Ana səhifə »  Müəlliflər »  İşğalçı ölkə problemlər girdabında
A+   Yenilə  A-
İşğalçı ölkə problemlər girdabında
Yazdı: Nardar Bayramlı

Ermənistanda bütün sahələrdə acınacaqlı vəziyyətin hökm sürməsi artıq erməni lobbisinin nəzarətində olan KİV tərəfindən də etiraf edilir
Təcavüzkar mövqeyinə görə bölgədəki bütün transmilli layihələrdən kənarda qalan Ermənistanda gərginlik pik həddə çatıb. İşğalçı ölkədə müşahidə edilən iqtisadi böhran, öz növbəsində, bütün sahələrdə xaotik vəziyyət yaradıb. Sarkisyan hakimiyyəti mövcud problemləri nə qədər gizlətməyə çalışsa da, Ermənistanda bütün sahələrdə acınacaqlı vəziyyətin hökm sürməsi artıq, erməni lobbisinin nəzarətində olan KİV tərəfindən də etiraf edilir.
Belə ki, Fransanın paytaxtı Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalındakı məqalədə də Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olduğu, korrupsiyanın tüğyan etdiyi, işsizlərin sayının durmadan artdığı etiraf edilib. Jurnalın Ermənistanda işsizlik probleminə həsr olunmuş məqaləsində qeyd edilir ki, bu ölkənin əmək məşğulluğu xidmətinin rəhbəri Artak Manqasaryan bu sahədə vəziyyətin ciddi narahatlıq doğurduğunu və işsizlərin sayının ildən-ilə artdığını bəyan edib. Məsələn, 2014-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə işğalçı ölkədəki işsizlərin sayı 3,7 faiz artaraq 62400 nəfərə çatıb. Onlardan 46600 nəfərini qadınlar, 15800 nəfərini isə kişilər təşkil edib. Əlbəttə, bu, rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə isə, işsizlərin sayı daha çoxdur. Qəzet yazır ki, Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi heç də təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə Ermənistanı tərk edərək Rusiyaya və digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı yüz minlərlədir. Ona görə də, yuxarıdakı rəqəm reallığı düzgün əks etdirmir.
Məqalədə o da qeyd olunur ki, Ermənistanda həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir.
Beləliklə, yazılanlardan da belə bəlli olur ki, Ermənistan bütün sahələrdə böhranla üzləşib. İşğalçı dövlətin rəhbərliyi isə nə qədər çalışsa da, vəziyyətdən çıxış yolu tapa bilmir. Eyni zamanda, Sarkisyan hakimiyyəti Avrasiya İqtisadi Birliyinə olan ümidini də ititrməkdədir. Çünki hakimiyyət bu təşkilata qoşulmaqla iqtisadi dividendlər əldə etməyi düşünürdü. Amma Ermənistanın birliyə hələ iyun ayında qoşulacağı bildirilsə də, bundan bir neçə ay keçməsinə baxmayaraq, məsələ qeyri-müəyyən olaraq qalır.
Yeri gəlmişkən, Qazaxıstanın xarici işlər naziri bu günlərdə Rusiya və Ermənistana xəbərdarlıq edib ki, oktyabrın 10-da Minskdə keçiriləcək görüşə kimi Astananın xarici siyasət idarəsi Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olub-olmaması haqqında yekun nəticəyə gələ bilməyəcək. “Aykakan Jamanak” qəzetinin yazdığına görə, Qazaxıstanın bu mövqeyi o deməkdir ki, Ermənistanın bu birliyə daxil olmaq cəhdləri yenə də boşa çıxacaq. İndi bununla bağlı Moskva ilə Yerevan arasında intensiv müzakirələr gedir. Yəqin, buna görədir ki, müstəqillik gününə həsr edilən mərasimdə çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Avrasiya İqtisadi Birliyinə daxil olmasının dəqiq tarixini açıqlamayıb. Xatırladaq ki, bir müddət öncə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev əgər bu və ya başqa məsələdə təzyiq ediləcəyi təqdirdə ölkəsinin hətta birlikdən çıxa biləcəyini də deyib: “Biz Avrasiya İqtisadi Birliyində tamamilə eynihüquqluyuq”.
Bir sözlə, bu məsələdə Ermənistanın ümid yeri yalnız Rusiyadır. Amma Rusiya öz vassalı hesab etdiyi Ermənistana görə Qazaxıstanla qarşıdurmaya getmir. Ona görə də, Ermənistan Rusiyadan da yetərli dəstək ala bilmir. Bu azmış kimi, işğalçı dövlət Rusiyadan daha bir zərbə alıb. Belə ki, erməni milyonçu Levon Ayrapetyanın Rusiyada həbs edilməsi Ermənistan mətbuatında Rusiya əleyhinə tənqidi yazıların artmasına səbəb olub. Məlumat üçün bildirək ki, adı çəkilən milyonçu Ermənistana xeyli maliyyə yardımı etməsi ilə tanınırdı. Erməni mətbuatında məsələ ilə bağlı məqalələrdən biri “Rusiya ermənilərə xidmətinə görə belə “təşəkkür” edir” başlığı altında yerləşdirilib. Məqalədə erməni milyonçu Levon Ayrapetyanın Rusiya qarşısındakı xidmətlərindən sonra həbs edilməsi ilə bağlı narazılıq əksini tapıb.
Beləliklə, işğalçı Ermənistanda gərginlik artmaqda davam edir. Həm xaricdən yardımların kəsilməsi, həm də kriminal hakimiyyətin yeritdiyi siyasət əhalinin narazılığını daha da artırıb. Bu səbəbdən də, Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları yenidən başlayıb.

 
  • Oxunub:  26100  |  
  • Tarix:  26-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA