Ana səhifə »  Müəlliflər »  Qubad İbadoğlu niyə narahatlıq keçirir?
A+   Yenilə  A-
Qubad İbadoğlu niyə narahatlıq keçirir?
Yazdı: Pərviz Sadayoğlu

Yaxud “QHT” rəhbəri xarici anti-azərbaycançı mərkəzlərdən aldığı 14 milyon dollardan danışıb...
Radikal müxalifət düşərgəsinin anti-azərbaycançı mərkəzlərlə əlaqəli işləməsi, onlardan sifariş və maliyyə dəstəyi alması heç də yeni məsələ deyil. Yəni, bununla bağlı faktlar mütəmadi olaraq istər radikal düşərgədə təmsil olunan partiyaların üzvləri, istərsə də “QHT” adı altında pərdələnərək xarici maliyyəni əldə etməyə niyyətlənən düşərgə təmsilçiləri tərəfindən etiraf edilib. Məsələn, hələ 2013-cü il prezident seçkiləri öncəsi Müsavat Partiyasının başqanı İsa Qəmbər elə radikallara xidmət göstərən radiodakı çıxışında dağıdıcı düşərgənin “bəzi” partiyalarının “QHT” adı altında xarici mənbələrdən pul alması faktını təsdiqləmişdi. Həmin dövrdə bir sıra düşərgə partiyaları bu fakta etiraz etsə də, İ.Qəmbərin açıqlaması düşərgədəki durumu və qeyri-şəffaf, o cümlədən, antimilli fəaliyyəti ortaya qoymuşdu.
Maraqlıdır ki, son dövrlərdə bu cür məsələlər yenidən gündəmə gəlib. Daha doğrusu, radikal düşərgənin nəzarətində olan QHT-lərin xarici antimilli donorlardan külli miqdarda maliyyə vəsaiti alması və bunu ölkədəki stabilliyi pozmağa yönəltməyə çalışması yenidən müzakirə obyektinə çevrilib. Və bu sırada adıçəkilən QHT təmsilçilərindən biri - Müsavat Partiyasının başqanlığına namizəd Qubad İbadoğlu artıq radikal müxalifətin nəzarətində olan KİV-lərdə özünümüdafiə kampaniyasına başlayıb...
Qubad İbadoğlunu ilk ifşa edənlərdən biri partiyadaşı Arif Hacılı oldu
Yeri gəlmişkən, Q.İbadoğlunun xarici donorlardan vəsait alması, külli miqdarda var-dövlətə sahib olması faktı birinci dəfə deyil ki, səslənir. Belə ki, hələ bir müddət öncə internet mediasında bununla bağlı bir sıra materiallar dərc edilsə də, Q.İbadoğlu bu ittihamlara cavab verməmişdi. Daha doğrusu, yayılan məlumatlarda qeyd edilən rəqəmlər və ya prosesin gedişatı ilə bağlı hər hansı əks arqumentin olmaması Q.İbadoğlunu susqunluğa qərq etmişdi. Bunun ardından isə avqustun 18-də “Müsavat”ın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında Arif Hacılı Q.İbadoğlunu “sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?”,- deyə ittiham etmişdi.
Artıq, necə deyərlər, dalana dirənən və siyasi proseslərə “fəal” qoşulmaqla “yaxasını kənara çəkə bilməyəcəyini” başa düşən Q.İbadoğlu radikal düşərgənin təmsilçilərinin yararlandıqları ənənəvi metoda əl atıb. Beləliklə, prosesə siyasi don geyindirməyə çalışan, guya, aparılan araşdırmaların onun “Müsavat” başqanlığına namizəd olması ilə əlaqəli olduğunu söyləyən, digər “QHT”çilər kimi həbs ediləcəyi ilə bağlı proqnozlar səsləndirən Q.İbadoğlunun bəzi əməllərinin ortaya çıxmasından narahatlıq keçirdiyi hiss olunur. Təbii ki, fəaliyyətini qeyri-şəffaflıq üzərində quraraq “şəffaflıq” pərdəsi altında gizlənməyə çalışanların narahatlığı başadüşüləndir. Çünki əməllərinin araşdırılmayacağını düşünən, xarici donorlardan külli miqdarda pul alaraq sifariş edilən istiqamətlərə yönləndirməyə çalışanlar artıq hansı məsuliyyəti daşıdıqlarını dərk edirlər. Elə bu səbəbdəndir ki, onlar ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmaq üçün əsassız açıqlamalar verməkdədirlər.
Antimilli donorların pul maxinasiyasının kod adı - “QHT”
Q.İbadoğlu onu da iddia edib ki, guya, 14 milyon dollarlıq qrantla bağlı məsələnin hazırda araşdırılması “məqsədlidir”. O bildirib ki, hələ qarşıdakı proseslərdə müəyyən başqa şəxslər və ya təşkilatlar da bu prosesə cəlb oluna bilərlər. Görəsən, bunu Q.İbadoğlu necə düşünüb tapıb? Yəqin ki, o, həmin 14 milyonun alınmasında və ya bölüşdürülməsində kimlərin iştirak etdiyini dəqiq bildiyi üçün digər payçılarının da istintaqdan yayına bilməyəcəyini başa düşüb. Bundan başqa, Q.İbadoğlu onlara pul verən xarici qurumları da radikalları müdafiə etməməkdə, daha doğrusu, onların əməllərinin aşkarlanmaması üçün təzyiqlərdən istifadə etməməkdə günahlandırıb. Amma düşünmür ki, Azərbaycan heç bir təsirə və ya təzyiqə boyun əyəcək dövlət deyil, ölkəmiz hər zaman bütün məsələlərdə milli maraqların əsas tutulmasını prioritet olaraq seçib.
Maraqlıdır ki, Q.İbadoğlunun “giley-güzar” etdiyi dairələr sırasında onun məxsus olduğu radikal müxalifət və onların nəzarətindəki KİV-lər də yer alıb. “Müsavat” başqanlığına namizəd bildirib ki, həmin adıçəkilən kəsim də onları müdafiə etmir. Əlbəttə ki, bunun alt qatında müəyyən səbəblər yatır. Birincisi, vaxtilə radikal düşərgə partiyalarına pul ötürülməsi üçün yaradılan QHT-lərin başında duran şəxslərin bu pulları mənimsəməsi, radikal düşərgə partiyalarına isə həmin maliyyədən tamamilə az miqdarda ötürməsi partiyalarla QHT-lər arasındakı münasibətləri soyutmuşdu. Məsələn, bu gün özünü gələcək “Müsavat” rəhbəri kimi görən Q.İbadoğlu “Vikipediya”da yerləşdirdiyi özü haqqındakı məlumatda heç bu partiyanın üzvü olmasını belə qeyd etməyib. Bundan başqa, xarici antimilli mərkəzlər artıq illərdir ki, radikal düşərgənin zəif, elektoratı və tərəfdarı olmayan partiyalarına pul versələr də, hansısa ciddi nəticə əldə edə bilməyiblər. Azərbaycan xalqının həmin partiyalara münasibəti dəyişməyib. Bu baxımdan, həmin sifarişlər sonradan QHT-lərə istiqamətləndirildi və bu da partiyalarla QHT-lər arasında soyuq müharibənin başlanğıcını qoydu.
Qubad İbadoğlu çırpınsa da, həqiqətlərin üstünü örtə bilmir...
Q.İbadoğlu açıqlamasında onu da iddia edib ki, heç bir donor QHT-yə bu məqsədlə (inqilab məqsədi ilə) yardım edə bilməz. Bax bu yerdə, Q.İbadoğlunun ortaya qoyduğu məntiqə gülməmək olmur. Təbii ki, heç bir antimilli donor istər QHT-lərə, istərsə də radikal müxalifət partiyalarına açıq şəkildə “inqilab pulu” ayırmaz. Amma gəlin görək, həmin anti-azərbaycançı mərkəzlər 14 milyon dolları Q.İbadoğlunun “qara qaşına, gözünə” məhəbbətdən yana veriblər? Bundan başqa, qəpiyinin qədrini bilən, özünün maraqlarını təmin etmək üçün səxavətli şəkildə pul xərcləsə də, xəmiri qeyri-səmimiliklə yoğrulan həmin donorların Azərbaycanda hansısa “layihə”nin icrası ilə bağlı 14 milyon dollarından keçməsi də inandırıcı deyil.
Bəli, deyəsən, Q.İbadoğlu öz yalanları ilə prosesi xeyrinə dəyişə bilməyəcəyini başa düşüb. Elə bu səbəblə də, indidən özünü kompensasiya etmək niyyətindədir. Necə deyərlər, doğrunu üstələmək üçün bağıran oğru kimi...

 
  • Oxunub:  23610  |  
  • Tarix:  02-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA