Ana səhifə »  Müəlliflər »  Ermənistan siyasi böhran ərəfəsində...
A+   Yenilə  A-
Ermənistan siyasi böhran ərəfəsində...
Yazdı: Nurlan Qələndərli

Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər
Ermənistanda mövcud olan ictimai-siyasi kataklizmlər daha da güclənir. Ermənistan mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Qeyd edək ki, siyasi narazılıq və ziddiyyətlər daha çox qarşıdurma və aksiyalarla müşahidə edilir. Yeri gəlmişkən, Ermənistanda nəşr edilən “168 Jam” qəzeti yazır ki, bu ölkənin iki partiyasının liderləri Levon Ter-Petrosyan və Qaqik Sarukyan ümumerməni etiraz mitinqinin keçiriləcəyi vaxt barədə razılığa gəliblər. Mitinqdə 4 müxalifət partiyası nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
Mənbə qeyd edir ki, mitinq 17 oktyabr tarixində baş tutacaq: “Əvvəlcə güman edilirdi ki, mitinq 10 oktyabrda keçiriləcək. Amma həmin gün Ermənistanın Avrasiya İttifaqına qoşulması haqqında məsələyə aydınlıq gələcək. Belə bir “təsadüf” narazılığa səbəb ola bilər. Ona görə də etiraz aksiyasını növbəti həftəyə keçirmək qərarı verilib”.
Nəşr onu da qeyd edir ki, açıq şəkildə hələ heç kim demir ki, indiki vəziyyət hakimiyyətin dəyişməsinə səbəb ola bilər: “Birincisi, Ermənistanda, iqtisadi vəziyyət çox acınacaqlıdır. İkincisi, Sarkisyan hakimiyyəti iflasa uğramaqdadır. Sarkisyanın istefaya getməsi ehtimalı da mövcuddur”.
Bununla yanaşı, bu ölkədə hakimiyyətin sadə vətəndaşlarla yanaşı, mətbuata təzyiqləri də şiddətlənib. Bu kontekstdə son olaraq parlament təhlükəsizlik xidmətinin rəisi Karen Hayrapetyan sentyabrın 9-da keçirilən aksiya haqqında məlumat toplayan A1+ televiziya şirkətinin müxbiri Marine Xaçatryana hücum edib. Ermənistanın baş prokuroru parlament təhlükəsizlik xidməti rəisinin jurnalistə hücumu ilə bağlı yayılan materialları Xüsusi İstintaq Xidmətinə göndərib. Hadisə ilə bağlı bir sıra jurnalist və ictimai təşkilatlar parlament təhlükəsizlik xidməti rəisinin hərəkətlərini pisləyən bəyanat yayıb, jurnalistin öz vəzifə borcunu yerinə yetirməsinə mane olduğuna görə onun məsuliyyətə cəlb edilməsini tələb ediblər.
“Armenia today” isə yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Görünən odur ki, vətəndaşlar Ermənistanın hazırkı durumundan narazıdır və ölkə sosial inqilab astanasındadır. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir.
Bəhs olunan nəşr yazır ki, cari ilin yekun iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, rəsmilərin hesabatlarının əksinə olaraq bu ölkədə nəinki, heç bir iqtisadi artım qeydə alınmayıb, hətta ciddi geriləmə tendensiyası aktual olub.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırkı hərbi xuntanı tənqid və qınaq atəşinə tutmaqdadır. Müşahidələr onu deməyə əsas verir ki, bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə meyillərinin ortaya çıxmasıdır. Belə ki, Fransa, Livan və ABŞ-dakı erməni lobbisi, demək olar ki, davamlı olaraq İrəvan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, lobbinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən mesajlar verməkdədir. Bundan savayı, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb. Bu isə “hakimiyyət-diaspor tandemi”nin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.

 
  • Oxunub:  24990  |  
  • Tarix:  17-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA