Ana səhifə »  Müəlliflər »  Səxavət Əlisoy Müsavat Partiyasında “infeksiya”ların olduğunu dilə gətirib
A+   Yenilə  A-
Səxavət Əlisoy Müsavat Partiyasında “infeksiya”ların olduğunu dilə gətirib
Yazdı: Pərviz Sadayoğlu

Sədrliyə namizəd “Müsavat”da regionçuluğun və saxtakarlığın baş alıb getdiyini söyləyib
Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə gərginləşdikcə namizədlər maraqlı açıqlamaları ilə illərdir partiyaları haqqında danışdıqları yalanları ifşa edirlər. Belə ki, İsa Qəmbərin kreslosunu ələ keçirmək üçün bütün güclərini ortaya qoyan başqanlığa namizədlər partiyada olan neqativ halları, avtoritarizmi və qeyri-şəffaflığı özlərinin “platforma”larında işıqlandırırlar. Məsələn, bir müddət öncə özünün 8 bənddən ibarət “platforma”sını açıqlayan başqanlığa namizəd Qubad İbadoğlu partiyada qruplaşmaların baş alıb getdiyinə, gənclərin sıxışdırıldığına, gənclər təşkilatının İsa Qəmbərin və Arif Hacılının əlində oyuncağa çevrildiyinə, İ.Qəmbər-A.Hacılı cütlüyünün korrupsiyaya bulaşaraq partiya adına alınan pulları mənimsədiyinə, partiyada qeyri-şəffaf və hesabat verilməyən bir mühitin formalaşdırıldığına işarə etmişdi. Bundan başqa, Q.İbadoğlu dolayısı ilə də olsa, hazırkı “Müsavat” rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə milli maraqlara zidd mövqe tutduğunu etiraf etmişdi.
Bu dəfə isə “etiraf” və “ifşaetmə” kampaniyasına başqa bir namizəd qoşulub. Sentyabrın sonuna planlaşdırılan qurultayda başqanlıq uğrunda mübarizə aparacaq Səxavət Əlisoy partiyada “Müsavat”çılıqla uyğun olmayan anlayışlar”ın hökm sürdüyünü ortaya qoyub və hətta bu “anlayışlar”ın siyahısını hazırlayıb. O bildirib ki, partiyanın qurultayı yenilənmiş “Müsavat” ərsəyə gətirdiyi təqdirdə, partiya bir sıra “infeksiya”lardan azad ola bilər. S.Əlisoyun “platforma”sında yer alan “infeksiya”lar isə illərdir ki, İ.Qəmbərin təkzib etdiyi detallardır. Belə ki, başqanlığa namizəd təmsil olunduğu partiyada regionçuluğa və saxtakarlığa “stavkalar”ın olduğunu və bunun aradan qaldırılmasının gərəkdiyini vurğulayıb. O hətta İ.Qəmbərin bostanına daş ataraq qurultayın vaxtında keçirilməməsini, məclisin və divanın fəaliyyətində qeyri-rasionallığın əsas götürüldüyünü də bəyan edib. S.Əlisoy “platforma”sında partiyadakı “infeksiya”ları, yəni, bu gün “Müsavat”da cövlan edən halları aşağıdakı şəkildə qruplaşdırıb. Onun fikrincə, partiyada qeyri-şəffaflıq, avtoritarizm, populizm, regionçuluq, dəstəbazlıq, yaltaqlıq, saxtakarlıq, psevdopatriotizm, siyasi səbatsızlıq və bisavadlıq hökm sürür və bunlar aradan qaldırılmalıdır. S.Əlisoyun sözlərinə görə, partiyada kadr seçimində populistlərə deyil, intellektuallara “stavka” edilməlidir. Bir “Müsavat”çının partiyada iki vəzifə daşımasının qarşısı alınmalı, iki seçkidən artıq vəzifədə qalmaqda davam edən rayon təşkilatlarının sədrləri istefaya göndərilməlidir. “Partiya rəhbərliyində Azərbaycanın bütün regionlarının və partiyada çoxluq təşkil edən etniklərin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulmalıdır”.
O etiraf edib ki, təmsil olunduğu partiya hələ də 90-cı illərdən qalma populist şüarlara istinad edir. Ən maraqlısı isə, onun toplanan üzvlük haqlarının şəffaf olması tələbidir: “Partiyada tam şəffaf mühit bərqərar olunmalı, toplanan üzvlük haqları və ianələr barədə hər ay məlumat verilməli, partiya rəhbərliyində təmsil olunacaq şəxslər mal varlığı barədə cəmiyyəti məlumatlandırmalıdırlar”.
Göründüyü kimi, səslənən faktlar indiyə qədər İ.Qəmbərin, A.Hacılının və digərlərinin “Müsavat” haqqındakı boş, şişirdilmiş, populist fikirlərini alt-üst edir. İllərdir ki, özünü cəmiyyətə “ana müxalifət”, “əsas müxalifət”, “əsl müxalifət” licimində sırımağa çalışan, əslində isə şəxsi kooperativə, anti-azərbaycançı dairələrin sifariş və istinad nöqtəsinə çevrilən Müsavat Partiyasında hökm sürən ab-hava, vəziyyət onu deməyə əsas verir ki, bu təşkilat yalnız bir sıra maraqların xidmətçisi olub. Bu gün başqanlığa namizədlərin səsləndirdikləri “acı etiraflar” bir daha həqiqətin nələrdən ibarət olduğunu cəmiyyətə aşkar şəkildə göstərir. İ.Qəmbərin timsalında radikal düşərgə partiyalarının sədrlərinin öz təşkilatlarında yaratdıqları mühit bu cür “acı reallıq”dan ibarətdir. İstər Müsavat Partiyasından, istər AXCP-dən, istərsə də digər radikal yönümlü partiyalardan davamlı olaraq səslənən istefa xəbərlərinin də məğzində məhz bu komponentlər dayanır. 
Bəli, Müsavat Partiyasının başqanlığına namizədliyini vermiş şəxslərin bəhs etdikləri bu “infeksiya”lar Azərbaycanın radikal müxalifətinin illərdir ki, yığılan, davam edən mərəzidir. Maddi təminat üçün milli maraqlara əks mövqe tutan, Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı bir problemi özünün siyasi alver predmetinə çevirən, ölkəmizdə gedən inkişafa qara yaxmaq üçün bütün vasitələrə əl atan, hətta torpaqlarımızı işğal edən ermənilərlə işbirliyinə gedərək sazişlər imzalayan radikal düşərgə təmsilçilərinin kimlikləri bir daha ifşa edilir. Necə deyərlər, bu dəfə radikal düşərgənin “sandığı”nı açan, “pambığı”nı tökən elə özününkülərdir...

 
  • Oxunub:  26250  |  
  • Tarix:  20-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6