Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xədicə İsmayılova yenə də ermənilərlə eyni cəbhədə...

Xədicə İsmayılova yenə də ermənilərlə eyni cəbhədə...

01.10.2014 [09:35]

Nurlan Qələndərli

Azərbaycan xalqı və dövləti əleyhinə daim “qara piar” kampaniyası aparan bu şəxs anti-Azərbaycan dairələrdən aldığı direktivləri “məharət”lə yerinə yetirməyə davam edir
Məlumdur ki, ölkəmizdə fəaliyyət göstərən ermənipərəst, antimilli şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır.
“Beşinci kolon” öz missiyasını davam etdirir
Ümumiyyətlə, Azərbaycanın dinamik inkişafına, regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verməsinə, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmininə yönəlmiş layihələrin təşəbbüskarı və əsas icraçısı olmasına qısqanclıqla yanaşan bəzi xarici dairələrin uzun illər ərzində leqal və qeyri-leqal yollarla maliyyələşdirdiyi “beşinci kolon” öz missiyasını dövlətimizə qarşı çıxmaqda, milli maraqlara xəyanət etməkdə görür. Belə dairələrin daha çox erməni lobbisi ilə bağlı olması təsdiqlənmiş faktdır. Xüsusilə də, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial mövqe son zamanlar onları daha çox narahat edir.
Erməninin dostu Xədicə İsmayılova anti-Azərbaycan dairələrin xidmətçisi rolunda...
Qeyd etmək lazımdır ki, bu ünsürlər sırasında bu günə qədər ermənipərəst, anti-azərbaycançı mövqeyi ilə fərqlənmiş Xədicə İsmayılova xüsusi yer tutur. Son hadisələr deməyə əsas verir ki, bu antimilli şəxs ermənilər və anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərir. Təsadüfi deyil ki, o, bütün fəaliyyətini Azərbaycan xalqına və dövlətinə qarşı qurub. Digər tərəfdən, sirr deyil ki, Xədicə İsmayılovanın “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı nümayəndəliyinə rəhbər təyin olunmasından sonra bu KİV açıq-aşkar Azərbaycana qarşı düşmənçilik yolu tutdu. “Azadlıq” radiosunda çalışmış redaktorlar da radionun 20 il ərzində menecment siyasətini qura bilmədiyini, xüsusən son illər isə anti-Azərbaycan mövqeyi tutduğunu, birtərəfli, qərəzli, ölkənin imicini aşağılayan materiallar hazırlandığını qeyd edirlər.
Xədicə İsmayılovanın tükənməz erməni sevgisi...
Digər tərəfdən, bu şəxsin kimliyi və fəaliyyətinin mahiyyətindən bəhs edərkən onun tükənməz erməni sevgisini növbəti bir faktla xüsusi vurğulamaq gərəkdir. Sirr deyil ki, X. İsmayılovanın erməni məhəbbəti cari il sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında da özünü göstərib. Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni nümayəndənin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz edərək Serj Sərkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Bu zaman X.İsmayılova 10-a yaxın erməni dostu ilə birgə Ə.Şahidova arxa çevirməklə çıxışa etiraz edib.
Ümumiyyətlə, bu hal növbəti dəfə onu göstərir ki, Azərbaycan xalqı və dövləti əleyhinə daim “qara piar” kampaniyası aparan X.İsmayılova anti-Azərbaycan dairələrdən aldığı direktivləri “məharət”lə yerinə yetirməyə davam edir.
X.İsmayılovanın hədəfi Azərbaycan xalqı və dövlətidir
Beləliklə, görünən odur ki, anti-Azərbaycan dairələrin xidmətçisi olan bu şəxsin hədəfi birmənalı olaraq Azərbaycan xalqı və dövlətidir. Onun bu mövqeyi isə təəccüblü deyil. Medianın araşdırmasına görə, onun özünün ermənilərlə qohumluq əlaqələri var. Bu fakt X.İsmayılovanın anti-Azərbaycan mahiyyətini şərtləndirən əsas səbəblərdən biri kimi çıxış edir.

Paylaş:
Baxılıb: 1236 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30