmişdilər. İçi Əli Kərimli qarışıq tribunadakıların səsləndirdikləri şüarlar açıq-aydın ona dəlalət edirdi ki, bu mitinq məramı Azərbaycan cəmiyyətinə qarşı yönələn xaricdəki düşmən və ekstremist dairələrin sifarişləri əsasında düzənlənib. Xatırladaq ki, 12 oktyabr mitinqində səsləndirilən əsas şüar həyat yollarından ermənilərə, erməni işinə sədaqətlə xidmət qırmızı xətlə keçən Leyla və Arif Yunusovların-Barseqyanların “müdafiəsi” ilə bağlı idi. Bu, Əli Kərimlinin əlinin kimlərin ətəyində olmasını, onun diktəsi ilə qondarma “Milli şura”nın “təcili” mitinq keçirməsinin sifarişinin hansı dairələrdən gəldiyini bir daha təsdiqləyir.
Sifarişçilərdən biri də “İŞİD”dır
Yeri gəlmişkən, Əli Kərimlinin “ssenarisi” əsasında “Milli şura”nın qəfil düzənlədiyi mitinq, həm də “İŞİD”ın bayrağının qaldırılması ilə diqqəti cəlb etdi. Qondarma “Milli şura”nın mitinqində ekstremist təmayüllü “İŞİD”in bayrağının qaldırılması ciddi narahatlıq doğuran bir məqamdır. Bu onun təsdiqidir ki, adıçəkilən terrorçu, ekstremist qurum AXCP-nin, Əli Kərimlinin timsalında ölkəmizdə də öz dayağını tapıb. Əli Kərimli qəfil düzənlədiyi mitinqdə “İŞİD”in sifarişi əsasında ekstremist qurumun bayrağının qaldırılmasına xeyir-dua verməklə bir növ cəmiyyətimizin nəbzini yoxlamaq istəyib. Belə görünür ki, Əli Kərimliyə məlum qruplaşmadan “İŞİD”in Azərbaycanda fəaliyyətinin açıq müstəviyə keçməsinə zəmin hazırlamaq sifarişi verilib və AXCP sədri “dini təəssübkeş” qiyafəsinə girərək yeni “missiyasını” yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. Bununla bağlı siyasi müşahidəçilər KİV-lərdə diqqəti çəkən fikirlər ifadə edirlər. Bildirir ki, Əli Kərimli “təcili” mitinq keçirməklə ekstremist dini qruplaşmalardan aldığı maliyyənin hesabatını vermək istəyib.
Bu məqamda 12 oktyabr mitinqində “İŞİD” bayrağının qaldırılması ilə bağlı Əli Kərimlinin, necə deyərlər, yaxa cırması, özünü “aydan arı, sudan duru” kimi göstərməyə çalışmasını da xüsusi vurğulamaq gərəkdir.
Əli Kərimli bütün potensialını işə salaraq “İŞİD” izini özündən uzaqlaşdırmağa çalışır. Ancaq axı, cidanı çuvalda necə gizlədəsən? Fakt faktlığında qalır: Əli Kərimlinin düzənlədiyi mitinqdə sıradan bir sayıla bilməyəcək hadisə baş verib-Yaxın Şərqi qan çanağına döndərən, dinc insanları terrora çəkən “İŞİD”in bayrağı qaldırılıb. Bunun müqabilində Əli Kərimlinin cəmiyyətin sərt təpkisi qarşısında geri çəkilərək yaxasını ekstremist qurumun bayrağından kənara çəkməyə çalışması nəyi dəyişir? Və yaxud sualı başqa cür qoyaq: Azərbaycan cəmiyyəti mitinqdə “İŞİD”in bayrağının qaldırılmasına adekvat münasibət sərgiləməsə idi, Əli Kərimli hansı havanı çalacaqdı? Heç bir şübhə yoxdur ki, bu halda Əli Kərimli kifayət qədər məmnun görünəcəkdi və ekstremist dini təmayüllərin Azərbaycana ayaq açmasına yönələn əməllərini daha da artıracaqdı. Əlbəttə ki, onun əsas “maniyası” olan maddi təminat müqabilində.
Sabirabaddakı saqqalqırxma, Saatlıdakı qəbirdağıtma “əməliyyatları” ilə mitinqdə “İŞİD” bayrağının qaldırılması arasında nə əlaqə var?
Məlum olduğu kimi, cari ilin isti yay günləri, həm də iyulun 4-də Sabirabadda baş verən eyni dərəcədə “qızmar” bir hadisə ilə yadda qaldı. Söhbət Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında yaşanan saqqalqırxma “əməliyyatı”ndan gedir.
Sabirabaddakı saqqalqırxma “əməliyyatından” əvvəl isə Saatlı rayonundakı Musalı kəndində qəbir daşlarının dağıdılması hadisəsi baş vermişdi. Hadisə ilə bağlı verilən məlumatda Musalı kənd qəbiristanlığında 80-dən çox qəbir daşının Nəsimi Arif oğlu Əliyev və Ədalət Səxavət oğlu Məmmədov tərəfindən dağıdıldığı bildirilirdi.
Və Azərbaycan cəmiyyətində ikrahla qarşılanan hər iki “əməliyyat”ın arxasından AXCP “izi” çıxdı. Belə ki, Sabirabaddakı saqqalqırxma olayı ətrafında şəxsən Əli Kərimlinin nəzarətində olan ayrı-ayrı KİV-lərin ajiotaj yaratmaq canfəşanlığı hələ də yaddaşlardan silinməyib. Həmin KİV-lər hadisəni Azərbaycandakı dini dözümlülüyə yad olan bir tərzdə-məzhəblərarası münaqişə müstəvisində təqdim edir, şiələrlə sünniləri qarşı-qarşıya qoymağa çalışırdılar. Əli Kərimlinin tezislərini genişləndirərək məqalələr hazırlayan KİV-lər əks məzhəbin təmsilçilərinin saqqalqırxma “əməliyyatı”nın qisasını mütləq alacaqlarını bəyan edirdilər. Bu arada sözügedən KİV-lərdə “İŞİD”in “bəyanat”ı da işıq üzü gördü. Yalnız milli maraqlardan kənarda qalan mətbuat orqanları belə rəzil təbliğata səhifələrində yer ayıra bilərdi ki, bunu da Əli Kərimlinin nəzarətində olan KİV-lər etdilər.
Tezliklə Saatlının Musalı kəndində qəbir daşlarının dağıdılması hadisəsinə də aydınlıq gətirildi. Məlum oldu ki, vandalizm hərəkətini törədənlər bu və ya digər şəkildə AXCP ilə əlaqəlidirlər və onlar sözügedən partiyanın rəhbər şəxslərinin təlimatları əsasında ictimai narazılıq yaratmaq məqsədilə belə çirkin əmələ qol qoyublar.
Bütün bunlar AXCP sədrinin “dini təəssübkeş” qiyafəsində xüsusi missiya yerinə yetirdiyini, bu yöndə ardıcıl əməllər sərgilədiyini, öz korporativ məqsədlərinə çatmaq üçün ektremist dini qruplaşmalarla əlaqələr qurduğunu, ölkəmizdə Azərbaycan cəmiyyətinə yad olan və qəbul edilməyən məzhəblərin, təriqətlərin fəaliyyətinə zəmin hazırlamaq üçün çalışdığını bir daha təsdiqləyir.

 
  • Oxunub:  24420  |  
  • Tarix:  17-10-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA