Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənov qanun pozuntusuna bəraət qazandırmaq istəyir

Cəmil Həsənov qanun pozuntusuna bəraət qazandırmaq istəyir

09.10.2014 [09:36]

Nardar Bayramlı

Qondarma “Milli şura”nın sədri övladının törətdiyi yol qəzasını siyasiləşdirməyə cəhd göstərir
Məlum olduğu kimi, hazırda Azərbaycan öz inkişafına görə regionun lider dövlətidir. Eyni zamanda, müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Digər tərəfdən, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir.
Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanun qarşısında bərabərdir. Amma, deyəsən, radikal müxalifət düşərgəsinin təmsilçiləri bu reallığı həzm etmək istəmirlər. Çünki bu düşərgənin mənsubları qanunları pozsalar da, həmin qanun pozuntularını siyasiləşdirib özlərinə haqq qazandırmağa çalışırlar. Qondarma “Milli şura”nın sədri Cəmil Həsənov da məhz belələrindəndir. Məlum olduğu kimi, onun qızı Günel Həsənli sentyabrın 19-da yol qəzası törədib. KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. C.Həsənovun qızı qadınla sövdələşməyə gedərək həkimlərə yalan məlumat verib və qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq-mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib: “Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, guya, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü, hər ikisi etiraf ediblər ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından gizlədib, həkimə yalan danışıblar”.
Ehsan Zahidov qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Onun sözlərinə görə, araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək. Xatırladaq ki, artıq Cəmil Həsənov məsələ ilə bağlı qızı ilə birgə istintaqa da çağırılıb.
Təbii ki, istintaq məsələyə obyektiv qiymət verəcək. Amma təəccüblüsü bu hadisəyə qondarma “Milli şura”nın sədri C.Həsənovun yanaşmasıdır. Belə ki, qondarma qurumun rəhbəri qızının törətdiyi qanun pozuntusunu görməzdən gələrək yalançı hay-küy qoparır və bununla da, ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmağa çalışır. Daha dəqiq desək, həmişə insan hüquqlarından, qanunçuluqdan dəm vuran “Milli şura” sədrinin nədənsə bu məsələdə heç bir qanun yadına düşmür. Onun tək məqsədi övladını məsuliyyətdən yayındırmaqdır. Məgər “Milli şura” sədri olmaq qanunlardan üstündür? Nəzərə alsaq ki, C.Həsənov 10 il Milli Məclisin deputatı olaraq qanunvericilik işləri ilə məşğul olub, onda o, qanun pozuntusunun nə demək olduğunu yaxşı anlamalıdır. Lakin görünən odur ki, Cəmil Həsənovun yadına qanunun aliliyi düşmür. Və qondarma “Milli şura”nın sadəcə bu hadisəni siyasiləşdirmək məqsədini qarşısına məqsəd kimi qoyub.
Ancaq Cəmil Həsənovun nə istəməsindən asılı olmayaraq, yəni, onun yuxarıda bəhs olunan cəhdlərinə baxmayaraq, məsələyə qanun çərçivəsində baxılacaq və müvafiq qərar qəbul ediləcək. Çünki Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Bütün bunların fonunda radikal düşərgənin hadisəni siyasiləşdirmək cəhdləri iflasa uğrayacaq.

Paylaş:
Baxılıb: 1243 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30