Ana səhifə »  Müəlliflər »  Qubad İbadoğlunun “Müsavat” haqqında acı etirafları...
A+   Yenilə  A-
Qubad İbadoğlunun “Müsavat” haqqında acı etirafları...
Yazdı: Pərviz Sadayoğlu

Sədrliyə namizəd partiyasının antimilli mövqe tutduğuna, şəffaflığa riayət olunmadığına və xarici donorlardan alınan pulların şəxsi təminatlara yönəldildiyinə işarə edib
Müsavat Partiyasının qurultayının təyin olunduğu gün yaxınlaşdıqca partiyadakı gərginlik daha da artmaqdadır. Sədrlik uğrunda mübarizədə barışmaz rəqiblərə çevrilən keçmiş partiyadaşlar isə bu gərginliyin artmasında “özünəməxsus” addımları ilə seçilirlər. Məsələn, başqanlığa ən real namizədlərdən sayılan Arif Hacılı xaricdə yaşayan bəzi insanların onu “dəstəklədiyini” nümayiş etdirmək üçün bütün resurslarını işə salıb. Hətta sosial şəbəkələrdə özü üçün əsl piar kampaniyası təşkil edən A.Hacılı bununla da “partiya daxilindəki nüfuzunu” nümayiş etdirir.
Elə bu seçkidə A.Hacılıya rəqib olan Qubad İbadoğlu da ondan geri qalmaq niyyətində deyil. Belə ki, A.Hacılını İ.Qəmbərin “varisi” sayanların arqumentlərini darmadağın etmək üçün Q.İbadoğlu “Müsavat” haqqında bəzi məqamları etiraf etmək məcburiyyətində qalıb. Daha dəqiq desək, öz “platformasını” açıqlayan Qubad İbadoğlu əslində, illərdir ki, “Müsavat” rəhbərliyi tərəfindən ciddi-cəhdlə təkzib olunan bəzi faktları təsdiqləyib. Digər tərəfdən, o, yaxın gələcəkdə baş verməsi gözlənilən parçalanmadan sonra yalnız özünə yaxın komandanı partiyada saxlayacağını bildirib.
Q.İbadoğlu platformasında “Müsavat”a yaxınları saxlamaq” ifadəsini işlətməklə, əslində, Arif Hacılı-İsa Qəmbər cütlüyünün əsl mahiyyətini açmağa çalışıb. Yəni, bu fikir onu isbat edir ki, İ.Qəmbər və onun komandası indiyə qədər heç də iddia etdikləri kimi hansısa partiya əqidəsinə xidmət etməyiblər, sadəcə, “Müsavat”ı özünün kooperativi kimi işlədiblər. Lakin bu partiyanı xarici “sərmayədarların” sifarişi əsasında işlədən qrupun əsl simasını üzə çıxarmağa çalışan digər qrup da əslində öz maraqlarının təmin olunmasına cəhd göstərir. Sadəcə bunu özünün piarına çevirməklə Q.İbadoğlu illərdir ki, digər “Müsavat”çılardan gizlədilən pulları da ortaya çıxarmış oldu.
Yeri gəlmişkən, Q.İbadoğlunun etirafları bununla bitmir. Görünən budur ki, illərdir partiyanın idarə edilməsindən kənarda saxlanılan Q.İbadoğlu və onun rəhbərlik etdiyi (əvvəllər isə üzvü olduğu) qruplaşma artıq öz rəqiblərinin əsl simasını açmaqda qətidirlər. Məsələn, Q.İbadoğlu iddia edib ki, partiyanın idarə edilməsində gənclərdən istifadə edəcək. Bu isə daha bir faktı ortaya çıxarır. Belə ki, Müsavat Partiyasının gənclər təşkilatının uzun illərdir bir sıra funksionerlərin əlində oyuncağa çevrilməsi artıq cəmiyyətə bəllidir. Hətta partiyanın gənclər təşkilatının sədrinin belə təyinat formasında müəyyənləşdirilməsi çox mətləblərdən xəbər verirdi. Yəni, Q.İbadoğlunun “gənclərdən idarəçilikdə istifadə ediləcək” fikri bir daha sübut edir ki, İ.Qəmbər illərdir aldadıb yanına çəkdiyi gənclərdən öz məqsədləri uğrunda istifadə etməyə çalışır. Təbii ki, qurultayda qalib gələcək tərəf də bu “ənənəyə” sadiq qalacaq. Sadəcə, qurultay öncəsi təbliğat xatirinə də olsa, əsl həqiqətləri etiraf edən Q.İbadoğlu uzun müddətdir səslənən, amma təkzib edilməyə çalışılan məsələlərin üstünü açır.
A.Hacılını məğlub etmək üçün geniş piar kampaniyası aparan Q.İbadoğlu öz “platformasında” daha bir maraqlı məqama toxunub. O, “şəffaf və hesabatlı siyasi partiya modeli yaratmaq” istədiyini öncə çəkib. Belə çıxır ki, indiyə qədər bu partiyada nə şəffaflığa riayət olunub, nə də sadə üzvlər və cəmiyyət qarşısında kimsə hesabat verməyib. Bu məsələnin ən primitiv isbatı artıq illərdir ki, “Müsavat” partiyasının öz gəlirləri ilə bağlı hər hansı hesabatı verməməsidir. Bu isə partiya idarəçiliyində şəffaflığın olmamasına gətirib çıxarır. Əlbəttə ki, xarici donorlardan, ermənipərəst qüvvələrdən, anti-azərbaycançı dairələrdən pul qoparan, qarşılığında isə milli maraqlarımızı hədəfə alan “Müsavat”ın başqanı İ.Qəmbər əldə etdiyi maliyyə imkanlarını şəxsi büdcəsinə çevirib, şəxsi təminatına istiqamətləndirib. Xaricdən alınan bu pulları isə “kütləvi aksiya” və başqa adlar altında silinməklə “həzm-rabe”dən keçirib.
“Platformada”kı “Qarabağın azadlığı üçün Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə çalışmaq” məsələsinə gəlincə, Q.İbadoğluna xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövləti və hakimiyyəti Dağlıq Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda mühüm işlər aparır. İstər beynəlxalq müstəvidə, istərsə də hərbi sahədə artan gücümüz xalqımızın haqq səsinin dünyada qəbul olunmasına yol açıb. Əslində, bu gün Dağlıq Qarabağın azadlığı yolunda görülən işlərə ən böyük maneə bir sıra radikal müxalifət partiyası və onların yedəyində pul kisəsi rolunu oynayan QHT-lərdir. Q.İbadoğlu isə bu məsələni öz “platformasına” salmaqla Müsavat Partiyasında da analoji vəziyyətin digərlərindən fərqli olmadığını ortaya qoymağa çalışıb. Yəni, çox güman ki, “Müsavat”ın da vacib məqamlarda Dağlıq Qarabağ kartı ilə siyasi alverə baş vurduğunu dolayısıyla etiraf edən sədrliyə namizəd İsa Qəmbərin dəstəklədiklərinin gələcəkdə Aram Manukyanla “əməkdaşlıqları” daha da gücləndirəcəyinə işarə vurub.
Q.İbadoğlunun etirafları arasında “milli və dövlətçilik maraqlarını partiya maraqlarından üstün tutmaq” məsələsi də yer alır ki, ümumən radikal düşərgədə bu məsələ “ən yaralı yerdir”. İ.Qəmbər və onun ətrafındakıların etdikləri hər kəsə bəllidir. Məsələn, ermənilərlə işbirliyinə getməsi, antimilli layihələrə dəstək verməsi ilə, o cümlədən, Azərbaycanın uğurlarına ləkə yaxmaqla, şər atmaqla özünə kapital yığan İ.Qəmbər və onun kimi digər radikal düşərgə partiyalarının rəhbərləri üçün ilk olaraq öz maddi təminatlarıdır. Bu baxımdan, radikal düşərgənin özü tərəfindən elan edilən bu məsələlər bir daha onların əsl simalarının ortaya çıxmasına yardım göstərir.
Amma bu “etirafların” Q.İbadoğlu tərəfindən edilməsinin özü bir az gülünc çıxır. Çünki adı antimilli donor təşkilatları ilə bir sırada çəkilən, bir sıra anti-azərbaycançı dairələrdən aldığı milyonlarla dolların hesabını verə bilməyən, vergidən yayınan, qanunları pozan birisi, necə olur ki, şəffaflıqdan və ya təmizlikdən dəm vurur. Belə yerdə İ.Qəmbər və ya A.Hacılı Q.İbadoğlunu əvvəlcə “öz gözündəki tiri görməyə” çağıra bilər...

 
  • Oxunub:  24930  |  
  • Tarix:  13-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA