Ana səhifə »  Müəlliflər »  Antimilli ünsürlərin növbəti iflası, yaxud radikal müxalifət yenə də öz ampluasında
A+   Yenilə  A-
Antimilli ünsürlərin növbəti iflası, yaxud radikal müxalifət yenə də öz ampluasında
Yazdı: Nurlan Qələndərli

Qondarma “Milli şura”nın 12 oktyabr mitinqi bir daha dağıdıcı düşərgə təmsilçilərinin rəzalətini nümayiş etdirdi
Xarici anti-azərbaycançı dairələrdən maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin nümayiş etdirdiyi antimilli fəaliyyət bəhs olunan qüvvələrin, o cümlədən, autsayderlər toplusu olan qondarma qurumların nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə ortaya qoyur. Dolayısı ilə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir, ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır.
Dağıdıcı düşərgənin cılız “mitinq” taktikası və ya tükənmişlik sindromu
Bu məqamda vurğulamaq yerinə düşər ki, radikal düşərgə təmsilçilərinin birləşdiyi qondarma “Milli şura” ötən il ölkəmizdə keçirilən növbəti prezident seçkilərindən sonra üzləşdiyi fiaskonu ört-basdır etmək üçün ənənəvi “taktika”ya müraciət edib. Bu, onların başlıca “siyasi texnologiyası” olan mitinq keçirməkdir. Əlbəttə, mitinq şoularının təşkil olunmasında məqsəd bir tərəfdən provokasiya xarakterli əməlləri davam etdirmək, digər tərəfdən isə siyasi gündəmdə qalmağa hesablanıb. Yəni öz “fəaliyyət”ini dağıdıcıların nəzarətində olan bəzi qəzet səhifələrində işıqlandırılmaqla davam etdirən radikal düşərgə mitinq taktikasını yeni “siyasi canlanma” vasitəsi kimi görür. Bu isə de-fakto autsayderə çevrilmiş radikal müxalifətin tükənmişlik sindromunu əks etdirən növbəti göstəricidir...
Azərbaycan ictimaiyyəti radikal müxalifəti ciddi siyasi qüvvə hesab etmir
Beləliklə, bütün bunların fonunda qondarma “Milli şura”nın oktyabr 12-də 5-10 nəfərin iştirakı ilə keçirilən mitinqi bəzi nüanslara bir daha aydınlıq gətirdi. İlk növbədə bəhs olunan mitinq çərçivəsində bir daha aşkar olundu ki, dağıdıcı düşərgə subyektləri çox ciddi sosial baza problemi yaşayır və silsilə uğursuzluqların rəmzinə çevrilib. Bu da səbəbsiz deyil. Çünki radikal düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Bir sözlə, Azərbaycan cəmiyyətinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi birmənalıdır: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə, ermənilərə və ya erməni lobbisinə ümid bəsləyən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı birmənalı şəkildə etimad göstərməz. Dolayısı ilə, Azərbaycan ictimaiyyəti radikal müxalifəti ciddi siyasi qüvvə hesab etmir.
“Milli şura”nın mitinq şousunda erməni izi və məhəbbəti...
Digər bir məqam mitinq şousunda erməni məhəbbətinin nümayiş etdirilməsidir. Daha dəqiq desək, mitinqin gedişi, səsləndirilən fikirlər onu göstərdi ki, bu aksiya da ermənilərin sifarişi ilə təşkil edilib. Mitinq çərçivəsində ermənilərin sadiq dostu olan, həmçinin, ermənimənşəli Leyla Yunusova-Barseqyana və Arif Yunusov-Barseqyana “azadlıq” şüarlarının səsləndirilməsi bir daha sübut etdi ki, radikal müxalifət düşərgəsi erməni lobbisinin aləti qismində çıxış edir. Görünən odur ki, erməni lobbisi tərəfindən radikal müxalifətə verilən növbəti direktiv məhz Barseqyanlar ailəsinin müdafiə edilməsidir...
Əlbəttə, bəhs olunan ünsürlərin ermənipərəst mövqeyi təəccüblü deyil. Çünki həm özlərini radikal düşərgənin “avanqard”ları hesab edən dağıdıcı siyasi partiyaların rəhbərlərinin, həm də onların müdafiə etdikləri Leyla Yunusova-Barseqyanın “fəaliyyət”i ermənilərin direktivlərini yerinə yetirməkdən ibarətdir. Bu şəxslər Azərbaycana qarşı fəaliyyətində ən ifrat və aktiv daşnakdan belə daha çox ermənilik nümayiş etdirirlər. Onların əsl məqsədi Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək və ya konstruktiv siyasi fəaliyyət göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına kölgə salmaqdır. Xüsusilə də Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilər və Ermənistanın maraqlarına xidmət edən fikirlərin səsləndirilməsi - mövqeyin ortaya qoyulması bu şəxslərin ekstremist daşnaklardan da kəskin mövqedə durduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, anti-Azərbaycan dairələr və erməni lobbisinə xidmət edən radikal müxalifətin müdafiə etdiyi Leyla Yunusovanın keçmişi çoxsaylı milli xəyanətlərlə doludur. AXC-”Müsavat” cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan L.Yunusova casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürərək Vətənə və millətə xəyanət yolunu tutub. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Ümumiyyətlə isə Leyla Yunusovanın ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur.
Və bu faktlar həm radikal müxalifətin, həm də Leyla Yunusovanın Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini bir daha göstərir.
Antimilli qüvvələrin ekstremist təfəkkürü...
Mitinq şousunun yenidən aşkar etdiyi növbəti gerçəklik isə dağıdıcı düşərgə üzvlərinin ekstremist təfəkkür sahibi olmalarıdır. Hər halda 12 oktyabr mitinqində “İŞİD” adlanan terror qruplaşmasının bayrağının qaldırılması bu ünsürlərin korporativ siyasi maraqlar naminə bütün cəbhələrə üz tutduqlarını bir daha göstərdi. Doğrudur, radikal düşərgə təmsilçiləri bu cür dağıdıcı hərəkətə, provokasiyaya qarşı geniş ictimai etirazı görərək “İŞİD” bayrağının onlara aid olmaması haqda həqiqətdən uzaq fikirlər səsləndirdilər. Lakin bayrağı qaldıran Ramil Quliyev adlı şəxs KİV-ə açıqlamasında bildirib ki, mitinqə dostunun dəvəti ilə gəlib. Onun sözlərinə görə, stadionda durub mitinqi izləyən zaman tanımadığı bir şəxs ona bir bayraq verib və deyib ki, bunu dalğalandır...
“Mehriban düşmən”lər arasındakı kəskin ziddiyyətlər davam edir
Bunlarla yanaşı, sonuncu mitinq şousu daha bir həqiqəti də göstərdi ki, müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində “birləşdikləri”ni iddia edən, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində durduqlarını göstərib.
Beləliklə, bu mitinq radikal müxalifətin “birlik şousu”nun növbəti dəfə iflasa uğradığını nümayiş etdirdi. Mitinq iştirakçılarının pərakəndə mövqe sərgiləmələri, xüsusilə də özlərini əsas siyasi fiqur hesab edən AXCP ilə “Müsavat”ın fərqli mövqedən çıxış etmələri radikal düşərgə daxilindəki xaosu əks etdirdi. Özəlliklə də, “Müsavat” nümayəndələrinin, eləcə də yeni başqan Arif Hacılının boynubükük şəkildə kənara çəkilib mitinqi izləməsi dağıdıcı düşərgə daxilindəki mövcud mənzərəni tam aydınlığı ilə ortaya qoyur. Başqa sözlə, aşkar oldu ki, “mehriban düşmən”lər olan AXCP ilə “Müsavat” arasındakı kəskin ziddiyyətlər davam edir...

 
  • Oxunub:  23670  |  
  • Tarix:  15-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA