Ana səhifə »  Müəlliflər »  Radikalların növbəti etirafı
A+   Yenilə  A-
Radikalların növbəti etirafı
Yazdı: Pərviz Sadayoğlu

Sərdar Cəlaloğlu: Biz müxalifət olaraq Azərbaycanda dəyişilmələrin qabağında duran ən böyük əngələ çevrilmişik
Özünün düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsi nümayiş etdirdiyi antidövlət, antimillət mövqeyi ilə xalqın etimadını tamam itirib. Yalnız antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarını düşünməyən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda korporativ maraqlarını rəhbər tutan radikal düşərgə təmsilçiləri əsl müxalifətçilik missiyasından çox uzaqdırlar. Bu qüvvələrin əsas məqsədi yalnız xarici maraqların təminatına yönəlib. Bu isə xalqın onlara qarşı etimadının tam itməsinə gətirib çıxarıb.
Ötən il keçirilən prezident seçkiləri Azərbaycanın radikal müxalifət düşərgəsinin gücünün olmadığını, dağıdıcıların vətəndaşlar tərəfindən dəstəklənmədiyini növbəti dəfə sübut etdi. Bu səbəbdəndir ki, spekulyativ oyunlarla, müəyyən manevrlərlə siyasi gündəmdə qalmağa cəhd göstərən radikal müxalifət partiyalarının rəhbərləri özlərini “xilas etmək” və ya yenidən xarici anti-azərbaycançı qüvvələrin diqqətini özlərinə cəlb etmək üçün fərqli yollara əl atırlar. Bu gün beynəlxalq aləm Azərbaycan dövlətini Cənubi Qafqaz regionunun əsas aktoru qismində qəbul edir. Azərbaycan böyük bir coğrafiyanın ən yüksək iqtisadi inkişafa malik ölkəsi olmaqla yanaşı, bu regionun sabitlik adasıdır. İldən-ilə inkişaf edən Azərbaycan dövləti bu gün hətta ən güclü inkişafa malik ölkələrdən gələn qonaqları belə təəccübləndirəcək dərəcədə dəyişib. Amma gəlin baxaq, bu 20 il ərzində dəyişən dünyanın, inkişaf edən Azərbaycanın fonunda radikal müxalifət düşərgəsi dəyişibmi və ya dəyişməyə cəhd göstəribmi?
İllərdir ki, anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən radikal düşərgə yenə də köhnə “hava”sını çalmaqdadır. Bunu radikal düşərgənin təmsilçiləri özləri də zaman-zaman etiraf edirlər. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu KİV-ə müsahibəsində bildirib ki, seçkilərdə müxalifətin müvəffəqiyyət qazanmamasının çoxlu səbəbləri var və bu səbəblərdən biri də müxalifətin özündən asılıdır: “Bəxtiyar Vahabzadənin bir fikri var, deyir ki, hər şey dəyişir, mən niyə dəyişmirəm?! Baxmayaraq ki, nəsillər dəyişir, dünya dəyişir, geopolitika dəyişir, hətta hakimiyyətin özü də dəyişir, ancaq Azərbaycan müxalifətinin siyasi kursu dəyişmir, taktika və strategiyasında dəyişiklik olmur”.
Fikrini davam etdirən S.Cəlaloğlu “biz müxalifət olaraq Azərbaycanda dəyişilmələrin qabağında duran ən böyük əngələ çevrilmişik. Ona görə də haqlı olaraq bəzən deyirlər ki, müxalifət dəyişilsin. Çünki müxalifət dəyişən situasiyaya uyğun dəyişilmədiyinə görə dəyişilməyən müxalifət dəyişən situasiya üçün bir əngələ çevrilir” - deyib.
S.Cəlaloğlu etiraf edib ki, radikal düşərgə daxilində rəqabət yoxdur. Onun sözlərinə görə, müxalifət hər şeyi qara rəngdə görməkdən əl çəkməlidir: “Müxalifət başa düşmür ki, siyasi dialoq seçkilərdən fərqli olaraq, cəmiyyətin inkişafı üçün bir demokratik prosedurdur. Eləcə də, bir çox məsələlərdə əməkdaşlıq etmək. Məsələn, Qarabağ məsələsində müxalifətin iqtidardan kənarda durması qəti düz deyil. Mən hələ görməmişəm ki, müxalifət bir səslə Qarabağla bağlı Prezident İlham Əliyevin apardığı siyasətin müsbət məqamlarını alqışlasın”.
Bunun səbəbini isə radikal düşərgənin bir sıra partiyalarının - “Müsavat”ın, AXCP-nin üzvlərində bir hakimiyyət yanğısının olması ilə əlaqələndirən ADP sədri vurğulayıb ki, bu yanğı onlara imkan vermir ki, bəzi hallarda düzgün qərar qəbul etsinlər: “Müxalifətin birləşməməsinin bir səbəbi də Azərbaycan müxalifətində hakimiyyətdə olan və olmayan qüvvələrin mövcudluğu ilə bağlıdır. Məsələn, biz bir qərar vermək istəyirik, hakimiyyətdə olmuş qüvvələr onu daha radikal ifadə etmək istəyir. Bizim üçün isə fərqi yoxdur, loyal olmağa daha çox maraqlıyıq. Bu da bizə imkan vermir ki, iqtidara həmişə eyni münasibətdə olaq”.
Göründüyü kimi, radikal düşərgənin hakimiyyət hərisliyində olması onların düzgün qərarlar verə bilməməsinə, Azərbaycan dövlətinin ötən illər ərzində əldə etdiyi uğurları qiymətləndirməməsinə gətirib çıxarır. Sağlam siyasi mübarizə aparmaq qabiliyyətində olmayan radikal düşərgə pafoslu yalanları ilə cəmiyyəti aldatmağa çalışır. Təbii ki, son nəticədə bu da onların özlərinin ifşası ilə nəticələnir. Çünki xalqımız bu düşərgənin hər addımda dövləti satmasının dəfələrlə şahidi olubdur. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıblar. Bu “fəaliyyət”ləri zamanı isə onların istinad mərkəzi birmənalı şəkildə ermənipərəst dairələr olub. Bu gün də analoji ünvanların xidmətini həyata keçirənlərin dəyişməsini gözləmək isə bir qədər çətindir. Necə deyərlər, qozbeli qəbir düzəldər.

 
  • Oxunub:  25650  |  
  • Tarix:  24-09-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA