Ana səhifə »  Müəlliflər »  Azərbaycanın hücum diplomatiyası uğurlu nəticələr verir
A+   Yenilə  A-
Azərbaycanın hücum diplomatiyası uğurlu nəticələr verir
Yazdı: Nardar Bayramlı

ABŞ-ın ştatları tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tanınması bunu bir daha sübut edir
Məlum olduğu kimi, ABŞ-ın Nyu-Cersi ştatının Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. Qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib. Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların “Pax Turcica” kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi ştatının Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib. Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərdən olduğu vurğulanır. Qeyd edək ki, bundan əvvəl 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.
Bunun ardınca isə ABŞ-ın Pensilvaniya ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb. Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, Pensilvaniya Baş Assambleyasının qəbul etdiyi 171 saylı qətnamədə Xocalıda azərbaycanlılara qarşı törədilən qırğınlar pislənilir. Nümayəndələr Palatasının üzvü Tomas Murt tərəfindən təqdim edilən qətnamədə 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən etnik təmizləmənin və silahlı aqressiyanın bir hissəsi olaraq 1992-ci il fevralın 26-da Sovet hərbiçiləri tərəfindən müşayiət olunan erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum etməsi və şəhərin işğalı qeyd olunur. İşğal zamanı şəhəri tərk etmək istəyən sakinlərə qarşı erməni hərbçiləri tərəfindən törədilən vəhşiliklər və soyqırımı faktı qətnamədə Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı kimi göstərilir. Sənəddə, həmçinin, 613 dinc sakinin öldürüldüyü, 150 nəfərin itkin düşdüyü, 487 nəfərin yaralandığı və 1270 nəfərin əsir götürüldüyü də qeyd olunur. Bütün bunlar nəzərə alınaraq Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 21-ci ildönümünü tanımaq və dəhşətli faciənin qurbanlarının xatirəsini yad etmək haqqında qərar qəbul edib. Qətnamənin surəti ABŞ Dövlət Departamentinə, Azərbaycanın ABŞ-dakı səfirliyinə və Pensilvaniya Konqresinin hər bir üzvünə göndərilib.
Xatırladaq ki, buna qədər ABŞ-ın bir neçə ştatı da Xocalı soyqırımı haqqında sənəd qəbul edib. Ümumiyyətlə, bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Son illər ölkəmiz sürətlə inkişaf edir və bu inkişaf baxımından Azərbaycan dünya dövlətləri sırasında ön yerlərdən birini tutmaqdadır. Ölkə daxilində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə baş vermiş yeniliklər ictimaiyyətə yaxşı məlumdur. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Əminliklə demək olar ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunmaqdadır. Cənubi Qafqaz bölgəsinin lider dövləti olan Azərbaycan atdığı bütün addımlarda, qəbul etdiyi bütün qərarlarda yalnız milli maraqları əsas tutur. Həm daxili, həm də xarici siyasətdə qazanılan uğurlar Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyini daha da gücləndirir. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina parlamentləri, eləcə də, ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb. Əlbəttə, bu faktlar artıq ermənilərin çıxılmaz durumda olduğunu göstərir və informasiya müharibəsində Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağı şübhə doğurmur.
Bu gün istər iqtisadi, istərsə də siyasi çəkisinə görə, Azərbaycandan dəfələrlə geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur. Azərbaycan dövləti, ordusu hər an öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. İldən-ilə artan dövlət büdcəsi, milli təhlükəsizliyimizin qorunması istiqamətində hərbi xərclərə ayrılan vəsaitlərin həcminin artması bir daha işğalçı Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir.
Xarici siyasətdə atılan qətiyyətli addımlar onu göstərir ki, Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail olur. Bu nailiyyətin əsasında isə Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin apardığı hücum diplomatiyası dayanır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır: “Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə, nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik”.
Beləliklə, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu və mövqeyi əhəmiyyətli dərəcədə güclənir. Bu amil onu deməyə əsas verir ki, ölkəmizin dünya miqyasında artan nüfuzu, regionda söz sahibinə çevrilməsi Ermənistanın işğalçılıq siyasətinin daha geniş müstəvidə ifşa olunması və nəticə etibarilə münaqişənin diplomatik yolla həllinə ciddi zəmin yaradır.

 
  • Oxunub:  28950  |  
  • Tarix:  01-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA