Ana səhifə »  Müəlliflər »  “Müsavat”da yeni parçalanma dalğası
A+   Yenilə  A-
“Müsavat”da yeni parçalanma dalğası
Yazdı: Mübariz Abdullayev

Partiyanın rəhbərliyinə can atan funksionerlərin və onların tərəfdarlarının bundan sonra eyni dam altında qalmaları və birlikdə yol getmələri mümkün olmayacaq
“Müsavat”da gözlənilənlər baş verdi. Ehtimal edildiyi kimi, partiyanın növbəti 8-ci qurultayında baş tutan yeni başqan “seçkiləri” “müsavat”çıların qarşı duran “səngərlərdə” “lövbər” salmaları ilə nəticələnib. Qurultayda yeni başqan “seçkiləri”ni udan Arif Hacılı tərəfdarları ilə uduzan Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı tərəfdarları bir-birlərinə qarşı açıq savaş başlayıblar.
Bu barədə bir qədər sonra. Əvvəlcə, qurultay və qurultaydan sonrakı narazılıqlara rəvac verən səbəblər barədə. Qeyd edək ki, siyasi müşahidəçilər “müsavat”çıların ətrafında süni ajiotaj yaratdıqları qurultayı və burada düzənlənən “seçkilər”i demokratiya adına qara bir ləkə kimi dəyərləndirirlər. Həqiqətən də, nümayəndələri, necə deyərlər, tapışla müəyyənləşdirilən qurultayı, sözün əsl mənasında, karvansarayı xatırladan kabinələrdə keçirilən “səsvermə”ni demokratiya prinsipləri ilə bir araya sığışdırmaq əsla mümkün deyil. Bunu ən yaxşı halda demokratiya barədə “Müsavat” standartları” kimi dəyərləndirmək olar. Qurultayda uduzan tərəfləri narazı salan seçki marafonu da məhz bu “standartlar”a uyğun gələn tərzdə təşkil edilmişdi. Yeni başqan Arif Hacılının partiyada daşıdığı mərkəzi icra aparatının rəhbəri statusundan sui-istifadə edərək əvvəlcədən seçkilərin nəticələrinə təsir göstərəcək “tədbirlər” görməklə başqanlığa digər namizədlərlə müqayisədə özünün üstün durumda olmasını təmin etməsini, təbliğat-təşviqat mərhələsində tərəfdarları vasitəsilə rəqiblərinin “qara piar”ını aparmasını, özünü “əlahiddə namizəd” kimi təbliğ etdirməsini, dövriyyəyə İsa Qəmbərdən “xeyir-dua” alması ilə bağlı şaiyələr buraxdırmasını və ən nəhayət, seçkilərdə kimin nə qədər səs toplayacağını bəri başdan bildiyini açıq mətnlə dilə gətirməsini başqa cür qiymətləndirmək mümkün deyil.
Elə qurultaydan sonra “Müsavat”da yeni narazılıqlar dalğasının yaranmasına da bu kimi amillər səbəb olub. “Seçkilər”də uduzan tərəflər Arif Hacılının başqan “seçilməsi”nin əvvəlcədən təşkil olunmasına etirazlarını bildirirlər. Onların radikalların nəzarətində olan KİV-lərə verdikləri açıqlamalardan, sosial şəbəkələrdə paylaşdıqları statuslardan hasil olan ümumi qənaət belədir: “Seçkilər”də ədalət tərəzisinin gözü əyilib, Arif Hacılı partiyadakı “çetesinin oyunbazlığı” ilə (ifadə başqanlığa keçmiş namizəd Səxavət Əlisoya məxsusdur - M.A.) özü-özünü başqan seçdirib.
Arif Hacılının başqan “seçilməsi”nə ən “operativ” narazılıq jesti seçkiqabağı mərhələdə təbliğatını “intellektual”, “ingilis dilini bilən” namizəd kimi manipulyasiya vasitələri üzərində quran Qubad İbadoğludan gəlib. “Müsavat Partiyasının seçkisində əsas rol oynayan İcra Aparatı oldu. Aparat bir namizəd üçün çalışdı”,- deyən Qubad İbadoğlu Arif Hacılını başqanlığa daşıyan 3 pozuntunu xüsusi qabardıb: “Birincisi, namizədlərin ünvanına faktlara söykənməyən ifadələrin işlədilməsi kimi antitəbliğat işi aparıldı. İkincisi, qurultay günü qarşı tərəfdən qurultay nümayəndələrinə təbliğat xarakterli siyahılar paylandı. Üçüncü ən ciddi pozulan qayda başqanlığa namizədin xeyrinə partiya başqanı İsa Qəmbərin adından sui-istifadə edilməsi idi. Bu, seçkidən əvvəl təbliğat zamanı da baş verdi, seçki vaxtında da”.
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə Arif Hacılının manevrlər işlətməklə “Müsavat”a rəhbərliyi ələ keçirməsinə münasibətini daha sərt və emosional şəkildə ifadə edib: “Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər, hay-küyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.
Müsavat Divanının sabiq üzvü Vurğun Əyyub mətbuata açıqlamasında rəngləri bir qədər də tündləşdirərək “seçkilər”in nəticələrinin legitimliyinin şübhə altına alınması”ndan bəhs edib. Hələ təbliğat-təşviqat mərhələsində özünü “intellektual namizəd” Qubad İbadoğlunun “alovlu tərəfdarı” kimi aparan Vurğun Əyyub yeni başqanı təbrik etməyin onun planlarına daxil olmadığını dilə gətirib: “Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm”.
“Müsavat”da “yorğan davası” aparanlardan biri də mərkəzi nəzarət təftiş komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıdır. “Mənim üçün başqan Qubad İbadoğludur”, - deyən Əlövsət Talışxanlı bildirib: “Mən seçkinin nəticələrini tanımıram və hesab edirəm ki, o ləğv olunmalıdır. Çünki əvvəldən nizamnamə tələblərinə əməl edilməyib. Rayon təşkilatlarında keçirilən konfranslardan, yığıncaqlardan tutmuş, birtətəfli qaydada, qanun pozuntuları baş verib. Ona görə də, biz indi həmin pozuntuları cəmləşdirib fikrimizi bildirəcəyik”.
Beləliklə, növbəti qurultay “Müsavat”da labüd olan yeni parçalanmanın əsasını qoyub. Aydın görünür ki, bundan sonra rəhbərliyə can atan funksionerlərin və onların tərəfdarlarının eyni dam altında qalmaları və birlikdə yol getmələri mümkün olmayacaq.

 
  • Oxunub:  23040  |  
  • Tarix:  01-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA