Ana səhifə »  Müəlliflər »  “Mehriban düşmənlər”in yeni savaşı...
A+   Yenilə  A-
“Mehriban düşmənlər”in yeni savaşı...
Yazdı: Nardar Bayramlı

Və ya “Müsavat”çılar Əli Kərimlinin AXCP-sində qeyri-demokratik mühitin olduğuna işarə edirlər
Radikal düşərgənin “mehriban düşmənlər”i AXCP ilə Müsavat Partiyası arasında kəskin ziddiyyətlərin mövcudluğu heç də yeni məsələ deyil. Bu partiyalar hər zaman bir-birlərinə qarşı barışmaz mövqe nümayiş etdiriblər. Doğrudur, müəyyən vaxtlarda onlar “müttəfiq” kimi görünməyə çalışıblar. Amma bu “müttəfiqlik” partiya rəhbərlərinin ortaq maraqlarının (əsasən, xaricdəki anti-azərbaycançı dairələrdən gələn maliyyə vəsaitlərinin bölüşdürülməsi) təmin edilməsi üçün müvəqqəti xarakter daşıyıb.
Bu partiyalar arasındakı son gərginliyin əsası isə “Müsavat”ın “Milli şura”nı tərk etməsindən sonra qoyulub. Məhz həmin vaxtdan etibarən “Müsavat” yenidən AXCP funksionerləri tərəfindən hədəfə götürülüb və hazırda hər iki partiya “müharibə” vəziyyətindədir.
Belə ki, düşərgədaxili rəqibinə zərbə vurmaq üçün hər kiçik məqamdan belə istifadə etməyə çalışan tərəflər zaman-zaman bir-birinin ünvanına ittiham və atmacalar səsləndirməkdədirlər. Müsavat Partiyasının qurultayı ərəfəsində baş verənlər, həmçinin, AXCP-nin “Müsavat”da gözlənilən sədr seçkisinə təsir etmək istəyi isə qarşı tərəfin əks-reaksiyasına səbəb olub. Və bu dəfə də “cəbhə”çilərə cavabı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli verib. KİV-də gedən məlumatlara görə, o, “indi AXCP üzvləri “Müsavat”dakı kampaniyaya baxaraq, “kaş bizim də partiyamızda belə demokratiya olaydı” deyirlər”, - deyə Əli Kərimlinin partiyasının “bostanına daş atıb”. Təbii ki, onun həmin sözlərini bir neçə aspektdən şərh etmək mümkündür. Yəni, M.Hacıbəyli bununla əvvəla AXCP-də heç vaxt demokratiyanın olmadığına, əksinə diktaturanın hökm sürdüyünə işarə edir. Bu da səbəbsiz deyil. Çünki həqiqətən də, Əli Kərimli AXCP-də sədrliyə gəldikdən sonra bu partiyada fərqli fikirlərin mövcudluğuna son qoyulub. Heç uzağa getməyək bir müddət “Azadlıq” qəzetinin yazarı olmuş Mirzə Sakit də AXCP-dəki durumu dözülməz adlandırmışdı. Onun sözlərinə görə, bu partiyada diktatura hökm sürür.
M.Sakitin fikirlərindən belə anlaşılırdı ki, AXCP-də ümumi maraqlar arxa plandadır, ön yerdə isə sədrin maraqları dayanır. Əslində, AXCP-də müstəqil, fərqli fikirlərə yer verilməməsi və onu ifadə edənlərə qarşı təzyiqlərin edilməsi yeni məsələ deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, bu prosesə Əbülfəz Elçibəyin vəfatından sonra Əli Kərimlinin partiyaya rəhbər gəlməsi ilə start verilib. Yəni, Ə.Kərimli sədr seçiləndən sonra AXCP-də az-çox nüfuzu olan şəxsləri tədricən sıradan çıxarmaqla məşğul olub. Hazırda da, AXCP-də belə bir qayda hakimdir ki, fərqli fikir söyləyənlər, Ə.Kərimlinin hansısa mövqeyi ilə razılaşmayanlar bu partiyada ola bilməz. Elə zaman-zaman baş verən istefalar da bu faktı bir daha təsdiqləyir. Bu mənada M.Hacıbəylinin AXCP-də demokratiyanın olmaması haqda fikirləri anlaşılandır. Yəni, M.Hacıbəylinin timsalında “Müsavat”ın rəhbərliyi AXCP-nin Əli Kərimlinin diktaturası altında olduğuna dair cəmiyyətə mesaj verir.
M.Hacıbəylinin məlum atmacasının digər səbəbi isə birbaşa qurultay, daha doğrusu, sədr seçkisi ilə bağlıdır. O mənada ki, M.Hacıbəyli “Müsavat” başqanlığına iddialı və özünü bu posta ən şanslı hesab edən Arif Hacılının qardaşıdır. AXCP rəhbərliyinin isə “Müsavat” başqanlığında Qubad İbadoğlunu görmək istəməsi bu düşərgəyə məlumdur. Ona görə də, M.Hacıbəylinin qardaşının rəqiblərini dəstəkləyən partiyaya qarşı tənqidləri başadüşüləndir. Yəni, A.Hacılı qardaşı vasitəsilə AXCP-yə “sakit durmağı” məsləhət görür. Bütün hallarda isə hazırki proseslər AXCP ilə “Müsavat” arasında yeni savaşın başlandığına işarə edir.

 
  • Oxunub:  24870  |  
  • Tarix:  03-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA