Ana səhifə »  Müəlliflər »  Ermənipərəst Xədicə İsmayılovanın antimilli kimliyi növbəti dəfə ifşa olundu
A+   Yenilə  A-
Ermənipərəst Xədicə İsmayılovanın antimilli kimliyi növbəti dəfə ifşa olundu
Yazdı: Nurlan Qələndərli

Azərbaycan xalqı və dövləti əleyhinə daim “qara piar” kampaniyası aparan X.İsmayılova anti-Azərbaycan dairələrdən aldığı direktivləri canla-başla yerinə yetirməyə davam edir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu da səbəbsiz deyil. Belə ki, məhz milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Bu məqamda ilk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Məlum olduğu kimi, həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Bununla yanaşı, Azərbaycan dövlətinin milli siyasi kursunun əsas strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təşkil edir. Həyata keçirilən hücum diplomatiyasının fonunda bu istiqamətdə mühüm diplomatik nailiyyətlər qeydə alınır, düşmən ölkə informasiya və diplomatik cəbhədə dalana dirənib.
Anti-Azərbaycan dairələrin direktivləri “beşinci kolon”u yenidən hərəkətə keçirib
Şübhəsiz, bütün bu nailiyyətlər anti-Azərbaycan, ermənipərəst dairələr və onların əlaltısı olan daxili ünsürlər tərəfindən narahatlıqla qarşılanır. Həmin ünsürlər hər fürsətdə ermənipərəst çağırışlar səsləndirmək və Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar.
Ümumiyyətlə, Azərbaycanın hərtərəfli inkişafı, Avropanın xəritəsini dəyişəcək layihələrin təşəbbüskarı və əsas icraçısı olmasına qısqanclıqla yanaşan bəzi xarici dairələrin uzun illər ərzində leqal və qeyri-leqal yollarla maliyyələşdirdiyi “beşinci kolon” öz missiyasını dövlətimizə qarşı çıxmaqda, milli maraqlara xəyanət etməkdə görür. Belə dairələrin daha çox erməni lobbisi ilə bağlı olması təsdiqlənmiş faktdır. Qeyd etdiyimiz kimi, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu sərt və prinsipial mövqe son zamanlar onları daha çox narahat edir.
Bu ünsürlər sırasında bu günə qədər ermənipərəst, anti-azərbaycançı mövqeyi ilə fərqlənmiş Xədicə İsmayılova xüsusi yer tutur. Son hadisələr deməyə əsas verir ki, bu antimilli şəxs ermənilər və anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərir.
Xədicə İsmayılova ermənilərlə sinxron fəaliyyət göstərir
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Xədicə İsmayılovanın “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı nümayəndəliyinə rəhbər təyin olunmasından sonra bu KİV açıq-aşkar Azərbaycana qarşı düşmənçilik yolu tutdu. “Azadlıq” radiosunda çalışmış redaktorlar da radionun 20 il ərzində menecment siyasətini qura bilmədiyini, xüsusən son illər isə anti-Azərbaycan mövqeyi tutduğunu, birtərəfli, qərəzli, ölkənin imicini aşağılayan materiallar hazırladığını qeyd edirlər.
X.İsmayılova özü də BBC-yə müsahibəsində antimilli mövqe tutduğunu fəxrlə qeyd edir: “Ermənistan mətbuatı (oxu: “Azadlıq” radiosunun erməni xidməti)... vətənpərvərlik ruhunda materiallar hazırladılar. Bizsə qərara gəldik ki, həqiqəti (Azərbaycanın hərbi sirr xarakterli məlumatlarını) söyləyək. Mənim işim göstərməkdir”.
X.İsmayılova anti-Azərbaycan dairələrdən aldığı tapşırıqları erməni dostları ilə birlikdə yerinə yetirir
Qeyd etmək lazımdır ki, X. İsmayılovanın erməni sevgisi sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında da özünü göstərib. Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni nümayəndənin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz edərək Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Bu zaman X. İsmayılova 10-a yaxın erməni dostu ilə birgə Ə. Şahidova arxa çevirməklə çıxışa etiraz ediblər.
X.İsmayılova da azacıq milli təəssübkeşlik olsaydı, həmin tədbirdə ermənilər tərəfindən Dağlıq Qarabağın “müstəqil və demokratik bir ölkə” kimi təqdimatına etiraz edərdi.
Ümumiyyətlə, bu hal növbəti dəfə onu göstərir ki, Azərbaycan xalqı və dövləti əleyhinə daim “qara piar” kampaniyası aparan X. İsmayılova anti-Azərbaycan dairələrdən aldığı direktivləri canla-başla yerinə yetirməyə davam edir...
Digər tərəfdən, bu şəxs Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövləti və xalqının maraqlarına zidd olaraq erməniləri müdafiə etməklə erməni lobbisinin, ermənipərəst dairələrin vəkili qismində çıxış etdiyini nümayiş etdirir. Münaqişənin həlli istiqamətində Azərbaycan dövlətinin fəaliyyətini spekulyasiya vasitəsinə çevirərək ermənilərin maraqlarını əks etdirən mövqeyin sərgilənməsi X.İsmayılovanın məramı və kimliyini aşkar surətdə əks etdirir...
X.İsmayılovanın davası ermənipərəstlərlə birlikdə qrant almaqdır
Daha bir məqamı vurğulamaq gərəkdir. Belə ki, X.İsmayılova bəhs olunan məlumatı dərc edən KİV-ləri ittiham edir, aksiyanın ermənilər tərəfindən deyil, Anna İnnocenti adlı isveçrəli bir xanım tərəfindən təşkil olunduğunu deyir. Bu məqamda qeyd etmək yerinə düşər ki, kiminsə İsveçrə vətəndaşı olması onun erməni və ya ermənipərəst olmasını istisna etmir. Ümumilikdə isə, məlumata görə, A. İnnocenti erməni mənşəlidir, sosial şəbəkələrdə ifrat xristian təəssübkeşi kimi çıxış edir.
İsveçrə hökuməti ilin əvvəllərində “xalq diplomatiyası”nı inkişaf etdirmək üçün Azərbaycan KİV-inə və QHT-lərinə qrant ayıracağını bəyan etmişdi. Lakin “xalq diplomatiyası” ideyasına ölkəmizdə mənfi münasibət bu qrantların təyinatı üzrə çatmasına mane oldu. Görünür, X.İsmayılova İsveçrənin özündəki ermənipərəstlərlə birgə ilin sonuna kimi həmin qrantları almaq iddiasındadır.
Beləliklə, bu şəxs tərəfindən Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilər və Ermənistanın maraqlarına xidmət edən mövqeyin ortaya qoyulması onun erməni ekstremistlərindən də daha kəskin mövqedə durduğunu göstərir. Birmənalıdır ki, keçmişi çoxsaylı milli xəyanətlərlə dolu olan bu şəxsin hədəfi Azərbaycan xalqı və dövlətidir. Onun bu mövqeyi isə təəccüblü deyil. Medianın araşdırmasına görə, onun özünün ermənilərlə qohumluq əlaqələri var. Bu fakt X.İsmayılovanın anti-Azərbaycan mahiyyətini şərtləndirən əsas səbəblərdən biridir.

 
  • Oxunub:  25260  |  
  • Tarix:  27-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA