Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyasında gərginlik yeni mərhələyə qədəm qoyur
A+   Yenilə  A-
Müsavat Partiyasında gərginlik yeni mərhələyə qədəm qoyur
Yazdı: Nardar Bayramlı

Partiya başqanlığına namizədlərin açıqlamaları qarşıdakı dövrdə “Müsavat”ı daha ağır proseslərin gözlədiyini təsdiq edir
Azərbaycanın radikal müxalifətində, o cümlədən, bu düşərgədə “öncüllük” iddiasında olan Müsavat Partiyasında daxili gərginlik artmaqdadır. Bu gərginliyə “stimul” verən səbəb isə partiyanın gözlənilən qurultayıdır. Məlumdur ki, avqustun 25-də partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası keçirilib. Əgər yenə də həmişəki kimi bəhanələr olmasa, qurultayın sentyabrın 27-də keçirilməsi nəzərdə tutulur. Avqustun 27-dən isə başqanlığa namizədlərin təbliğatı başlayacaq.
Xatırladaq ki, “Müsavat”ın nizamnaməsinə əsasən, partiyanın qurultayı çoxdan keçirilməli idi. Amma İsa Qəmbər başqanlıq postunu əlində saxlamaq üçün yer bəhanəsi ilə bir müddət qurultayı keçirməkdən yayındı. Əslində, İsa Qəmbərin məqsədi 2013-cü il prezident seçkilərinədək başqanlıq postunda qalmaq və seçkilərdə radikalların prezidentliyə namizədi kimi iştirak etmək idi. Amma radikal müxalifət düşərgəsində hadisələr elə cərəyan etdi ki, İ.Qəmbərin namizəd olmaq istəyi puç oldu. Bundan sonra isə o, hansısa yolla başqanlıq postunu saxlaya bilməz. “Müsavat”ın sonuncu qurultayı 2006-cı ildə keçirilib və nizamnaməyə əsasən, növbəti qurultayda İ.Qəmbər başqan seçilə bilməz.
Başqanlığa iddialılar sırasında isə daha çox Arif Hacılının, Qubad İbadoğlunun, Səxavət Əlisoyun və Tural Abbaslının adı çəkilir. Təbliğat kampaniyası ərəfəsində mətbuata açıqlama verən Q.İbadoğlu deyib ki, təşkilat komitəsinin iclasında seçki zamanı namizədlərin bərabərhüquqlu iştirakı və ədalətli seçki şəraitinin yaradılması müzakirə ediləcək. Bununla da, namizəd müəyyən qruplar tərəfindən saxtakarlığın ola biləcəyini istina etməyib və öncədən şəffaflığın təmin olunmasının zəruriliyini vurğulayıb. Q.İbadoğlu namizədliyini geri götürəcəyi ilə bağlı məlumatları da təkzib edib.
Digər iddialı T.Abbaslı isə başqanlıq uğrunda mübarizədə qələbəsinə inandığını deyib.
“Namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrində deyiləm. Avqustun 28-dən sonra yeni “Müsavat”ın konturlarını cızacağıq”. Bunu isə Trend-ə açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, başqanlığa iddialı Səxavət Əlisoy deyib.
S.Əlisoyun sözlərinə görə, bu gün yalnız yenilənmiş “Müsavat”a ehtiyac var: “Biz çox ciddi şəkildə işləməliyik. Keyfiyyətcə yeni bir tərkibdə Müsavat Partiyasının rəhbərliyi formalaşacaq, o rəhbərlik də öz siyasi xəttini, konturlarını ortaya qoyacaq. Hesab edirəm ki, gələcək fəaliyyət proqramını, strateji taktikaları formalaşdırarkən 90-cı illərdən qalmış metodlardan istifadədən imtina edilməlidir”.
Başqan müşaviri hesab edir ki, artıq siyasi vəziyyətə uyğun, adekvat siyasi mübarizə aparılmalıdır və bu daha çox intellektual müstəvidə getməlidir: “Bu gün Azərbaycan müxalifəti öz enerjisini daxili mübarizəyə sərf edib və hələ də bu oyun anlaşılmaz bir müstəvidə gedir. Nə vaxtsa bu oyun dayanacaq”.
S.Əlisoyun sözlərinə görə, ümumiyyətlə götürdükdə, Azərbaycanda təkcə yenilənmiş “Müsavat”a yox, yenilənmiş bir müxalifətə ehtiyac var: “Yəni real, obyektiv, öz potensialını düzgün dəyərləndirən və partiya strategiyalarının cizgilərini düzgün cıza bilən yenilənmiş bir müxalifətə ehtiyac duyulur. Hesab edirəm ki, indi var gücü ilə qışqırmaq və yaxud da hansısa piketlər, aksiyalar keçirmək zamanı deyil, çox şüurlu şəkildə, masa arxasında problemlərin həllinə nail olmaq lazımdır”.
Başqanlığa əsas namizədlərdən olan A.Hacılı isə özünəarxayın kimi danışır. O hətta seçkilərdə kimin nə qədər səs toplayacağını bildiyini də iddia edib. Belə ki, “Yeni Müsavat” qəzetinə açıqlamasında A.Hacılı başqan seçkisinin nəticələrinin indidən ona aydın olduğunu deyib: “Qurultay nümayəndələrinin hamısını, demək olar ki, şəxsən tanıyıram. Və seçkilərin nəticələrinin necə olacağı mənə indidən təxminən aydındır. Seçkilərdə kimin nə qədər səs toplayacağını da təxminən bilirəm. Bu da onunla bağlıdır ki, mən 20 ildən çoxdur ki, Müsavat Partiyasında bilavasitə təşkilati işlərlə məşğul olmuşam. Rayon təşkilatlarının qurulmasında, fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak etmişəm. Ona görə də, onların nə düşündükləri və qurultayda təxminən nə cür səs verəcəkləri barədə kifayət qədər məlumatım var. Buna görə də, seçkilərin nəticələrinin nə cür olacağını bilirəm”.
Bu proqnozu ilə, təbii ki, A.Hacılı rəqiblərinə mesaj vermək məqsədi güdür. Bununla da o, dolayısı ilə ifadə edir ki, əvvəlcədən nümayəndələrlə iş aparıb öz qələbəsini təmin eməyə çalışıb. Yəqin ki, bu açıqlamasından sonra A.Hacılı “Müsavat”çılar tərəfindən ciddi tənqid olunacaq. Çünki onun qeyri-səmimiliyi və ambisiyalarını reallaşdırmaq cəhdləri demokratik prinsiplərə ziddir. Beləliklə, həm bu açıqlamalar, həm də “Müsavat”da cərəyan edən hadisələr fonunda başqanlığa namizədlərin təbliğat kampaniyası dövründə partiyadaxili gərginliyin daha da artacağını gözləmək olar.

 
  • Oxunub:  24810  |  
  • Tarix:  28-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA