Ana səhifə »  Müəlliflər »  “Freedom House” və Milli Demokratiya İnstitutu müstəqil milli dövlətlərə qarşı təzyiq qruplarıdır
A+   Yenilə  A-
“Freedom House” və Milli Demokratiya İnstitutu müstəqil milli dövlətlərə qarşı təzyiq qruplarıdır
Yazdı: Nurlan Qələndərli

Vətəndaş cəmiyyətinin dəstəklənməsi, demokratik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının durumunun araşdırılması adı altında fəaliyyət göstərən bu təşkilatların gerçək məqsədi xaos yaratmaq, dövlətə təzyiq etməkdir və bu kontekstdə “demokratiya”, “insan haqları” kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunur
Bu gün dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdıqlarını, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiklərini iddia edən bir sıra təşkilatlar faktiki olaraq beynəlxalq münasibətlər sistemində milli dövlətlərə qarşı təzyiq qrupu qismində çıxış edirlər. Yəni, müəyyən imperialist mərkəzlərin sifariş və göstərişləri əsasında fəaliyyət göstərən bu təsisatlar insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi institusional məfhumlardan təzyiq aləti kimi istifadə etməkdə və daha çox özlərinin təzyiq kampaniyasını müstəqil siyasət yürüdən ölkələrə, o cümlədən Azərbaycana qarşı yönəltməkdədirlər. Bu sırada “Freedom House” təşkilatı və Milli Demokratiya İnstitutu (MDİ) da xüsusilə fərqlənməkdədirlər.
Qeyd etmək lazımdır ki, MDİ bundan öncə də Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə konfrantasiyaların yaranması, hakimiyyətə təzyiq edilməsi, hətta hakimiyyətin illeqal vasitələrlə dəyişdirilməsi yönündə xüsusi fəaliyyət mexanizminə malik olub. Bəhs olunan təşkilat məhz bu gün külli miqdarda maliyyə vəsaiti hesabına Azərbaycanda da siyasi-ideoloji təxribatlar törətmək, ictimai-siyasi sabitliyin pozulmasına nail olmaq missiyasını daşımaqdadır. Konkret olaraq ölkəmizə qarşı təzyiq qrupu kimi çıxış edən MDİ-nin yerli nümayəndəliyinin rəhbəri Aleks Qriqorevsin timsalında sosial şəbəkələrdə anti-Azərbaycan çağırışları edilir, bu istiqamətdə bəzi QHT-lərin və “gənclər təşkilatları” kimi çıxış edən antimilli ünsürlərin xidmətlərindən istifadə edilir. Son olaraq bu kontekstdə MDİ-nin Azərbaycanda 2 milyon dollarlıq “facebook inqilabı” etməyə yönəlik cəhdlərinə dair faktlar aşkar edilib. Müəyyən edilmiş faktlar əsasında bəlli olub ki, MDİ külli miqdarda maliyyə resursundan istifadə etməklə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması məqsədilə xüsusi planlar reallaşdırmağa çalışır.
Beləliklə aydın olub ki, bəhs olunan təsisat ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması və xaos mühitinin yaradılması istiqamətində xüsusi fəaliyyət göstərməkdədir. Məhz bunun fonunda Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda”sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.
Bununla yanaşı, Azərbaycana qarşı hər zaman qərəzli mövqedən çıxış edən “Freedom House” da öz fəaliyyəti ilə hansı məqsədlərə xidmət etdiyini aşkar surətdə nümayiş etdirir. Belə ki, təşkilatın hesabatları hər zaman özündə olduqca ziddiyyətli məqamları ehtiva edir. Məsələn, hər il ənənəvi olaraq terrorçu rejimin rəhbərlik etdiyi Ermənistan dövləti “qismən azad” ölkə kimi qiymətləndirilir. Amma bu zaman Ermənistanda hökm sürən daxili siyasi durumun hansı səviyyədə olduğu nəzərə alınmır. Və ya işğalçı ölkədə müxtəlif zaman kəsiklərində baş tutan seçkilər nələr ilə, hansı dağıdıcı proseslər və olaylarla yadda qalır... Məhz bütün bunların heç biri nəzərə alınmır.
Digər ziddiyyətli məqam isə separatçı təşkilatın hesabatlarında ənənəvi olaraq “Dağlıq Qarabağ”ın da “qismən azad” ərazi kimi dəyərləndirilməsidir. Təəssüfləndirici haldır ki, işğal, təcavüz hesabına yaradılan və fəaliyyəti heç bir hüquqi prinsip və normalara əsaslanmayan separatçı rejim qınaq əvəzinə qiymətləndirməyə layiq görülür. Bu mənfi tendensiya ərazi bütövlüyü prinsipinin heçə sayılmasının, pozulmasının bariz nümunəsidir. Bu hal, eyni zamanda, separatçılığın, terrorçuluğun dəstəklənməsi anlamına gəlir ki, bu da çox təhlükəli bir presedent yaradır.
Nəticə etibarilə aydın olur ki, vətəndaş cəmiyyətinin dəstəklənməsi, demokratik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının durumunun araşdırılması adı altında fəaliyyət göstərən Milli Demokratiya İnstitutu və “Freedom House” kimi təşkilatların timsalında gerçək məqsəd xaos yaratmaq, dövlətə təzyiq etmək cəhdləridir və bu kontekstdə “demokratiya”, “insan haqları” kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunmaqdadır. Dolayısıyla, ayrı-ayrı ölkələrdə “demokratiya”, “insan hüquqlarının müdafiəsi”, “vətəndaş cəmiyyətinin dəstəklənməsi” pərdəsi arxasında çıxış edən bu cür təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar.

 
  • Oxunub:  32040  |  
  • Tarix:  02-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA